Xəbər
Nüvə silahı: hansı ölkənin nəyi var?
Ukraynada işğalçı müharibə aparan Rusiya fevralın 27-dən nüvə qüvvələrini xüsusi döyüş növbəsinə keçirib. Ekspertlərin əksəri bunu sadəcə hədə-qorxu kimi qiymətləndirir. Ancaq Rusiyanın nüvə təhdidini ciddi qarşılayanlar da var. Novator.az saytı bildirir ki, nüvə silahları ilə bağlı hesabatlar hazır...
ADR Partiyasının sənədləri niyə geri qayıtdı?
Ədliyyə Nazirliyi Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının dövlət qeydiyyatı üçün təqdim olunmuş sənədlərini geri qaytarıb. Rəsmi cavaba görə, partiyanın təsis edilməsi, nizamnaməsinin təsdiqlənməsi və idarəetmə orqanlarının formalaşdırılması barədə qərarları bütün təsisçilər və ya onların...
Tokayev üçün Amanat
Martın 1-i Qazaxıstanın paytaxtı Nur-Sultanda hakim Nur Otan Partiyasının növbədənkənar qurultayı keçirilib. Novator.az-ın məlumatına görə, qurultay partiyanın adının dəyişdirilməsinə səs verib: Amanat Partiyası. Əsası 1999-cu il fevralın 13-də qoyulan partiyaya 2021-ci il noyabrın 21-dək ölkənin il...
Yeni qiymət, yeni kvota
Energetika Nazirliyinin 1 mart məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 102,30 dollara satılır. 2022-ci ilin dövlət büdcəsində bir barrel neftin qiyməti 50 dollardan götürülüb. “AzəriLayt” yanvara 82,49, fevrala 94,20 dollarla başlayıb. Yanvarın xam neft hasilatı 2,9 milyon t...
Rusiya futbol ailəsindən qovulur
Rusiyanın milli futbol komandası 2022-ci ilin dünya çempionatının final raunduna çıxmaq imkanını itirib. Bu, ali futbol qurumu FİFA-nın Ukraynaya hərbi təcavüz fonunda tətbiq etdiyi sanksiyanın nəticəsidir. FİFA fevralın 28-də Rusiyanı beynəlxalq turnirlərdə iştirak hüququndan məhrum edib. Novator.a...
Peyvənd statistikası
Novator.az koronavirusa qarşı peyvənd statistikasına nəzər salıb. Rəsmi hesabat martın 1-dək Azərbaycanda 5 milyon 298 min 628 nəfərin bir doza, 4 milyon 784 min 882 nəfərin iki doza, 2 milyon 694 min 562 nəfərin iki dozadan çox peyvənd aldığını göstərir. 204 min 315 nəfərə isə xəstəlikdən sonra bir...
Viruslu iki il
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxmanın iki ili tamam olur. Son rəsmi hesabata görə, ölkədə 785670 nəfər koronavirus infeksiyasına yoluxub, onların 9417-si vəfat edib. 2019-cu ilin dekabrında Çində üzə çıxıb dünyanı bürüyən infeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də...
Səlimovun cəzası qüvvədə qaldı
Fevralın 28-də Sumqayıt Apellyasiya Məhkəməsi məhbus deputat Eldəniz Səlimovun şikayəti üzrə prosesə yekun vuraraq həbs cəzasını qüvvədə saxlayıb. Sumqayıt Ağır Cinayətlər Məhkəməsi 2021-ci il dekabrın 27-də Eldəniz Səlimova 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib. O, zor tətbiq etmək...
Göyçayın icra başçısı postdan getdi
Mehdi İldırım oğlu Səlimzadə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Prezident İlham Əliyev sərəncamı fevralın 28-də imzalayıb. Mehdi Səlimzadə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı postunu 2016-cı il iyunun 10-dan tuturdu.
Rubl necə çökür?
Ukraynaya hərbi təcavüzə görə dünya birliyinin Rusiyaya tətbiq etdiyi sanksiyalar ölkənin milli valyutasını çökdürür. Rusiya rublu Azərbaycan manatı qarşısında da dəyər itirir. Novator.az bildirir ki, 2022-ci il 100 Rusiya rublu üçün 2 manat 25 qəpik rəsmi məzənnə ilə başlayıb. Yanvar ayında minimum...
Turizmin yeni statistikası
2022-ci ilin yanvarında Azərbaycana 128 ölkədən 74 min nəfər gəlib (2021-ci ilin ilk ayına nəzərən 2,1 dəfə çox). Dövlət Statistika Komitəsinin məlumatına görə, gələnlərin 35,3 faizi Rusiya, 24,1 faizi Türkiyə, 12,9 faizi İran, 5,6 faizi Gürcüstan, qalanları başqa ölkələrin vətəndaşlarıdır. Rəsmi he...
Belarus referendumunun ilkin nəticələri
Belarusda fevralın 27-də keçirilmiş referendumun ilkin nəticələri açıqlanıb. Mərkəzi Seçki Komissiyası ümumxalq səsverməsinə qatılanların 82,8 faizinin yenilənmiş konstitusiya layihəsinə dəstək verdiyini bəyan edib. Novator.az bildirir ki, ana qanunda əsas dəyişiklik təşəbbüsü eyni şəxsin iki dəfədə...
Beşlikdə durum
Avropanın aparıcı milli futbol çempionatları yaza yön alıb. Novator.az-ın məlumatına görə, İngiltərə çempionatında “Mançester Siti” 66 xalla öndədir. “Liverpul”un 60, “Çelsi”nin 50, “Mançester Yunayted”in 47, “Vest Hem” və “Arsenal”ın 45 xalı var. İspaniya çempionatında “Real” 60 xalla liderdir. “Se...
“Avroviziya 2022”: 28 təmsilçi bəllidir
“Avroviziya 2022” mahnı müsabiqəsinə 40 ölkə qatılır. Novator.az bildirir ki, fevralın 28-nə olan rəsmi məlumata görə, 28 ölkənin təmsilçisi müəyyənləşib: Albaniya – Ronela Hayati Avstraliya – Şeldon Rayli Avstriya – Luka Mixlmayr və Pia Maria Azərbaycan – Nadir Rüstəmli Belçika – Jeremi Makiz Bolqa...
Valyutaların iki ayı
Novator.az xarici valyutaların rəsmi məzənnələrinin necə dəyişməsinə nəzər salıb. Mərkəzi Bank 2022-ci ilin əvvəlində avronun kursunu 1,9191 manat müəyyən edib, yanvarda ən yüksək qiymət 1,9506 manat, fevralda 1,9494 manat olub. Gürcüstan larisi ilə 0,5493 manatla başlayıb, yanvarda ən yuxarı məzənn...
Gəncə layihəsi son oxunuşa gedir
Fevralın 25-də Milli Məclis Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişikliyə ikinci oxunuşda səs verib. Üçüncü – son oxunuşdan sonra layihə imza üçün prezidentə təqdim olunmalıdır. Qanun layihəsinə görə, Gəncə şəhərinin tərkibindəki Kəpəz və Nizami rayonları ləğv edilərək ərazi vahidləri...
Dini etiqad: qanun yenilikləri parlamentdən keçdi
Parlamentin 25 fevral iclasında “Dini etiqad azadlığı haqqında” qanunda yeniliklər layihəsi son oxunuşda qəbul olunub. Novator.az bildirir ki, qanunun 8-ci maddəsində yeniliyə görə, islam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadimlərini Qafqaz Müsəlmanları İdarəsinə məlumat verməklə döv...
UEFA-dan Rusiyaya sanksiya
Ukraynada işğalçı müharibə aparan Rusiya Avropanın ali futbol təşkilatının sanksiyasına məruz qalıb. Novator.az-ın məlumatına görə, fevralın 25-də UEFA İcraiyyə Komitəsi Çempionlar Liqasında 2021-2022 mövsümünün final matçının Sankt-Peterburq şəhərindən alınmasına qərar verib. Mayın 28-nə təyin olun...
İki ayın populyar adları
2022-ci ilin yanvar-fevral aylarında Azərbaycanda doğulan oğlan uşaqlarına ən çox Uğur adı qoyulub. Novator.az Ədliyyə Nazirliyinə istinadla bildirir ki, bu ad iki ayda 154 uşağa verilib. 152 oğlana Hüseyn, 143 oğlana Yusif adı qoyulub. Populyar adların ilk onluğunda Əli (133 uşaq), Ömər (105), Məhə...
Ermənistanda seçki günü
Ermənistan parlamentində prezident seçkisi martın 1-də start götürür. Dövlət başçısı postuna bir namizəd var. Əvvəlki prezident Armen Sərkisyan yanvarın 23-də istefa verib. Fevralın 1-dən prezident səlahiyyətlərini parlamentin sədri Alen Simonyan icra edir. İlk turda prezident seçilmək üçün deputatl...