Xəbər
Yumşalmalar qüvvəyə minib
Mayın 4-nə olan beynəlxalq statistikaya görə, 2019-cu ilin dekabrında Çində üzə çıxan koronavirus xəstəliyi 212 ölkə və əraziyə yayılıb, 248 mindən çox adam ölüb. Azərbaycanda 1932 nəfərin koronavirus infeksiyasına yoluxması müəyyən edilib, onların 1441-i müalicə olunaraq sağalıb, 25-i dünyasını dəy...
110 milyon manatdan çox…
Silahlı Qüvvələrə Yardım Fondundakı vəsaitin məbləği açıqlanıb. Müdafiə Nazirliyinin 2 may hesabatına görə, fonda 110 milyon 73,8 min manat toplanıb. 2020-ci ilin əvvəlinə fonda 106,9 milyon manat daxil olmuşdu. 2002-ci ildə yaradılmış Silahlı Qüvvələrə Yardım Fondunun əsas maliyyə mənbəyi hüquqi və...
Koronavirus hesabatı
Nazirlər Kabineti yanında operativ qərargahın 3 may məlumatına görə, Azərbaycanda daha 38 nəfər koronavirus infeksiyasına yoluxub, 30 nəfər sağalaraq xəstəxanadan buraxılıb. Rəsmi hesabatda bildirilir ki, ölkədə ümumən 1932 nəfərin koronavirusa yoluxması müəyyən edilib, onların 1441-i müalicə olunar...
1411 nəfər sağalıb
Azərbaycanda daha 40 nəfər koronavirus infeksiyasına yoluxub, 46 nəfər sağalaraq xəstəxanadan buraxılıb. Nazirlər Kabineti yanında operativ qərargah mayın 2-də belə açıqlama yayıb. Rəsmi məlumata görə, ölkədə 1894 nəfərin koronavirusa yoluxduğu bilinib, onların 1411-i müalicə olunaraq sağalıb, 25-i ...
Pandemiyanın doğurduğu ideya: bir nəfərlik restoran
Koronavirus pandemiyası, bu pandemiyaya görə dünyanın müxtəlif yerlərində təbliğ və tətbiq edilən özünütəcrid siyasəti İsveçdə qəribə bir ideyanın ortaya çıxmasına səbəb olub. Novator.az xəbər verir ki, İsveçdə təkadamlıq restoran yaradılıb. “Bir nəfərlik masa” (“Bord For En”) adlanan restoranın sah...
Kamran Əliyevə tapşırıqlar
Prezident İlham Əliyev mayın 1-də yeni baş prokuror Kamran Əliyevi videoformatda qəbul edib. AZƏRTAC xəbər verir ki, dövlət başçısı prokurorluq orqanlarında genişmiqyaslı islahatlara ehtiyac olduğunu vurğulayıb: “Vətəndaşlar Azərbaycanın hər sahəsində islahatların nəticələrini yüksək qiymətləndirir....
Parlament vergi və sosial sığorta yeniliklərinə səs verdi
Parlamentin 1 may iclasında Vergi Məcəlləsinə dəyişikliklər layihəsi ilk oxunuşda qəbul edilib. Novator.az bildirir ki, məcəlləyə müvəqqəti vergi rejimi anlayışı daxil edilib. Bu rejim təbii fəlakət, epidemiya, epizootiya, böyük ekoloji və başqa qəza, habelə qlobal iqtisadi mühitdə baş verən hadisə ...
Valyuta ehtiyatının həcmi
Mərkəzi Bankın rəsmi hesabatına görə, mayın 1-nə valyuta ehtiyatının həcmi 6 milyard 401,7 milyon dollar olub. Novator.az bildirir ki, 2020-ci il 6 milyard 258 milyon dollarla başlayıb, fevralın 1-nə ehtiyatın həcmi 6 milyard 340,8 milyon dollar, martın 1-nə 6 milyard 400,9 milyon dollar, aprelin 1-...
Palata sədri illik hesabat verib
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin 1 may iclasında qurumun 2019-cu il fəaliyyətinə dair məruzə ilə çıxış edib. O deyib ki, 2019-cu ildə 47 audit və 6 analitik fəaliyyət həyata keçirilib: “43 maliyyə və uyğunluq auditi və ilk dəfə olaraq 4 səmərəlilik auditi aparılıb. 43 aud...
Karantin uzadıldı, şərtlər yeniləndi
Azərbaycanda daha 50 nəfər koronavirus infeksiyasına yoluxub, 40 nəfər sağalaraq xəstəxanadan buraxılıb, 1957-ci il təvəllüdlü bir xəstə vəfat edib. Nazirlər Kabineti yanında operativ qərargah mayın 1-də belə xəbər yayıb. Hesabata görə, ümumilikdə ölkədə 1854 nəfərin koronavirus infeksiyasına yoluxm...
Köçəryana əməliyyat anonsu
Ermənistanın sabiq prezidenti Robert Köçəryan yenidən əməliyyat oluna bilər. Novator.az-ın məlumatına görə, Yerevandakı “İzmirlyan” Tibb Mərkəzinin direktoru Armen Çarçyan mayın 1-də Armeniasputnik.am-ə belə açıqlama verib. O deyib ki, sabiq prezidentin səhhətində ciddi problemlər var: “Biz dava-dər...
Mayda hava necə olacaq?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, may ayında Bakı və Abşeron yarımadasında orta aylıq temperaturun 19-21 dərəcə isti olacağı gözlənir. Digər bölgələr üzrə orta aylıq temperatur proqnozu belədir: Naxçıvan Muxtar Respublikası – 16-21 də...
DTX Biləsuvarda keçirdiyi əməliyyat barədə açıqlama yayıb
Mayın 1-də Dövlət Təhlükəsizliyi Xidmətinin ictimai əlaqələr şöbəsi Biləsuvarda keçirilən əməliyyat barədə açıqlama yayıb. Əməliyyat aprelin 29-da keçirilib. Novator.az-ın məlumatına görə, ictimai əlaqələr şöbəsinin açıqlamasında bildirilir ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliy...
Manatın dollar xərci 3,3 milyardı keçdi
Dövlət Neft Fondu Mərkəzi Bankın 2020-ci ilin aprel ayında keçirdiyi valyuta hərraclarında 531,1 milyon ABŞ dolları məbləğində vəsait satıb. Rəsmi açıqlama mayın 1-də yayılıb. Novator.az bildirir ki, yanvar-aprel aylarının valyuta hərraclarında Dövlət Neft Fondundan ümumilikdə 3 milyard 303 milyon d...
Kamran Əliyev baş prokuror oldu
Milli Məclis 1 may iclasında prezident İlham Əliyevin təqdimatına baxaraq Kamran Əliyevin baş prokuror vəzifəsinə təyinatına razılıq verib. Bunun ardınca dövlət başçısı sərəncam imzalayaraq təyinatı rəsmiləşdirib. Baş prokurorun səlahiyyət müddəti 5 ildir. Novator.az bildirir ki, 1965-ci il təvəllüd...
Erkin Qədirlinin AŞPA planları
Respublikaçı Alternativ Partiyasının üzvü, deputat Erkin Qədirli Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iki komitəsində təmsil olunacaq. Bu il fevralın 9-da keçirilmiş növbədənkənar seçkidə Azərbaycan parlamentinin tərkibi yenilənib. Erkin Qədirli 16 saylı Yasamal dairəsindən mandat alıb. 19...
Avropa Məhkəməsi Xədicə qərarı verəcək
Avropa İnsan Hüquqları Məhkəməsi mayın 7-də azərbaycanlı jurnalist Xədicə İsmayılla bağlı növbəti qərarını elan edəcək. Hüquqşünas Xalid Ağalıyevin yaydığı məlumata görə, qərar jurnalistin 2014-cü ildə göndərdiyi şikayəti əhatə edir. Həmin şikayətdə jurnalist qeyd edib ki, hökumətə yaxın media orqan...
Əli Kərimli yenə rabitəsiz qalıb
AXCP-nin yaydığı məlumata görə, aprelin 30-u axşam partiya sədri, Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü Əli Kərimlinin ev telefonunda, özünün və həyat yoldaşının mobil telefonlarında rabitə yenidən kəsilib. Novator.az bildirir ki, Bakının Süleyman Rəhimov küçəsində yaşay...
Neft razılaşması qüvvəyə mindi
Mayın 1-də neft hasilatının azaldılması üzrə beynəlxalq razılaşma qüvvəyə minib. Novator.az bildirir ki, iri neft ixracatçıları – OPEK ölkələri (Anqola, Birləşmiş Ərəb Əmirlikləri, Ekvador, Ekvatorial Qvineya, Əlcəzair, İraq, İran, Konqo, Küveyt, Qabon, Liviya, Nigeriya, Səudiyyə Ərəbistanı, Venesue...
Operativ qərargahın 30 aprel açıqlaması
Aprelin 30-da Nazirlər Kabineti yanında operativ qərargah növbəti açıqlama yayıb. Açıqlamada bildirilir ki, ölkədə daha 38 nəfər koronavirus infeksiyasına yoluxub, 58 nəfər sağalaraq xəstəxanadan buraxılıb, 1951-ci il təvəllüdlü bir xəstə vəfat edib. Ümumilikdə ölkədə 1804 nəfərin koronavirusa yolux...