Xəbər
Büdcə qiymətindən nə qədər baha?
İyulun 7-də “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 76,08 dollara təklif olunur. Bu, büdcə qiymətindən 36,08 dollar yuxarı qiymətdir. Azərbaycanın 2021-ci il büdcəsində bir barrel neftin qiyməti 40 dollardan götürülüb. “AzəriLayt” yanvara 50,92, fevrala 56,68, marta 65,66, aprelə 64,25, maya...
Şuşa yoluna asfalt çəkilir
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Füzuli rayonundan Şuşa şəhərinə çəkilən yol barədə məlumat yayıb. İyulun 7-də verilən rəsmi bilgiyə görə, təməli 2020-ci il noyabrın 16-da qoyulmuş 101 kilometrlik yolun iki hərəkət zolaqlı olması nəzərdə tutulur: “İlk 6 kilometrlik hissədə yeni yol yata...
Yoluxma dinamikası
Son rəsmi hesabata görə, Azərbaycanda ümumən 336557 nəfər koronavirus infeksiyasına yoluxub, onların 4978-i vəfat edib. Novator.az bildirir ki, 2019-cu ilin dekabr ayında Çində üzə çıxaraq 222 ölkə, ərazi və məkana yayılan infeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də qeydə alınıb, ...
Dolların 3 il 4 ayı
Mərkəzi Bank iyulun 7-də ABŞ dollarının qiymətini 1,7 manat həddində saxlayıb, bununla kurs sabitliyinin 3 il 4 ayı tamamlanıb. 2015-ci ilin devalvasiyaları nəticəsində dolların rəsmi məzənnəsi 0,7844 manatdan 1,5594 manata yüksəlib, 2016-cı ildə qiymət 1,7707 manata çatıb. 2017-ci ili 1,7001 manatl...
Dəstək sərəncamları
Prezident İlham Əliyev iyulun 6-da dörd sərəncam imzalayıb. Sərəncamlar 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirləri əhatə edir. Zərər vurulmuş obyektlərin bərpası və təmir-tikinti işl...
Ermənistanın Konstitusiya Məhkəməsi seçkidən dörd şikayətə baxacaq
Ermənistanın Konstitusiya Məhkəməsi iyulun 9-da növbədənkənar parlament seçkisinin rəsmi nəticələrindən verilmiş dörd şikayətə baxacaq. Novator.az-ın məlumatına görə, iyunun 20-də keçirilmiş seçkinin rəsmi nəticələrinin ləğvi istənən müraciətlər bir icraatda birləşdirilib. Proporsional sistemin tətb...
Sərhəddə olay: ölən var
Dövlət Sərhəd Xidmətinin 6 iyul məlumatına görə, iyulun 5-i saat 23:45-də Sərhəd Qoşunlarının Cəlilabad rayonunun Sərxanlı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində 5 şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması aşkar olunub: “Dayan” əmri verilməsinə və havaya x...
Lukaşenkoya rəqib olmaq istəyən bankirə hökm oxundu
Belarus Ali Məhkəməsi iyulun 6-da ölkə prezidentliyinə sabiq iddiaçı Viktor Babarikonu 14 il müddətinə azadlıqdan məhrum edib. O, külli miqdarda rüşvət almaqda və çirkli pulların yuyulmasında təqsirli bilinib. Novator.az bildirir ki, 1963-cü il təvəllüdlü Viktor Babariko 2000-2020-ci illərdə ölkənin...
79 dollara doğru
Energetika Nazirliyinin 6 iyul məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin bir barreli 78,35 dollara satılır. Azərbaycanın 2021-ci il büdcəsində bir barrel neftin qiyməti 40 dollardan götürülüb. “AzəriLayt” yanvara 50,92, fevrala 56,68, marta 65,66, aprelə 64,25, maya 66,55, iyuna 70,57...
İt-pişik arasında virusa yoluxma təxmin ediləndən çoxdur
Niderlandda aparılan yeni araşdırma ev pişikləri və itləri arasında koronavirusa yoluxmaların təxmin ediləndən daha çox olduğunu üzə çıxarıb. Tədqiqat Niderlandın Utrext Universitetinin alimi Els Broensin rəhbərliyi ilə aparılıb. Novator.az saytı ABŞ-ın “Reuters” agentliyinə istinadla bildirir ki, d...
Qəzada zərər: yeni qaydalar təsdiqlənib
Nazirlər Kabineti yol-nəqliyyat hadisələri nəticəsində dəyən sosial-iqtisadi və ekoloji zərərin qiymətləndirilməsi və hesablanması qaydalarını təsdiqləyib. Novator.az bildirir ki, sənədə görə, zərərin qiymətləndirilməsini və hesablanmasını İqtisadiyyat Nazirliyi həyata keçirir. Qaydalarla bu zərərlə...
Azərbaycanın koronavirus statistikası
Novator.az Azərbaycanın koronavirus statistikasına nəzər salıb. Son rəsmi hesabatda koronavirus infeksiyasına yoluxanların sayı 336479 nəfər, xəstəlik qurbanlarının sayı 4978 nəfər göstərilib. 2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən infeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il f...
Yarımfinala qədər
16-cı Avropa futbol çempionatının yarımfinalına vəsiqə alan komandaların üçü titul sahibidir. İyunun 11-də start götürən çempionatın 48 oyunu arxada qalıb. Novator.az bildirir ki, qrup mərhələsi, 1/8 final və 1/4 finalda 135 qol qeydə alınıb. Hər matça 2,8-dən çox qol düşür. Amsterdam, Bakı, Budapeş...
Ermənistanın nə qədər borcu var?
Ermənistanın İqtisadiyyat Nazirliyi ölkənin dövlət borcu barədə açıqlama yayıb. Novator.az bildirir ki, 2021-ci ilin əvvəlinə dövlət borcu 8,1 milyard dollar göstərilir. Bu, ölkənin ümumi daxili məhsulunun 63,5 faizinə bərabərdir. Hesabata əsasən, 2020-ci ilin əvvəlinə Ermənistanın dövlət borcu 6,8 ...
Xəzərdə vulkan, zəlzələ
Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində iyulun 4-ü axşam baş vermiş partlayış və yanğınla bağlı məlumat yayıb. Qeyd olunur ki, dənizdə neft-qaz hasilatı, sənaye və nəqliyyat infrastrukturlarına aid obyektlərdə hər hansı fövqəladə hadisə baş verməyib: “İyulun 5-i səhər nazirliyin aviasiya dəstəsin...
Yaxın ölkələrin koronavirus itkiləri
İyulun 5-nə olan beynəlxalq statistikaya görə, koronavirus infeksiyası 209 ölkə, ərazi və məkanda 3 milyon 993,5 min nəfərdən çox adamın ölümünə gətirib. Novator.az yaxın ölkələr üzrə göstəriciləri təqdim edir: Rusiya – 137925 ölüm İran – 84792 Ukrayna – 52470 Türkiyə -49924 Moldov...
Eldar Həsənov Hərbi Hospitala köçürüldü
İyulun 2-də hüquqşünas, dövlət xadimi, diplomat, alim Eldar Həsənov Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalına köçürülüb. Xəbəri vəkil Cavad Cavadov yayıb. Novator.az-ın məlumatına görə, vəkil bildirib ki, Eldar Həsənovun Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasından hospitalına...
Mehman Əliyev media qanunu layihəsini dərc etməyə çağırır
“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılova müraciət edib. Novator.az bildirir ki, Medianın İnkişafı Agentliyi 2021-ci il yanvarın 12-də, 2009-cu ildən fəaliyyət göstərən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət...
Robert Köçəryan seçkidən şikayət verdi
Ermənistanın sabiq prezidenti Robert Köçəryanın başçılıq etdiyi blok iyulun 2-də Konstitusiya Məhkəməsinə müraciət edib. Novator.az-ın məlumatına görə, müraciətdə iyunun 20-də keçirilmiş növbədənkənar parlament seçkisinin rəsmi nəticələrinin ləğvi istənir. Proporsional sistemin tətbiq olunduğu 20 iy...
Ali Məhkəmə məhbus jurnalistin cəzasını azaltdı
İyulun 2-də Ali Məhkəmə Azel.tv saytının baş redaktoru Əfqan Sadıqovun şikayəti üzrə qərar çıxarıb. “Turan”ın məlumatına görə, jurnalistin azadlıqdan məhrumetmə cəzası 4 ilə düşürülüb. Əfqan Sadıqovu 2020-ci il mayın 13-də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tutub. Həmin il ...