Xəbər
Böyük beşlikdə
Avropanın aparıcı milli futbol çempionatlarında növbəti oyunlar arxada qalıb. Novator.az bildirir ki, İngiltərə çempionatına 34 xalla “Arsenal” başçılıq edir. “Mançester Siti” 32, “Nyukasl” 27, “Tottenhem” 26, “Mançester Yunayted” 23 xal yığıb. İspaniya çempionatında “Barselona” 34 xalla liderdir. “...
2023-cü il büdcəsinin xərc istiqamətləri
2023-cü ilin dövlət büdcəsi layihəsində 30 milyard 720,7 milyon manat gəlir, 33 milyard 300 milyon manat xərc nəzərdə tutulur. Novator.az xərc istiqamətlərinə nəzər salıb: iqtisadi fəaliyyət – 6 milyard 891,2 milyon manat; müdafiə və milli təhlükəsizlik – 5 milyard 320,1 milyon manat; təhsil – 4 mil...
Son oxunuşdan keçən layihələr
Milli Məclisin 5 noyabr iclasında bir neçə qanun layihəsi son oxunuşdan keçib. Novator.az bildirir ki, Cinayət Məcəlləsinə əlavə edilən maddəyə görə, Azərbaycandan xarici ölkəyə və ya xarici ölkədən Azərbaycana əvəzləşdirmə və başqa qarşılıqlı hesablaşma üsulları ilə xeyli miqdarda (əlli min manatda...
Fransa millətçilərinə yeni lider seçildi
Fransada ifrat sağ qüvvə kimi tanınan Milli Birlik Partiyasının lideri dəyişib. Novator.az-ın məlumatına görə, noyabrın 5-də keçirilən qurultayda 1995-ci il təvəllüdlü Jordan Bardella lider seçilib. Milli Birlik Partiyası (2018-ci ilədək Milli Cəbhə Partiyası adlanıb) 1972-ci ildə siyasətçi Jan-Mari...
Tərəfdaşlıq qanunu: layihə ilk oxunuşdan keçdi
Milli Məclisin 5 noyabr iclasında “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsi ilk oxunuşdan keçib. Novator.az bildirir ki, layihəyə görə, qanun Azərbaycanda dövlət xidmətlərinin göstərilməsi, eləcə də həmin xidmətlərin göstərilməsi üçün infrastrukturun yaradılması və idarə edilməsi ilə bağlı ...
“AzəriLayt” 100 dollardan bahadır
Energetika Nazirliyinin 5 noyabr məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 100,87 dollara təklif olunur. Bu, dövlət büdcəsində nəzərdə tutulandan 15,87 dollar yuxarı qiymətdir. 2022-ci ilin büdcəsində bir barrel neft 50 dollardan götürülüb, iyulun 1-də 85 dollara qaldırılıb. “...
Səfər icazəsi: proses təyin olunub
Noyabrın 11-də Suraxanı Rayon Məhkəməsi siyasətçi Tofiq Yaqublunun ölkədən çıxışına icazə verilməsi istəyi yer alan ərizəyə baxacaq. Vəkil Aqil Layicin yaydığı məlumata görə, hakim Anar İbrahimovun icraatında olan proses saat 10:35-ə təyin edilib. Novator.az bildirir ki, Tofiq Yaqublu ata yurdu Gürc...
Ermənistanda illik inflyasiya
Ermənistanın Statistika Komitəsi inflyasiya göstəriciləri yayıb. Novator.az bildirir ki, hesabata görə, oktyabrda 2021-ci ilin eyni ayına nəzərən 9,5 faiz bahalaşma gedib, ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 12,5 faiz, spirtli içkilərin və siqaretin qiyməti 8,5 faiz yüksəlib. Mədəniyyət...
Koronavirus statistikası
Milli hesabata görə, 2020-2022-ci illərdə Azərbaycanda 823469 nəfər koronavirusa yoluxub, onların 9953-ü vəfat edib. Aktiv xəstə sayı 315 nəfər göstərilir. Novator.az bildirir ki, 2019-cu ilin dekabrında Çində üzə çıxıb dünyanı bürüyən infeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də, ...
Dollar dayanacağı
Mərkəzi Bank noyabrın 5-də ABŞ dollarının məzənnəsini 1,7 manat həddində saxlayıb. Novator.az bildirir ki, noyabrın 10-dək qüvvədə olacaq bu qiymətlə sabitliyin 4 il 8 ayı tamamlanır. 2015-2017-ci illərdə rəsmi kursu 0,7844 manatdan 1,7001 manata yüksələn dollar 2018-ci il martın 7-dən banklara 1,7 ...
Qadağa qüvvədə qaldı
Noyabrın 4-də Bakı Apellyasiya Məhkəməsi ev dustağı olan vəkil Elçin Sadıqovun Azərbaycan ərazisində sərbəst hərəkətinə qadağadan şikayətinə baxıb. Novator.az-ın məlumatına görə, şikayət təmin olunmayıb, Binəqədi Rayon Məhkəməsinin bu haqda qərarı qüvvədə qalıb. Ev dustağı məhkəmənin müəyyən etdiyi ...
Yox cavabı
Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) rəsmilərinin piketlə bağlı müraciətinə mənfi cavab verib. Partiya piketi noyabrın 11-i saat 15-də İstiqlaliyyət küçəsində, Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında keçirmək, sosial və siyasi tələblər qoymaq istəyir. Noyabrı...
Bakıda yeni zavod
Noyabrın 4-də prezident İlham Əliyev Bakının Xəzər rayonunun Zirə qəsəbəsində “Abşeron Zeytun Bağları” MMC-nin zeytun yağı və süfrəlik zeytun məhsullarının emalı zavodunun açılışında iştirak edib. Xəbəri AZƏRTAC yayıb.
Bahəddin Həzinin kitabı təqdim olunacaq
Noyabrın 5-i, saat 14-də Bakıda, “Park Bulvar”da əməkdar jurnalist, siyasi publisist Bahəddin Həzinin “Ölümcül həqiqətlər” kitabının imza günü keçiriləcək. “Qanun” nəşriyyatının buraxdığı kitabda Bahəddin Həzinin publisistik yazıları, esseləri, xatirələri, bədii əsərləri toplanıb. “Həyatımın ölümcül...
Siyasi məhbus siyahısı yenilənib
Hüquq müdafiəçiləri Leyla Yunusla Elşən Həsənov siyasi məhbus siyahısını yeniləyib. “Turan”ın 4 noyabr məlumatına görə, siyasi məhbus sayılan 100 nəfər 7 qrupa bölünüb. 6 jurnalist və bloqçu, müxalif partiyaların və hərəkatların 4 üzvü, Almaniyadan deportasiya olunmuş 5 sabiq siyasi mühacir, 18 inan...
50 ölkədən uyğur bəyanatı
50 ölkə Çində uyğurların vəziyyəti ilə bağlı bəyanat qəbul edib. Novator.az-ın məlumatına görə, sənədi ABŞ, Almaniya, Avstraliya, Avstriya, Belçika, Bolqarıstan, Böyük Britaniya, Kanada, Çexiya, Xorvatiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, İslandiya, İrlandiya, İsrail, İtaliya, Yaponiya, Latv...
Ruben Vardanyan işğalçı rejimdə post aldı
Azərbaycanın Qarabağ bölgəsindəki işğalçı rejimin başçısı Araik Arutunyan noyabrın 4-də Ruben Vardanyanı “dövlət naziri” təyin edib. “Dövlət naziri” işğalçı rejimdə hökumət başçısı sayılır. Novator.az bildirir ki, 1968-ci ildə Ermənistanın paytaxtı Yerevanda doğulan Ruben Vardanyan Moskva Dövlət Uni...
Avropa Məhkəməsindən qərar anonsu
Noyabrın 10-da Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan üzrə 3 qərar elan edəcək. Aihmaz.org xəbər verir ki, 82 ərizəçinin şikayətinə görə, Abşeron rayonunun Mehdiabad qəsəbəsində əmlakları – ev, mənzil, torpaq, qeyri-yaşayış sahəsi – dövlət orqanlarının sərəncamları əsasında və ya sərəncam olmad...
Ermənistanla müqayisələr
İqtisadçı alim, ADR Partiyasının sədri Qubad İbadoğlu Azərbaycan və Ermənistanın 2023-cü il büdcələrinin bəzi göstəricilərinə nəzər salıb. Novator.az-ın məlumatına görə, o yazır ki, 2023-cü ildə Naxçıvan Muxtar Respublikası büdcəsinin gəlirləri 646,4 milyon manat (380 milyon dollar) olacaq, bunun 48...
Ruslar Ukraynada döyüşdürməyə əfqan ovlayır – “Associated Press”
Rusiya Əfqanıstanda Amerika ordusu ilə çiyin-çiyinə döyüşmüş əsgərləri Ukrayna müharibəsinə cəlb etmək üçün iş aparır. Xəbəri ABŞ-ın “Associated Press” agentliyi yayıb. 2001-ci il sentyabrın 11-də Əfqanıstanı idarə edən “Taliban” hərəkatı liderlərinin dəstəklədiyi “Əl-Qaidə” terror təşkilatı ABŞ-da ...