Xəbər
Mehman xəstədir. Yardım kampaniyası başlayıb
Hüquq müdafiəçisi Emin Hüseynov bloqçu qardaşı Mehman Hüseynovun xərçəng xəstəliyinə tutulduğu barədə açıqlama yayıb. 1989-cu il təvəllüdlü Mehman Hüseynov müxalif bloqçu kimi, hökuməti tənqid edən videoları ilə tanınır. O, 2017-2019-cu illərdə həbsdə yatıb. Emin Hüseynov Reportyorların Azadlıq və T...
2 iyun qiymətləri
AZƏRTAC-ın 2 iyun məlumatına görə, London birjasında brent markalı neftin barreli 38,60 dollara, Nyu-York birjasında layt markalı neftin barreli 35,67 dollara satılır. Azərbaycan nefti “AzəriLayt”ın barrelinə 38,14 dollar qiymət qoyulduğu bildirilir. 2020-ci ilin dövlət büdcəsində bir barrel neftin ...
Putin konstitusiyası: səsvermənin yeni tarixi müəyyənləşdi
Rusiya prezidenti Vladimir Putin ölkə konstitusiyasına dəyişikliklər referendumunu iyulun 1-nə təyin edib. Fərman iyunun 1-i axşam imzalanıb. Novator.az bildirir ki, dəyişikliklər layihəsinə martın 11-də parlament palataları – Dövlət Duması və Federasiya Şurası xeyir-dua verib. Bunun ardınca layihə ...
“Ehtiyatları qorumaq və artırmaq başlıca hədəfimizdir”
Prezident İlham Əliyev Asiya İnkişaf Bankının rəhbərləri ilə iyunun 1-də keçirdiyi videokonfransda koronavirus pandemiyasının Azərbaycanın sosial-iqtisadi həyatına təsirindən söz açıb: “Pandemiya dövründə göstərdiyimiz bütün səylər insanları necə xilas etmək, onların sağlamlığını, həyatlarını necə q...
Bir gündə 5 itki
Nazirlər Kabineti yanında operativ qərargahın 1 iyun məlumatına görə, Azərbaycanda daha 168 nəfər yeni koronavirus infeksiyasına yoluxub, 80 nəfər sağalaraq xəstəxanadan buraxılıb, 1940, 1952, 1955, 1959 və 1962-cı il təvəllüdlü 5 xəstə vəfat edib. Rəsmi hesabatda yoluxanların ümumi sayı 5662 nəfər ...
Elektron məhkəmə: informasiya sistemi necə olacaq?
İyunun 1-də fərman imzalayan prezident İlham Əliyev “Elektron məhkəmə” informasiya sistemi haqqında əsasnaməni təsdiqləyib. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə “Elektron məhkəmə” informasiya sisteminin dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsi...
Gələcəyin yanacağı – dəniz yosunu
Alimlər dəniz yosunundan alınan yanacağı yeni üsulla sınaqdan keçiriblər. Avtomobil yanacağına – benzinə 10% həcmində dəniz yosunu yanacağı əlavə olunub. Təcrübə göstərib ki, yosun yanacağının havaya buraxdığı zərərli maddələrin miqdarı digər yanacaqlarla müqayisədə eynidir. Lakin neftdən alın...
Yeni cərimə: qaldı bir oxunuş, bir də imza
Milli Məclisin 1 iyun iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər ikinci oxunuşdan keçib. Novator.az bildirir ki, məcəlləyə əlavə olunan 211.2-ci maddəyə əsasən, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə təl...
Silahlı Qüvvələrə Yardım Fondundakı vəsait
Silahlı Qüvvələrə Yardım Fondundakı vəsaitin məbləği açıqlanıb. Müdafiə Nazirliyinin 1 iyun hesabatına görə, fonda 110,8 milyon manat toplanıb. 2020-ci ilin əvvəlinə fonda 106,9 milyon manat daxil olmuşdu. 2002-ci ildə yaradılmış Silahlı Qüvvələrə Yardım Fondunun əsas maliyyə mənbəyi hüquqi və fizik...
İyunda hava
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, iyun ayında Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 23-26 dərəcə isti olacağı gözlənir. Digər bölgələr üzrə orta aylıq temperatur proqnozu belədir: Naxçıvan Muxtar Respublikası – 25...
Neftsiz ixracın liderləri
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ixrac icmalı yayıb. Novator.az bildirir ki, rəsmi hesabata görə, 2020-ci ilin yanvar-aprel aylarında qeyri-neft sektoru üzrə 549 milyon ABŞ dolları dəyərində ixrac qeydə alınıb. Dörd ayda Rusiyaya 186,2 milyon, Türkiyəyə 122,2 milyon, Gürcüstana...
Manat beş ayda 3,6 milyard dollar aparıb
Dövlət Neft Fondu Mərkəzi Bankın 2020-ci ilin may ayında keçirdiyi valyuta hərraclarında 334 milyon ABŞ dolları məbləğində vəsait satıb. Rəsmi hesabat iyunun 1-də yayılıb. Novator.az bildirir ki, yanvar-may aylarının valyuta hərraclarında fonddan 3 milyard 637 milyon dollar məbləğində vəsait alınıb....
Mərhum jurnalist Aynur Mirhəsənin kitabı çıxıb
Mərhum jurnalist Aynur Mirhəsənin “Azadlıq ibadəti” adlı kitabı çapdan çıxıb. Novator.az xəbər verir ki, bu, Aynur Mirhəsənin ilk kitabıdır. Sağlığında onun kitabı işıq üzü görməyib. “Qanun” nəşriyyatının buraxdığı “Azadlıq ibadəti”ndə Aynur Mirhəsənin bir hekayəsi, esseləri, tarix, media məsələləri...
Paşinyan və ailə üzvləri koronavirusa yoluxub
Ermənistanın baş naziri Nikol Paşinyan koronavirus infeksiyasına yoluxduğunu açıqlayıb. Novator.az-ın məlumatına görə, baş nazir iyunun 1-də özünün “Facebook” səhifəsində canlı efirə çıxaraq deyib ki, cəbhə bölgəsinə yollanmaq istədiyi üçün mayın 31-də koronavirus testindən keçib: “Test mənim korona...
Kredit, əmanət, problemli kredit
Mərkəzi Bank hesabatlar açıqlayıb. Novator.az-ın məlumatına görə, 2020-ci il mayın 1-nə kreditlər 14 milyard 742,2 milyon manat, əmanətlər 7 milyard 758 milyon manat məbləğində göstərilir. 2020-ci ilin əvvəlinə 14 milyard 900,9 milyon manatlıq kredit, 8 milyard 637,9 milyon manatlıq əmanət qeydə alı...
Operativ qərargahın 31 may məlumatı
Azərbaycanda daha 248 nəfər koronavirus infeksiyasına yoluxub, 101 nəfər sağalaraq xəstəxanadan buraxılıb, 1956 və 1960-cı il təvəllüdlü iki xəstə vəfat edib. Nazirlər Kabineti yanında operativ qərargahın 31 may məlumatında belə deyilir. Rəsmi hesabata görə, ümumən ölkədə 5494 yoluxma müəyyən edilib...
Maska cərimələri parlamentdən keçdi
Milli Məclisin 31 may iclasında İnzibati Xətalar Məcəlləsinə ilk oxunuşda dəyişikliklər edilib. Novator.az-ın məlumatına görə, 211-ci maddə 211.1-ci maddə hesab olunub. Həmin maddə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslərə 100 manatdan ...
Milli çempionat bərpa olunur
Azərbaycanın milli futbol çempionatı iyunun 21-dən bərpa olunur. Novator.az xəbər verir ki, qərar Klublar Komitəsi, AFFA və Professional Futbol Liqası rəsmilərinin 31 may iclasında qəbul edilib. Bütün oyunlar tamaşaçısız keçiriləcək. 2019-2020 mövsümü koronavirus pandemiyasına görə mart ayının ortal...
Bakıda əhali
Novator.az Azərbaycan paytaxtının əhali statistikasını təqdim edir. 2020-ci il aprelin 1-nə Bakı şəhərinin əhalisi 2 milyon 294,8 min nəfər olub. Dövlət Statistika Komitəsinin saytında paytaxt rayonları əhali sayına görə belə sıralanır: Xətai – 288,9 min nəfər Binəqədi – 267,8 min nəfər Yasamal – 24...
Koronavirus: harada nə qədər xəstə var?
Novator.az koronavirus xəstəliyi üzrə beynəlxalq statistikaya nəzər yetirib. 2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus xəstəliyinə ümumilikdə 6 milyon 176 min 278 nəfər yoluxub. Onların 371 min 282-si vəfat edib, 2 milyon 745 min 11-i sağalıb. Hazırda 3 milyon 659 min 985...