Xəbər
Uşaqlarla bağlı yeni qərarlar
Nazirlər Kabineti uşaqların ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair qaydaları təsdiq edib. Başqa bir qərarla uşaqların uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmi...
Şəmkirin icra başçısı işdən götürüldü
Alimpaşa Adil oğlu Məmmədov Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Prezident İlham Əliyev sərəncamı aprelin 27-də imzalayıb. Alimpaşa Məmmədov 8 oktyabr 2014-cü ildən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı idi. Aprelin 26-da hüquq mühafizə orqanlarının Şəmkir Rayon İcra...
MSK üzvləri seçildi
Aprelin 27-də parlament Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlərini seçib, 18 nəfərlik qurumda 6 yeri parlamentdəki çoxluq partiyasının, 6 yeri azlıq partiyalarının, 6 yeri partiyasız deputatların təqdim etdiyi nümayəndələr tutub. Novator.az bildirir ki, Yeni Azərbaycan Partiyasını MSK-da Məzahir P...
Prezidentdən tapşırıqlar və yeni qərar
Aprelin 27-də prezident İlham Əliyev rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsinə fərman verib. Sənədə görə, rəqəmsal transformasiya sahəsində fəaliyyətin təşkili, əlaqələndirilməsi və həyata keçirilməsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə həvalə edilir. Naz...
Oqtay Gülalıyevin oğlu açıqlama yayıb
Hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev açıqlama yayıb. Novator.az-ın məlumatına görə, o bildirir ki, atasına gündüzlər evdə baxan tibb bacılarına 3 aydır maaş verilmir və onlar mayın 1-dən xidməti dayandırmaq istəyirlər: “Tibb bacılarının Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi...
Yüksəklik qərarında yenilik
Nazirlər Kabinetinin 22 avqust 2002-ci il qərarı dəniz səviyyəsindən hündürlükdə yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərin maaşına artımları nəzərdə tutur. Hündürlük 1200 metrdən 1500 metrədək olduqda əməkhaqqına artımın (əmsalın) minimum miqdarı 1,1; 1500 metrdən...
Ziyarət
Prezident İlham Əliyev aprelin 26-da xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva ilə birgə Cəbrayıl və Zəngilan rayonlarına səfər edib. AZƏRTAC səfərdən geniş reportajı aprelin 27-də verəcək. Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini ələ keçirib. 2020-ci il senty...
Koronavirus: beynəlxalq və yerli statistika
Beynəlxalq statistikaya görə, koronavirus infeksiyası 207 ölkə, ərazi və məkanda 3 milyon 133,8 mindən çox adamın ölümünə səbəb olub. Worldometers.info yaxın ölkələri itki baxımından belə sıralayır: Rusiya – 108588 min nəfər İran – 70070 Ukrayna – 42518 Türkiyə – 38711 Moldov...
Türkiyə prezidenti: “Heç bir yerdə erməni kütləvi məzarlığı yoxdur”
Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan ABŞ prezidenti Cozef Baydenin XX əsrin birinci yarısında, Osmanlı İmperiyasının son çağlarında baş verənləri “erməni soyqırımı” kimi tanımasına münasibət bildirib. Rəcəb Teyyub Ərdoğan aprelin 26-da Türkiyə hökumətinin növbəti iclasından sonra ictimaiyyətə mür...
Baş nazirin partiyası seçkini udur
Albaniyada aprelin 25-də keçirilmiş parlament seçkisinin ilkin nəticələri bəlli olub. Novator.az-ın məlumatına görə, baş nazir Edi Ramanın sədrlik etdiyi hakim Sosialist Partiyası 140 yerlik qanunverici orqana 74 mandat qazanaraq önə çıxıb. Müxalif Demokrat Partiyasının 46 mandat, onun müttəfiqi ola...
Prezident çağırışı
Aprelin 26-da BMT-nin Asiya və Sakit Okean Üçün İqtisadi və Sosial Komissiyasının (qərargahı Tailandda yerləşir) “Asiya və Sakit okean hövzəsində regional əməkdaşlıq vasitəsilə böhranlardan sonra daha güclü inkişafın təmin olunması” mövzulu sessiyası işə başlayıb. AZƏRTAC xəbər verir ki, sessiyada p...
Vəkildən Hüseyn Abdullayev açıqlaması
Məhbus Hüseyn Abdullayev Bakıdakı 10 saylı Cəzaçəkmə Müəssisəsindən Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb. Novator.az-ın məlumatına görə, vəkil Elçin Sadıqov yazır ki, Hüseyn Abdullayev cəzaçəkmə müəssisəsindən aprelin 22-si axşam təcili tibbi yardım maşını ilə aparılıb, aprelin 24-də ...
ADR Hərəkatından etiraz, sədrdən təklif
ABŞ-ın Ratqers Universitetinin professoru olan iqtisadçı alim Qubad İbadoğlunun sədrlik etdiyi Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı bəyanat yayıb. Novator.az-ın məlumatına görə, bəyanatda ABŞ prezidenti Cozef Baydenin 24 aprel açıqlamasına etiraz bildirilir. Aprelin 24-də ABŞ prezidenti Co...
Böyük beşlikdə
Avropanın aparıcı milli futbol çempionatları sona yaxınlaşır. Novator.az-ın məlumatına görə, İngiltərə çempionatında “Mançester Siti” 77 xalla liderdir. “Mançester Yunayted”in 67, “Lester”in 59, “Çelsi”nin 58, “Vest Hem”in 55, “Liverpul”un 54, “Tottenhem”in 53, “Everton”un 52 xalı var. İspaniya çemp...
Bölgələrin əmanət statistikası
Novator.az bölgələr üzrə əmanət statistikasına nəzər salıb. Mərkəzi Bankın hesabatına görə, 2021-ci il aprelin 1-nə Bakıda 7 milyard 311,6 milyon manat əmanət qeydə alınıb. İqtisadi rayonlarda əmanət məbləği belə rəsmiləşib: Abşeron – 205,9 milyon manat Aran – 169,7 milyon manat Gəncə-Qazax – 162,5 ...
Paşinyan istefa verdi
Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 25-də istefa verib. Bu addım parlamentin buraxılması, qanunverici orqana növbədənkənar seçkinin təyin olunması üçün atılıb. Parlament seçkisinin iyunun 20-də keçirilməsi gözlənir. Ermənistan Konstitusiyasına əsasən, baş nazir istefa verdikdən sonra parl...
“Bayden erməni diasporunun “4T” hədəfinə yaşıl işıq yandırdı”
Cozef Baydenin 1915-ci il hadisələrini “soyqırımı” adlandırması erməni diasporunun “4T” hədəfinə yaşıl işıq yandırması deməkdir. Türkiyənin “Sözçü” qəzetinin məşhur yazarı Uğur Dündar bu fikirdədir. Bəs nədir “4T”? Novator.az-ın məlumatına görə, Uğur Dindar özünün “Twitter” hesabında “4T”nin mənasın...
Azərbaycanın ABŞ-a rəsmi etirazı
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsi ABŞ prezidentinin erməni anım günü münasibətilə çıxışına dair şərh yayıb. Aprelin 24-də ABŞ prezidenti Cozef Bayden XX əsrdə, Osmanlı İmperiyasının son çağlarında baş verən toqquşmalar zamanı ermənilərin üzləşdiyi hadisələri “soyqırımı” ki...
Bayden “soyqırımı” dedi
Aprelin 24-də ABŞ prezidenti Cozef Bayden XX əsrdə, Osmanlı İmperiyasının son çağlarında baş verən toqquşmalar zamanı ermənilərin üzləşdiyi hadisələri “soyqırımı” kimi qiymətləndirib. Baydenə qədər həmin hadisələr barədə açıqlama yayan ABŞ prezidentləri “soyqırımı” yox, başqa ifadələr, məsələn, “böy...
Oqtay Şirəliyev səhiyyə naziri vəzifəsindən çıxarıldı
Aprelin 23-də sərəncam imzalayan prezident İlham Əliyev Oqtay Şirəliyevi səhiyyə naziri vəzifəsindən azad edib. Novator.az bildirir ki, 1950-ci il avqustun 2-də doğulan Oqtay Şirəliyev indiki Azərbaycan Tibb İnstitutunu bitirib, Moskvada ordinatura və aspirantura təhsilləri alıb. Tibb elmləri doktor...