Xəbər
6781 nəfər xəstə var
Azərbaycanda daha 396 nəfər koronavirus infeksiyasına yoluxub, 558 nəfər sağalaraq xəstəxanadan buraxılıb, 6 xəstə vəfat edib. İyulun 27-də belə məlumat yayan Nazirlər Kabineti yanında operativ qərargah bildirir ki, ümumilikdə 30446 yoluxma müəyyən edilib, 23242 nəfər müalicə olunaraq sağalıb, 423 n...
Yeni nazirə tövsiyələr
Prezident İlham Əliyev iyulun 27-də Emin Əmrullayevi təhsil naziri təyin olunması ilə əlaqədar video formatında qəbul edib. AZƏRTAC xəbər verir ki, dövlət başçısı ölkədə gəncləşmə siyasəti aparıldığını vurğulayıb: “Gənclər çox önəmli vəzifələrə təyin edilir və idarəetmə sahəsində çox müsbət təcrübə ...
Yeni təhsil naziri
İyulun 27-də prezident İlham Əliyev Emin Əmrullayevi təhsil naziri vəzifəsinə təyin edib. Novator.az bildirir ki, Emin Eldar oğlu Əmrullayev 1982-ci ildə doğulub. Dövlət İdarəçilik Akademiyasında dövlət idarəçiliyi üzrə bakalavr təhsili alıb, ABŞ-ın Kolumbiya Universitetində dövlət idarəçiliyi üzrə ...
Böyük beşlikdə son nöqtə
İtaliya milli futbol çempionatında qalibin adı bəlli olub. Novator.az-ın məlumatına görə, iyulun 26-da xal sayını 83-ə çatdıran “Yuventus” ən yaxın izləyicisi “İnter” üçün əlçatmaz olaraq sona iki tur qalmış qızıl medalları təmin edib. Bu, Turin klubunun 1905-ci ildən bəri 36-cı çempionluğudur. Avro...
Orta pensiya nə qədərdir?
2020-ci il iyulun 1-nə Azərbaycanda pensiyaçıların sayı 1 milyon 260 min nəfər olub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirir ki, onların 736,9 min nəfəri yaşa, 380,9 min nəfəri əlilliyə, 142,2 min nəfəri ailə başçısını itirməyə görə pensiya alıb. Hesabata əsasən, ilin ilk yarısında orta...
Çempionlar Liqasına çıxanlar
UEFA Çempionlar Liqasının 2020-2021 mövsümünə qrup mərhələsindən (20 oktyabr-9 dekabr) başlayacaq 26 klubdan 24-nün adı bəlli olub. Novator.az-ın məlumatına görə, bunlar İspaniyadan “Real”, “Barselona”, “Atletiko”, “Sevilya”, İngiltərədən “Liverpul”, “Mançester Siti”, “Mançester Yunayted”, “Çelsi”, ...
Məmməd İbrahim və daha iki cəbhəçi tutulub
AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü Məmməd İbrahim iyulun 26-sı Bakıda tutulub. Novator.az-a verilən məlumata görə, o, Penitensiar Xidmətin Binə qəsəbəsində yerləşən İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə, oğlu Mehdi İbrahimovun yanına gedərkən saxlanaraq naməlum istiqamətdə aparılıb. Həmin gün...
Operativ qərargahdan
Azərbaycanda daha 417 nəfər koronavirus infeksiyasına yoluxub, 9 xəstə vəfat edib. İyulun 26-da belə xəbər yayan Nazirlər Kabineti yanında operativ qərargah yoluxanların ümumi sayını 30050 nəfər göstərir: onların 417-si dünyasını dəyişib, 6949-u xəstəxanalardadır. 2019-cu ilin dekabrında Çində üzə ç...
Ölənlərin sayı 400-ü keçdi
Azərbaycanda daha 321 nəfər koronavirus infeksiyasına yoluxub, 8 xəstə vəfat edib. Nazirlər Kabineti yanında operativ qərargahın 25 iyul məlumatında belə deyilir. Yoluxanların ümumi sayı 29633 nəfər göstərilir: onların 408-i dünyasını dəyişib, 7143-ü aktiv xəstədir. 2019-cu ilin dekabrında Çində üzə...
Fuad Qəhrəmanlı da həbs edildi
İyulun 24-də Nəsimi Rayon Məhkəməsi Baş Prokurorluğun İstintaq İdarəsinin təqdimatına baxaraq AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Novator.az-ın məlumatına görə, iyulun 23-də tutulan siyasətçi 14-15 iyul aksiyasında baş verənlərdə təq...
Tofiqin mühakiməsi “yox”larla başladı
İyulun 24-ü Bakının Nizami Rayon Məhkəməsində Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvü Tofiq Yaqublunun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Prosesə hakim Nəriman Mehdiyev sədrlik edib. Novator.az bildirir ki, Tofiq Yaqublu martın 22-də tutulub. O, silah qismində ist...
Operativ qərargahın 24 iyul məlumatı
Nazirlər Kabineti yanında operativ qərargahın 24 iyul məlumatına görə, Azərbaycanda daha 332 nəfər koronavirus infeksiyasına yoluxub, 9 xəstə vəfat edib. Yoluxanların ümumi sayı 29312 nəfər göstərilir: onların 400-ü dünyasını dəyişib, 7365-i aktiv xəstədir. 2019-cu ilin dekabrında Çində üzə çıxaraq ...
“Neftçi” və “Sumqayıt”ın bəxtinə kimlər düşə bilər?
2020-2021 mövsümündə Azərbaycanı UEFA Avropa Liqasında Bakının “Neftçi”, “Keşlə” klubları və “Sumqayıt” komandası təmsil edəcək. Onlar yarışa ilkin raunddan sonra – birinci mərhələdən (27 avqust) start verir. “Keşlə”nin potensial rəqibləri hələ bilinmir. Novator.az-ın məlumatına görə, güclülər səbət...
Telman Seyfullayevin yoldaşı ağır xəstədir
Məhbus cəbhəçi Telman Seyfullayevin oğlu Rəvan Seyfulla anasının ağır xəstəliyindən yazıb. 1962-ci il təvəllüdlü Telman Seyfullayev milli azadlıq hərəkatının fəalı, AXCP üzvüdür. İyulun 23-də Nəsimi Rayon Məhkəməsi Baş Prokurorluğun İstintaq İdarəsinin təqdimatına baxaraq onun barəsində 3 aylıq həbs...
Neft büdcə qiymətindən nə qədər ucuzdur?
Energetika Nazirliyinin 24 iyul məlumatına görə, Azərbaycan nefti “AzəriLayt”ın bir barreli 45,14 dollara satılır. Novator.az bildirir ki, bu, büdcə qiymətindən 9,86 dollar aşağı qiymətdir. Azərbaycanın 2020-ci il büdcəsində bir barrel neftin qiyməti 55 dollardan götürülüb. “AzəriLayt” yanvara 70,04...
Kredit və əmanətlərdə azalma
Mərkəzi Bank kredit və əmanət hesabatları yayıb. Novator.az-ın məlumatına görə, 2020-ci il iyulun 1-nə kreditlər 14 milyard 169,8 milyon manat, əmanətlər 7 milyard 706,4 milyon manat məbləğində göstərilir. 2020-ci ilin əvvəlinə 14 milyard 900,9 milyon manatlıq kredit, 8 milyard 637,9 milyon manatlıq...
“Qarabağ”lı heyət
UEFA-nın əsas klub turniri olan Çempionlar Liqasının 2020-2021 mövsümünə düşən klubların siyahısı yenilənib. Novator.az-ın məlumatına görə, yarımfinal və finaldan ibarət ilkin raunda (8-11 avqust) Şimali İrlandiyadan “Linfild”, Andorradan “İnter”, San Marinodan “Tre Fiori” vəsiqə alıb. Tək oyunlarda...
Telman Seyfullayevə cinayət işi, 3 aylıq həbs
Milli azadlıq hərəkatının fəalı, AXCP üzvü Telman Seyfullayev Nəsimi Rayon Məhkəməsinin 23 iyul qərarı ilə 3 ay müddətində həbs edilib. Novator.az-ın məlumatına görə, iyulun 20-də tutulan cəbhəçi 14-15 iyul aksiyasında baş verənlərdə təqsirli bilinir. Baş Prokurorluğun İstintaq İdarəsi işi Cinayət M...
Prezidentin iradları
İyulun 23-də su təsərrüfatının vəziyyətinə həsr olunmuş video-müşavirədə çıxış edən prezident İlham Əliyev deyib ki, infrastruktur layihələri arasında içməli su və meliorasiya layihələri də öz yerini tapıb: “Son illərdə bu sahədə böyük işlər görüldü. Bu sahə diqqətdən kənarda qalmadı. Regionların so...
Koronavirus: yeni milli statistika
Azərbaycanda daha 347 nəfər koronavirus infeksiyasına yoluxub, 531 nəfər sağalaraq xəstəxanadan buraxılıb, 6 xəstə vəfat edib. Məlumatı iyulun 23-də Nazirlər Kabineti yanında operativ qərargah yayıb. Rəsmi hesabata görə, ümumilikdə 28980 yoluxma müəyyən edilib: 20974 nəfər müalicə olunaraq sağalıb, ...