Xəbər
Hazırlıq iclası oldu, çəkişmə başlayır
Martın 10-u Bakı Apellyasiya Məhkəməsində məhbus dövlət xadimi Eldar Həsənovun şikayəti üzrə hazırlıq iclası keçirilib. Vəkilləri Eldar Həsənovun ev dustaqlığına buraxılması və məhkəmənin qismən istintaqla aparılması barədə vəsatətlər qaldırıblar. Vəsatətlər təmin edilməyib. Novator.az-ın məlumatına...
Türkiyə səfəri başladı
Martın 10-da prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başlayıb. AZƏRTAC xəbər verir ki, paytaxt Ankaranın Esenboğa Hava Limanında dövlət başçısını Türkiyənin energetika və təbii sərvətlər naziri və digər rəsmi şəxslər qarşılayıb.
Avropanın qaz planı
Avropa İttifaqı Rusiyadan enerji asılılığını aradan qaldırmaq planını açıqlayıb. Novator.az-ın məlumatına görə, iqtisadçı Rövşən Ağayev yazır ki, Beynəlxalq Enerji Agentliyi Rusiyadan alınan təbii qazın həcmini 2022-ci ilin sonuna qədər 50 milyard kubmetr azaltmağı mümkün saydığını açıqlayıb: “Avrop...
10 mart qiyməti
Martın 10-da “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 127,12 dollara təklif olunur. Xəbəri Energetika Nazirliyi yayıb. 2022-ci ilin dövlət büdcəsində bir barrel neftin qiyməti 50 dollardan götürülüb. “AzəriLayt” yanvara 82,49, fevrala 94,20, marta 102,30 dollarla başlayıb. Gündəlik xam neft h...
Finişə doğru
İtaliyanın Turin şəhərində keçiriləcək “Avroviziya 2022” mahnı müsabiqəsinin milli seçim mərhələsi başa çatmaq üzrədir. Novator.az-ın məlumatına görə, martın 10-da Böyük Britaniya, martın 12-də İslandiya, İsveç, Portuqaliya, martın 13-də Ermənistan təmsilçisini seçəcək. 10-14 maya təyin olunmuş yarı...
Dörd oldu
UEFA Çempionlar Liqasının 1/8 finalı yarılanıb. Novator.az-ın məlumatına görə, mərhələnin 9 mart oyunlarında “Real” və “Mançester Siti” 1/4 finala çıxıblar. “Liverpul” və “Bavariya” 1/4 finala martın 8-də vəsiqə alıblar. 1/4 final yolunda “Atletiko”, “Mançester Yunayted”, “Benfika”, “Ayaks”, “Vilyar...
Rubl əriyir
Mərkəzi Bankın 10 mart məlumatında 100 Rusiya rublunun satış qiyməti 1 manat 24 qəpik göstərilir. Novator.az bildirir ki, bu, 2022-ci ilin ən aşağı rəsmi kursudur. Rubl Ukraynaya hərbi təcavüzə görə dünya birliyinin Rusiyaya tətbiq etdiyi sanksiyalar üzündən ucuzlaşır. 100 Rusiya rublu yanvara 2 man...
Hansı partiyalar maliyyə hesabatı verib?
Siyasi partiyalar hər il aprelin 1-dək Mərkəzi Seçki Komissiyasına illik maliyyə hesabatı verməlidir. Novator.az bildirir ki, martın 9-dək Mərkəzi Seçki Komissiyasının saytında 8 siyasi partiyanın 2021-ci il üzrə maliyyə hesabatı yer alır. Azərbaycan Naminə Alyans Partiyası, Liberal Partiyası, Respu...
Zelenski: “Bu, Putinin hərbi maşınının ürəyindən vurulan zərbədir”
Ukrayna prezidenti Vladimir Zelenski Rusiyadan Amerikaya neft, neft məhsulları, təbii qaz və daş kömür idxalına qoyduğu embarqoya görə ABŞ prezidenti Cozef Baydenə minnətdarlığını bildirib. Novator.az-ın məlumatına görə, Zelenski “Twitter” hesabında yazıb ki, Baydenin martın 8-də tətbiq etdiyi embar...
Karantin: hansı yasaqlar qalır?
Nazirlər Kabinetinin koronavirus infeksiyasına görə tətbiq etdiyi xüsusi karantin rejimi hazırda üç qadağanı nəzərdə tutur. Yasaqlardan biri ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar ...
“AzəriLayt” 136 dolları döyür
Energetika Nazirliyinin 9 mart məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 135,99 dollara satılır. Bu, büdcə qiymətindən 85,99 dollar yuxarı qiymətdir. 2022-ci ilin dövlət büdcəsində bir barrel neftin qiyməti 50 dollardan götürülüb. “AzəriLayt” yanvara 82,49, fevrala 94,20, mart...
Bahalı raketlərin istismarı Putini qəzəbləndirib
Rusiya prezidenti Vladimir Putin öz ordusunun Ukraynanın Vinnitsa hava limanına çox bahalı raketlər atdığını biləndə bərk qəzəblənib. Novator.az-ın məlumatına görə, bunu Böyük Britaniyanın “Bellingcat” internet nəşrinin əməkdaşı Xristo Qrozyev Ukraynada təşkil olunan telemarafon zamanı açıqlayıb. Fe...
Yaşıl meydanlarda
Avropanın aparıcı milli futbol çempionatlarında növbəti oyunlar arxada qalıb. Novator.az-ın məlumatına görə, İngiltərə çempionatında “Mançester Siti” 69 xalla öndədir. “Liverpul”un 63, “Çelsi”nin 53, “Arsenal”ın 48, “Mançester Yunayted”in 47, “Vest Hem” və “Tottenhem”in 45 xalı var. İspaniya çempion...
ABŞ Çin şirkətlərinə xəbərdarlıq edib
ABŞ-ın ticarət naziri Cina Raymondo Çinin çip istehsalı ilə məşğul olan şirkətlərinə xəbərdarlıq edib. Novator.az saytı bildirir ki, bunu “Nyu-York Tayms” qəzeti yazıb. Məlumata görə, nazir deyib ki, Çinin çip istehsal edən şirkətləri, o cümlədən nəhəng SMİC şirkəti Amerikadan bu istehsal üçün zərur...
Rusiyadakı azərbaycanlılara məsləhətlər
London İqtisadiyyat Məktəbinin professoru, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu Ukraynaya total təcavüz fonunda ağır iqtisadi sanksiyalar altına düşən Rusiyada yaşayan azərbaycanlılara iqtisadi məsləhətlər verib. Novator.az-ın məlumatına görə, məsləhətlər belə sıralanır:...
İki siftə
UEFA Çempionlar Liqasında iki 1/4 finalçı bəlli olub. Novator.az-ın məlumatına görə, martın 8-də “Liverpul” və “Bavariya” həmin mərhələyə vəsiqə alıblar. 1/4 finala çıxmaq uğrunda PSJ, “Real”, “Sportinq” (Portuqaliya), “Mançester Siti”, “Atletiko”, “Mançester Yunayted”, “Benfika”, “Ayaks”, “Vilyarre...
“Avroviziya 2022”: 6 sual qalır
Mayın 10-dan 14-dək İtaliyanın Turin şəhərində keçiriləcək “Avroviziya 2022” mahnı müsabiqəsinə 40 ölkə qatılır. Novator.az bildirir ki, martın 9-na olan məlumata görə, 34 ölkənin təmsilçisi müəyyənləşib: Albaniya – Ronela Hayati Almaniya – Malik Harris Avstraliya – Şeldon Rayli Avstriya – Luka Mixl...
Karantin necə yumşaldı?
Nazirlər Kabineti koronavirus pandemiyasına görə tətbiq olunan xüsusi karantin rejiminin yumşaldılması qərarı verib. Martın 6-dan dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qəbuluna; yas mərasimlərinə; kütləvi tədbirlərə; ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadəyə; ...
Qida təhlükəsizliyi layihəsində
Novator.az parlamentin ilk oxunuşundan keçmiş “Qida təhlükəsizliyi haqqında” qanun layihəsinə nəzər salıb. Layihəyə görə, qanun Azərbaycan ərazisində insanların həyat və sağlamlığının, habelə istehlakçıların hüquqlarının müdafiəsi üçün qida və yem məhsullarının təhlükəsizliyinin təmin edilməsi ilə b...
Finlandiya NATO-ya yönəlir?
“Finlandiya əhalisinin NATO-ya üzvlük məsələsinə münasibəti dəyişib, ona görə də hökumət bu məsələni müzakirə edir”. ABŞ-a səfər edən Finlandiya prezidenti Sauli Niinistö mediaya açıqlamasında belə deyib. Novator.az bildirir ki, Avropanın şimalında yerləşən Finlandiya və İsveç hələ soyuq müharibə dö...