Xəbər
“AzəriLayt”ın qiyməti
AZƏRTAC-ın 17 yanvar məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 90,35 dollara satılır. Bu, büdcədə nəzərdə tutulandan 40,35 dollar yuxarı qiymətdir. 2023-cü ilin dövlət büdcəsində bir barrel neft 50 dollardan götürülüb. “AzəriLayt” yanvara 87,99 dollarla başlayıb. Gündəlik xam ...
“Avroviziya” heyəti
“Avroviziya 2023” mahnı müsabiqəsinə qatılan 37 ölkənin 8-nin təmsilçisi bəllidir. Novator.az saytı Eurovision.tv-yə istinadla siyahını təqdim edir: Albaniya – Albina Kelmendi və ailəsi Belçika – Stef Kaers Fransa – Fatimə Zəhra Hafdi İsrail – Noa Kirel Kipr – Endrü Lambrou Niderland – Mixaya Nikola...
202 nöqtə, 21,8 milyon xəstə
Yanvarın 17-nə olan beynəlxalq statistikaya görə, 202 ölkə və ərazidə 21,8 milyon nəfər aktiv koronavirus xəstəsi var. Rusiyada 188358, Estoniyada 84954, İranda 81237, Moldovada 81134 şəxs müalicə altındadır. Gürcüstanda 17558, Qazaxıstanda 8329, Qırğızıstanda 7191, Özbəkistanda 7138, Ukraynada 6839...
Aclıq davam edir
Siyasətçi Tofiq Yaqublunun qızı Nigar Həzi yanvarın 16-sı Bakıdakı 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında atasına baş çəkib. Novator.az-a danışan Nigar Həzi deyib ki, atası aclıq aksiyasını dayandırmaq niyyətində deyil: “Atamı həkim Adil Qeybulla ilə birgə ziyarət etdik. Adil həkim atamı xeyli dilə ...
Gömrük Komitəsi ötən ilə nöqtə qoydu
Dövlət Gömrük Komitəsi yanvarın 16-da qurumun 2022-ci ildəki fəaliyyətinin yekunlarına həsr olunan müşavirə keçirib. Rəsmi məlumata görə, müşavirədə bildirilib ki, 2022-ci ildə dövlət büdcəsinə öhdəlikdə nəzərdə tutulan 4 milyard 605 milyon manata qarşı 5 milyard 653 milyon manat vəsait köçürülüb. H...
Abu-Dabidə çıxış
Prezident İlham Əliyev yanvarın 16-sı Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Abu-Dabi Davamlılıq Həftəsinin rəsmi açılış mərasimində çıxış edib. AZƏRTAC-ın məlumatına görə, dövlət başçısı deyib ki, Azərbaycan həm öz enerji tələbatını təmin edir, həm də xam nefti, neft məhsullarını, təbii qazı, ne...
Miqrasiya pozuntuları: 19480 qərar qəbul olunub
Dövlət Miqrasiya Xidməti 2022-ci il qərarlarının hesabatını yayıb. Rəsmi məlumata görə, qanunvericiliyin tələblərinin pozulması 19480 qərara gətirib: cərimə ödəməklə ölkə ərazisini tərk etmək tələbli qərarlar – 5780; ölkə ərazisində yaşamanı qanuniləşdirən qərarlar – 5068; ölkədən inzibati qaydada ç...
İşğalçı rejimdə yeni təyinatlar
Azərbaycanın Yuxarı Qarabağ bölgəsindəki işğalçı rejimin “Milli Təhlükəsizlik Xidmətinin direktoru” dəyişib. Novator.az bildirir ki, rejimin başçısı Araik Arutunyanın yanvarın 16-da imzaladığı sənədlərlə Aşot Akopcanyanı Ararat Melkumyan əvəzləyib. Ararat Melkumyan yanvarın 7-dən “Təhlükəsizlik Şura...
Tofiq Yaqublunun oğlu medalla təltif olunub
Siyasətçi Tofiq Yaqublunun oğlu Rəhim Yaqublu “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunub. Məlumatı yanvarın 16-da Rəhim Yaqublunun bacısı Nigar Həzi yayıb. Prezidentin 10 fevral 2022-ci il sərəncamı 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Vətən müharibəsində iştirak etmiş, aparılan...
Valyuta hərracları: ötən il, əvvəlki illər
Dövlət Neft Fondu Mərkəzi Bankın 2022-ci ildə keçirdiyi valyuta hərraclarında 4 milyard 681,8 milyon ABŞ dolları məbləğində vəsait satıb. Novator.az bildirir ki, yanvarda fonddan 727 milyon, fevralda 371,2 milyon, martda 526,2 milyon, apreldə 548,7 milyon, mayda 288 milyon, iyunda 278,1 milyon, iyul...
“Mübarizədə bundan sonra da varıq”
Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri Qubad İbadoğlu yanvarın 12-də yaydığı müraciətin bəzi media quruluşlarında yanlış təqdim olunduğunu bildirir. Həmin müraciətdə qeyd olunmuşdu ki, yanvarın 11-dən qüvvəyə minən “Siyasi partiyalar haqqında” yeni qanun dövlət qeydiyyatına alınmay...
Avropa meydanlarında
Novator.az Avropanın aparıcı milli futbol çempionatlarının gedişinə nəzər salıb. İngiltərə çempionatına 47 xalla “Arsenal” başçılıq edir. “Mançester Siti” 39, “Nyukasl” və “Mançester Yunayted” 38, “Tottenhem” 33 xal yığıb. İspaniya çempionatında lider “Barselona” 41, “Real” 38, “Real Sosyedad” 35, “...
Koronavirus hesabatı
Ümumi hesabata görə, Azərbaycanda 827377 nəfər koronavirusa yoluxub, onların 10049-u vəfat edib, 467-si aktiv xəstədir, qalanları sağalıb. 2019-cu ilin dekabrında Çində üzə çıxıb dünyanı bürüyən infeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də, xəstəlikdən ilk ölüm martın 12-də qeydə a...
Ərəb elində
Prezident İlham Əliyev yanvarın 15-də Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gedib. AZƏRTAC xəbər verir ki, prezident paytaxt Abu-Dabidə həmkarı Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşüb, BMT Təhlükəsizlik Şurasının Cənubi Qafqaza aid müzakirələrində Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycana ...
Çexiya: prezident seçkisi ikinci tura qaldı
Çexiyada prezident seçkisi ikinci tura adlayıb. Novator.az-ın məlumatına görə, yanvarın 13-14-də keçirilmiş ilk turda 8 namizəd mübarizə aparıb, partiyasız iddiaçı, istefada olan ordu generalı Petr Pavel (35,3 faiz səs) və Narazı Vətəndaşlar Aksiyasının lideri, sabiq baş nazir Andrey Babiş (35 faiz ...
Seymur Həzi Ankaradadır
AXCP sədrinin müavini Seymur Həzi Türkiyənin paytaxtı Ankaradadır. Siyasətçinin həyat yoldaşı Nigar Həzi yanvarın 13-də Novator.az-a açıqlamasında belə deyib. 2022-ci ilin sonunda Gürcüstana gedən Seymur Həzi oradan Türkiyəyə yollanıb. Yanvarın 12-də Türkiyədən Gürcüstana qayıtmaq istəyən siyasətçi ...
Bəxtiyara ittihamlar yeniləndi
Məhbus ictimai fəal Bəxtiyar Hacıyevə ittihamlar yenilənib. Vəkil Aqil Layicin yanvarın 13-də yaydığı məlumata görə, fəal Cinayət Məcəlləsinin 221.2.2 və 289.1-ci maddələri ilə təqsirli bilinir. 221.2.2-ci maddəyə əsasən, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın...
ABŞ sabiq məmurları İrandan necə qoruyur? – “Associated Press”
ABŞ Dövlət Departamenti İrandan gələn təhdidləri nəzərə alaraq iki keçmiş məmurun dövlət mühafizəsi ilə təmin olunması müddətini uzadıb. Söhbət Mayk Pompeodan və Brayn Hukdan gedir. Hər iki şəxs 2017-2020-ci illərdə ABŞ prezidenti olmuş Donald Trampın hakimiyyəti dövründə Ağ evdə çalışıb. Mayk Pompe...
15 ilin hasilatı
Energetika Nazirliyinin hesabatına görə, 2022-ci ildə Azərbaycanda kondensatla birlikdə 32,6 milyon ton neft hasil olunub. Novator.az bildirir ki, bu, son 15 ildə ən aşağı göstəricidir. Əvvəlki illərin hasilatı belə rəsmiləşib: 2008-ci il – 44,5 milyon ton, 2009-cu il – 50,4 milyon ton, 2010-cu il –...
Tofiq Yaqubluya baş çəkən var
Tibb elmləri doktoru Adil Qeybulla yanvarın 13-ü Bakıdakı 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında siyasətçi Tofiq Yaqubluya baş çəkib. Tofiq Yaqublunun qızı Nigar Həzi həkimə istinadla bildirir ki, atasının durumu ağırdır, sistem köçürülməsinə icazə vermir, aclığı davam etdirir. Tofiq Yaqublu 6 saylı...