Xəbər
Neftsiz məhsul: hara nə qədər gedir?
Azərbaycan 2021-ci ilin yanvar-sentyabr aylarında 1 milyard 809 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib. Novator.az əsas ünvanların siyahısını diqqətə çatdırır: Rusiya – 586,5 milyon dollar Türkiyə – 455 milyon dollar İsveçrə – 174 milyon dollar Gürcüstan – 120,4 milyon dollar ABŞ – 54,8 mily...
Alış-verişdə əsas tərəfdaşlar
2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın əsas ticarət tərəfdaşı İtaliya olub. Novator.az bildirir ki, bu ölkə ilə doqquz aylıq ticarət dövriyyəsi 5,9 milyard dollar təşkil edib. Qalan əsas ticarət tərəfdaşları dövriyyəyə görə belə sıralanır: Türkiyə – 3,2 milyard dollar Rusiya – 2 milyard...
Füzuli ictimaiyyəti ilə görüşdən
Prezident İlham Əliyev Füzuliyə 17 oktyabr səfərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. AZƏRTAC-ın məlumatına görə, dövlət başçısı 2020-ci il oktyabrın 17-də Azərbaycan Ordusunun Füzuli şəhərini və bir neçə kəndi işğalçılardan azad etdiyini xatırladıb: “17 oktyabr Azərbaycan xalqının ç...
İxrac-idxal statistikası
Novator.az 2021-ci ilin doqquz aylıq ixrac-idxal dinamikasına nəzər salıb. Dövlət Gömrük Komitəsinin hesabatına görə, yanvarda 1,6 milyard, fevralda 1,1 milyard, martda 1,3 milyard, apreldə 2,2 milyard, mayda 1 milyard 62,9 milyon, iyunda 1,3 milyard, iyulda 2,5 milyard, avqustda 1,5 milyard, sentya...
Xarici ticarətin doqquz ayı
2021-ci ilin doqquz aylıq xarici ticarət statistikası açıqlanıb. Novator.az bildirir ki, hesabata görə, Dövlət Gömrük Komitəsi yanvar-sentyabr aylarında 14 milyard 629,8 milyon dollarlıq ixrac, 8 milyard 344,4 milyon dollarlıq idxal qeydə alıb, 182 ölkə ilə ticarət əməliyyatı aparılıb, gömrük orqanl...
“Müstəqillik və demokratiya xalqımızın haqqıdır”
AXCP sədri Əli Kərimli dövlət müstəqilliyinin bərpasının 30 ili münasibətilə təbrik yayıb. Novator.az-ın məlumatına görə, siyasətçi qeyd edir ki, 70 ili ötən sovet işğalından sonra Azərbaycanın yenidən istiqlala qovuşması ölkə tarixinin ən şərəfli səhifələrindən biridir: “Azərbaycanın öz müstəqilliy...
Milli çempionatlarda
Novator.az Avropanın aparıcı milli futbol çempionatlarının gedişinə nəzər yetirib. İngiltərə çempionatında “Çelsi” 19 xalla önə çıxıb. “Liverpul”un 18, “Mançester Siti”nin 17, “Brayton” və “Tottenhem”in 15, “Mançester Yunayted”, “Vest Hem” və “Everton”un 14 xalı var. İspaniya çempionatında “Real Sos...
Müstəqillik aktının 30 ili
Oktyabrın 18-i Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür. Novator.az bildirir ki, 1991-ci il avqustun 30-da parlament dövlət müstəqilliyinin bərpası haqqında bəyannaməyə səs verib, Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edilib. Oktyabrı...
ADR Partiyası yaradıldı
Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyası yaradılıb. Təsis qurultayı oktyabrın 17-də internet vasitəsilə keçirilib. Meydan.tv-nin məlumatına görə, 2015-ci ildən Qubad İbadoğlunun sədrliyi ilə fəaliyyət göstərən Azərbaycan Demokratiya və Rifah Hərəkatının bazasında yaradılan partiyanın qurultay...
Füzuli səfəri
Prezident İlham Əliyev oktyabrın 17-də birinci vitse-prezident Mehriban Əliyeva ilə birgə Füzuliyə səfər edib. AZƏRTAC xəbər verir ki, dövlət başçısı Füzuli-Ağdam avtomobil yolunun, işğal zamanı dağıdılmış Dövlətyarlı kəndində yeni “ağıllı kənd”in, “Azərişıq” ASC-nin Füzuli şəhərində Rəqəmsal Yarıms...
Gürcü seçkisinin davamı
Gürcüstanın Mərkəzi Seçki Komissiyası oktyabrın 16-sı axşam yerli seçkilərlə bağlı yekun qərar verib. Novator.az bildirir ki, oktyabrın 30-na rəsmən ikinci tur təyin olunub. Həmin gün 20 şəhərdə, o cümlədən paytaxt Tbilisidə merlər, 42 dairədə isə yerli məclislərə boş yerlərin sahibləri seçiləcək. O...
Yeni tariflər: işıq və qaz bahalaşdı
Oktyabrın 16-da Tarif (qiymət) Şurası təbii qazın və elektrik enerjisinin tariflərini artırıb. Novator.az xəbər verir ki, yeni tariflər noyabrın 1-dən qüvvəyə minəcək. Həmin tarixdən əhalinin il ərzində 1200 kubmetrədək (1200 kubmetr daxil) təbii qaz işlədən hissəsi indiki kimi hər kubmetrə görə 10 ...
28 May və 18 Oktyabr qanunu imzalandı
Prezident İlham Əliyev “Müstəqillik Günü haqqında” qanunu imzalayıb. Oktyabrın 15-də rəsmiləşən qanunla dövlət bayramı günləri olan mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan edilib. İndiyə qədər mayın 28-i Respublika Günü, oktyabrın 18-i Dövlət Müstəqilliyi Günü idi...
Eldar Həsənov yenə hospitala köçürülüb
Həbsdə olan dövlət xadimi Eldar Həsənovun səhhəti pisləşib və o, yenidən Dövlət Təhlükəsizliyi Xidmətinin paytaxtdakı Hərbi Hospitalına köçürülüb. Məlumatı oktyabrın 15-də vəkil Cavad Cavadov yayıb. Vəkil bildirib ki, son 20 gündə Eldar Həsənovun səhhəti kəskin pisləşib, onun vertiqo, hipertoniya və...
Nobel sülh mükafatı Rusiyada nəyisə dəyişəcəkmi?
Rusiyanın müxalif “Novaya qazeta” qəzetinin baş redaktoru Dmitri Muratovun sülh üzrə Nobel mükafatına layiq görülməsi Rusiyada nəyisə dəyişəcəkmi? Novator.az-ın məlumatına görə, əslən Rusiyadan olan, hazırda Norveçdə yaşayan, Oslo Sülh Araşdırmaları İnstitutunda çalışan professor Pavel Bayev “Eurasi...
Hazırlıq iclası mitinq işinə baxış qərarı verdi
Oktyabrın 15-i Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Ordusuna dəstək aksiyasından sonra cinayət məsuliyyətinə alınıb məhkum olunan bir qrup şəxsin işi üzrə hazırlıq iclası keçirilib. Novator.az-ın məlumatına görə, iclasda AXCP üzvləri Telman Seyfullayev, İsmayıl Həsənov, Baba Süleymanov, Ceyhun N...
Almaniyada mandat bölgüsü qətiləşdi
Almaniyada sentyabrın 26-da keçirilmiş parlament seçkisinin rəsmi nəticələri bəyan olunub. Novator.az bildirir ki, Mərkəzi Seçki Komissiyasının 15 oktyabr hesabatına görə, Sosial Demokrat Partiyası 206, Xristian Demokrat və Xristian Sosial ittifaqları alyansı 196, Yaşıllar Partiyası 118, Azad Demokr...
Prezident: “Ermənistanla danışıqlara başlamağa hazırıq”
Prezident İlham Əliyev oktyabrın 15-i Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasının video formatlı iclasında çıxış edib. AZƏRTAC-ın məlumatına görə, bölgədəki vəziyyətə toxunan dövlət başçısı deyib: “Bütövlükdə postmünaqişə dövrü sakit keçir. Ona görə “postmünaqişə dövrü” deyirəm ki...
Navalnı mükafata bir addım da yaxınlaşdı
Rusiyada həbsdə olan müxalif lider Aleksey Navalnı Avropa Parlamentinin Andrey Saxarov adına “Azad düşüncə mükafatı”nı almağa bir addım da yaxınlaşıb. Novator.az saytı ABŞ-ın “Associated Press” agentliyinə istinadla xəbər verir ki, Navalnının adı mükafata namizədlərin qısa siyahısına salınıb. Qısa s...
Yoluxma və itki statistikası
Oktyabrın 15-də yayılan rəsmi hesabata görə, Azərbaycanda koronavirus infeksiyasına yoluxanların sayı 498630 nəfərə, xəstəlik qurbanlarının sayı 6734 nəfərə çatıb. 2019-cu ilin dekabr ayında Çində üzə çıxıb dünyanı bürüyən infeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də, xəstəlikdən i...