Xəbər
“The Times”: Putinə zəng münasibətlərin istiləşdiyinə işarədir
Böyük Britaniyanın baş naziri Boris Consonun ilyarımdan sonra Rusiya prezidenti Vladimir Putinlə telefon əlaqəsi saxlaması Moskva ilə münasibətlərin istiləşdiyinə işarədir. “The Times” qəzetində dərc olunan məqalədə belə deyilir. Novator.az saytının məlumatına görə, məqalədə vurğulanır ki, son illər...
Pensiyaçıların sayı, orta pensiya
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi yeni hesabat yayıb. Novator.az bildirir ki, rəsmi məlumata əsasən, 2021-ci il oktyabrın 1-nə Azərbaycanda 1 milyon 205,4 min nəfər pensiyaçı qeydə alınıb, onların 709,9 min nəfərinə yaşa görə, 352,9 min nəfərinə əlilliyə görə, 142,6 min nəfərinə...
Mehmanxana biznesi: gəlir 62,4 faiz artıb
Dövlət Statistika Komitəsi mehmanxana və bu tipli müəssisələrin fəaliyyəti haqqında hesabat yayıb. Qeyd olunur ki, 2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan mehmanxanalarında gecələmələr 2020-ci ilin eyni dövrü ilə müqayisədə 66,3 faiz artıb: “Gecələmələrin 46,3 faizi Bakı, 8,8 faizi Xaçmaz,...
Cəbhəçi niyə tutulub?
AXCP üzvü Mütəllim Orucov tutulub. “Turan”ın məlumatına görə, 2021-ci il iyunun 1-də Almaniyadan deportasiya olunan cəbhəçi oktyabrın 22-də yoxa çıxıb. Oktyabrın 27-də vəkil Nemət Kərimli Mütəllim Orucovun həbs edildiyini öyrənib. Nərimanov Rayon Məhkəməsinin qərarı əsasında 4 ay müddətinə həbsə alı...
Hakimlərə cəza statistikası
Məhkəmə-Hüquq Şurasının 26 oktyabr iclasından rəsmi məlumat yayılıb. Xəbərə görə, iclasda 2021-ci ildə 117 hakimin fəaliyyətinin qiymətləndirildiyi, 14 nəfərin fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən olunaraq onlara işdə dönüş yaratmaları üçün 6 ay vaxt qoyulduğu, 3 nəfərin səlahiyyətlərinə xit...
Generala hökm oxundu
Bakı Hərbi Məhkəməsində general-leytenant Rövşən Əkbərovun mühakiməsi başa çatıb. Oktyabrın 27-də keçirilən məhkəmə iclasında Rövşən Əkbərov adam öldürmədə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib. O, zərərçəkmişin hüquqi varisinə 40 min 10 manat təzminat da ödəməlidir. 1965-ci il...
Gürcüstan ikinci tur ərəfəsində
Gürcüstanda yerli seçkilərin ikinci turu üzrə göstəricilər açıqlanıb. Novator.az bildirir ki, Mərkəzi Seçki Komissiyasının hesabatına görə, oktyabrın 30-na təyin olunmuş ikinci turda 2 milyon 88 min 722 nəfərin səsvermə hüququ var. Prosesə 40 dairə seçki komissiyası, 1870 məntəqə seçki komissiyası m...
Büdcə: gəlir haradan gəlir?
Novator.az 2022-ci ilin dövlət büdcəsi layihəsində gəlir mənbələrinə nəzər salıb. Layihədə 26 milyard 816 milyon manat gəlir nəzərdə tutulur, mənbələr belə sıralanır: Dövlət Neft Fondundan köçürmə – 12 milyard 710 milyon manat əlavə dəyər vergisi – 5 milyard 278,7 milyon manat hüquqi şəxslərin mənfə...
“Zəfər” sistemi, tapşırıqlar
Oktyabrın 27-də prezident İlham Əliyev şəhid və şəhid ailəsi statusu almış şəxslərə, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və müharibə veteranlarına dair məlumatların mübadiləsi mexanizminin təkmilləşdirilməsinə fərman verib. Sənədə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi...
“Haaretz”: İranın İsrailə qarşı hədəflədiyi dronlar müəyyən edilib
İran İsrail sərhədindəki ölkələrdə hava hücumundan müdafiə sistemini möhkəmləndirməyə çalışır. Novator.az-ın məlumatına görə, bu haqda İsrailin “Haaretz” qəzetində yazı dərc olunub. Yazıda deyilir ki, İranın bir sıra xarici ölkələrdə yaratmağa çalışdığı şəbəkə İsrailin hücumlarını dəf etmək üçün nəz...
Mərkəzdən dotasiya almayacaq bölgələr
2022-ci ilin dövlət büdcəsi layihəsində mərkəzdən dotasiya almayacaq 51 şəhər və rayon var. Novator.az siyahını diqqətə çatdırır: Bakı Gəncə Lənkəran Mingəçevir Naftalan Sumqayıt Şəki Şirvan Yevlax Abşeron Ağcabədi Ağdaş Ağstafa Ağsu Astara Beyləqan Bərdə Biləsuvar Cəlilabad Daşkəsən Füzuli Gədəbəy ...
2022-ci il büdcəsinin layihəsi
2022-ci ilin dövlət büdcəsi layihəsi dərc olunub. Novator.az bildirir ki, layihədə 26 milyard 816 milyon manat büdcə gəliri nəzərdə tutulur, xərc 29 milyard 879 milyon manat göstərilir, istiqamətlər belə sıralanır: iqtisadi fəaliyyət – 5 milyard 931,7 milyon manat; müdafiə və milli təhlükəsizlik – 4...
Sərəncam: müdafiə planı hazırlanır
Baş nazir Əli Əsədov mülki müdafiə planı hazırlanması üzrə komissiya yaratmağa sərəncam verib. Novator.az bildirir ki, komissiyaya sədrlik baş nazirin birinci müavininə həvalə olunub. Sədrə fövqəladə hallar naziri müavinlik edəcək. Qurumun üzvləri belə sıralanır: fövqəladə hallar nazirinin müavini m...
Ağalı bəyanatları
AZƏRTAC Azərbaycan prezidenti İlham Əliyevlə türkiyəli həmkarı Rəcəb Teyyub Ərdoğanın Zəngilanın Ağalı kəndindəki 26 oktyabr bəyanatlarının mətnini yayıb. İlham Əliyev Rəcəb Teyyub Ərdoğana səslənərək deyib: “Siz işğaldan azad edilmiş torpaqlara ikinci dəfədir səfər edirsiniz. Dörd ay bundan əvvəl S...
Ermənistanın yeni iqtisadi göstəriciləri
2021-ci ilin yanvar-sentyabr aylarında Ermənistanda ümumi daxili məhsul əvvəlki ilin doqquz ayına nəzərən 4,4% artıb. Novator.az-ın məlumatına görə, ölkənin Statistika Komitəsi oktyabrın 26-da belə hesabat yayıb. Rəsmi statistikaya əsasən, tikinti sektoru və ticarət dövriyyəsinin hər birində 2020-ci...
Təməl mərasimi
AZƏRTAC Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğanın Füzuliyə 26 oktyabr səfərindən yeni məlumat yayıb. Qeyd olunur ki, o, prezident İlham Əliyevlə birgə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tikinti işlərinin gedişi ilə tanış olub, sonra dövlət başçıları Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil y...
Böyük liqa: komandaların heyəti neçəyədir?
UEFA Çempionlar Liqasının 2021-2022 mövsümündə mübarizəni davam etdirən 32 komandanın heyətlərinin ümumi transfer dəyəri açıqlanıb. Novator.az siyahını təqdim edir: “Mançester Siti” – 1,05 milyard avro PSJ – 997,3 milyon avro “Mançester Yunayted” – 937,3 milyon avro “Çelsi” – 882,5 milyon avro “Live...
İranda edamlar: statistika açıqlanıb
2020-ci ildə İran İslam Respublikasında 250-dən çox adam edam edilib. Onlardan ən azı 4 nəfəri yetkinlik yaşına çatmamış şəxslərdir. Novator.az saytı ABŞ-ın “Associated Press” agentliyinə istinadla xəbər verir ki, bu statistikanı BMT-nin İranda insan hüquqları üzrə məruzəçisi Cavid Rəhman açıqlayıb....
Ərdoğan Qarabağda
Oktyabrın 26-da Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan Azərbaycana səfərə gəlib. Ali qonağı Füzulidə, yeni tikilmiş hava limanında prezident İlham Əliyev qarşılayıb. Dövlət başçıları Füzuli Beynəlxalq Hava Limanının açılışını ediblər, orada yaradılan şəraitlə tanış olublar. Arayışa görə, hava liman...
26 oktyabr qiyməti
Energetika Nazirliyinin 26 oktyabr məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 88,19 dollara satılır. Bu, büdcə qiymətindən 48,19 dollar yuxarı qiymətdir. 2021-ci ilin dövlət büdcəsində bir barrel neftin qiyməti 40 dollardan götürülüb. “AzəriLayt” yanvara 50,92, fevrala 56,68, m...