Xəbər
Müsavatda qurultay ili
Müsavat Partiyasının Mətbuat və İnformasiya Departamentinin rəhbəri, Divan üzvü Mustafa Hacıbəyli yanvarın 10-da Novator.az-ın suallarını cavablandırıb. – 2023-cü ildə Müsavat Partiyasının 10-cu qurultayı keçirilməlidir. Nizamnaməyə görə, qurultay 4 ildən bir çağırılır. 9-cu qurultay 2019-cu i...
Əli Əliyevin şikayətinə baxılacaq
Yanvarın 16-da Bakı Apellyasiya Məhkəməsi Vətəndaş və İnkişaf Partiyasının sədri, məhbus Əli Əliyevin şikayətinə baxacaq. Novator.az bildirir ki, şikayət Sabunçu Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il hökmündən verilib. Həmin hökmlə Əli Əliyev qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirli bilinə...
Səfər qadağası qüvvədə qaldı
Bakı Apellyasiya Məhkəməsi yanvarın 10-da siyasətçi Tofiq Yaqublunun Suraxanı Rayon Məhkəməsinin qərarından şikayətinə baxıb. Vəkil Aqil Layicin yaydığı məlumata görə, şikayət təmin olunmayıb, Tofiq Yaqublunun ölkədən çıxışına qadağa qüvvədə qalıb. İnzibati həbs cəzası çəkən və saxlandığı məntəqədə ...
Hidrometeorologiya Xidmətinin məlumatı
Azərbaycanda yanvarın 8-dən davam edən sərt hava şəraiti ilə bağlı yeni bilgi yayılıb. Milli Hidrometeorologiya Xidmətinin 10 yanvar məlumatına görə, ölkənin bir çox bölgəsinə arabir qar yağıb, bəzi yerlərdə intensivləşib. Qarın qalınlığının Lerikdə 24, Qaxda 22, Yardımlıda 20, Qəbələdə 19, İsmayıll...
Tofiq Yaqubluya dəstək aksiyası böyüyür
İnzibati həbsdə aclıq aksiyası keçirən siyasətçi Tofiq Yaqubluya dəstək artır. “Turan”ın məlumatına görə, yanvarın 9-da 7 müxalif fəal Müsavat Partiyasının Bakının Binəqədi rayonundakı mərkəzi qərargahında aclığa başlayıb. 6-sı AXCP üzvü, 1-i müsavatçı olan aksiyaçılar Tofiq Yaqubluya və siyasi moti...
İxracın ilkin statistikası
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 2022-ci ilin ilkin ixrac hesabatını yayıb. Novator.az bildirir ki, rəsmi məlumata görə, 2022-ci ildə Azərbaycandan 38,1 milyard ABŞ dolları dəyərində məhsul ixrac olunub. Qeyri-neft sektoru üzrə ixracın 2021-ci illə müqayisədə 10,3 faiz artaraq ...
Yaxın ölkələrdə xəstə sayı
Yanvarın 10-na olan beynəlxalq statistikaya görə, 202 ölkə və ərazidə 21,9 milyondan çox aktiv koronavirus xəstəsi var. Novator.az bildirir ki, Rusiyada 187066, Estoniyada 84570, İranda 80861, Moldovada 80836 nəfər müalicə altındadır. Qalan yaxın ölkələr üzrə göstəricilər belədir: Gürcüstan – ...
Ermənistanda yeni nazirlik və nazir
Yanvarın 9-da Ermənistanın daxili işlər naziri təyin olunub: Vaqe Kazaryan. 1974-cü il təvəllüdlü Vaqe Kazaryan iqtisadiyyat və hüquq üzrə iki ali təhsil alıb. Polis sistemində müxtəlif məsul vəzifələr tutub, 2019-2020-ci illərdə Polis Qoşunlarının komandanı olub. 2020-ci ildən Ermənistan Polisinin ...
Pul bazasında siftə
Mərkəzi Bank yanvarın 1-nə pul bazasını 17 milyard 460,3 milyon manat göstərib. Novator.az bildirir ki, pul bazasına dövriyyədəki pul vəsaitləri, habelə kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarında vəsaitləri daxildir. 2015-ci ilin əvvəlində pul bazası 11 milyard 541,9 milyon manat, 2...
Valyuta ehtiyatı 9 milyard dolları haqlayır
Mərkəzi Bank valyuta ehtiyatı hesabatı yayıb. Novator.az-ın məlumatına görə, yanvarın 1-nə ehtiyatın həcmi 8 milyard 995,7 milyon dollar göstərilir. 2015-ci ilin əvvəlinə 13 milyard 758,3 milyon dollar valyuta ehtiyatı olub, ilin sonuna 5 milyard 16,7 milyon dollara enib. 2017-ci ilin əvvəlinə ehtiy...
İşğaldan azad bölgədə kredit: qayda təsdiqləndi
Yanvarın 9-da fərman imzalayan prezident İlham Əliyev “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması qaydası”nı təsdiqləyib. Qaydaya görə, dövlət zəmanəti ilə təmin edil...
Bəxtiyar həbsdə qaldı, yenə aclıq qərarı verdi
Bakı İstintaq Təcridxanasında saxlanan ictimai fəal Bəxtiyar Hacıyev yenidən aclıq aksiyasına başlayıb. Xəbəri yanvarın 9-da “Turan” agentliyi yayıb. Bəxtiyar Hacıyev 2022-ci il dekabrın 9-da tutulub. Xətai Rayon Məhkəməsi onun barəsində 1 ay 20 günlük həbs qətimkan tədbiri seçib. Bakı Şəhər Baş Pol...
Vəkildən Tofiq Yaqublu sorağı
Yanvarın 9-da vəkil Nemət Kərimli Daxili İşlər Nazirliyinin Binəqədi rayonundakı inzibati həbs məntəqəsində saxlanan siyasətçi Tofiq Yaqubluya baş çəkib. Novator.az-a danışan vəkil deyib ki, Tofiq Yaqublu aclıq aksiyasını davam etdirir, səhhətində xüsusi ağırlaşma olmasa da, halsızdır, tez-tez başı ...
Hava bilgisi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin proqnozuna görə, yanvarın 10-u Bakıda və Abşeron yarımadasında arabir qar gözlənir. Mülayim şimal-şərq küləyinin əsəcəyi, gecə 2-4 dərəcə şaxtanın, gündüz 0 dərəcəyə yaxın temperaturun qeydə alınacağı bildirilir. Azərbayca...
Ötən ilin idman nöqtəsi
Yanvarın 9-u Bakıda 2022-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. AZƏRTAC-ın məlumatına görə, mərasimə qatılan dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev çıxışında deyib ki, 2022-ci ildə Azərbaycan idmançıları beynəlxalq yarışlarda 800-dən çox medal qazanıb, o...
Qonşuluqda savaşın banklara təsiri
İqtisadçı Samir Əliyev Rusiya-Ukrayna müharibəsinin Azərbaycanın bank sektoruna təsirindən yazıb. Novator.az-ın məlumatına görə, Bakuresearchinstitute.org saytında dərc edilən məqalədə qeyd olunur ki, 2022-ci il fevralın 24-dən Ukraynada total işğalçı müharibə aparan Rusiya hazırda 13 mindən çox san...
Sosial müdafiə beynəlxalq güzgüdə
Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, iqtisadçı alim Qubad İbadoğlu BMT-nin qurumu olan Beynəlxalq Əmək Təşkilatının qlobal sosial müdafiə hesabatına nəzər salıb. Novator.az-ın məlumatına görə, o yazır ki, hesabatda Azərbaycanda aztəminatlı əhalinin yalnız 13,4 faizinin sosial yardım p...
Tofiq Yaqublu şərhləri
Novator.az siyasətçilərin Tofiq Yaqublu şərhlərinə nəzər salıb. İnzibati həbs cəzası çəkən siyasətçi Tofiq Yaqublu aclıq aksiyası keçirir. Bakıda məhbus ictimai fəal Bəxtiyar Hacıyevə azadlıq tələbi ilə keçirilmiş 23 dekabr 2022-ci il aksiyasında tutulan Tofiq Yaqublu 30 sutka inzibati həbs cəzası a...
Yaşıl meydanlarda
İspaniya milli futbol çempionatında növbəti oyunlar arxada qalıb. Novator.az bildirir ki, lider “Barselona” 41, “Real” 38, “Real Sosyedad” 32, “Betis” 28, “Vilyarreal” və “Atletiko” 27, “Atletik” 25 xal götürüb. İtaliya çempionatında “Napoli” öndədir: 44 xal. “Milan” və “Yuventus” 37, “İnter” 34, “L...
Laçın yolunda
AZƏRTAC-ın 9 yanvar məlumatına görə, azərbaycanlı fəallar Laçın-Xankəndi yolunun Şuşadan keçən hissəsində etiraz aksiyasını davam etdirir. Əsas tələb Yuxarı Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması, Qızılbulaq və Dəmirli yataqlarında monitorinqə icazə verilməsidir....