Xəbər
Naxçıvanın makroiqtisadi göstəriciləri
Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsi makroiqtisadi hesabat yayıb. Rəsmi məlumata görə, 2022-ci ilin ilk rübündə bölgədə 570,3 milyon manatlıq (bir il öncəkindən 1,5 faiz çox) ümumi daxili məhsul istehsal olunub. Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 1231,4 manat göst...
Əli Əliyev: yeni şikayətdə nə istənir?
Aprelin 22-si Bakı Apellyasiya Məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin şikayəti üzrə hazırlıq iclası keçiriləcək. Novator.az-ın məlumatına görə, siyasətçinin vəkili Cavad Cavadov yazır ki, apellyasiya şikayətində Yasamal Rayon Məhkəməsinin 15 aprel 2022-ci il hökmünün qanuns...
Nə ixrac olunur, hara gedir?
2022-ci ilin yanvar-mart aylarında Azərbaycandan 7,9 milyard dollarlıq mal ixrac olunub. Novator.az Dövlət Gömrük Komitəsinə istinadla bildirir ki, bunun 7,2 milyard dolları neft-qaz sektorunun payına düşüb, ən yüksək göstəricilər xam neft və xam neft məhsulları (3 milyard 680 milyon dollar) və təbi...
Peyvənd statistikası
Rəsmi statistikaya görə, Azərbaycanda 792412 nəfər koronavirus infeksiyasına yoluxub, onların 9706-sı vəfat edib, 122-si aktiv xəstədir. 2021-ci il yanvarın 18-dən ölkədə koronavirusa qarşı peyvəndləmə aparılır. Novator.az bildirir ki, milli hesabata əsasən, 5 milyon 335 min 621 nəfərə bir doza, 4 m...
Kino Agentliyi yaradıldı
Aprelin 20-də fərman imzalayan prezident İlham Əliyev Mədəniyyət Nazirliyinin tabeliyində Kino Agentliyi yaradıb. Sənədə görə, publik hüquqi şəxs statuslu agentlik Azərbaycanda kinematoqrafiyanın inkişafının, o cümlədən yerli və müştərək kino istehsalının dəstəklənməsi, kino mədəniyyətinin təbliğini...
REAL gənclərinin lideri
Respublikaçı Alternativ (REAL) Partiyası Gənclər Birliyinin 17 aprel konfransında 8 nəfərdən ibarət yeni İdarə Heyəti seçilib. İdarə Heyətinin 19 aprel iclasında qurumun sədri müəyyənləşib: Fariz Zöhrabov. Novator.az-a verilən məlumata görə, Fariz Zöhrabov 1 fevral 1999-cu ildə Qusar rayonunun Düzta...
Rusiyanın xam neft ixracı bir həftədə 25 faiz azalıb
Ukraynaya hərbi təcavüzünə görə sanksiyalarla üzləşmiş Rusiyanın xam neft ixracı bir həftədə 25% azalıb. Xəbəri ABŞ-ın “Bloomberg” agentiyi yayıb. Agentlik bildirir ki, Ukraynada başlatdığı müharibənin yeddinci həftəsində, aprelin 8-dən 15-nə qədərki dövrdə Rusiya yalnız 3,12 milyon barrel xam neft ...
Sərmayə incəlikləri
Dövlət Statistika Komitəsinin hesabatına görə, 2022-ci ilin yanvar-mart aylarında Azərbaycanda iqtisadi və sosial sahələrə 2 milyard 440,7 milyon manat yönəldilib, sərmayənin 62,5 faizi məhsul istehsalı sahələrinin, 30,4 faizi xidmət sahələrinin, 7,1 faizi yaşayış evlərinin tikintisinin payına düşüb...
Şahbaz Xuduoğlu Cəngavər rütbəsinə layiq görülüb
Fransanın mədəniyyət naziri Roselin Baçelot “Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlunu İncəsənət və Ədəbiyyat Ordeninin Cəngavər rütbəsinə layiq görüb. Təqdimat mərasimi Fransanın Azərbaycandakı səfirliyində olub. Ordeni Şahbaz Xuduoğluna Fransanın Azərbaycandakı səfiri Zakari Qross təqdim edi...
27 ölkədə müharibə sorğusu
Mərkəzi ofisi Fransa paytaxtında yerləşən “İpsos” beynəlxalq tədqiqat şirkəti dünyanın 27 ölkəsində Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı rəy sorğusu keçirib. Novator.az-ın məlumatına görə, faktiki bütün qitələri əhatə edən sorğu martın 25-dən aprelin 3-dək 19 min nəfər arasında onlayn formada apar...
Nə gəlir, haradan gəlir?
Dövlət Gömrük Komitəsinin hesabatına görə, 2022-ci ilin yanvar-mart aylarında Azərbaycana 2,9 milyard dollarlıq mal gətirilib. Novator.az məhsullar üzrə idxal göstəricilərini təqdim edir: maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri – 600,2 milyon dollar yeyinti məhs...
Fövqəladə hadisələr 68% çoxalıb
2022-ci ilin ilk rübündə Azərbaycanda 3584 fövqəladə hadisə baş verib. Rəsmi hesabata görə, bu, 2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə 68% çoxdur. Hadisələr nəticəsində 23 nəfərin həlak olduğu, 70 nəfərin xəsarət aldığı bildirilir. Fövqəladə Hallar Nazirliyi qeyd edir ki, 22 nəfər yanğınlard...
Azərbaycan nefti bir ildə nə qədər bahalaşıb?
Energetika Nazirliyinin 20 aprel məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 109,76 dollara satılır. Novator.az bildirir ki, bu, bir il əvvəlin eyni gününə nəzərən 43,24 dollar yuxarı qiymətdir. 2021-ci il aprelin 20-də Azərbaycan neftinin barreli 66,52 dollara təklif olunmuşdu....
Bakı görüşləri
Azərbaycana rəsmi səfər edən Qırğız Respublikasının prezidenti Sadır Japarov aprelin 20-si Bakıda rəsmən qarşılanıb. Mərasimdən sonra Azərbaycan prezidenti İlham Əliyev həmkarı ilə təkbətək görüşüb. Dövlət başçıları geniş tərkibdə də bir araya gəliblər. Görüşlərin ardından bu sənədlər imzalanıb: “Az...
113 xəstə var
Rəsmi hesabata görə, Azərbaycanda 113 koronavirus xəstəsi var, infeksiyaya yoluxmuş 792391 nəfərin 9706-sı vəfat edib. 2019-cu ilin dekabrında üzə çıxıb 226 ölkə, ərazi və məkana yayılan koronavirus infeksiyasına Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də qeydə alınıb. Novator.az bildirir ki...
Avropa İttifaqına ixrac statistikası
2022-ci ilin yanvar-mart aylarında Azərbaycandan Avropa İttifaqına 5,1 milyard dollarlıq məhsul ixrac olunub. Novator.az Dövlət Gömrük Komitəsinə istinadla bildirir ki, Danimarka və Xorvatiyaya ixrac qeydə alınmayıb. İtaliyaya 3,8 milyard dollarlıq məhsul göndərilib. Qalan ölkələr üzrə göstəricilər ...
Prokurorluğun sorğusu, Konstitusiya Məhkəməsinin şərhi
Respublika Prokurorluğunun sorğusunu əsas götürən Konstitusiya Məhkəməsinin Plenumu Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrini əlaqəli şəkildə şərh edib. Qərara əsasən, 16 və 75-ci maddələrin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından eyni və...
“Tərtər işi”: dairə böyüyür
2017-ci il mayın 8-də Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanat yayaraq bildirmişdi ki, Tərtər rayonu istiqamətində bir qrup hərbi qulluqçu və mülki şəxs hərbi sirr təşkil edən məlumatları xarici düşmənə ötürüb, toplanmış materiallar əs...
Rusiya ələ keçirdiyi şəhərdə sovet simvollarını bərpa edir
Rusiya-Ukrayna müharibəsinin ilk günündən – fevralın 24-dən işğal altında olan Geniçesk şəhərində bolşevik inqilabının lideri, sovet Rusiyasının və SSRİ-nin ilk rəhbəri Vladimir Leninin heykəli peyda olub. Geniçesk şəhəri Ukraynanın Xerson vilayətində, Azov dənizi sahilində, Rusiyanın 2014-cü ...
Savaş Rusiya və Ukrayna ilə ticarətə təsir edibmi?
Rusiyanın Ukraynada apardığı işğalçı müharibə Azərbaycanın bu iki ölkə ilə ticarət əlaqələrinə təsir edibmi? Bu günə olan rəsmi rəqəmlər “yox” deyir. Novator.az Dövlət Gömrük Komitəsinə istinadla bildirir ki, 2021-ci ilin yanvar-mart aylarında Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi 585 milyon do...