Xəbər
Zaur Mikayılova tapşırıqlar
Aprelin 5-də prezident İlham Əliyev Zaur Mikayılovu “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar video formatında qəbul edib. AZƏRTAC xəbər verir ki, dövlət başçısı meliorasiya və su təsərrüfatı sahəsinin prioritet sahələrdən biri ...
Rəmiş vəfat etdi
Tanınmış gitaraçı, xalq artisti Rafiq Hüseynov (Rəmiş) aprelin 5-də vəfat edib. 1944-cü il noyabrın 14-də Ağdamın Gülablı kəndində doğulan Rafiq Hüseynov orta ixtisas musiqi təhsili alıb, daha çox el sənətçisi kimi tanınıb. Dövlət Televiziya və Radiosunun Xalq Çalğı Alətləri Ansamblının tarzəni, “Da...
Əmanətlərin sığortalanması: sistem necə dəyişdi?
Aprelin 5-də “Əmanətlərin tam sığortalanması haqqında” qanunun tətbiq müddəti başa çatıb. Novator.az bildirir ki, 2016-cı ildən qüvvədə olan qanun bu günədək illik faiz dərəcəsi milli valyutada 12 faizdən, xarici valyutada 2,5 faizdən yüksək olmayan əmanətləri əhatə edirdi. “Əmanətlərin sığortalanma...
Sabiq məmurun nəyə görə tutulduğu açıqlanıb
Baş Prokurorluğun 5 aprel məlumatına görə, Bakının Nəsimi rayonunda, Dilarə Əliyeva küçəsi, 141-də yerləşən yaşayış binalarının, habelə yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi mühafizə olunan yaşayış evinin sökülməsi və yeni yaşayış binalarının tikintisinə dair “FF-2011” Mənzil Tikinti Kooperativi...
Prezidentdən yeni təyinat
Zaur Rauf oğlu Mikayılov “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib. Prezident İlham Əliyev sərəncamı aprelin 5-də imzalayıb. “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətin əsas vəzifəsi su ehtiyatlarını idarə etmək, ölkə iqtisadiyyatı...
Bizdə olmayan statistika
İqtisadçı Rövşən Ağayev sosial siyasətin formalaşdırılması, bu sahədə qərar qəbulu üçün etibarlı statistikanın vacib olduğunu vurğulayır. Novator.az-ın məlumatına görə, ekspert yazır ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının ekspertləri quruma üzv ölkələrdə 0-14 yaşda uşaqların 60%-nin hər iki...
Tələbə qəbulunda qızların payı
2019-cu ildə Azərbaycanın ali məktəblərinə qəbul edilən şəxslərin 52,4%-i qızlar olub. Bakuresearchinstitute.org saytı Dövlət İmtahan Mərkəzinin hesabatına əsaslanaraq belə yazır. Xəbərə görə, 2019-cu ildə ali məktəbə qəbul edilənlər arasında qızların payı Şuşa və Yardımlı rayonlarında daha çox olub...
Böyük beşlikdə
Avropanın aparıcı milli futbol çempionatları qısa fasilədən dönüb. Novator.az-ın məlumatına görə, İngiltərə çempionatında “Mançester Siti” 74 xalla liderdir. “Mançester Yunayted”in 60, “Lester”in 56, “Çelsi”nin 51, “Tottenhem”, “Liverpul” və “Vest Hem”in 49 xalı var. İspaniya çempionatında “Atletiko...
Baş nazirin partiyası önə çıxdı
Bolqarıstanda aprelin 4-də keçirilmiş parlament seçkisinin ilkin nəticələri açıqlanıb. Novator.az-ın məlumatına görə, baş nazir Boyko Borisovun GERB Partiyası 24,1 faiz səslə önə çıxıb. 240 yerlik Xalq Məclisində daha beş qüvvənin təmsil olunacağı bəyan edilib. Belə Xalq Var Partiyası seçicilərin 19...
Koronavirus itkiləri
Novator.az koronavirus itkiləri statistikasına nəzər salıb. Worldometers.info-da təqdim olunan hesabata görə, infeksiya 205 ölkə, ərazi və məkanda 2,8 milyondan çox adamın ölümünə səbəb olub. Yaxın ölkələr arasında ən çox Rusiya itki verib: 100374 nəfər. İranda koronavirusdan 63160, Ukraynada 34333,...
“Azərbaycan hakimiyyəti rəsmi Moskvadan izahat tələb etməlidir”
Müsavat Partiyası Şuşa şəhərində Rusiyaya məxsus “İskəndər-M” raketi qalıqlarının tapılması ilə əlaqədar bəyanat qəbul edib. Partiyanın mətbuat xidmətindən Novator.az-a verilən məlumata görə, bəyanatda deyilir ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları işğaldan aza...
Yoxlamalara yasaq qanunu: yeni istisna gəlir
Sahibkarlıq sahəsində yoxlamaları dayandıran qanun yenilənir. Novator.az bildirir ki, Milli Məclisin 2 aprel iclasında son oxunuşdan keçən layihəyə görə, enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin elektrik, su və qaz sayğaclarına m...
Əhməd Əhmədzadə postdan getdi
Əhməd Əhmədzadə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib. Prezident İlham Əliyev aprelin 2-də belə sərəncam imzalayıb. Novator.az bildirir ki, 1945-ci il təvəllüdlü Əhməd Əhmədzadə Qax Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri...
Sabiq deputat niyə tutulub?
Milli Məclisin sabiq deputatı Rafael Cəbrayılov həbs edilib. Novator.az bildirir ki, Rafael Cəbrayılov 1958-ci ildə doğulub. Hüquqşünasdır. Uzun illər prokurorluq sistemində çalışıb. Ədliyyə polkovnik-leytenantıdır. 2005, 2010, 2015-ci illərdə parlamentin deputatı seçilib. 2019-cu ildə Rafael Cəbray...
Azad edilmiş bölgələrin əhali statistikası
Novator.az işğaldan azad edilmiş bölgələrin əhali statistikasına nəzər salıb. Dövlət Statistika Komitəsinin hesabatına görə, 2021-ci il yanvarın 1-nə Ağdamın əhalisi 205,1 min nəfər olub. Füzulinin əhalisi 134,7 min nəfər, Kəlbəcərin əhalisi 94,7 min nəfər, Cəbrayılın əhalisi 82,2 min nəfər, Zəngila...
Pandemiya xeyriyyəni məhsuldar edib – “Yerusəlim Post”
Koronavirus pandemiyası kənd təsərrüfatı məhsulları əkib-becərməklə məşğul olan fermerlərin də işinə ziyan vurub. Pandemiyaya görə tətbiq edilən məhdudiyyətlər bir çox yerdə məhsulun həm yığımına, həm də satışına əngəl törədib. İsrailin “Yerusəlim Post” qəzeti yazır ki, bu ölkədə xiyar yetişdirməklə...
Avropa Məhkəməsi sürəti artırır
Avropa İnsan Hüquqları Məhkəməsi şikayətlərə daha tez, effektli baxılması üçün yeni iş icraatı strategiyası qəbul edib. Novator.az-ın məlumatına görə, hüquqşünas Xalid Ağalıyev yazır ki, strategiya Avropa Məhkəməsinin işlərə prioritet qaydada baxılması siyasətinin gücləndirilməsinə söykənir. İşlərə ...
Bölgələr üzrə yoluxmalar, yeni məhdudiyyət
2019-cu ilin dekabr ayında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus infeksiyasına Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də qeydə alınıb. Bu il aprelin 2-dək 263961 yoluxma olub, 3593 xəstə vəfat edib. Novator.az bildirir ki, rəsmi statistikaya görə, yoluxmaların 53,7%-i paytaxt Bakını...
Ermənistan seçki sistemini yeniləyir
Ermənistan parlamenti Seçki Məcəlləsinə dəyişiklik layihəsini qəbul edib. Novator.az bildirir ki, aprelin 1-də son oxunuşdan keçən yenilik təşəbbüsü parlament seçkisinin yalnız ölkə üzrə partiya siyahıları – tam proporsional sistem əsasında təşkilini nəzərdə tutur. 2017 və 2018-ci illərin parlament ...
Azərbaycanın hasilat norması necə dəyişir?
Əsas neft ixracatçılarını birləşdirən OPEK ölkələri (Anqola, Birləşmiş Ərəb Əmirlikləri, Ekvador, Ekvatorial Qvineya, Əlcəzair, İraq, İran, Konqo, Küveyt, Qabon, Liviya, Nigeriya, Səudiyyə Ərəbistanı, Venesuela) və 10 qeyri-OPEK ölkəsi (Azərbaycan, Bəhreyn, Bruney, Cənubi Sudan, Qazaxıstan, Malayziy...