Xəbər
Çexiya: prezident seçkisi ikinci tura qaldı
Çexiyada prezident seçkisi ikinci tura adlayıb. Novator.az-ın məlumatına görə, yanvarın 13-14-də keçirilmiş ilk turda 8 namizəd mübarizə aparıb, partiyasız iddiaçı, istefada olan ordu generalı Petr Pavel (35,3 faiz səs) və Narazı Vətəndaşlar Aksiyasının lideri, sabiq baş nazir Andrey Babiş (35 faiz ...
Seymur Həzi Ankaradadır
AXCP sədrinin müavini Seymur Həzi Türkiyənin paytaxtı Ankaradadır. Siyasətçinin həyat yoldaşı Nigar Həzi yanvarın 13-də Novator.az-a açıqlamasında belə deyib. 2022-ci ilin sonunda Gürcüstana gedən Seymur Həzi oradan Türkiyəyə yollanıb. Yanvarın 12-də Türkiyədən Gürcüstana qayıtmaq istəyən siyasətçi ...
Bəxtiyara ittihamlar yeniləndi
Məhbus ictimai fəal Bəxtiyar Hacıyevə ittihamlar yenilənib. Vəkil Aqil Layicin yanvarın 13-də yaydığı məlumata görə, fəal Cinayət Məcəlləsinin 221.2.2 və 289.1-ci maddələri ilə təqsirli bilinir. 221.2.2-ci maddəyə əsasən, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın...
ABŞ sabiq məmurları İrandan necə qoruyur? – “Associated Press”
ABŞ Dövlət Departamenti İrandan gələn təhdidləri nəzərə alaraq iki keçmiş məmurun dövlət mühafizəsi ilə təmin olunması müddətini uzadıb. Söhbət Mayk Pompeodan və Brayn Hukdan gedir. Hər iki şəxs 2017-2020-ci illərdə ABŞ prezidenti olmuş Donald Trampın hakimiyyəti dövründə Ağ evdə çalışıb. Mayk Pompe...
15 ilin hasilatı
Energetika Nazirliyinin hesabatına görə, 2022-ci ildə Azərbaycanda kondensatla birlikdə 32,6 milyon ton neft hasil olunub. Novator.az bildirir ki, bu, son 15 ildə ən aşağı göstəricidir. Əvvəlki illərin hasilatı belə rəsmiləşib: 2008-ci il – 44,5 milyon ton, 2009-cu il – 50,4 milyon ton, 2010-cu il –...
Tofiq Yaqubluya baş çəkən var
Tibb elmləri doktoru Adil Qeybulla yanvarın 13-ü Bakıdakı 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında siyasətçi Tofiq Yaqubluya baş çəkib. Tofiq Yaqublunun qızı Nigar Həzi həkimə istinadla bildirir ki, atasının durumu ağırdır, sistem köçürülməsinə icazə vermir, aclığı davam etdirir. Tofiq Yaqublu 6 saylı...
Maaş, müavinət və təqaüd artımları
Prezidentin 5 yanvar sərəncamı ilə yanvarın 1-dən minimum aylıq əməkhaqqının məbləği 300 manatdan 345 manata yüksəlib, Nazirlər Kabinetinə əmək pensiyasının minimum məbləğinin 240 manatdan 280 manata qaldırılması; sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması üzrə təkliflər təqdim et...
Nəşr və saytlara müddət: 14 aprel 2023
2022-ci il fevralın 8-dən qüvvədə olan “Media haqqında” qanun Media Reyestri tələbi qoyur. Media subyektlərinin reyestrdən keçməsi mütləqdir. 2022-ci il sentyabrın 26-da Media Reyestrinin aparılması qaydaları təsdiqlənib, oktyabrın 14-də sistem işə düşüb. Qanun qüvvəyə minənədək fəaliyyət göstərən ç...
Manatı qoruyan hərrac: 7 ildə nə qədər valyuta satılıb?
Dövlət Neft Fondu Mərkəzi Bankın 2016-2021-ci illərdə keçirdiyi valyuta hərraclarında 35,6 milyard ABŞ dolları məbləğində vəsait satıb. Novator.az bildirir ki, satış həcmi 2016-cı ildə 4,9 milyard, 2017-ci ildə 3,6 milyard, 2018-ci ildə 6,5 milyard, 2019-cu ildə 6,6 milyard, 2020-ci ildə 7,3 milyard...
Avropadan yeni qərarlar anonsu
Avropa İnsan Hüquqları Məhkəməsi yanvarın 19-da Azərbaycandan şikayətlər üzrə qərarlar elan edəcək. Fransanın Strasburq şəhərində yerləşən, hakimləri Avropa Şurasına üzv ölkələrdən seçilən Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasına riayət olunmasına nəzarətə məsuldur. Azərbaycan 1949-cu ...
Koronavirus itkiləri
Yanvarın 13-nə olan beynəlxalq statistikaya görə, koronavirus infeksiyası 225 ölkə, ərazi və məkanda 6 milyon 723,8 mindən çox adamın ölümünə gətirib. Novator.az yaxın ölkələrin itkilərinə nəzər salıb: Rusiya – 394,262 nəfər İran – 144722 Ukrayna – 110859 Türkiyə – 101492 Gür...
“Avroviziya”: 7 təmsilçi bəllidir
Böyük Britaniyada, Liverpul şəhərində keçiriləcək “Avroviziya 2023” beynəlxalq mahnı müsabiqəsinə 37 ölkə qatılır. İlk yarımfinal mayın 9-na, ikinci yarımfinal mayın 11-nə, final mayın 13-nə təyin olunub. Yanvarın 13-dək 7 ölkə təmsilçini müəyyən edib. Novator.az siyahını diqqətə çatdırır: Albaniya ...
Avropa Məhkəməsinin Azərbaycan qərarları
Yanvarın 12-də Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan şikayətlər üzrə yeni qərarlar elan edib. Aihmaz.org xəbər verir ki, dövlət qeydiyyatına alınmamaqdan şikayətlənən Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin, qurumun təsisçiləri Anar Məmmədli ilə Bəşir Süleymanlının ərizə...
ADR sədrindən xitam sərəncamı
London İqtisadiyyat Məktəbinin professoru, Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri Qubad İbadoğlu yanvarın 12-də ictimaiyyətə müraciət yayıb. Novator.az-ın məlumatına görə, o vurğulayır ki, yanvarın 11-dən qüvvəyə minən “Siyasi partiyalar haqqında” yeni qanun, fundamental azadlıqlar...
13 yanvar havası
Azərbaycanı yanvarın 8-dən bəri qarsan sərt hava yanvarın 12-dən mülayimləşməyə başlayıb. Milli Hidrometeorologiya Xidmətinin proqnozuna görə, yanvarın 13-ü Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçməsi gözlənir. Gecə 0-2, gündüz 3-6 dərəcə isti ehtimalı var. Bölgələrə gəlincə, ge...
Kimlərə inzibati həbs kəsilə bilməz?
Novator.az inzibati həbs qaydasına nəzər salıb. İnzibati Xətalar Məcəlləsinə əsasən, inzibati həbsin minimal müddəti 3 gün, maksimum müddəti 3 aydır. Birinci məhkəmə instansiyasının tətbiq etdiyi cəzadan apellyasiya şikayəti verilməsi mümkündür. Hamilə qadınlar və ya himayəsində 14 yaşınadək uşağı o...
Partiyalar üçün 10 iyul həddi
Yanvarın 11-dən “Siyasi partiyalar haqqında” yeni qanun qüvvəyə minib. Qanuna görə, dövlət qeydiyyatı üçün partiyanın azı 5000 üzvü olmalıdır. Əvvəlki qanun azı 1000 üzv tələbi qoyurdu. Ölkədə 60 partiya dövlət qeydiyyatındadır. Onlar 180 gün müddətində, iyulun 10-dək üzvlərinin sayını 5000 min nəfə...
Tofiq Yaqublu sistem köçürülməsindən imtina edib
Siyasətçi Tofiq Yaqublunun qızı Nigar Həzi açıqlama yayıb. O bildirir ki, yanvarın 12-si Bakıdakı 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında atasına baş çəkib: “Ata dəhşətli dərəcədə arıqlayıb, sümükləri görünür. Bənizi çox solğun, özü halsızdır, başı gicəllənir. Dedi ki, ona sistem köçürməyə icazə verm...
12 yanvar qiyməti
Energetika Nazirliyinin 12 yanvar məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 87,52 dollara satılır. Bu, büdcədə nəzərdə tutulandan 37,52 dollar yuxarı qiymətdir. 2023-cü ilin dövlət büdcəsində bir barrel neft 50 dollardan götürülüb. “AzəriLayt” yanvara 87,99 dollarla başlayıb. ...
Fərdi sahibkarlar üçün sosial sığorta arayışı
2023-cü il yanvarın 1-dən Azərbaycanda muzdlu işçilərin minimum aylıq əməkhaqqı 300 manatdan 345 manata yüksəlib. Novator.az bildirir ki, yeni məbləğ fərdi sahibkarların Dövlət Sosial Müdafiə Fonduna ödənişlərini də artırır. Ödənişlər minimum əməkhaqqı məbləğinə bağlıdır. Sahibkarlıq fəaliyyəti üzrə...