Xəbər
Ukrayna casusların siyahısını əldə etdiyini açıqlayıb
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Avropada cinayət əməlləri törətmiş Rusiya Federal Təhlükəsizlik Xidməti əməkdaşlarının siyahısını əldə etdiyini açıqlayıb. Novator.az saytı xəbər verir ki, siyahı Baş Kəşfiyyat İdarəsinin rəsmi internet səhifəsində yerləşdirilib. İdarənin bununla ba...
Prezident Administrasiyasının qəbul məkanı
Dövlət başçısı İlham Əliyev martın 28-də Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin açılışında iştirak edib. AZƏRTAC-ın məlumatına görə, Bakının Nərimanov rayonunda, Zaur Nudirəliyev küçəsi, 79-da yerləşən beşmərtəbəli binada gözləmə zalları, qəbulların aparılacağı xidməti otaqlar, kol...
Rusiya ilə bağlı Haaqa Məhkəməsinə müraciət edənlərin sayı artır
Rusiyanın Ukraynada törətdiyi əməllərin hərbi cinayət kimi araşdırılması üçün Niderlandın Haaqa şəhərində yerləşən Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edən ölkələrin sayı 42-yə çatıb. Novator.az-ın məlumatına görə, bunu martın 28-də Ukraynanın ədliyyə naziri Denis Malyuskin açıqlayıb. Nazir bild...
Rəsmilərin qəbul günləri
Rəsmi şəxslərin 2022-ci ilin aprel ayında vətəndaşları harada və nə vaxt qəbul edəcəyi açıqlanıb: Yer Əhatə dairəsi Qəbul edən Gün Şamaxı Şamaxı, Qobustan Ali Məhkəmənin sədri Ramiz Rzayev 1 Lənkəran Lənkəran, Astara, Lerik Kənd təsərrüfatı naziri İnam Kərimov 1 Qəbələ Qəbələ, Oğuz Qida Təhlükəsizli...
Nazirlikdə müşavirə, tapşırıqlar
Müdafiə naziri Zakir Həsənov martın 28-i Bakıda, Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirib. Mod.gov.az xəbər verir ki, nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəislərinin qatıldığı müşavirəyə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi bir...
Partiyaların maliyyə hesabatları
Siyasi partiyalar hər il aprelin 1-dək Mərkəzi Seçki Komissiyasına illik maliyyə hesabatı verməyə borcludur. Ədliyyə Nazirliyində 58 siyasi partiya dövlət qeydiyyatına alınıb. Martın 28-dək 21 siyasi partiya Mərkəzi Seçki Komissiyasına 2021-ci il üzrə maliyyə hesabatı verib. Parlamentdə təmsil oluna...
Ayaz Mütəllibov vəfat edib
Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov martın 27-də vəfat edib. Novator.az bildirir ki, 1938-ci il mayın 12-si Bakıda doğulan Ayaz Mütəllibov indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetini bitirib. Bakı Soyuducular Zavodunun, “Bakelektromaş” İstehsalat Birliyinin direktoru, Nərimanov ...
Final mərhələsində artım
2022-ci ilin dünya futbol çempionatının final mərhələsinə çıxan komandaların sayı artıb. Novator.az bildirir ki, martın 28-də Şimali və Mərkəzi Amerikadan Kanadanın final raunduna adladığı bəlli olub. Bu zonadan daha 2 vəsiqəyə ABŞ, Meksika və Kosta Rikanın imkanları var. Hər birinin 4 vəsiqəsi olan...
Aylar üzrə ixrac-idxal
Novator.az Dövlət Gömrük Komitəsinin 2022-ci il üzrə ixrac və idxal hesabatına nəzər salıb. Yanvarda 3 milyard 86,6 milyon dollar, fevralda 2 milyard 881 milyon dollar dəyərində ixrac rəsmiləşib. İdxal göstəriciləri belədir: yanvar – 974,8 milyon dollar fevral – 997,6 milyon dollar.
Turizm hesabatı
2022-ci ilin yanvar-fevral aylarında Azərbaycana 138 ölkədən 150,4 min, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çox turist gəlib. Dövlət Sərhəd Xidmətinin məlumatına əsaslanan Dövlət Statistika Komitəsi bildirir ki, gələnlərin 33,1 faizi Rusiya, 24,3 faizi Türkiyə, 13,1 faizi İran, 5,8 faizi...
Qətər yolçuları
Novator.az 22-ci dünya futbol çempionatının final mərhələsinə çıxmış komandaların siyahısını təqdim edir. 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək Qətərdə keçiriləcək final raunduna 32 vəsiqənin 1-i ev sahibinə verilib. Hər birinin 4 birbaşa vəsiqəsi olan Cənubi Amerikadan Braziliya, Argentina, Ek...
Avropa Məhkəməsindən Qənimət qərarı
Martın 24-də Avropa İnsan Hüquqları Məhkəməsi azərbaycanlı jurnalist Qənimət Zahidin şikayəti üzrə qərarını açıqlayıb. Aihmaz.org-un məlumatına görə, jurnalistin Avropa İnsan Hüquqları Konvensiyası ilə tanınan ifadə azadlığı və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulduğu bəyan edilib. Qərar ...
Navalnıya yeni cəza
Martın 22-si Rusiyada məhbus müxalif lider Aleksey Navalnıya yeni hökm oxunub. Novator.az-ın məlumatına görə, paytaxt Moskvanın Lefortovo Rayon Məhkəməsi onu xüsusilə külli miqdarda zərər vurmaqla dələduzluqda və təhqirdə təqsirli bilərək 9 il müddətinə azadlıqdan məhrum edib. Cəza ciddi rejimli kol...
“Avroviziya 2022”dəki Azərbaycan mahnısı
Azərbaycanın “Avroviziya 2022” beynəlxalq mahnı müsabiqəsindəki təmsilçisi Nadir Rüstəmlinin ifa edəcəyi mahnı müəyyənləşib. 1999-cu il təvəllüdlü Nadir Rüstəmli Azərbaycan Turizm və Menecment Universitetinin məzunudur. Yerli və beynəlxalq müsabiqələrdə uğurları ilə tanınır. İtaliyanın Turin şəhərin...
Meydanlar nəfəs dərir
Avropanın aparıcı milli futbol çempionatları qısa fasiləyə çıxıb. Novator.az-ın məlumatına görə, İngiltərə çempionatında “Mançester Siti” 70 xalla öndədir. “Liverpul”un 69, “Çelsi”nin 59, “Arsenal”ın 54 xalı var. İspaniya çempionatında “Real” 66 xalla liderdir. “Sevilya” 57, “Barselona” və “Atletiko...
Azad torpaqda
Prezident İlham Əliyev martın 20-də Tərtərin Suqovuşan qəsəbəsinə səfər edib. AZƏRTAC-ın məlumatına görə, dövlət başçısı “Azərişıq” ASC-nin qəsəbəyə çəkdiyi 35 kilovoltluq kabel xəttinin təqdimatına qatılıb. İlham Əliyev fərdi evdə aparılmış təmir-bərpa işləri ilə tanış olub, 144 şagird yerlik tam o...
Bölgələr üzrə kredit və əmanət
Mərkəzi Bankın statistik bülleteninə görə, 2022-ci il martın 1-nə Bakı iqtisadi rayonunda 13,3 milyard manat kredit qeydə alınıb. Novator.az bildirir ki, başqa iqtisadi rayonların göstəriciləri belə olub: Abşeron-Xızı – 629,3 milyon manat Gəncə-Daşkəsən – 511,3 milyon manat Lənkəran-Astara – 360 mil...
Naxçıvanda nə qədər maaş alırlar?
2022-ci il fevralın 1-nə Naxçıvan Muxtar Respublikasında orta aylıq əməkhaqqı 553,8 manata çatıb. Rəsmi hesabatı yayan yerli Dövlət Statistika Komitəsi həmçinin bildirir ki, yanvar-fevral aylarında muxtar respublikada 379 milyon 91 min manatlıq ümumi daxili məhsul istehsal olunub, bu da 2021-ci ilin...
Eldar Həsənov: növbəti məhkəmə iclası təyin olundu
Martın 18-i Bakı Apellyasiya Məhkəməsində məhbus dövlət xadimi Eldar Həsənovun şikayəti üzrə çəkişmə mərhələsi başlayıb. Novator.az-ın məlumatına görə, Elmar Rəhimovun sədrliyi ilə keçirilən proses çox çəkməyib, növbəti iclas martın 31-nə təyin olunub. Apellyasiya şikayətində Bakı Ağır Cinayətlər Mə...
Yaxın ölkələr üzrə ixrac-idxal
Novator.az yaxın ölkələrlə ticarət statistikasını təqdim edir. Dövlət Gömrük Komitəsinin hesabatına görə, 2022-ci ilin yanvar-fevral aylarında Azərbaycandan Türkiyəyə 621,1 milyon dollarlıq məhsul ixrac olunub. Qalan yaxın ölkələrə ixracın göstəriciləri belədir: Ukrayna – 257,1 milyon dollar Gürcüst...