Xəbər
İşsizlikdən sığorta yeniliyi imzalandı
Prezident İlham Əliyev “İşsizlikdən sığorta haqqında” qanuna dəyişikliyi imzalayıb. Novator.az bildirir ki, yeniliyə görə, əmək münasibətlərinə əmək müqaviləsinin müddətinin bitməsi əsasları ilə xitam verilmiş şəxslərə ödəniş üçün onların müddətli əmək müqaviləsi üzrə ən azı 2 il 6 ay fasiləsiz iş s...
İnflyasiya hesabatı
Dövlət Statistika Komitəsinin hesabatına görə, 2021-ci ildə istehlak qiymətləri 2020-ci ilə nisbətən 6,7 faiz yüksəlib, ərzaq məhsulları, içkilər və tütün məmulatları 8,1 faiz, qeyri-ərzaq məhsulları 5,1 faiz, ödənişli xidmətlər 5,8 faiz bahalaşıb.
Aynurun anım günü
Yanvarın 18-i jurnalist Aynur Mirhəsənin anım günüdür. 1976-cı il yanvarın 27-də doğulan Aynur Mirhəsən Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. “Yeni Müsavat”, “Üç nöqtə”, “Həftə içi” qəzetlərinin reportyoru, Mediaforum.az saytının layihə rəhbəri, Ann.az saytının redaktoru olub...
Bayden Ukraynaya kiberhücum haqda məlumatlandırılıb
ABŞ prezidenti Cozef Bayden Ukraynaya qarşı həyata keçirilən kiberhücumlar haqda məlumatlandırılıb. Novator.az bildirir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi açıqlayıb. O deyib ki, Birləşmiş Ştatlar və müttəfiqləri Ukraynada kiberhücumlara məruz qalmış dövlət saytlarının bərpa olunm...
Əmək müfəttişləri nə tədbirlər görüb?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirir ki, 2021-ci ildə vətəndaş müraciətlərini araşdıran Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərin gecikdirdiyi 1 milyon 257,4 min manat sosial ödənişlərin ödənməsini təmin edib. Həmin vəsaitin 1 milyon 238,8 min manatı əməkhaqqı, qalan hissəsi z...
Məhbus jurnalistin xanımı aksiya keçirib
Məhbus jurnalist Polad Aslanovun həyat yoldaşı Gülmira Aslanova yanvarın 17-si Bakıda, Baş Prokurorluğun binası qarşısında etiraz aksiyası keçirib. “Turan”ın məlumatına görə, o, baş prokuror Kamran Əsədovla görüş tələb edib. Jurnalistlərə açıqlamasında Gülmira Aslanova həyat yoldaşının qanunsuz həbs...
Maaş qərarları
Nazirlər Kabineti maaş qərarları verib. Novator.az bildirir ki, dövlət orqanlarında çalışan, dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları 2022-ci il yanvarın 1-dən bu məbləğlərdə müəyyən edilir: ali kateqo...
Ziyarət çağırışı
20 yanvar qırğınının 32-ci ili yaxınlaşır. 1990-cı il yanvarın 20-nə keçən gecə SSRİ Silahlı Qüvvələrinin bölmələri Azərbaycanda milli azadlıq hərəkatını yatırtmaq üçün paytaxt Bakıda qırğın törədib, 131 nəfər öldürülüb. Yanvarın 25-i Neftçalaya, 26-sı Lənkərana da qoşun yeridilib, hərbi təcavüz qur...
Tofiq Yaqublu qərarında nələr var?
Siyasətçi Tofiq Yaqublu Səbail Rayon Prokurorluğuna şikayəti üzrə araşdırmanın yekun qərarını alıb. Novator.az-ın məlumatına görə, o yazır ki, müstəntiqlər Hilal Abbasov və Araz Əkbərovun hazırladığı qərarda ötən il dekabrın 1-də aldığı xəsarətlərin səbəbi tam təhrif olunub: “Guya xəsarətləri polisə...
Ticarət statistikası
2021-ci ildə Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 44,2 milyard manatlıq məhsul və mal satılıb. Novator.az-ın məlumatına görə, hesabatı yayan Dövlət Statistika Komitəsi bildirir ki, 2020-ci illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,2 faiz artıb, istehlaka xərclə...
Ümumi daxili məhsul: yekun hesabat
Dövlət Statistika Komitəsinin rəsmi hesabatına görə, 2021-ci ildə Azərbaycanda 92 milyard 857,7 milyon manatlıq, əvvəlki illə müqayisədə 5,6 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub, qeyri neft-qaz sektorunda 7,2 faizlik, neft-qaz sektorunda 1,8 faizlik artım qeydə alınıb. Əhalinin hər nəf...
Böyük beşlikdə
Novator.az Avropanın aparıcı milli futbol çempionatlarının gedişinə nəzər salıb. İngiltərə çempionatında “Mançester Siti” 56 xalla öndədir. “Liverpul”un 45, “Çelsi”nin 43, “Vest Hem”in 37, “Arsenal”ın 35, “Tottenhem”in 33, “Mançester Yunayted”in 32 xalı var. İspaniya çempionatında “Real” 49 xalla li...
Yoluxma və itki
Rəsmi hesabat Azərbaycanda koronavirus infeksiyasına yoluxanların ümumi sayını 625726 nəfər, xəstəlik qurbanlarının ümumi sayını 8521 nəfər göstərir. Novator.az bildirir ki, yoluxmaların 8779-u, itkilərin 163-ü bu ilin payına düşür. 2019-cu ilin dekabrında Çində üzə çıxıb dünyanı bürüyən infeksiyaya...
Qazaxıstanda itki açıqlaması
Qazaxıstanın Baş Prokurorluğu qanlı hadisələrin qurbanları ilə bağlı məlumat yayıb. Novator.az bildirir ki, yanvarın 15-də verilən rəsmi açıqlamaya görə, toqquşma və iğtişaşlarda 225 nəfər həlak olub, onların 19-u hərbçi və polisdir. 3393-ü hüquq mühafizə orqanlarının təmsilçisi olan 4353 nəfərin ya...
Prezidentdən layihəni geri qaytarmaq xahiş olunur
“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev, İnternetin İnkişafı Forumunun sədri Osman Gündüz, “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı, “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Qulu Məhərrəmli, media hü...
Sənaye, sərmayə, orta maaş statistikası
Sənaye müəssisələri və fərdi sahibkarlar 2021-ci ildə 54,5 milyard manatlıq (2020-ci illə müqayisədə 5,2 faiz çox) sənaye məhsulu istehsal edib. Hesabatı yayan Dövlət Statistika Komitəsi sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalının 18,9 faiz artdığını bildirir. Başqa bir rəsmi açıqlamaya ...
Eldar Həsənov: son söz hazırlığı başlandı
Dövlət xadimi Eldar Həsənovun Bakı Ağır Cinayətlər Məhkəməsində mühakiməsi yanvarın 14-də vəkillərin müdafiə çıxışları ilə davam edib. Novator.az-ın məlumatına görə, vəkillər Cavad Cavadov, Valeh Mehralıyev, Adəm Məmmədov, Cəlil Mirzəyev Eldar Həsənova bəraət verilməsini, onun azadlığa buraxılmasını...
70-li təltif
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı “Şöhrət” ordeni ilə təltif edilib. Prezident İlham Əliyevin 14 yanvar sərəncamında təltif Səyyad Salahlının dövlət qulluğunda səmərəli fəaliyyəti ilə əsaslandırılıb. Novator.az bildirir ki, yanvarın 15-də Səyyad Salahlın...
Poçt xidmətlərinin yeni tarifləri
Tarif (qiymət) Şurası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan milli poçt operatoru “Azərpoçt”un göstərdiyi xidmətlərin tariflərini dəyişib. Yeni tariflər 2022-ci il yanvarın 17-dən qüvvəyə minir. Prezidentin 26 dekabr 2005-ci il fərmanı ilə yaradılan Tarif Şurası dövlət tənzimlən...
Ukrayna səfərində
Yanvarın 14-də Ukraynaya işgüzar səfər edən prezident İlham Əliyev Kiyevin Borispol Beynəlxalq Hava Limanında qarşılanıb. Dövlət başçısının ukraynalı həmkarı Vladimir Zelenski ilə təkbətək bir araya gəldiyi bildirilir. Geniş tərkibdə də görüş keçirilib. Bunun ardınca prezidentlərin iştirakı ilə Azər...