Xəbər
Gürcüstan: hökumət layihəsi qanun olur
“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi Gürcüstan parlamentində daha bir mərhələni keçib. Layihə 2023-cü il martın 7-də ilk oxunuşda qəbul edilmiş, ancaq martın 9-da etirazlar üzündən geri götürülmüşdü. Bu ilin aprelində layihə yenidən parlament müzakirəsinə çıxarılıb və mayın 14-də son ...
Seçicilərin sayı
Mayın 27-də Mərkəzi Seçki Komissiyası seçicilərin sayını açıqlayıb. Rəsmi hesabata görə, siyahıya 6 milyon 326 min 764 nəfər daxil edilib. 1991-ci ildə dövlət müstəqilliyi bərpa olunandan bəri Azərbaycanda 6 referendum (1-i dövlət müstəqilliyi haqda konstitusiya aktının təsdiqi, 1-i prezidentə etima...
“Zirə”, “Sabah” və “Sumqayıt”ın mümkün rəqibləri
UEFA Avropa Liqasının 2024-2025 mövsümündə Azərbaycanı təmsil edəcək “Zirə” komandası turnirə birinci mərhələdən başlayır. Potensial rəqiblər bunlardır: “Şerif” (Moldova), “Maribor” (Sloveniya), “Tobol” (Qazaxıstan), “Visla” (Polşa), “Pafos” (Kipr), “Pakş” (Macarıstan). Dörd təsnifat mərhələsinin hə...
Prezident kürsüdə qalır
Litvada prezident seçkisi başa çatıb. Mayın 26-da keçirilmiş ikinci turda dövlət başçısı Gitanas Nauseda 74 faizdən çox səs yığaraq rəqibini – baş nazir İnqrida Şimoniteni xeyli qabaqlayıb. İlk turda – mayın 12-də 8 namizəd yarışmış, Gitanas Nauseda ilə İnqrida Şimonite önə çıxmışdılar. ...
Çempionlar Liqasında yarışacaq komandalar
UEFA Çempionlar Liqasının 2024-2025 mövsümündə yarışacaq komandaların siyahısı yenilənib. Reqlamentə görə, 29 komanda liqa raunduna birbaşa vəsiqə alır, 5 bilet dörd mərhələdən ibarət çempionlar yolunda, 2 bilet üç mərhələdən ibarət liqalar yolunda əldə olunur. Turnirə liqa mərhələsindən başlayan bu...
24-cü zəfər
Mayın 26-sı Türkiyə milli futbol çempionatında 2023-2024 mövsümü başa çatıb, qızıl medallar “Qalatasaray”a qismət olub. Bu, komandanın 24-cü çempionluğudur. İndiyədək daha beş komanda Türkiyə çempionatında zirvəyə sahib çıxıb. “Fənərbaxça”nın 19, “Beşiktaş”ın 16, “Trabzonspor”un 7, “Bursaspor” və “B...
Dövlət büdcəsi necə yenilənir?
2024-cü ilin dövlət büdcəsində gəlirlər 34 milyard 173 milyon manat, xərclər 36 milyard 763 milyon manatdır. Milli Məclisə təqdim olunan dəyişikliklər layihəsində gəlirlər 36 milyard 353 milyon manata qaldırılır. Bunun 42 faizi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilol...
Məşğulluq, işsizlik, pensiya
2024-cü ilin ilk rübü Azərbaycanda 22,5 min yeni iş yeri açılıb. Hesabatı yayan Dövlət Statistika Komitəsi bağlanan iş yerlərinin sayını 2,5 min göstərir. Rəsmi açıqlamaya əsasən, mayın 1-nə iqtisadi fəal əhalinin sayı 5 milyon 260,1 min nəfər olub, onların 4 milyon 973,1 min nəfəri məşğul şəxs kimi...
Dörd kənd işğaldan qurtuldu
Mayın 24-də yayılan rəsmi məlumata görə, Qazax rayonunun Aşağı Əskipara, Bağanıs Ayrım, Xeyrımlı və Qızılhacılı kəndləri işğaldan azad olunub, Dövlət Sərhəd Xidməti əraziləri nəzarətə götürüb. Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin dəqiqləşdirilməsi üzrə komissiyalara baş nazirin müavinl...
İsraili və Fələstini neçə ölkə tanıyır?
1947-ci ildə BMT Fələstin torpaqlarının bölünərək ərazidə İsrail və Fələstin dövlətlərinin qurulmasına qərar verib. 1948-ci ildə yaradılan, 1949-cu ildə BMT-yə qəbul olunan İsrail Dövlətini 165 ölkə, o cümlədən Azərbaycan tanıyır. BMT-nin Fələstinə ayırdığı ərazilərin xeyli hissəsi İsrailin işğalı a...
Büdcənin ayları
İlkin hesabata görə, yanvar-aprel aylarında Azərbaycanın dövlət büdcəsinə 13 milyard 259,4 milyon manat daxil olub, büdcədən 10 milyard 749,5 milyon manat xərclənib. 2024-cü ilin dövlət büdcəsində gəlirlər 34 milyard 173 milyon manat, xərclər 36 milyard 763 milyon manat göstərilib, ilk üç ayda icra ...
Britaniya seçki yolunda
İyulun 4-də Böyük Britaniya parlamentinin alt qanadına – İcmalar Palatasına növbədənkənar seçki keçiriləcək. Krallıq olan Böyük Britaniya İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiyanı birləşdirir. Dövlət başçısı kürsüsünü kral III Karl tutur, hökumət 650 nəfərlik İcmalar Palatasına seçkinin nəti...
Prezident Administrasiyası
Prezident Administrasiyasının strukturu qismən yenilənib. Samir Nuriyevin rəhbərlik etdiyi qurumda bu şəxslər yer alır: birinci vitse-prezidentin Katibliyinin rəisi – Altay Həsənov prezidentin köməkçisi – Cəmilə Abbasova prezidentin köməkçisi – Anar Ələkbərov prezidentin sosial-iqtisadi məsələlər üz...
Harada nə qədər maaş verilir?
Dövlət Statistika Komitəsi 2024-cü il aprelin 1-nə Azərbaycanın muzdlu işçilərinin orta aylıq maaşını 985,3 manat göstərib. Hesabata görə, Bakıda orta maaş 1243,7, Daşkəsəndə 1006,3, Ağdərədə 961,8 manat olub. Şuşada orta maaş 879, Sumqayıtda 872,7, Xankəndidə 865,9, Zəngilanda 845,6, Şirvan şəhərin...
Bölgələr üzrə kredit və əmanət
2024-cü il mayın 1-nə Bakıda 18,9 milyard manat kredit qeydə alınıb. Hesabatı yayan Mərkəzi Bank başqa bölgələri belə sıralayır: Abşeron-Xızı – 896,1 milyon manat, Gəncə-Daşkəsən – 730,8 milyon manat, Lənkəran-Astara – 568,3 milyon manat, Mərkəzi Aran – 497,4 milyon manat, Qazax-Tovuz – 458,6 milyon...
Bank hesabatı
Mərkəzi Bankın hesabatına görə, 2024-cü il mayın 1-nə Azərbaycanda 24 milyard 644,5 milyon manat kredit, 13 milyard 497 milyon manat əmanət rəsmiləşib. 23 bankın cəmi aktivləri 49 milyard 221,6 milyon manat, cəmi öhdəlikləri 42 milyard 897,7 milyon manat göstərilir. Açıqlamaya əsasən, kredit portfel...
“Qarabağ”ın potensial rəqibləri
UEFA Çempionlar Liqasının 2024-2025 mövsümündə Azərbaycanı “Qarabağ” komandası təmsil edəcək. Əsas raunda düşmək üçün “Qarabağ” çempionlar yolunda dörd mərhələ keçməlidir. Mayın 22-nə olan məlumata görə, birinci mərhələdə (9-17 iyul) “Qarabağ”a Gürcüstandan “Dinamo” (Batumi), Sloveniyadan “Selye”, M...
Növbədənkənar prezident seçkisinin təqvimi
İran İslam Respublikasında növbədənkənar prezident seçkisinin təqvimi açıqlanıb. Rəsmi məlumata görə, namizədlərin qeydiyyatı mayın 30-dan iyunun 3-dək, təşviqat kampaniyası iyunun 12-dən iyunun 27-dək aparılacaq. Ümumxalq səsverməsi iyunun 28-nə təyin olunub. 2021-ci il avqustun 5-dən prezident pos...
Turizm statistikası
Rəsmi statistikaya görə, yanvar-aprel aylarında Azərbaycana 174 ölkədən 726,4 min nəfər əcnəbi gəlib (2023-cü ilin eyni dövrü ilə müqayisədə 38,9 faiz çox), onların 28,8 faizi Rusiya, 19 faizi Türkiyə, 9,7 faizi İran, 8,4 faizi Hindistan, 4,6 faizi Gürcüstan, 3,1 faizi Qazaxıstan, qalanları başqa öl...
Qubad İbadoğlu polisin nəzarətinə verilib
İqtisadçı alim Qubad İbadoğlunun istintaq müddəti avqustun 20-dək uzadılıb, onun barəsində yeni qətimkan tədbiri – polisin nəzarəti altına vermə seçilib. Novator.az bildirir ki, polisin nəzarətində olan şəxs icazə almadan başqa yerə gedə, habelə müvafiq yaşayış məntəqəsi hüdudlarında daimi yaş...