Xəbər
Gürcüstan: ziyarətçilər 185,5 faiz artıb
2022-ci ilin yanvar-noyabr aylarında Gürcüstanı 4 milyon 862 min 247 əcnəbi ziyarət edib. Novator.az-ın məlumatına görə, hesabatı yayan Milli Turizm Administrasiyası ziyarətçilərin 2021-ci ilin eyni dövrü ilə müqayisədə 185,5 faiz artdığını bildirir. Rəsmi statistika xarici ziyarətçilərin 3 milyon 3...
“AzəriLayt”ın qiyməti
Energetika Nazirliyinin 6 dekabr məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 87,09 dollara satılır. 2022-ci ilin dövlət büdcəsində bir barrel neft 50 dollardan götürülüb, iyulun 1-də 85 dollara qaldırılıb. “AzəriLayt” yanvara 82,49, fevrala 94,20, marta 102,30, aprelə 112,33, ma...
Sədr kürsüdə qaldı
Dekabrın 6-sı Bakıda Vəkillər Kollegiyasının konfransı keçirilib, Anar Bağırov yenidən qurumun Rəyasət Heyətinin sədri seçilib. Vəkillər Kollegiyasının 2240 üzvü var. 1976-cı il təvəllüdlü Anar Bağırov hüquq elmləri üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin müəllimidir. 19...
“Tərtər işi”: 19 nəfər azadlığa buraxılıb
“Tərtər işi” üzrə yeni rəsmi bilgi yayılıb. 2017-ci il mayın 8-də Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanat yayaraq bildirmişdi ki, Tərtər rayonu istiqamətində bir qrup hərbi qulluqçu və mülki şəxs hərbi sirr təşkil edən məlumatları xar...
Plana etiraz
Xarici işlər naziri Ceyhun Bayramov dekabrın 5-də Rusiyanın paytaxtı Moskvaya səfər edərək həmkarı Sergey Lavrovla görüşüb. Rəsmi məlumata görə, danışıqların yekununda iki ölkənin Xarici İşlər nazirlikləri arasında 2023-2024-cü illər üçün siyasi məsləhətləşmələr planı imzalanıb. Azərbaycan Demokrati...
ƏDV-dən azadlıq: yeni siyahı təsdiqlənib
Nazirlər Kabineti əlavə dəyər vergisindən (ƏDV) azad olunan kənd təsərrüfatı təyinatlı qurğuların, maşınların, avadanlıqların və texnikaların, onların ehtiyat hissələrinin siyahısını təsdiqləyib. Novator.az bildirir ki, ƏDV istehlakçıya təqdim edilən məhsulun son qiymətinə əlavə olunmuş vergidir. Az...
Koronavirus itkiləri
Dekabrın 6-na olan beynəlxalq statistikaya görə, koronavirus infeksiyası 225 ölkə, ərazi və məkanda 6 milyon 647 mindən çox adamın ölümünə gətirib. Yaxın ölkələr arasında ən çox Rusiya itki verib: 392283 nəfər. Novator.az bildirir ki, İranda 144645, Ukraynada 110586, Türkiyədə 101400 ölüm qeydə alın...
Ermənistanın inflyasiya statistikası
Ermənistanda illik inflyasiya hesabatı yayılıb. Novator.az bildirir ki, Statistika Komitəsinin rəsmi məlumatına görə, noyabrda 2021-ci ilin eyni ayına nəzərən 8 faiz bahalaşma gedib, ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 11,1 faiz artıb. Ərzaqlardan ən çox makaronun (28,1 faiz), mal ətini...
Saakaşvili 42,4 kiloqram arıqlayıb
Gürcüstan ombudsmanı nəzdində həkimlər şurasının üzvləri dekabrın 4-də paytaxt Tbilisidəki “Vivamedi” Tibb Mərkəzində sabiq prezident Mixail Saakaşviliyə baş çəkib. Həkim Tengiz Suladzenin dekabrın 5-də verdiyi açıqlamaya görə, sabiq prezident həbs müddətində 42 kiloqramdan çox arıqlayıb. Tutularkən...
Büdcə layihəsi yenilənib
2023-cü ilin dövlət büdcəsi layihəsi yenilənib. APA-nın 5 dekabr məlumatına görə, yeni layihədə gəlirlər 30 milyard 773,9 milyon manat, xərclər 33 milyard 353,3 milyon manat göstərilir. Milli Məclisdə iki oxunuşdan keçmiş əvvəlki layihədə 30 milyard 720,7 milyon manat gəlir, 33 milyard 300 milyon ma...
“Azərbaycan Dəmir Yolları”nda yeni sözçü
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə yeni sözçü – mətbuat katibliyi şöbəsinin rəisi təyin edilib: Sənubər Nəzərova. Rəsmi xəbər dekabrın 5-də yayılıb. Əvvəlki sözçü Natəvan Bayramova ötən həftə postdan gedib. Təqdimata görə, Xəzər Universitetinin humanitar elmlər fakültəsini (...
Doğumun çox olduğu bölgələr
Dövlət Statistika Komitəsinin rəsmi hesabatına görə, 2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda 93612 doğum qeydə alınıb, hər 1000 nəfərə 12,4 doğum düşüb. Novator.az bildirir ki, ümumi göstəricinin 11 olduğu Bakıda Qaradağ rayonu hər 1000 nəfərə 14,4 doğumla öndə, Sabunçu 12,7 doğumla ikin...
ADR yeni partiya qanununu kənara qoymağa çağırır
Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyası Milli Məclisin 29 noyabr iclasında ilk oxunuşdan keçmiş “Siyasi partiyalar haqqında” qanun layihəsinə münasibət bildirib. Novator.az-ın məlumatına görə, dekabrın 5-də yayılan bəyanatda qeyd olunur ki, layihə Avropa İnsan Hüquqları Konvensiyasının və Az...
Taleh Bağırov tibbi yardımdan imtina edir
Bakıdakı 12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov aclıq aksiyasını davam etdirir. “Turan”ın məlumatına görə, vəkil Fəxrəddin Mehdiyev dekabrın 3-də Taleh Bağırova baş çəkib. O, Taleh Bağırovun başqa cəzaçəkmə müəssisəsinə köçürülmək tələbi qoyduğunu,...
Koronavirus hesabatı
Ümumi hesabata görə, Azərbaycanda 824499 nəfər koronavirusa yoluxub, onların 9983-ü vəfat edib, 269-u aktiv xəstədir, qalanları sağalıb. 2019-cu ilin dekabrında Çində üzə çıxıb dünyanı bürüyən infeksiyaya ölkədə ilk yoluxma 2020-ci il fevralın 28-də, xəstəlikdən ilk ölüm martın 12-də qeydə alınıb. 2...
Neft: yeni razılaşma, eyni norma
Neft ixrac edən ölkələrin koalisiyası dekabrın 4-də yeni razılaşma əldə edib. Novator.az bildirir ki, noyabr-dekabr ayları üçün müəyyən edilmiş hasilat hədlərinin 2023-cü ildə qüvvədə saxlanmasına qərar verilib. Azərbaycanın gündəlik hasilat norması 684 min barreldir. Beynəlxalq koalisiyaya OPEK ölk...
1/8 final cütlükləri
Noyabrın 20-dən Qətərdə keçirilən dünya futbol çempionatının 1/8 final cütlükləri bəllidir: Niderland – ABŞ Argentina – Avstraliya Fransa – Polşa İngiltərə – Seneqal Yaponiya – Xorvatiya Braziliya – Cənubi Koreya Mərakeş – İspaniya Portuqaliya – İsveçrə. Novator.az 1/8 finalçıların əvvəlki dünya çem...
Manatın valyuta xərci
Novator.az Azərbaycan manatını qoruyan valyuta hərraclarının statistikasına nəzər salıb. Dövlət Neft Fondu Mərkəzi Bankın 2022-ci ilin yanvar-noyabr aylarında keçirdiyi hərraclarda 4 milyard 589,4 milyon ABŞ dolları məbləğində vəsait satıb. Yanvarda fonddan 727 milyon, fevralda 371,2 milyon, martda ...
Bölgə reydi
Prezident İlham Əliyev dekabrın 2-də xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva ilə birgə Şəkiyə səfər edib. AZƏRTAC xəbər verir ki, dövlət başçısı Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz-Şəki hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib, Orta Zəyzid kəndində “Green Factory” ...
Ölümün rəsmiləşməsi: pozuntu nə məsuliyyət yaradır?
Milli Məclisin 2 dekabr iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi son oxunuşdan keçib. Novator.az bildirir ki, məcəlləyə ölümün qeydə alınması qaydasının pozulması üzrə 562-1-ci maddə əlavə edilir. Yeniliyə görə, tibb müəssisəsinin ölüm haqqında məlumatı müvafiq orqana (quruma) dərh...