Xəbər
Özbəkistan prezidentliyinə namizədlər
Oktyabrın 14-ü Özbəkistanda prezident seçkisinin erkən səsverməsi başlayıb. Bu proses oktyabrın 20-də bitir. Əsas səsvermə oktyabrın 24-nə təyin olunub. Novator.az bildirir ki, dövlət başçısı kürsüsünə 5 iddiaçı var. Sosial Demokrat Partiyası Bəhram Abduhalimovu, Xalq Demokrat Partiyası Məqsudə Vori...
Rusiya virtual dələduzlara qucaq açmaqda ittiham olunur
Böyük Britaniyada müxtəlif qurumlara qarşı həyata keçirilən, məqsədi pul qoparmaq olan dələduz xarakterli onlayn hücumların arxasında Rusiyadan və Rusiyaya qonşu ölkələrdən olan kiber cinayətkarlar dayanır. Novator.az saytı “The Guardian” qəzetinə istinadla bildirir ki, bu fikirləri Böyük Britaniyan...
Qurultayın gündəliyi açıqlandı
Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının təsis qurultayının gündəliyi açıqlanıb. Qurultay oktyabrın 17-si internet vasitəsilə keçiriləcək. Partiya Azərbaycan Demokratiya və Rifah Hərəkatının bazasında qurulur. 2015-ci ildə yaradılmış təşkilata iqtisadçı alim Qubad İbadoğlu sədrlik edir. No...
Pandemiya 100 milyon adamı yoxsulluğa düçar edib
Pandemiya üzündən dünyada 100 milyon adam yoxsulluğa düçar olub. Novator.az-ın məlumatına görə, bunu BMT-nin baş katibi Antonio Quterreş deyib. Baş katib əlavə edib ki, pandemiyaya görə 4 milyarda yaxın insan sosial dəstəkdən və səhiyyə xidmətindən məhrum olub, habelə ehtiyac duyduğu halda işsiz və ...
Vergidən nə gəlib?
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin hesabatına görə, 2021-ci ilin yanvar-sentyabr aylarında qurumun xətti ilə dövlət büdcəsinə 6 milyard 354,4 milyon manat gəlib, ötən ilin eyni dövrü ilə müqayisədə vergi daxilolmaları 12 faiz artıb, vergilərin 74,1 faizi qeyri-neft-qaz sektorunun...
Əhali statistikası: ilk onluq, yaxın ölkələr
Son milli hesabata görə, Azərbaycan əhalisinin sayı 2021-ci il avqustun 1-nə 10,1 milyon nəfər olub. Worldometers.info saytının 14 oktyabr məlumatında əhalinin sayının 10,2 milyon nəfərə çatdığı görünür. Novator.az bildirir ki, beynəlxalq statistikaya əsasən, Çinin 1 milyard 439,3 milyon, Hindistanı...
Məhbus cəbhəçidən yeni qərar
Bakı İstintaq Təcridxanasında saxlanan AXCP fəalı Niyaməddin Əhmədov oktyabrın 13-də aclıq aksiyasını dayandırıb. Vəkil Zibeydə Sadıqova “Turan”a deyib ki, məhbus fəal yaxınlarının və AXCP rəhbərliyinin israrlı çağırışlarını nəzərə alaraq belə qərar verib. Niyaməddin Əhmədov 2020-ci il aprelin 16-sı...
Elektron icra və notariat sistemləri
Nazirlər Kabineti “Elektron icra” informasiya sistemi haqqında əsasnaməni təsdiqləyib. Əsasnaməyə görə, fəaliyyətinin təşkili Ədliyyə Nazirliyinə tapşırılan informasiya sisteminin məqsədi icra sənədlərinin və icra hərəkətlərinin elektron məlumat bazasının yaradılması, icra mexanizmlərinin təkmilləşd...
Vətən müharibəsi şəhidlərinin sayı dəyişdi
2020-ci ilin Vətən müharibəsində itkin düşmüş gizir Əliyev İxtiyar İlqar oğlunun meyiti tapılıb. Baş Prokurorluq oktyabrın 13-də belə xəbər yayıb. Novator.az bildirir ki, bununla Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların sayı 2908-ə yüksəlir, itkin hərbi qulluqçuların sayı 6-ya düşür. 1994-...
“Avroviziya 2022”nin 34-ü
Novator.az “Avroviziya 2022” beynəlxalq mahnı müsabiqəsində iştirakını təsdiqləmiş ölkələrin yeni siyahısına nəzər salıb. Yarışma mayın 10-dan 14-dək İtaliyanın Turin şəhərində keçiriləcək. 2021-ci il oktyabrın 13-dək “Avroviziya 2022”də iştirak niyyətini ev sahibi İtaliya və daha 33 ölkə rəsmən bəy...
Əzəli rəqiblərin mövqeyi Rusiya məsələsində üst-üstə düşür
ABŞ-da istər hazırda hakimiyyətdə olan Demokratlar Partiyasının, istərsə də onun əsas rəqibi Respublikaçılar Partiyasının üzvlərinin əksəri Rusiya hökumətini Amerikaya real və çox ciddi təhlükə sayır. Bunu Pirson İnstitutunun və “Press-NORC” sosioloji tədqiqatlar mərkəzinin birgə keçirdiyi sorğu gös...
Generala 11 il həbs cəzası təklif olundu
Bakı Hərbi Məhkəməsində general-leytenant Rövşən Əkbərovun mühakiməsi başa çatmaq üzrədir. APA-nın məlumatına görə, oktyabrın 13-də keçirilən məhkəmə iclasında dövlət ittihamçısı Rövşən Əkbərovun xuliqanlıq niyyəti ilə adam öldürmədə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilməsini is...
“Heç kəs öz iradəsini bizim üzərimizə qoya bilməz”
AZƏRTAC prezident İlham Əliyevin İtaliyanın “La Repubblica” qəzetinə oktyabrın 7-də verdiyi müsahibəsinin mətnini yayıb. Dövlət başçısı Ermənistanla münaqişə mövzusuna toxunan qəzet əməkdaşının “Rusiyanın sülhməramlı vasitəçiliyindən razısınızmı” sualını belə cavablandırıb: “Ümumilikdə məmnunuq. Təq...
Yığma son iki ildə
Azərbaycanın milli futbol komandası 2022-ci ilin dünya çempionatının seçmə mərhələsində iştirakını bitirmək üzrədir. Avropa zonasının A qrupunda yer alan yığma 2021-ci ildəki 7 oyunda 1 xal toplayıb. Noyabrın 11-nə təyin olunmuş son matçda milli Bakıda Lüksemburqu qəbul edəcək. Mərhələnin əvvəlki oy...
Ənənədən ehtiyaca
İqtisadçı, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinə təklif verib. Novator.az-ın məlumatına görə, o yazır ki, Bakıda istilik mövsümünün sovet dövründən qalan ənənə əsasında noyabrın 15-də başlanması nəzərdə tutulur. Fikrimcə, “Azə...
Ermənistanın inflyasiya göstəriciləri
2021-ci ilin yanvar-sentyabr aylarında Ermənistanda əvvəlki ilin eyni dövrünə nəzərən 8,9% inflyasiya gedib. Novator.az-ın məlumatına görə, Statistika Komitəsi ərzaq məhsulları üzrə 15,4% bahalaşma qeydə alındığını açıqlayıb. Ayrı-ayrı məhsullar üzrə qiymət artımı belə göstərilir: tərəvəz – 64,5% şə...
Danimarkadan Qətər vəsiqəsi
Avropada 2022-ci ilin dünya futbol çempionatının seçmə mərhələsinin səkkizinci turu başa çatıb. Novator.az bildirir ki, oktyabrın 12-si keçirilmiş oyunlardan sonra Danimarka F qrupunda 24 xalla birinciliyi təmin edərək final raunduna bilet alıb. J qrupundan Almaniya final mərhələsinə oktyabrın 11-də...
Bakıda faciəli qəza
Oktyabrın 13-ü səhər Bakıda ağır avtomobil qəzası baş verib. Mərdəkan qəsəbəsi istiqamətində hərəkət edən yük avtomobili Suraxanı dairəsində 171 saylı sərnişin avtobusuna çırpılıb, Daxili İşlər Nazirliyinin məlumatına görə, saat 6:40 radələrində aeroport şosesinin Suraxanı rayonu ərazisindən keçən h...
Cəbhəçinin işi məhkəməyə getdi
Xəzər Rayon Polis İdarəsi AXCP fəalı Aqil Hümmətovun ibtidai istintaqını başa çatdırıb. “Turan”ın 12 oktyabr məlumatına görə, iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Mühakimə prosesinə hakim Samir Əliyevin sədrlik edəcəyi bildirilir. Aqil Hümmətov bu il avqustun 11-i paytaxtda tutulub, Şüvəl...
ADR Partiyası yaradılır
Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı partiyaya çevrilmək yönündə son addıma hazırlaşır. 2015-ci ildə yaradılmış Azərbaycan Demokratiya və Rifah Hərəkatına Qubad İbadoğlu sədrlik edir. 1971-ci il təvəllüdlü Qubad İbadoğlu iqtisadçı alimdir. Uzun illər Müsavat Partiyasının öncül şəxslərindən...