Xəbər
Operativ qərargahdan
Nazirlər Kabineti yanında operativ qərargahın 15 avqust məlumatına görə, Azərbaycanda daha 89 nəfər koronavirus infeksiyasına yoluxub, 2 xəstə vəfat edib. Yoluxanların ümumi sayı 34107 nəfər göstərilir: onların 506-sı həyatını itirib, 1904-ü müalicə alır. 2019-cu ilin dekabr ayında Çində üzə çıxaraq...
Demoqrafik tənəzzül
2020-ci ilin əvvəlindən Azərbaycan əhalisinin sayı 0,3 faiz artaraq iyulun 1-nə 10 milyon 95 min 894 nəfərə çatıb. Novator.az-ın məlumatına görə, hesabatı yayan Dövlət Statistika Komitəsi bildirir ki, yanvar-iyun ayları ərzində 59356 doğulan körpə qeydə alınıb. Yeni doğulan körpələr arasında qızları...
Sərt karantində yumşalma
Nazirlər Kabineti Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində koronavirus pandemiyası üzündən tətbiq olunan sərt karantin rejimini dəyişib. Novator.az bildirir ki, qərara əsasən, avqustun 18-də...
103 yoluxma, 4 ölüm
Azərbaycanda daha 103 nəfər yeni koronavirus infeksiyasına yoluxub, 4 xəstə vəfat edib. Avqustun 14-də belə məlumat yayan Nazirlər Kabineti yanında operativ qərargah yoluxanların ümumi sayını 34018 nəfər göstərir: onların 504-ü həyatını itirib, 2024-ü aktiv xəstədir. 2019-cu ilin dekabr ayında Çində...
Məhbusları ziyarət
Ombudsman yanında Milli Preventiv Qrupun üzvləri Bakı İstintaq Təcridxanasına və Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə baş çəkiblər. “Turan”ın 14 avqust məlumatına görə, Bakı İstintaq Təcridxanasında məhbuslar Fuad Qəhrəmanlı, Məmməd İbrahim, Asif Yusifli, Bəxtiyar İmanov, Aya...
Pozuntu hesabatı
Gömrük pozuntularının yeddi aylıq hesabatı verilib. Novator.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsi bildirir ki, 2020-ci ilin yanvar-iyul aylarında 112 qaçaqmalçılıq faktı, 72 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi faktı, 9 gömrük ödənişindən yayınma faktı, 7 aksiz ma...
Belarus: mübarizə davam edir
Belarus prezidentliyinə namizəd Svetlana Tixanovskaya avqustun 14-ü Youtube.com-da yeni müraciət yayıb. Novator.az-ın məlumatına görə, o, Belarus xalqının köhnə hakimiyyətə qarşı mübarizəyə qalxaraq tarix yazdığını vurğulayıb, ictimaiyyəti avqustun 9-da keçirilmiş prezident seçkisinin gerçək nəticəl...
578 minə yaxın…
2019-cu ilin dekabr ayında Çində üzə çıxaraq dünyanı bürüyən yeni koronavirus infeksiyası 758 minə yaxın adamın ölümünə səbəb olub. İlk yoluxmanın bu il fevralın 28-də qeydə alındığı Azərbaycan 500 nəfər itki verib: martda 5, apreldə 19, mayda 39, iyunda 150, iyulda 235, avqustda 52 xəstə həyatını i...
Eldar Həsənov
Novator.az hüquqşünas, dövlət xadimi, alim, diplomat Eldar Həsənovun bioqrafiyasını təqdim edir. Eldar Hümbət oğlu Həsənov 1955-ci il oktyabrın 10-da Kəlbəcərin Laçın kəndində doğulub, orada orta təhsil alıb. 1977-ci ildə Bakıda indiki Azərbaycan Texniki Universitetini elektronika mühəndisi ixtisası...
Təlimdən sonra…
İyulun 29-dan Azərbaycanla Türkiyənin Quru Qoşunları və Hərbi Hava Qüvvələrinin iştirakı ilə təlimlər keçirilib. Orduların şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb olunan təlimlərə Bakı, Naxçıvan, Gəncə...
Ölənlərin sayı 500-ə çatdı
Avqustun 13-də məlumat yayan Nazirlər Kabineti yanında operativ qərargah bildirir ki, Azərbaycanda daha 91 nəfər koronavirus infeksiyasına yoluxub, 3 xəstə vəfat edib. Yoluxanların ümumi sayı 33915 nəfər göstərilir: onların 31269-u müalicə olunaraq sağalıb, 500-ü dünyasını dəyişib, 2146-sı aktiv xəs...
Təhsil ocaqları açılacaqmı?
Təhsil İnstitutu koronavirus şəraitində təhsil müəssisələrinin fəaliyyətinin təşkil ilə bağlı təklif və tövsiyələrini açıqlayıb. 2020-ci il martın 3-dən ölkənin bütün təhsil ocaqları koronavirus pandemiyası üzündən qapadılıb. Yalnız imtahan, müsabiqə, müsahibələr mümkündür. Novator.az-ın məlumatına ...
Ticarət statistikası
Dövlət Statistika Komitəsinin rəsmi açıqlamasına görə, 2020-ci ilin yanvar-iyul aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 11,5 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 9,9 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2019-cu ilin eyni dövrü ilə müqa...
ÜDM, sərmayə və sənaye hesabatı
2020-ci ilin yanvar-iyul aylarında Azərbaycanda 40 milyard 8,5 milyon manatlıq, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz az ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Novator.az-ın məlumatına görə, hesabatı yayan Dövlət Statistika Komitəsi bildirir ki, iqtisadiyyatın qeyri neft-qaz sektorunda...
Cəbhəçiyə üçdə iki imtinası
Qaradağ Rayon Məhkəməsi avqustun 12-də AXCP üzvü Orxan Baxışlının vaxtından əvvəl azadlığa buraxılması barədə müraciətini təmin etməyib. Xəbəri yayan “Turan” bildirir ki, məhkəmə imtinanı Bakıdakı 14 saylı Cəzaçəkmə Müəssisəsinin məhbusa mənfi xasiyyətnamə verməsi ilə əsaslandırıb. Xasiyyətnamədə Or...
“AzəriLayt” 46-ya doğru
Energetika Nazirliyinin 13 avqust məlumatına görə, dünya bazarında brent markalı neftin barreli 45,25 dollara, layt markalı neftin barreli 42,50 dollara satılır. “AzəriLayt” markalı Azərbaycan neftinin barrelinə 45,75 dollar qiymət qoyulduğu bildirilir. Novator.az-ın məlumatına görə, bu, yeni büdcə ...
Narahatlıq zəngi
Prezidentin mətbuat xidmətinin məlumatına görə, avqustun 12-də dövlət başçısı İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə zəng edib: “O, iyulun 12-16-da Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində törədilən təxribatdan söz açıb, Ermənistanın təcavüz aktı nəticəsində Azərbaycan Sil...
“Yalan danışıb qapını bağlayırsan, sonra da deyirsən…”
Məhbus siyasətçi Tofiq Yaqublunun mühakiməsi davam edir. Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvü olan Tofiq Yaqublu martın 22-də tutulub. Paytaxtın Şüvəlan qəsəbəsindəki 3 saylı İstintaq Təcridxanasında saxlanan siyasətçi silah qismində istifadə olunan əşyalardan istifadə ...
Büdcə və neftin qiyməti yeniləndi
Prezident İlham Əliyev 2020-ci ilin dövlət büdcəsinə dəyişiklikləri imzalayıb. Novator.az bildirir ki, yenilənən büdcədə gəlirlər 24 milyard 124 milyon manat, xərclər 27 milyard 492,2 milyon manat olub. Qanuna əsasən, büdcə gəlirlərinin 12,2 milyard manatı Dövlət Neft Fondundan köçürmənin, 7,2 milya...
Yeni nağıl qəhrəmanı: müsabiqə elan olunub
“Şərq-Qərb” nəşriyyatı uşaqların kitaba marağını artırmaq, mütaliə həvəsini gücləndirmək məqsədilə rəssam və animatorlar arasında müsabiqə elan edib. Yeni nağıl qəhrəmanı – müasir simvolik personaj müsabiqəsinin şərtlərinə görə, qəhrəman orijinal olmalı, başqa məşhur nağıl qəhrəmanlarına, obrazlara ...