Xəbər
Sərkisyana kazino ittihamı
Ermənistanın Xüsusi İstintaq Xidməti sabiq prezident Serj Sərkisyanla bağlı cinayət işi açıb. Rəsmi xəbər oktyabrın 12-də yayılıb. Novator.az bildirir ki, cinayət işi prezident təyyarəsinin 2008-2017-ci illərdə xidməti ehtiyac olmadan Almaniyaya dəfələrlə uçuş etməsi motivlərinə əsaslanır. Rəsmi idd...
Yenə Volodin
Rusiya parlamentinin aşağı palatası – Dövlət Duması oktyabrın 12-də yeni tərkibdə ilk iclasını keçirib. Novator.az bildirir ki, Dövlət Dumasının yeni tərkibi sentyabrın 17-19-da keçirilmiş ümumxalq seçkisində müəyyənləşib. 450 nəfərlik Dumada hakim Vahid Rusiya Partiyası 324, Kommunist Partiyası 57,...
9 ayın miqrasiya pozuntuları
Dövlət Miqrasiya Xidməti doqquz aylıq hesabat yayıb. Novator.az bildirir ki, statistikaya görə, 2021-ci ilin yanvar-sentyabr aylarında miqrasiya sahəsində qanunvericiliyin tələblərinin pozulması üzrə çıxarılan qərarların 1453-ü cərimə ödəməklə ölkə ərazisini tərk etmək tələbini, 2187-si ölkə ərazisi...
Qaldı bir oxunuş
Oktyabrın 12-də Milli Məclis “Müstəqillik Günü haqqında” qanun layihəsini ikinci oxunuşda qəbul edib. Üçüncü – yekun oxunuşda müzakirə oktyabrın 15-nə təyin olunub. Novator.az bildirir ki, layihə dövlət bayramı günləri olan mayın 28-ni Müstəqillik Günü, oktyabrın 18-ni Müstəqilliyin Bərpası Günü ela...
Manatı qoruyan xərc
Dövlət Neft Fondu Mərkəzi Bankın 2021-ci ilin sentyabr ayında keçirdiyi valyuta hərraclarında 565,4 milyon ABŞ dolları məbləğində vəsait satıb. Rəsmi hesabat oktyabrın 12-də yayılıb. Novator.az bildirir ki, doqquz ayın ümumi satış həcmi 4 milyard 305,4 milyon dollardır. Yanvarda fonddan 644,9 milyon...
“Facebook” əsirliyi baş çatdı
Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlunun “Facebook” səhifəsi bərpa olunub. Novator.az-ın məlumatına görə, o, oktyabrın 11-i axşamı səhifəsində bunları yazıb: “Azərbaycan hakimiyyətinin 1 ay əvvəl girov götürüb əsirlikdə saxladığı “Facebook” səhifəmi geri qaytardıq. Bir ayd...
Adı dəyişən nazirliyin təzə qurumları
Prezident İlham Əliyevin 11 oktyabr 2021-ci il fərmanları ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adı alır, nazirlikdə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi; İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi; Azərbaycan Yerüstü Nəqliyyat ...
Yeni fondun statusu
Novator.az İqtisadiyyat Nazirliyinin tabeliyində yaradılan Azərbaycan Biznesinin İnkişafı Fondu publik hüquqi şəxsin statusuna nəzər salıb. Fond prezident İlham Əliyevin 11 oktyabr 2021-ci il fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində olan Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsin və ...
İlk bilet alman bileti
Avropada 2022-ci ilin dünya futbol çempionatının seçmə mərhələsi davam edir. Novator.az bildirir ki, oktyabrın 11-i J qrupunda xal sayını 21-ə çatdıraraq rəqibləri üçün əlçatmaz olan Almaniya final raunduna erkən vəsiqə alıb. Final mərhələsi 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək Qətərdə keçiril...
İdarəetmədə dəyişiklik fərmanları
Prezident İlham Əliyev rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirlərinə fərman verib. Oktyabrın 11-də imzalanan fərmana görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adlandırılır, qu...
Bayramları yeniləyən layihə ilk səddi keçdi
Oktyabrın 11-də Milli Məclis “Müstəqillik Günü haqqında” qanun layihəsini ilk oxunuşda qəbul edib. Novator.az bildirir ki, layihə dövlət bayramı günləri olan mayın 28-ni Müstəqillik Günü, oktyabrın 18-ni Müstəqilliyin Bərpası Günü elan edir. Hazırda mayın 28-i Respublika Günü, oktyabrın 18-i Dövlət ...
Hərbi Dəniz Qüvvələrinin təlimi
Mod.gov.az-ın 11 oktyabr məlumatına görə, müdafiə naziri Zakir Həsənov Hərbi Dəniz Qüvvələrinin (HDQ) komanda-qərargah təliminin gedişi ilə tanış olub. HDQ-nin komandanı kontr-admiral Sübhan Bəkirov brifinqdə məruzə edib ki, təlimdə Xəzər dənizinin Azərbaycan sektorunda enerji infrastrukturlarının m...
Avstriyada yeni kansler
Avstriyanın yeni kansleri Aleksandr Şallenberq oktyabrın 11-i prezident Aleksandr Van der Bellenin hüzurunda and içərək fəaliyyətə başlayıb. Novator.az bildirir ki, koronavirus məhdudiyyətlərinə görə andiçmə mərasimi qapalı şəraitdə, jurnalistlərin iştirakı olmadan keçirilib. 1969-cu il təvəllüdlü A...
Nobel mükafatında öncül ölkələr
Novator.az Nobel mükafatı üzrə öncül ölkələrin siyahısına nəzər salıb. Nobel mükafatı 1901-ci ildə təsis olunub. 2021-ci ilin statistikasına əsasən, ABŞ mükafat sayında ilk sırada durur: 399 mükafat. Böyük Britaniyanın 137, Almaniyanın 111, Fransanın 71, İsveçin 32, Rusiyanın (1991-ci ildə dağılmış ...
“Google” şirkəti Navalnının platformasını tətbiqlər sisteminə qaytarıb
“Google” şirkəti “Ağıllı səsvermə” elektron platformasını öz tətbiqlər sisteminə qaytarıb. “Ağıllı səsvermə” – rusiyalı müxalif lider Aleksey Navalnının 2019-cu ildə Rusiyada bələdiyyə seçkiləri zamanı yaratdığı platformadır. Bu platforma insanlara seçkilər zamanı hakim Vahid Rusiya Partiyasının nam...
Belqrad toplantısında çıxış
Oktyabrın 11-i Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş toplantı start götürüb. Prezident, Qoşulmama Hərəkatının sədri İlham Əliyev tədbirə Bakıdan video ilə qatılaraq çıxış edib. Dövlət başçısı deyib ki, 1961-ci ildə Belqradda təsis edildiyi vaxtdan Qoşulmama Hər...
Müsavatın 110 yaşı
Müsavat Partiyasının 110 yaşı tamam olur. 1911-ci ildə yaradılan Müsavatın ilk başqanı Məhəmməd Əmin Rəsulzadə, ikinci başqanı Mirzə Bala Məmmədzadə, üçüncü başqanı Kərim Odər, dördüncü başqanı Məhəmməd Azər Aran olub. 1920-ci ildən mühacirətdə fəaliyyət göstərən partiya 1992-ci il noyabrın 8-də Bak...
20 ildə Rusiyadan 5 milyonadək adam mühacirət edib
İyirmi il ərzində – 2000-2020-ci illərdə Rusiyanın 5 milyon nəfərədək vətəndaşı ölkədən mühacirət edib. Novator.az saytının məlumatına görə, statistikanı Rusiyanın “Daha dəqiq desək” platforması açıqlayıb. Jurnalistləri, sahibkarları, vətəndaş cəmiyyəti nümayəndələrini birləşdirən platforma so...
Eldar Həsənovun qızı: “Atamla bərabər həbs yaşayırıq”
Məhbus dövlət xadimi Eldar Həsənovun qızı Səbinə Hüseynova prezident İlham Əliyevə müraciət edib. Novator.az-ın məlumatına görə, Səbinə Hüseynova oktyabrın 10-da özünün “Facebook” səhifəsində yaydığı müraciətdə bunları qeyd edib: “Bu gün atam Eldar Həsənovun doğum günüdür. Böyük təəssüf hissi ilə bi...
Çexiya seçkisində mandat bölgüsü
Çexiyada parlamentin aşağı palatasına oktyabrın 8-9-da keçirilmiş seçkinin rəsmi nəticələri açıqlanıb. Novator.az bildirir ki, 2017-ci il dekabrın 6-dan baş nazir postunu tutan Andrey Babişin başçılıq etdiyi Narazı Vətəndaşlar Aksiyası 200 yerlik qanunverici orqana 72 mandatla düşüb. Vətəndaş Demokr...