Xəbər
Ukraynalıların 5 faizi prezident olmaq istəyir
Ukraynanın “Reytinq” qrupu 5000 nəfər arasında sorğu keçirib. Novator.az bildirir ki, 19-22 sentyabr arası aparılan sosioloji sorğunun nəticələrinə görə, respondentlərin 13 faizi yerli şuranın deputatı, 9 faizi ölkə parlamentinin üzvü, 7 faizi şəhər meri və ya kənd rəhbəri, 5 faizi dövlət başçısı – ...
Məşq
Azərbaycan Ordusunun tank və artilleriya bölmələri döyüş hazırlığı məşqləri keçir. Müdafiə Nazirliyinin 25 sentyabr məlumatına görə, məşqlərin məqsədi tank və artilleriya bölmələrinin şəxsi heyətinin peşəkarlığının artırılması, döyüş əməliyyatlarının planlaşdırılması və icrası zamanı qarşılıqlı fəal...
İlk iclasın planı
Sentyabrın 30-da Milli Məclisin payız sessiyası başlayır. Rəsmi məlumata görə, ilk iclasda payız sessiyasının qanunvericilik işləri planı müzakirə olunacaq, Hesablayıcı Komissiyanın üzvü seçiləcək, parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi qərarı yenilənəcək. Gündəlikd...
Nəzarət səlahiyyətləri
Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və Dövlət Turizm Agentliyinin əsasnamələrinə dəyişiklik edib. Novator.az-ın məlumatına görə, İqtisadiyyat Nazirliyi ictimai iaşə, turizm və mehmanxana fəaliyyəti istisna olmaqla sahibkarlıq subyektləri və onların vəzi...
Varşava yolunda
UEFA Çempionlar Liqasında və Avropa Liqasında dörd təsnifat mərhələsi arxada qalıb. Novator.az bildirir ki, 2020-2021 mövsümünə buraxılmış 237 komandadan 136-sı ilkin, birinci, ikinci və üçüncü raundlarda ələnib. Mübarizəni Çempionlar Liqasında 38, Avropa Liqasında 63 komanda davam etdirir. 55 UEFA ...
BMT tribunasından haray, təkliflər
“Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmaması BMT-nin nüfuzunu sarsıdır”. AZƏRTAC-ın məlumatına görə, sentyabrın 24-də BMT Baş Assambleyasının sessiyasında çıxış edən prezident İlham Əliyev belə deyib. Ümumi debatlara video ilə qatılan dövlət başçısı qeyd edib ki, sülh olmadan dayanıqlı in...
Aylar üzrə itkilər
2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus infeksiyası 982 mindən çox adamın ölümünə səbəb olub. Azərbaycanda ilk yoluxma bu il fevralın 28-də qeydə alınıb. Nazirlər Kabineti yanında operativ qərargahın 24 sentyabr hesabatında yoluxanların ümumi sayı 39686 nəfər göstərilib...
Tanımırlar
Aleksandr Lukaşenkonu Belarus prezidenti kimi tanımayan ölkələrin ilkin siyahısı yayılıb. Novator.az-ın məlumatına görə, sentyabrın 24-dək ABŞ, Kanada, Böyük Britaniya, Niderland, Danimarka, Almaniya, Çexiya, Slovakiya, Polşa, Ukrayna, Estoniya, Latviya və Litvadan Aleksandr Lukaşenkonun qeyri-legit...
Gecə təlimi
Müdafiə Nazirliyinin 24 sentyabr məlumatına görə, Hərbi Hava Qüvvələrinin gecə və məhdud görmə şəraitində təlim uçuşları keçirilib. Su-25 və MiQ-29 tipli təyyarələr qalxma və enmə, şərti hava və yer hədəflərinin məhv edilməsi, kiçik və orta hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşı...
Yeni şuranın vəzifələri
Nazirlər Kabinetinin 23 sentyabr qərarı ilə Kosmik Məsələlər üzrə Şura yaradılıb. Novator.az-ın məlumatına görə, şuraya bu vəzifələri tutan şəxslər daxildir: iqtisadiyyat naziri, fövqəladə hallar naziri, maliyyə naziri, kənd təsərrüfatı naziri, ekologiya və təbii sərvətlər naziri, Milli Aviasiya Aka...
Büdcə zərfi prezidentə göndərilib
2021-ci ilin dövlət büdcəsinin layihəsi və zərfə daxil olan başqa sənədlər prezidentə göndərilib. Qərar Nazirlər Kabinetinin 23 sentyabr iclasında qəbul edilib. Rəsmi məlumata görə, iclasa sədrlik edən baş nazir Əli Əsədov xərclərin səmərəliliyinə və qənaətə çağırıb: “Büdcə təşkilatları cari xərclər...
Rusiyada Qarabağ çağırışı
Rusiya səfərində olan Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 23-də xarici işlər naziri Sergey Lavrovla görüşüb. Görüşdə Dağlıq Qarabağ münaqişəsinə də toxunulub. Milli Məclisin sədri deyib ki, Dağlıq Qarabağ münaqişəsi bölgənin inkişafına ciddi maneələr yaradır: “Azərbaycan münaqişənin dinc...
Balaxanıda
Prezident İlham Əliyev sentyabrın 23-də Bakının Balaxanı qəsəbəsində aparılan abadlıq işləri ilə tanış olub. Xəbəri AZƏRTAC yayıb.
7,4 milyon aktiv xəstə var
Beynəlxalq statistikaya görə, dünyada 7,4 milyon aktiv koronavirus xəstəsi var. Novator.az bildirir ki, ABŞ 2,5 milyon xəstə ilə ilk sırada durur. Hindistanda 972,8 min, Braziliyada 511,5 min, Fransada 343,1 min nəfər koronavirusdan müalicə alır. Yaxın ölkələr aktiv xəstə sayına görə belə sıralanır:...
And içdi
Altıncı dəfə Belarus prezidenti kürsüsünə sahib çıxan Aleksandr Lukaşenko sentyabrın 23-də rəsmən and içib. Novator.az-ın məlumatına görə, paytaxt Minskdəki İstiqlaliyyət sarayında keçirilən andiçmə mərasiminə parlamentin deputatları, dövlət rəsmiləri, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının ...
Fərman: doğum və ölüm şəhadətnamələri elektronlaşır
Sentyabrın 23-də prezident İlham Əliyev vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin tətbiqinin genişləndirilməsinə fərman verib. Sənədə görə, doğumun və ölümün dövlət qeydiyyatı bunlar təmin edilməklə elektron qaydada həyata keçiriləcək: doğumun və ölümün qeydə ...
Şərti düşmən hədəfləri məhv edilib
Azərbaycan Ordusunun raket və artilleriya birləşmələrinin döyüş atışlı taktiki təlimləri keçirilib. Müdafiə Nazirliyinin 23 sentyabr məlumatına görə, təlimlərin məqsədi artilleriya bölmələrinin idarə edilməsi vərdişlərinin təkmilləşdirilməsi, peşəkarlığın artırılması, döyüş əməliyyatları zamanı fəal...
Navalnı sağaldı
Rusiyalı siyasətçi Aleksey Navalnı sentyabrın 22-də Almaniyanın paytaxtı Berlindəki “Şarite” klinikasında müalicəsini başa vurub. Novator.az-ın məlumatına görə, klinikadan buraxılan siyasətçinin səhhətinin yaxşı olduğu açıqlanıb. Aleksey Navalnı bəyan edib ki, həkimlər ona gəzmək, ailə ilə vaxt keçi...
Hasilat və qiymət hesabatı
2020-ci ilin yanvar-avqust aylarında Azərbaycanda 23,2 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Energetika Nazirliyinin rəsmi hesabatına görə, hasilat ötən ilin səkkiz ayı ilə müqayisədə təxminən 1,8 milyon ton az olub. Səkkiz ayda 19,2 milyon ton neft (kondensatla birlikdə) ixrac edildi...
Yeni agentlik nə iş görəcək?
Prezident İlham Əliyev Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi yaradılmasına fərman verib. Sentyabrın 22-də imzalanan sənədə görə, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin işçilərinin say həddi 40 ştat vahidi müəyyən edilib. Fərman 2019-cu il yanvarın 14-...