Xəbər
Yurddaş Partiyasının sədri vəfat edib
Azərbaycan Yurddaş Partiyasının sədri, sabiq deputat Mais Səfərli 62 yaşında vəfat edib. APA-nın xəbərinə görə, Mais Səfərli koronavirusdan müalicə olunduğu xəstəxanada keçinib. 1958-ci ildə Qubadlıda doğulan Mais Səfərli 1993-cü ildən Yurddaş Partiyasının sədri idi. Allah rəhmət eləsin!
Rusiyada vaksinasiya
Rusiya hökuməti COVİD-19 əleyhinə vaksin proqramının icrasına başlayıb. Novator.az xəbər verir ki, Rusiyada istehsal olunmuş “Sputnik V” vaksininin əvvəlcə koronavirusa yoluxma riski yüksək olan işçilərə vurulması qərara alınıb. “Euronews” kanalı bildirir ki, Rusiya rəsmilərinin hələ heç yerdə koron...
Rumıniyada seçki müxalifəti önə çıxardı
Rumıniyada dekabrın 6-da keçirilmiş parlament seçkisinin ilkin nəticələri açıqlanıb. 136 senatorun və 329 deputatın proporsional sistemlə müəyyənləşdiyi marafona 7136 namizədin qatıldığı xəbər verilir. Novator.az bildirir ki, ilkin rəsmi hesabata görə, müxalif Sosial Demokrat Partiyası 29,8% səslə ö...
Corc Kluni 20 ildən çoxdur bərbərə getmir
Bir müddət əvvəl ekizlər atası olan, həmişə onu sevənləri təəccübləndirməyi bacaran Hollivud ulduzu Corc Kluni amerikalı teleşou aparıcısı Cim Kimmelin proqramında qonaq olarkən 20 ildən çoxdur bərbərə getmədiyini söyləyib. Novator.az-ın məlumatına görə, ulduz aktyor məhz belə bir vərdiş qazandığına...
Yaşıl meydanlarda
Novator.az Avropanın aparıcı milli futbol çempionatlarının gedişinə nəzər salıb. İngiltərə çempionatında “Tottenhem” və “Liverpul” 24 xalla liderliyi bölüşürlər. “Çelsi”nin 22 xalı, “Lester”in 21 xalı var. İspaniya çempionatında 26 xalla “Atletiko” başçıdır. “Real Sosyedad” 25 xal, “Vilyarreal” 21 ...
Respublikaçı deputatlardan 27-si Trampın uduzduğunu etiraf edib
ABŞ Konqresinin respublikaçı üzvlərindən 27-si builki prezident seçkisində Donald Trampın uduzduğunu, Cozef Baydenin qalib gəldiyini etiraf edib. Novator.az bildirir ki, xəbəri ABŞ-ın “Vashinqton Post” qəzeti yayıb. ABŞ Konqresi iki palatadan – Nümayəndələr Palatası və Senatdan ibarətdir. Hər iki pa...
Dünyada koronavirusa qarşı 150-dən çox peyvənd hazırlanır
Dünyada koronavirusa qarşı 150-dən çox peyvənd hazırlanır. Novator.az-ın məlumatına görə, bunu Dünya Səhiyyə Təşkilatının elmi araşdırmalar üzrə səlahiyyətli nümayəndəsi Sumiya Svaminatan deyib. O bildirib ki, hazırlanmaqda olan həmin peyvəndlərlə bağlı Dünya Səhiyyə Təşkilatına təkliflər daxil olub...
Futbol üzrə ilk Avropa çempionatının qalibi vəfat edib
Məşhur rus futbolçu, SSRİ yığmasının hücumçusu olmuş Viktor Ponedelnik 84 yaşında vəfat edib. Novator.az Vesti.ru-ya istinadla xəbər verir ki, Ponedelnik dekabrın 5-də dünyasını dəyişib. Viktor Ponedelnik 1960-cı ildə Fransada keçirilən ilk Avropa çempionatının qalibidir. Çempionatın final oyununda ...
Parad açıqlaması
Müdafiə Nazirliyi dekabrın 10-u Bakının Azadlıq meydanında keçiriləcək hərbi paradla bağlı rəsmi açıqlama yayıb. Rəsmi məlumata görə, Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyət iştirak edəcək, 150-dək hərbi texnika, raket və artilleriya qurğuları, hava hü...
Karantin qərarı yeniləndi
Nazirlər Kabineti Şəki, Lənkəran şəhərləri, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonları üzrə sərt karantin rejiminin müddətini dekabrın 14-dək uzadıb. Rejim dekabrın 7-də bitməli idi. Novator.az bildirir ki, həmin ərazilərdə hüquq mühafizə, məhkəmə orqanlarının, h...
104 yaşlı veteran koronavirusa qalib gəldi FOTO, VİDEO
İkinci Dünya müharibəsinin 104 yaşlı veteranı, müharibədə qalib gəlmiş ABŞ ordusunun mayoru Holi Vuten Makdonald koronavirusa qalib gəlib. Novator.az saytı ABŞ-ın “Associated Press” agentliyinə istinadla xəbər verir ki, koronavirusdan sağaldığı həftə veteranın ad gününə təsadüf edib. Bu həftə vetera...
Rusiyada siyasi məhbusların çoxu məmurdur
Rusiya siyasi məhbuslara görə yeni sanksiya ilə üzləşə bilər. Novator.az saytı Kommersant.ru saytına istinadla bildirir ki, ABŞ Konqresinin aşağı palatası olan Nümayəndələr Palatası Rusiyada siyasi motivlərlə həbs edilən məmurlarla maraqlanır. Çünki son illər Rusiyada həbs edilən şəxslərin siyasi fə...
Yeni nəşrlər
“Qanun” Nəşrlər Evinin çap etdiyi yeni kitablar haqda qısa məlumatları təqdim edirik. “Bilqamıs” dastanı (Hər şeyi bilən adamın dastanı) Qədim Şumer-Akkad ədəbiyyatının ən yaxşı nümunələrindən sayılan və təxminən e.ə. VI-II minilliklərdə formalaşaraq gil lövhələr üzərinə köçürülən, bu günümüzədək gə...
Anım
Dekabrın 4-ü gündüz saat 12-də Azərbaycanda Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək üçün bir dəqiqəlik sükut elan olunub. Həmin gün prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Şəhidlər xiyabanını ziyarət ediblər. Dövlət başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil, bi...
Xarici borc: ilin və əvvəlki illərin rəqəmləri
Maliyyə Nazirliyinin rəsmi hesabatına görə, 2020-ci il iyulun 1-nə Azərbaycanın 8 milyard 958,2 milyon ABŞ dolları məbləğində xarici borcu olub. Bu, ümumi daxili məhsulun 21,8 faizinə bərabərdir. Xarici dövlət borcu beynəlxalq maliyyə qurumlarından cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq mali...
Yaponiyada COVİD-19 peyvəndi pulsuz vurulacaq
Əhalisinin sayı 126 milyon nəfər olan Yaponiyada bütün vətəndaşlara koronavirus peyvəndi pulsuz vurulacaq. Novator.az saytı “France 24” kanalına istinadla bildirir ki, artıq Yaponiya parlamentinin aşağı və yuxarı palataları peyvənd xərclərinin dövlət büdcəsi hesabına qarşılanmasını nəzərdə tutan qan...
Hasilat razılaşması, 50 dollar həndəvəri
İri neft ixracatçıları – OPEK ölkələri (Anqola, Birləşmiş Ərəb Əmirlikləri, Ekvador, Ekvatorial Qvineya, Əlcəzair, İraq, İran, Konqo, Küveyt, Qabon, Liviya, Nigeriya, Səudiyyə Ərəbistanı, Venesuela) və 10 qeyri-OPEK ölkəsi (Azərbaycan, Bəhreyn, Bruney, Cənubi Sudan, Qazaxıstan, Malayziya, Meksika, O...
Fransaya etiraz
Fransa parlamentinin aşağı palatası – Milli Assambleya dekabrın 3-ü axşam Qarabağ qətnaməsi qəbul edib. Qətnamədə Fransa hökuməti Dağlıq Qarabağ rejimini müstəqil dövlət kimi tanımağa çağırılır. Armeniasputnik.am xəbər verir ki, qətnaməni 188 deputat dəstəkləyib, 3 nəfər sənədin əleyhinə çıxıb. Anal...
Birinci Pyotrun imzaladığı sənəd oğurlanıb
Rusiya imperatoru Birinci Pyotrun (1672-1725) imzası olan bir sənədin ABŞ-da hərracda satışa çıxarılması indiki Rusiya hökumətində, cəmiyyətində və elmi dairələrində çaşqınlığa səbəb olub. Novator.az-ın məlumatına görə, Rusiya Daxili İşlər Nazirliyinin apardığı araşdırma nəticəsində bəlli olub ki, s...
Aydınlıqlar, suallar
UEFA Avropa Liqasının qrup raundunda beşinci tur arxada qalıb. Novator.az-ın məlumatına görə, İ qrupunda yarışan Azərbaycan təmsilçisi “Qarabağ” dekabrın 3-ü İstanbulda İsrail “Makkabi”si (Tel-Əviv) ilə xalları bölüb – 1:1. Səfərdə Türkiyə “Sivasspor”nu 1:0 hesabı ilə yenən İspaniyanın “Vilyarreal” ...