Xəbər
Naxçıvanda orta maaş nə qədərdir?
Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsi bildirir ki, yanvar-noyabr aylarında bölgədə 2 milyard 743,5 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub, bu da 2021-ci ilin eyni dövründəki göstəricidən 2,7 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 5911,5 manat ...
Təkbətək görüş, bəyanat
Azərbaycan səfərində olan Serbiya prezidenti Aleksandr Vuçiç dekabrın 21-i paytaxt Bakıda dövlət başçısı İlham Əliyevlə görüşüb. AZƏRTAC xəbər verir ki, təkbətək görüşdən sonra prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər. İlham Əliyev iki ölkənin bir çox sahə üzrə əməkdaşlığının böyük tarixi ol...
Vasif Talıbov istefa verdi
Dekabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov istefa verib. Xəbəri APA yayıb. Novator.az bildirir ki, 1960-cı il təvəllüdlü Vasif Talıbov Naxçıvan Dövlət Pedaqoji İnstitutunun (indiki Naxçıvan Dövlət Universiteti) tarix-filologiya fakültəsini və Bakı Dövlət Universit...
Əli Kərimli: “Azad məhkəmə budur”
AXCP sədri Əli Kərimli Qubadlı Rayon İcra Hakimiyyətinin sabiq başçısı Elxan Nuriyevin azadlığa buraxılmasından yazıb. Milli azadlıq hərəkatının fəalı, Birinci Qarabağ müharibəsinin iştirakçısı olmuş Elxan Nuriyev Qubadlı Rayon İcra Hakimiyyətinə Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) ...
Bəxtiyar Hacıyev çağırışı
Vətəndaş cəmiyyəti nümayəndələri ictimai fəal Bəxtiyar Hacıyevi azadlığa buraxmağa çağırıb. 1982-ci il təvəllüdlü Bəxtiyar Hacıyev Bakı Dövlət Universitetinin və ABŞ-ın Harvard Universitetinin məzunudur. 2011-2012-ci illərdə hərbi çağırışdan yayınmaq ittihamı ilə həbsdə yatıb. Hakimiyyəti sərt tənqi...
BMT-də Laçın yolu müzakirəsi
BMT Təhlükəsizlik Şurasının 20 dekabr iclasında Azərbaycanın Yuxarı Qarabağ bölgəsindən Ermənistana gedən Laçın yolundakı durum müzakirə olunub. AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev də çıxış edib. O, Azərbaycan hökumətinin və aksiya keçirən vətəndaşlar...
Yaxın ölkələrdə neçə xəstə var?
Dekabrın 21-nə olan beynəlxalq statistikaya görə, 202 ölkə və ərazidə 19,8 milyondan çox aktiv koronavirus xəstəsi var. Novator.az yaxın ölkələr üzrə göstəriciləri təqdim edir: Rusiya – 211961 xəstə Estoniya – 82589 İran – 80135 Moldova – 80122 Latviya – 14892 Gürcüstan...
Məhkəmə Bəxtiyar Hacıyevi həbsdə saxladı
Dekabrın 20-də Xətai Rayon Məhkəməsi ictimai fəal Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılması barədə vəsatətə baxıb. Vəsatət təmin olunmayıb, Bəxtiyar Hacıyev həbsdə qalıb. “Turan”ın məlumatına görə, vəkil Şəhla Hümbətova jurnalistlərə qərardan apellyasiya şikayəti veriləcəyini deyib. O, Bəxtiyar...
Format axtarışında
FİFA 2026-cı ildə ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi dünya futbol çempionatının formatını müzakirə edir. 48 millinin buraxılacağı çempionatda yığmaları ya 3 komandalıq 16 qrupa, ya da 4 komandalıq 12 qrupa bölmək planı var. Avropaya 16, Afrikaya 9, Asiyaya 8, Cənubi Amerikaya 6, Şimali v...
Elxan Nuriyev azadlığa buraxılıb
Qubadlı Rayon İcra Hakimiyyətinin sabiq başçısı Elxan Nuriyev azadlığa buraxılıb. Xəbəri dekabrın 20-də Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu yayıb. Milli azadlıq hərəkatının fəalı, Birinci Qarabağ müharibəsinin iştirakçısı olmuş Elxan Nuriyev Qubadlı Rayon İcra Hakimiyyə...
İdxal göstəriciləri
2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycana 12,8 milyard dollar dəyərində idxal qeydə alınıb. Novator.az Dövlət Gömrük Komitəsinə istinadla rəsmi göstəriciləri təqdim edir: maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri – 2,5 milyard dollar; yeyinti məhsulları – 2 milya...
“AzəriLayt”ın 20 günü, ayları
Energetika Nazirliyinin 20 dekabr məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 84,43 dollara satılır. Bu, ayın start qiymətindən 3,39 dollar aşağı qiymətdir. 2022-ci ilin dövlət büdcəsində bir barrel neft 50 dollardan götürülüb, iyulun 1-də 85 dollara qaldırılıb. “AzəriLayt” yanv...
Ermənistan hökuməti
Novator.az Ermənistan hökumətinin qismən yenilənmiş tərkibini təqdim edir: Nikol Paşinyan – baş nazir, Mger Qriqoryan, Tiqran Xaçatryan – baş nazirin müavinləri, Ararat Mirzoyan – xarici işlər naziri, Suren Papikyan – müdafiə naziri, Armen Pambuxçyan – fövqəladə hallar naziri, Vaan Kerobyan – iqtisa...
Messinin titulları
Novator.az futbol ulduzu Lionel Messinin əsas titullarını təqdim edir. 1987-ci il iyunun 24-ü Argentinanın Rosario şəhərində doğulan Messi ilk futbol dərslərini ölkəsinin “Qrandoli” və “Nyuells Old Boyz” komandalarında alıb, 2000-ci ildən İspaniyada yaşayıb, “Barselona” klubunun məktəbində yetişib. ...
Bəxtiyar Hacıyevdən köçürülmək istəyi
Bakı İstintaq Təcridxanasında saxlanan ictimai fəal Bəxtiyar Hacıyevin təzyiqə məruz qaldığı iddia olunur. “Turan”ın məlumatına görə, hüquq müdafiəçisi Rüfət Səfərov dekabrın 19-u axşam açıqlama yayaraq deyib ki, dekabrın 17-si səhər Bəxtiyar Hacıyevi kameradan çıxarıb soyuq karserə (cərimə kamerası...
Ukrayna prezidentindən Saakaşvili diləyi
Dekabrın 20-də Ukrayna prezidenti Vladimir Zelenskinin Gürcüstan hakimiyyətinə müraciəti yayılıb. Novator.az-ın məlumatına görə, müraciətdə Gürcüstanın sabiq prezidenti, məhbus Mixail Saakaşvilinin səhhətinin çox ağır olduğu vurğulanır, mərhəmət göstərib onu azadlığa buraxmaq, ABŞ-a, Avropa ölkələri...
Koronavirus statistikası
Ümumi hesabata görə, Azərbaycanda 825420 nəfər koronavirusa yoluxub, onların 9993-ü vəfat edib, 548-i aktiv xəstədir, qalanları sağalıb. 2019-cu ilin dekabrında Çində üzə çıxıb dünyanı bürüyən infeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də, xəstəlikdən ilk ölüm martın 12-də qeydə alı...
Neftsiz ixracın məhsulları
2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın ixracının 2,7 milyard dollara yaxını qeyri neft-qaz sahələrinin payına düşüb. Novator.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsi meyvə-tərəvəz ixracını 593,8 milyon dollar, kimya sənayesi məhsulları ixracını 360,5 milyon dollar, plastmas və ondan ...
2023-cü ilin iş və istirahət günləri
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2023-cü il üçün iş vaxtı norması və istehsalat təqvimini təsdiqləyib. Rəsmi açıqlamaya görə, 2023-cü ildə beşgünlük iş həftəsində 240 iş günü, 109 istirahət günü (4-ü bayram günləri ilə üst-üstə düşməsinə görə müəyyən edilən), iş günü olmayan 19 bayram (4-...
Bakıda 33 mərtəbəli hotel
Prezident İlham Əliyev dekabrın 19-u paytaxtda “The Ritz-Carlton Baku” hotelinin açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, 33 mərtəbəli hoteldə 190 geniş qonaq otağı, lüks mənzillər, restoranlar, fitnes və biznes mərkəzləri, müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalı yaradılıb. 14 mə...