Xəbər
Təhsil sistemində yeniliklər son oxunuşdan keçdi
Parlamentin 5 noyabr iclasında “Təhsil haqqında” qanuna üçüncü – son oxunuşda dəyişikliklər edilib. Novator.az bildirir ki, yeniliyə görə, peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədris kredit sistemi ilə təşkil olunur. Başqa bir dəyişikliyə əsasən, peşə təhsilini baş...
Zəfər amnistiyası verildi
Milli Məclisin 5 noyabr iclasında amnistiya qərarı qəbul olunub və dərhal qüvvəyə minib. 8 Noyabr – Zəfər Günü münasibətilə elan edilən amnistiyaya görə, bu məhkumlar müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasından azad edilir (məhdudiyyətlər nəzərə alınmaqla): Vətən müharibəsində və Azərbaycanın s...
“The Economist”: Koronavirusdan 5 milyon yox, 17 milyon adam ölüb
Beynəlxalq rəsmi statistikaya görə, bu ayın əvvəli dünyada COVİD-19 infeksiyasından ölənlərin sayı 5 milyon nəfəri ötüb. Böyük Britaniyanın “The Economist” jurnalının hesablamasına görə isə COVİD-dən ölənlərin sayı nə az, nə çox, düz 10 ay qabaq 5 milyon nəfər olub və hazırda bu virusa qurban gedənl...
Vidadi Muradov vəfat edib
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Vidadi Muradov noyabrın 5-də vəfat edib. 1956-cı il təvəllüdlü Vidadi Muradov Moskva Kooperativ İnstitutunu bitirib, 1980-ci ildən müxtəlif müəssisələrdə iqtisadçı kimi fəaliyyət göstərib, 1994-cü ildə “Azər-İlmə” Elmi-Tədqiqat və İst...
Azərbaycan UEFA reytinqində
Azərbaycan UEFA-nın klub reytinqində 25-ci pilləyə yüksəlib. Novator.az bildirir ki, 55 UEFA üzvünün yer aldığı reytinqdə Rusiya 10-cu, Ukrayna 11-ci, Türkiyə 18-ci, Qazaxıstan 29-cu, Belarus 32-ci, Moldova 33-cü, Litva 34-cü, Latviya 37-ci, Ermənistan 43-cü, Gürcüstan 46-cı, Estoniya 49-cu pillədə ...
Sükut 3 il 8 ayı haqlayır
Mərkəzi Bank noyabrın 5-də ABŞ dollarının məzənnəsini 1,7 manat səviyyəsində saxlayıb. Bu kurs noyabrın 10-dək qüvvədə olacağı üçün qiymət sabitliyinin 3 il 8 ayı tamamlanır. 2015-ci ilin devalvasiyalarında dolların rəsmi qiyməti 0,7844 manatdan 1,5594 manata yüksəlib, 2016-cı ildə kurs 1,7707 manat...
“Qarabağ” qrup mərhələsini dəf etdi
UEFA Konfrans Liqasının qrup mərhələsində ikinci dövrə start götürüb. H qrupunda Azərbaycanı təmsil edən “Qarabağ” noyabrın 4-də dördüncü oyununu keçirib. Novator.az-ın məlumatına görə, Qazaxıstanda “Kayrat”ın qonağı olan komanda rəqibini üstələyib – 2:1. “Omoniya” (Kipr) – “Bazel” (İsveçrə) oyunu 1...
Prezident: “Səhifəni çevirməyə hazırıq”
Prezident İlham Əliyev noyabrın 4-ü Qlobal Bakı Forumunda çıxış edib. AZƏRTAC xəbər verir ki, dövlət başçısı Ermənistan-Azərbaycan münaqişəsinə də toxunub: “Azərbaycan özü münaqişəni həll etdi. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğa...
Amnistiya layihəsi
8 Noyabr – Zəfər Günü münasibətilə elan ediləcək amnistiyanın mətni açıqlanıb. Novator.az sənədi təqdim edir. I. Amnistiya tətbiq edilən şəxslərin dairəsi 1. Təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq aşağıdakı məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər (bu Qə...
Avropanın məhbus reytinqi
Londonda qərar tutan Beynəlxalq Həbsxana Araşdırmaları Mərkəzi Avropanın məhbus reytinqini açıqlayıb. Novator.az bildirir ki, rəsmi hesabata görə, reytinqə 100 min nəfərə 216 məhbusla Litva başçılıq edir. Polşa və Slovakiyada 100 min nəfərə 189, Çexiyada 176, Latviyada 175, Monteneqroda 172, Macarıs...
Azərbaycan nefti bu il nə qədər bahalaşıb?
Noyabrın 4-də “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 84,74 dollara təklif olunur. Bu, 2021-ci ilin start qiymətindən 33,82 dollar yuxarı qiymətdir. Azərbaycanın 2021-ci il büdcəsində bir barrel neftin qiyməti 40 dollardan götürülüb. “AzəriLayt” yanvara 50,92, fevrala 56,68, marta 65,66, apr...
Minsk qrupunda yeni diplomat
ATƏT-in Minsk qrupuna həmsədrlik edən Fransanın təmsilçi diplomatı dəyişib: Stefan Viskontini Bris Rokfey əvəzləyib. Xəbər noyabrın 4-də yayılıb. Digər həmsədrlər Rusiyadan İqor Xovayev, ABŞ-dan Endrü Skoferdir. Novator.az bildirir ki, Minsk qrupunun Ermənistan-Azərbaycan münaqişəsini dinc yolla niz...
1171 qəza, 504 ölüm
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin yanvar-sentyabr aylarında ölkədə 1171 yol-nəqliyyat hadisəsi baş verib, 504 nəfər həlak olub, 1043 nəfər xəsarət alıb. Yol-nəqliyyat hadisələrinin 41,3 faizinin nəqliyyat vasitələrinin və piyadaların, 36 faizinin bir neçə nəqliyyat vasitəsi...
“Herald Sun”: Çində uyğurların orqanları satılır
Avstraliyanın “Herald Sun” qəzeti Çində uyğurlara qarşı törədilən cinayətlərə dair məlumat yayıb. Novator.az-ın bildirdiyinə görə, məlumatda Çində uyğurların daxili orqanlarının satılmasından bəhs edilir. Vurğulanır ki, dini və etnik azlıqların, xüsusilə də uyğurların istismar olunduğu Çin Xalq Resp...
Amerika İranın dron proqramına qarşı
ABŞ-ın Xəzinədarlıq Departamenti İran İslam Respublikasının İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) pilotsuz uçuş aparatları (PUA) proqramını hədəfləyən sanksiyalar tətbiq edib. Bu sanksiyalar İran istehsalı olan dronların vasitəsilə Suriyada Amerika bazasına edilən hücumlardan sonraya təsadüf edir...
Bakıda beynəlxalq forum
Noyabrın 4-də “COVİD-19-dan sonrakı dünya” mövzulu Qlobal Bakı Forumu başlayıb. AZƏRTAC Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən forumun açılış mərasiminə prezident İlham Əliyevin qatıldığını xəbər verir. Noyabrın 6-dək çəkəcək forumda 40-dan çox ölkədən ali nümayəndələr, sa...
Həbs qərarı qüvvədə qalıb
Bakı Apellyasiya Məhkəməsi noyabrın 3-də AXCP fəalı Mütəllim Orucovun həbsindən şikayətə baxıb. “Turan”ın məlumatına görə, şikayət təmin olunmayıb. Mütəllim Orucov bir neçə il Almaniyada yaşayıb, Azərbaycandakı siyasi məhbusların müdafiəsinə həsr olunmuş etiraz aksiyalarında fəal iştirak edib. 2021-...
Paytaxt rayonları üzrə orta maaş
Bakı Şəhər Statistika İdarəsinin rəsmi hesabatına görə, 2021-ci il sentyabrın 1-nə paytaxtda 859609 nəfər muzdlu işçi qeydə alınıb, onların orta aylıq nominal əməkhaqqı 943,3 manat olub. Novator.az rayonlar üzrə göstəriciləri təqdim edir: Pirallahı – 1907 manat Səbail – 1562 manat Qaradağ – 1330,2 m...
Dörd oldu
UEFA Çempionlar Liqasının qrup mərhələsində dördüncü tur başa çatıb. Novator.az-ın məlumatına görə, 3 noyabr oyunlarında B qrupundan “Liverpul”, C qrupundan “Ayaks” 1/8 finala vəsiqə alıblar. Qruplardan ilk iki pillənin sahibi çıxır, üçüncü yeri tutan Avropa Liqasına düşür. E qrupundan “Bavariya”, H...
Azərbaycanın peyvənd statistikası
2021-ci il yanvarın 18-dən Azərbaycanda koronavirus infeksiyasına qarşı peyvəndləmə gedir. Novator.az bildirir ki, noyabrın 3-də yayılan rəsmi hesabata əsasən, 4 milyon 973 min 724 nəfər bir doza, 4 milyon 397 min 65 nəfər iki doza, 383 min 36 nəfər üç doza peyvənd alıb. 2019-cu ilin dekabr ayında Ç...