Xəbər
77 dollardan baha
Azərbaycan neftinin qiyməti 2019-cu il aprelin 26-dan bəri ilk dəfə 77 dolları keçib. AZƏRTAC-ın 2 iyul məlumatına görə, “AzəriLayt”ın barreli 77,11 dollara satılır. 2021-ci ilin dövlət büdcəsində bir barrel neftin qiyməti 40 dollardan götürülüb. “AzəriLayt” yanvara 50,92, fevrala 56,68, marta 65,66...
Pensiya yenilikləri son oxunuşdan keçdi
Milli Məclisin 2 iyul iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunda dəyişiklik son oxunuşdan keçib. Novator.az bildirir ki, yeniliyə görə, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə şəxs ötür...
Avropa Məhkəməsində Azərbaycan işləri
Avropa İnsan Hüquqları Məhkəməsi iyulun 8-də Azərbaycandan şikayətlər üzrə yeni qərarlar elan edəcək. Novator.az hüquqşünas Xalid Ağalıyevə istinadla bildirir ki, Elnur Məmmədov və İdrak Abbasovun şikayəti 2009-cu ilin olayı ilə bağlıdır. Hər iki ərizəçi Reportyorların Azadlıq və Təhlükəsizlik İnsti...
Qiymətə bir də baxmaq
İqtisadçı alim Qubad İbadoğlunun sədrlik etdiyi Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı əhaliyə satılan təbii qazın qiymətində artıma etiraz bəyanatı yayıb. Dövlətin tənzimlədiyi qiymətlərə məsul olan Tarif Şurasının 28 noyabr 2016-cı il qərarı ilə əhalinin ildə 1500 kubmetrədək təbii qaz işl...
Beşbarmağın statusu
Nazirlər Kabineti “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun əsasnaməsini təsdiqləyib. Novator.az bildirir ki, qoruq prezident İlham Əliyevin 8 iyun 2020-ci il sərəncamı ilə yaradılıb, idarəçilik Dövlət Turizm Agentliyinə tapşırılıb. Sərəncamda qeyd olunub ki, Siyəzən rayonunun Qal...
General poqonları, təltiflər
İyulun 2-si daxili işlər orqanı əməkdaşlarının peşə bayramıdır. Azərbaycanda daxili işlər orqanı 103 il əvvəl, 1918-ci il iyulun 2-də yaradılıb. Prezident İlham Əliyevin 2 iyul sərəncamı ilə Daxili İşlər Nazirliyinin dörd polkovnikinə polis general-mayoru ali xüsusi rütbəsi verilib: Əlaslan Qaçay oğ...
Daxili Qoşunlarda maaş artımı
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında bir qrup hərbi qulluqçunun maaşı artır. Dövlət başçısı İlham Əliyevin iyulun 2-də imzaladığı sərəncam işğaldan azad olunmuş ərazilərdə həqiqi hərbi xidmət edən hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq və...
Təqvimdə dəyişiklik
Nazirlər Kabineti şənbəyə düşən 17 iyulu iş günü elan edib. Həmin qərara görə, 19 iyul – bazar ertəsi qeyri-iş günü olur. Novator.az bildirir ki, 20-21 iyulda (çərşənbə axşamı, çərşənbə) Qurban bayramı qeyd olunacaq. 19 iyul iş günü ilə 17 iyul istirahət gününün yerləri iş və istirahət günlərinin ar...
Deyilmir fondun nəyi var…
2021-ci ilin fevral ayından bəri Azərbaycan Ordusuna Yardım Fondunun vəsaiti barədə məlumat yayılmır. 2002-ci il avqustun 17-dən Silahlı Qüvvələrə Yardım Fondu fəaliyyət göstərib. Prezident fərmanı ilə yaradılmış qurumun əsas maliyyə mənbəyi hüquqi və fiziki şəxslərin könüllü verdiyi vəsait olub, Mü...
Valyuta ehtiyatı yarım ildə 85,9 milyon dollar artıb
Mərkəzi Bank valyuta ehtiyatının həcmini açıqlayıb. Rəsmi hesabata görə, iyulun 1-nə ehtiyatın həcmi 6 milyard 455,3 milyon dollardır. Novator.az bildirir ki, 2021-ci il 6 milyard 369,4 milyon dollarla başlayıb, altı ayda 85,9 milyon dollar artım qeydə alınıb. 2015-ci ilin əvvəlinə valyuta ehtiyatı ...
AYB-də yeni təyinatlar
Şair, yazıçı-publisist Rəşad Məcid Azərbaycan Yazıçılar Birliyi (AYB) sədrinin müavini təyin olunub. Xəbəri iyulun 1-də APA yayıb. Bu təyinata qədər Rəşad Məcid AYB katibi idi. APA yazıçı-publisist Elçin Hüseynbəyli və şair, publisist, tərcüməçi Səlim Babullaoğlunun AYB katibləri təyin olunduğunu da...
Azad zonanın təməl mərasimi
İyulun 1-də prezident İlham Əliyev Ələt Azad İqtisadi Zonasının təməl mərasimində iştirak edib. AZƏRTAC xəbər verir ki, zonanın ümumi sahəsi 850 hektar olacaq, 60 hektarda layihələndirilmə başa çatıb və inşaat işləri başlayıb, infrastrukturun yaradılması üçün zəruri addımlar atılıb. Ələtdə Azərbayca...
Qiymətlərin şurası
Novator.az Tarif (qiymət) Şurası barədə arayışı təqdim edir. Əsasnaməsi prezidentin 26 dekabr 2005-ci il fərmanı ilə təsdiqlənən Tarif Şurası dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərə (tariflərə), xidmət haqlarına, yığımlara məsul kollegial icra hakimiyyəti orqanıdır. İqtisadiyyat nazirinin sədr...
Manatın xərci 2,7 milyard dolları ötüb
Dövlət Neft Fondu Mərkəzi Bankın 2021-ci ilin iyun ayında keçirdiyi valyuta hərraclarında 463,6 milyon ABŞ dolları məbləğində vəsait satıb. Rəsmi hesabat iyulun 1-də yayılıb. Novator.az bildirir ki, 2021-ci ilin ilk yarısının valyuta hərraclarında sərf olunan vəsaitin həcmi 2 milyard 766,1 milyon do...
Pambıq mahlıc, qızıl, pomidor…
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hesabatına görə, 2021-ci ilin yanvar-may aylarında Azərbaycandan 907,6 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulu ixrac olunub, göstərici 2020-ci ilin ilk beş ayına nəzərən 25,4 faiz artıb. Ən çox ixrac edilən malların siyahısında pambıq...
İyulun start qiyməti
Energetika Nazirliyinin məlumatına görə, Azərbaycan nefti “AzəriLayt”ın barreli iyul ayına 75,95 dollarla start verib. Bu, 2021-ci ilin əvvəlindəki qiymətdən 25,03 dollar yuxarı qiymətdir. 2021-ci ilin dövlət büdcəsində bir barrel neftin qiyməti 40 dollardan götürülüb. “AzəriLayt” yanvara 50,92, fev...
“ABŞ-da daimi qalmaq ağlımın ucundan belə keçmədi”
İqtisadçı alim Qubad İbadoğlu professoru olduğu ABŞ-ın Ratqers Universiteti ilə (Nyu-Cersi şəhərində yerləşir) vidalaşıb. Novator.az-ın məlumatına görə, o yazır ki, iyunun 30-u Ratqers Universitetində sonuncu iş günü olub, həmin gün müqavilənin müddəti bitib: “Son 15 ayda həftəsonu da daxil hər gün ...
Nazirlikdən yarım il hesabatı
Ədliyyə Nazirliyi bildirir ki, 2021-ci ilin birinci yarısında 1500-dən artıq hüquqi akt layihəsi hazırlanıb, 1400-dən çox akt ekspertizadan keçirilib, 128 minə yaxın vətəndaşlıq vəziyyəti aktı, 53400-dən çox doğum, 22 minə yaxın nikah dövlət qeydiyyatına alınıb. Hesabata görə, 6 ayda 345 mindən çox ...
İyulun hava proqnozu
Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirir ki, Milli Hidrometeorologiya Xidməti iyul ayında havanın orta aylıq temperaturunun iqlim norması daxilində olacağını gözləyir. Bölgələr üzrə orta aylıq temperatur proqnozu belədir: Bakı və Abşeron yarımadası – 25-27 dərəcə isti, bəzi günlərdə 37-...
Şəhid və itkin hərbi qulluqçuların siyahısı
İyunun 30-da Müdafiə Nazirliyi 2020-ci ilin Vətən müharibəsində şəhid olmuş 2906 nəfər hərbi qulluqçunun və itkin düşmüş sayılan 8 nəfərin siyahısını yayıb. Məlumata görə, itkin düşmüş hesab olunan kapitan Pənahov Əkbər Bəylər oğlu, leytenant Vəlizadə İbrahim Səməd oğlunun, gizir İxtiyar İlqarın, əs...