Xəbər
Yoluxma, itki, peyvənd
Son rəsmi hesabata əsasən, Azərbaycanda 202 nəfər koronavirus xəstəsi var, infeksiyaya yoluxmuş 792237 nəfərin 9703-ü vəfat edib. 2019-cu ilin dekabrında Çində üzə çıxıb dünyanı bürüyən infeksiya Azərbaycanda 2020-ci il fevralın 28-də qeydə alınıb, həmin il 218700 yoluxma, 2641 ölüm, sonrakı il 3982...
Fransa: seçim ikinci tura qaldı
Fransada aprelin 10-da keçirilmiş prezident seçkisinin ilkin nəticələri açıqlanıb. Novator.az bildirir ki, 12 namizədin yarışdığı marafonda dövlət başçısı Emmanuel Makron 27,6% səslə önə çıxıb. Onu 23,4% səslə Milli Birlik Partiyasının lideri Marin Le Pen təqib edir. Bu şəxslər aprelin 24-nə təyin o...
Pakistanın baş naziri istefaya göndərildi
Pakistanın baş naziri İmran Xan istefaya göndərilib. Novator.az-ın məlumatına görə, qərar aprelin 9-u axşam Milli Assambleyada qəbul edilib. Assambleya İmran Xana etimadsızlıq göstərib. Milli Assambleya parlamentin aşağı palatasıdır. 342 deputatdan ibarətdir. 272 nəfər dairələrdən seçilir. 60 mandat...
300 min 197 seçici deputatsızdır
125 nəfərlik Azərbaycan parlamentinin hazırda 118 deputatı var. Milli Məclisə son seçki 2020-ci il fevralın 9-da keçirilib. Mərkəzi Seçki Komissiyasının 13 fevral 2020-ci il qərarları ilə 33 saylı Xətai, 35 saylı Xətai, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan dairələri üzrə nəticələr ləğv...
Keşlədən Şamaxıya
“Keşlə” futbol klubunun adı rəsmən dəyişib: “Şamaxı”. Komanda ev oyunlarını ötən ilin payızında istifadəyə verilmiş 2200 yerlik Şamaxı şəhər stadionunda keçirəcək. 1997-ci ildə Bakıda “Xəzər Universiteti” adı ilə yaradılan klub 2004-cü ildən “İnter”, 2017-ci ildən “Keşlə” adlanıb. Novator.az bildiri...
Qələbədən vacib
Aprelin 8-də prezident İlham Əliyev Avropa güləş çempionatında iştirak etmiş Azərbaycan millisinin üzvləri ilə görüşüb. AZƏRTAC xəbər verir ki, dövlət başçısı qəbulda çıxış edib: “Budapeştdə keçirilmiş Avropa çempionatında güləşçilərimiz bir daha xalqımızı sevindiriblər, böyük qələbə ilə qayıdıblar....
“AzəriLayt” neçəyədir?
Energetika Nazirliyinin 8 aprel məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 102,69 dollara satılır. Novator.az bildirir ki, 2022-ci ilin dövlət büdcəsində bir barrel neftin qiyməti 50 dollardan götürülüb. “AzəriLayt” yanvara 82,49, fevrala 94,20, marta 102,30, aprelə 112,33 doll...
Neytral ölkənin ordusunda zabitlərin 91 faizi NATO tərəfdarıdır
Finlandiyanın ordu zabitlərinin 91 faizi ölkənin NATO-ya üzv olmasını istəyir. Novator.az-ın məlumatına görə, Finlandiya Zabitlər Assosiasiyasının mart ayında keçirdiyi sorğu bunu göstərib. Finlandiya Zabitlər Assosiasiyası həmkarlar təşkilatıdır. Ölkədə ordu zabitlərinin demək olar hamısı bu təşkil...
Gürcüstan nə qədər bahalaşıb?
Gürcüstanın Milli Statistika Xidməti inflyasiya hesabatı yayıb. Novator.az bildirir ki, rəsmi məlumata görə, 2022-ci ilin martında əvvəlki ilin eyni ayına nəzərən 11,8 faiz bahalaşma qeydə alınıb. Tərəvəzin 27 faiz, alkoqolsuz içkilərin 24,6 faiz, çörək və un məmulatlarının 23,5 faiz, şəkər və şirni...
“Qarabağ”lı yol
UEFA-nın klub turnirlərində 2021-2022 mövsümü davam edir. Konfrans Liqasının 1/8 final yolunda Azərbaycan təmsilçisi “Qarabağ”ı ələmiş Fransanın “Marsel” komandası aprelin 7-də yarımfinala doğru addım atıb. 1/4 finalın ilk oyununda Yunanıstan PAOK-unu qəbul edən fransızlar 2:1 hesabı ilə üstün gəlib...
Maliyyə hesabatı verən partiyalar
Azərbaycanda 58 siyasi partiyanın dövlət qeydiyyatı var. Novator.az bildirir ki, onların 42-si Mərkəzi Seçki Komissiyasına 2021-ci il üzrə maliyyə hesabatı verib. Ədalət Partiyasının hesabatında 1463,9 manat ianə əldə edildiyi, həmin vəsaitin sərf olunduğu bildirilir. Xalq Partiyasının hesabatında q...
Mənzil üzərində hüquqlar fərmanı
Prezident İlham Əliyev təbii fəlakətlərin, texnogen qəzaların və hərbi əməliyyatların nəticələrinin aradan qaldırılması ilə əlaqədar dövlət vəsaiti hesabına inşa edilmiş yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının mənzilləri üzərində hüquqların rəsmiləşdirilməsi, habelə onların yerləşdiyi t...
“Avroviziya 2022”ni Ukrayna uda bilər
Bukmeker kontorlarında pul qoyuluşu statistikasına əsaslanan Eurovisionworld.com saytı “Avroviziya 2022” mahnı müsabiqəsi iştirakçılarının şansları ilə bağlı məlumat dərc edib. Novator.az bildirir ki, xəbərə görə, mayda İtaliyanın Turin şəhərində keçiriləcək yarışda qələbəyə ən çox Ukraynanın “Kaluş...
Fransızlar kimi seçir?
Fransanın “İpsos” şirkəti ölkədə keçiriləcək prezident seçkisi ilə bağlı yeni sorğunun nəticələrini açıqlayıb. 4-5 apreldə aparılmış sorğu 1712 respondenti əhatə edib. Novator.az bildirir ki, sorğuya əsasən, prezident seçkisinin aprelin 10-na təyin olunmuş ilk turunda indiki dövlət başçısı Emmanuel ...
Eynullaya təzminat
Avropa İnsan Hüquqları Məhkəməsi aprelin 7-də azərbaycanlı jurnalist Eynulla Fətullayevin şikayəti üzrə qərarını açıqlayıb. Aihmaz.org xəbər verir ki, iş jurnalistə həbsdə olarkən, 2009-cu ildə irəli sürülmüş narkotik vasitə saxlama ittihamını əhatə edir. Qərara əsasən, jurnalistin Avropa İnsan Hüqu...
Avropa Şurası məkanında məhbus sayı
Avropa Şurası üzv ölkələr üzrə məhbus sayını açıqlayıb. Novator.az bildirir ki, 31 yanvar 2021-ci ilə olan rəsmi statistikaya görə, Rusiyada (bu ölkə 2022-ci ildə Avropa Şurasından çıxıb) 478 min 714 şəxs azadlıqdan məhrumetmə cəzası çəkib. Türkiyədə məhbus sayı 272 min 115, Ukraynada 49 min 520 nəf...
Ukraynada savaş sorğusu
Ukraynanın “Reytinq” sosioloji qrupu Rusiyanın ölkədə apardığı müharibənin mümkün nəticələrinə dair yeni sorğu keçirib. Novator.az-ın məlumatına görə, sorğu 18 yaşa çatmış 1500 ukraynalı arasında telefonla aparılıb. 30-31 mart sorğusunun ölkənin əksər bölgəsini əhatə etdiyi açıqlanıb. Bəyan olunan n...
Nə razılaşma var?
Avropa İttifaqı Şurasının sədri Şarl Mişel aprelin 6-sı Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla keçirilmiş üçtərəfli görüşün yekunlarına dair bəyanat yayıb. Bəyanata görə, görüşdə həm İlham Əliyev, həm də Nikol Paşinyan ölkələrinin sülhə doğru sürətlə...
Nazirin reydi
Mod.gov.az-ın 7 aprel məlumatına görə, müdafiə naziri Zakir Həsənov Quru Qoşunlarının Ümumqoşun Təlim Mərkəzində yeni inşa edilmiş inzibati binada yaradılan şərait, həmçinin təlim sahəsində görülən işlərlə tanış olub. Nazir Kəlbəcər rayonunda yerləşən hərbi hissəyə də baş çəkib. Bildirilib ki, hərbi...
Harada neçə xəstə var?
2019-cu ilin sonu Çində üzə çıxıb 228 ölkə, ərazi və məkana yayılan koronavirus infeksiyası 6,1 milyondan çox adamın ölümünə gətirib. Aprelin 7-nə olan beynəlxalq statistikaya görə, hazırda 58,2 milyon nəfər aktiv xəstə var. Novator.az bildirir ki, Rusiyada 499521, Türkiyədə 219251, İranda 139460, E...