Xəbər
Əbülfəz Elçibəy: “Rus ordusu elə çıxıb gedib ki…”
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn mərhum prezident Əbülfəz Elçibəyin Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin 26 fevral 1993-cü il sessiyasındakı çıxışının mətnini yayıb. Novator.az-ın məlumatına görə, çıxışında Əbülfəz Elçibəy ölkədə hərbi-siyasi durumun çox gərgin olduğunu vurğulayır: ...
Yaxın ölkələr və Azərbaycanda xəstə sayı
Sentyabrın 9-na olan beynəlxalq statistikaya görə, 211 ölkə və ərazidə 18,8 milyondan çox aktiv koronavirus xəstəsi var. Novator.az bildirir ki, İranda 644897, Rusiyada 555810, Türkiyədə 483158 nəfər müalicə altındadır. Digər yaxın ölkələr koronavirus xəstələri üzrə belə sıralanır: Qazaxıstan –...
2022-nin dövlət büdcəsi gündəmə gəldi
Maliyyə Nazirliyi 2022-ci ilin dövlət büdcəsinin ilkin göstəricilərini açıqlayıb. Novator.az bildirir ki, layihəyə görə, büdcənin gəlirləri 26 milyard 407 milyon manat məbləğində proqnozlaşdırılır, bunun 52,4 faizi neft sektorunun, 47,6 faizi qeyri-neft sektorunun payı kimi göstərilir, gəlirlər hesa...
Avropa zonasında
Avropada 2022-ci ilin dünya futbol çempionatının seçmə mərhələsinin altı turu geridə qalıb. Novator.az bildirir ki, A qrupunda Portuqaliya (13 xal), B qrupunda İspaniya (13 xal), C qrupunda İtaliya (14 xal), D qrupunda Fransa (12 xal), E qrupunda Belçika (16 xal), F qrupunda Danimarka (18 xal), G qr...
Mitinq işində apellyasiya mərhələsi: yeni qərar var
Azərbaycan Ordusuna dəstək aksiyasından sonra cinayət məsuliyyətinə alınaraq məhkum olunan şəxslərin işi Bakı Apellyasiya Məhkəməsindədir. Səbail Rayon Məhkəməsinin azadlıqdan şərti məhrumetmə hökmlərindən verilən apellyasiya şikayətlərində bəraət istəyi yer alır. Novator.az-ın məlumatına görə, apel...
Qubad İbadoğlu: “Qurultay keçirməkdə qərarlıyıq”
2015-ci ildə yaradılmış Azərbaycan Demokratiya və Rifah Hərəkatı partiyaya çevrilmək ərəfəsindədir. Qurumun sədri Qubad İbadoğlu sentyabrın 8-də Novator.az-a deyib ki, partiyanın təsis qurultayına bir il əvvəl tam hazır olublar: “Ancaq 2020-ci ilin Vətən müharibəsini və ondan sonrakı dövrün tələblər...
COVİD-i yaymağa görə 5 il həbs
Vyetnamda Le Van Tri adlı şəxs koronavirusla bağlı tətbiq edilmiş qaydalara məhəl qoymadığına, virusu 8 adama yaydığına görə məhkum olunub. Həmin 8 adamdan biri ölüb. Novator.az xəbər verir ki, iyun ayından Vyetnamda koronavirusa yoluxma halları artır. İndiyədək ölkədə koronavirusa yoluxanların sayı...
Məhbus məmur vəfat edib
Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı, məhbus Nizaməddin Quliyev vəfat edib. Xəbər sentyabrın 8-də yayılıb. Nizaməddin Quliyev 1954-cü ildə Goranboyun Tapqaraqoyunlu kəndində doğulub. İndiki Azərbaycan Dövlət Aqrar Universitetini, Elmi-Tədqiqat Kənd Təsərrüfatı İqtisadiyyatı və Təşkili İns...
“Qarabağ”ın oyunlarının təqvimi
UEFA Konfrans Liqasında Azərbaycanı təmsil edən “Qarabağ” komandası H qrupunda “Bazel” (İsveçrə), “Kayrat” (Qazaxıstan) və “Omoniya” (Kipr) klublarına rəqib olub. Novator.az oyunların təqvimini diqqətə çatdırır: 16 sentyabr “Kayrat” – “Omoniya” “Qarabağ” – “Bazel” 30 sentyabr “Bazel” – “Kayrat” “Omo...
1500 il əvvəlin xəzinəsi tapılıb
Danimarkada VI əsrə aid xəzinə tapılıb. Novator.az saytı “Euronews” kanalına istinadla xəbər verir ki, xəzinə 22 qızıl əşyadan ibarətdir və ümumi çəkisi bir kiloqrama yaxındır. Bu, Danimarkada tapılmış ən iri xəzinələrdən biridir. Xəzinəni həvəskar arxeoloq 6 ay əvvəl metal detektoru vasitəsilə tapı...
Ermənistanın bahalaşma statistikası
Armeniasputnik.am saytı Ermənistanın inflyasiya göstəricilərini yayıb. Hesabata görə, 2021-ci ilin yanvar-avqust aylarında ölkədə ötən ilin eyni dövrünə nəzərən 8,8% inflyasiya gedib, ərzaq məhsulları 15,1% bahalaşıb. Novator.az bildirir ki, statistikaya əsasən, il ərzində tərəvəzin qiyməti 66,4%, ş...
Azərbaycan Avropa birincisi
Azərbaycan milli komandası Avropada 2022-ci ilin dünya futbol çempionatına çıxmaq şansını itirən ilk yığma olub. Novator.az-ın məlumatına görə, sentyabrın 7-də seçmə mərhələnin altıncı turu start götürüb, A qrupunda yarışan milli Bakıda Portuqaliya yığmasına 0:3 hesabı ilə uduzub. İrlandiya – Serbiy...
Kabinetdə gənclər və başqaları
Azərbaycanın yeni gənclər və idman naziri Fərid Qayıbov 1979-cu il təvəllüdlüdür. Novator.az bildirir ki, o, Nazirlər Kabineti üzvləri arasında ən gənc altı nəfərdən biridir. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov da 1979-cu ildə anadan olub. Ən gənc hökumət üzvü 1982-ci il təvəllüd...
Məktəblər necə açılır?
Təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkili ilə bağlı açıqlamalar verib. Onun sözlərinə görə, sentyabrın 22-dən I-IV siniflər, sentyabrın 29-dan V-XI siniflər, eləcə də ali təhsil və orta ixtisas təhsili müəssisələri əyani tədrisə başlayır. Novator.az bildirir ki, Azərbaycanda t...
İsrail peyvəndin dördüncü dozasına hazırlaşır
İsraildə əhaliyə koronavirus infeksiyasına qarşı peyvəndin dördüncü dozasının vurulmasına hazırlıq görülür. Novator.az-ın məlumatına görə, ölkənin koronavirusla mübarizə üzrə milli proqramının rəhbəri professor Salman Zarka bu niyyəti sentyabrın 4-də ictimai radio vasitəsilə açıqlayıb. O, hər kəsi C...
Yeni nazirə tapşırıqlar
Sentyabrın 7-də prezident İlham Əliyev Fərid Qayıbovu gənclər və idman naziri təyin olunması ilə əlaqədar video formatında qəbul edib. AZƏRTAC-ın məlumatına görə, dövlət başçısı qəbulda deyib ki, ölkədə idman sahəsi sürətlə inkişaf edib və Azərbaycan idman ölkəsi kimi tanınır: “Beynəlxalq yarışlarda...
ABŞ-ın Əfqanıstanda qalan hərbi texnikası necə oldu?
ABŞ qoşunları 20 ildən sonra Əfqanıstanı tərk etdi. Bəs ABŞ ordusu Əfqanıstandan bütün hərbi texnikasını çıxardımı? Orada qalan hərbi texnikaların taleyi necə oldu? Novator.az-ın məlumatına görə, ABŞ-ın “CBS News” kanalının internet səhifəsində bununla bağlı yazı yerləşdirilib. Yazıda bildirilir ki,...
Gənclər və idman naziri təyin edildi
Fərid Fazil oğlu Qayıbov gənclər və idman naziri təyin edilib. Prezident İlham Əliyev sərəncamı sentyabrın 7-də imzalayıb. Əvvəlki gənclər və idman naziri Azad Rəhimov aprelin 30-da vəfat edib. O, 7 fevral 2006-cı ildən gənclər və idman naziri idi. Fərid Qayıbov 1979-cu ildə Bakıda doğulub. Orta təh...
Ermənistan daha bir hərbi toplanışa gedir
Ermənistan hökuməti daha bir hərbi toplanış qərarı verib. Novator.az-ın məlumatına görə, sentyabrın 15-dən dekabrın 15-dək davam edəcək hərbi toplanışa ehtiyatda olan sıravilər, praporşiklər və zabitlərin cəlb ediləcəyi bildirilir. Avqustun 25-də başlayan ilk hərbi toplanışın noyabrın 25-də bitəcəyi...
Yenə “Dağlıq Qarabağ Respublikası”
Avqustun 13-də Rusiyanın dövlət satınalmaları informasiya sisteminin rəsmi internet səhifəsində (Zakupki.gov.ru) Azərbaycandakı sülhməramlı kontingentin təminatı ilə əlaqədar müsabiqə elanı verilmiş, sənəddə “Dağlıq Qarabağ Respublikası” ifadəsi yer almışdı. Azərbaycan Xarici İşlər Nazirliyinin etir...