Xəbər
Səlimovun cəzası qüvvədə qaldı
Fevralın 28-də Sumqayıt Apellyasiya Məhkəməsi məhbus deputat Eldəniz Səlimovun şikayəti üzrə prosesə yekun vuraraq həbs cəzasını qüvvədə saxlayıb. Sumqayıt Ağır Cinayətlər Məhkəməsi 2021-ci il dekabrın 27-də Eldəniz Səlimova 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib. O, zor tətbiq etmək...
Göyçayın icra başçısı postdan getdi
Mehdi İldırım oğlu Səlimzadə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Prezident İlham Əliyev sərəncamı fevralın 28-də imzalayıb. Mehdi Səlimzadə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı postunu 2016-cı il iyunun 10-dan tuturdu.
Rubl necə çökür?
Ukraynaya hərbi təcavüzə görə dünya birliyinin Rusiyaya tətbiq etdiyi sanksiyalar ölkənin milli valyutasını çökdürür. Rusiya rublu Azərbaycan manatı qarşısında da dəyər itirir. Novator.az bildirir ki, 2022-ci il 100 Rusiya rublu üçün 2 manat 25 qəpik rəsmi məzənnə ilə başlayıb. Yanvar ayında minimum...
Turizmin yeni statistikası
2022-ci ilin yanvarında Azərbaycana 128 ölkədən 74 min nəfər gəlib (2021-ci ilin ilk ayına nəzərən 2,1 dəfə çox). Dövlət Statistika Komitəsinin məlumatına görə, gələnlərin 35,3 faizi Rusiya, 24,1 faizi Türkiyə, 12,9 faizi İran, 5,6 faizi Gürcüstan, qalanları başqa ölkələrin vətəndaşlarıdır. Rəsmi he...
Belarus referendumunun ilkin nəticələri
Belarusda fevralın 27-də keçirilmiş referendumun ilkin nəticələri açıqlanıb. Mərkəzi Seçki Komissiyası ümumxalq səsverməsinə qatılanların 82,8 faizinin yenilənmiş konstitusiya layihəsinə dəstək verdiyini bəyan edib. Novator.az bildirir ki, ana qanunda əsas dəyişiklik təşəbbüsü eyni şəxsin iki dəfədə...
Beşlikdə durum
Avropanın aparıcı milli futbol çempionatları yaza yön alıb. Novator.az-ın məlumatına görə, İngiltərə çempionatında “Mançester Siti” 66 xalla öndədir. “Liverpul”un 60, “Çelsi”nin 50, “Mançester Yunayted”in 47, “Vest Hem” və “Arsenal”ın 45 xalı var. İspaniya çempionatında “Real” 60 xalla liderdir. “Se...
“Avroviziya 2022”: 28 təmsilçi bəllidir
“Avroviziya 2022” mahnı müsabiqəsinə 40 ölkə qatılır. Novator.az bildirir ki, fevralın 28-nə olan rəsmi məlumata görə, 28 ölkənin təmsilçisi müəyyənləşib: Albaniya – Ronela Hayati Avstraliya – Şeldon Rayli Avstriya – Luka Mixlmayr və Pia Maria Azərbaycan – Nadir Rüstəmli Belçika – Jeremi Makiz Bolqa...
Valyutaların iki ayı
Novator.az xarici valyutaların rəsmi məzənnələrinin necə dəyişməsinə nəzər salıb. Mərkəzi Bank 2022-ci ilin əvvəlində avronun kursunu 1,9191 manat müəyyən edib, yanvarda ən yüksək qiymət 1,9506 manat, fevralda 1,9494 manat olub. Gürcüstan larisi ilə 0,5493 manatla başlayıb, yanvarda ən yuxarı məzənn...
Gəncə layihəsi son oxunuşa gedir
Fevralın 25-də Milli Məclis Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişikliyə ikinci oxunuşda səs verib. Üçüncü – son oxunuşdan sonra layihə imza üçün prezidentə təqdim olunmalıdır. Qanun layihəsinə görə, Gəncə şəhərinin tərkibindəki Kəpəz və Nizami rayonları ləğv edilərək ərazi vahidləri...
Dini etiqad: qanun yenilikləri parlamentdən keçdi
Parlamentin 25 fevral iclasında “Dini etiqad azadlığı haqqında” qanunda yeniliklər layihəsi son oxunuşda qəbul olunub. Novator.az bildirir ki, qanunun 8-ci maddəsində yeniliyə görə, islam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadimlərini Qafqaz Müsəlmanları İdarəsinə məlumat verməklə döv...
UEFA-dan Rusiyaya sanksiya
Ukraynada işğalçı müharibə aparan Rusiya Avropanın ali futbol təşkilatının sanksiyasına məruz qalıb. Novator.az-ın məlumatına görə, fevralın 25-də UEFA İcraiyyə Komitəsi Çempionlar Liqasında 2021-2022 mövsümünün final matçının Sankt-Peterburq şəhərindən alınmasına qərar verib. Mayın 28-nə təyin olun...
İki ayın populyar adları
2022-ci ilin yanvar-fevral aylarında Azərbaycanda doğulan oğlan uşaqlarına ən çox Uğur adı qoyulub. Novator.az Ədliyyə Nazirliyinə istinadla bildirir ki, bu ad iki ayda 154 uşağa verilib. 152 oğlana Hüseyn, 143 oğlana Yusif adı qoyulub. Populyar adların ilk onluğunda Əli (133 uşaq), Ömər (105), Məhə...
Ermənistanda seçki günü
Ermənistan parlamentində prezident seçkisi martın 1-də start götürür. Dövlət başçısı postuna bir namizəd var. Əvvəlki prezident Armen Sərkisyan yanvarın 23-də istefa verib. Fevralın 1-dən prezident səlahiyyətlərini parlamentin sədri Alen Simonyan icra edir. İlk turda prezident seçilmək üçün deputatl...
18 ölkə, 48 komanda
2021-2022 mövsümündə Avropanın klub turnirlərinə 55 UEFA üzvünün 237 komandası buraxılıb. Novator.az bildirir ki, mübarizəni 18 UEFA üzvünün 48 komandası davam etdirir: Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının hər birində 16 komanda qalır. İndiyədək yalnız Fransa (6 komanda) və Niderla...
Bayden yeni sanksiyaları açıqladı: “Putin SSRİ-ni bərpa etmək istəyir”
“Putin – qəsbkardır. Müharibəni o başlayıb. İndi həm özü, həm də ölkəsi bunun acı nəticəsini görəcək”. Novator.az saytı xəbər verir ki, fevralın 24-də ABŞ prezidenti Cozef Bayden Ukraynaya hücuma görə Rusiyaya tətbiq olunan yeni sanksiyaları elan edərkən belə deyib. Yeni sanksiyalar Rusiyanın dollar...
“Qarabağ” ələndi
UEFA Konfrans Liqasında Azərbaycanı təmsil edən “Qarabağ” 1/8 final yolunun ikinci matçını keçirib. Novator.az-ın məlumatına görə, fevralın 24-ü Bakıda Fransa “Marsel”ni qəbul edən komanda 0:3 hesabı ilə uduzaraq turnirdən ələnib. “Marsel” Fransadakı ilk oyunda da üstün gəlmişdi – 3:1. Konfrans Liqa...
Karantin maya getdi
Nazirlər Kabineti xüsusi karantin rejimini mayın 1-dək uzadıb. Rejim martın 1-də başa çatmalı idi. 2020-ci il martın 31-dən hökm sürən rejim koronavirus infeksiyasını cilovlamaq üçün tətbiq olunur. Ölkə ərazisinə giriş-çıxışa, mədəniyyət ocaqları, istirahət və əyləncə məkanları, ictimai iaşə obyektl...
Ermənistan: Baş Qərargah rəisi postdan çıxarıldı
General-leytenant Artak Davtyan Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi postundan çıxarılıb. Novator.az-ın məlumatına görə, prezident səlahiyyətlərini icra edən Alen Simonyan fevralın 24-də belə fərman imzalayıb. Artak Davtyan 1970-ci ildə doğulub. Moskva Ali Hərbi Məktəbini, Rusiya Müda...
Prezidentdən KTMT açıqlaması
Fevralın 23-ü Moskvada, TASS agentliyində Rusiyanın bir qrup kütləvi informasiya vasitəsinin rəhbərləri ilə görüşən prezident İlham Əliyev Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) yaxınlaşma planlarının olub-olmadığı barədə sualı cavablandırıb. Novator.az-ın məlumatına görə...
Borrel: “Avropa ən ağır saatlarını yaşayır”
“Avropa İkinci Dünya müharibəsi başa çatandan bəri ən ağır saatlarını yaşayır”. Novator.az-ın məlumatına görə, Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel Rusiyanın Ukraynaya hücumunu şərh edərkən belə deyib. Borrel Ukraynaya təcili yardım göstərilə...