Xəbər
Maliyyə yoxlamaları, cərimələr
Maliyyə Nazirliyinin hesabatına görə, 2022-ci ildə Dövlət Maliyyə Nəzarəti Xidməti 185 təşkilatda aparılmış yoxlamalarla 225,7 min manat məbləğində artıq və əsassız ödənişlər aşkarlayıb, həmin məbləğin 35,1 min manatlıq hissəsi yoxlamaların gedişində və yoxlamalardan sonrakı dövrdə dövlət büdcəsinə ...
Məhbus cəbhəçi niyə aclıq edir?
Bakının Şüvəlan qəsəbəsindəki 3 saylı İstintaq Təcridxanasında saxlanan AXCP üzvü Mütəllim Orucov fevralın 12-dən aclıq aksiyası keçirir. “Turan”a danışan vəkil Nemət Kərimli deyib ki, Mütəllim Orucov gərəkli tibbi yardım ala bilmədiyini bəyan edib. Koronavirus xəstəliyi keçirmiş məhbusun ağ ciyərlə...
“The Telegraph”: Rusiya zəlzələ bölgəsinə yardım aparmağa mane olur
“Rusiya hakerləri Türkiyə və Suriyada baş vermiş dağıdıcı zəlzələnin nəticələrini aradan qaldırmağa mane olur”. Novator.az-ın məlumatına görə, Böyük Britaniyanın “The Telegraph” qəzeti belə yazır. NATO-nun Belçikada yerləşən Xüsusi Əməliyyatlar Qərargahının, digər strukturlarının haker hücumlarına m...
Tofiq Yaqublu Avropa Məhkəməsinə şikayət edib
Siyasətçi Tofiq Yaqublu Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib. Novator.az-ın məlumatına görə, şikayətdə siyasətçinin Avropa İnsan Hüquqları Konvensiyası ilə təminat altına alınan ədalətli məhkəmə araşdırması, ifadə azadlığı hüquqlarına müdaxiləyə, həmçinin hüquqlarla bağlı məhdudiyyətlərdə...
Zəlzələ itkiləri
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin 13 fevral məlumatına görə, zəlzələ dalğasında 31643 nəfər həlak olub. Qəhrəmanmaraş bölgəsinin Bazarcıq və Elbistan rayonlarında fevralın 6-da baş vermiş iki güclü zəlzələ Adana, Adıyaman, Diyarbəkir, Elazığ, Hatay, Kilis, Qaziantep, Malatya,...
200 min iranlı arasında keçirilmiş sorğunun nəticələri
Mərkəzi ofisi Niderlandda yerləşən, İranda ictimai rəyi öyrənməklə məşğul olan GAMAAN qrupu (The Group for Analyzing and Measuring Attitudes in İRAN) iranlıların 2022-ci ildə ölkədə keçirilmiş kütləvi etiraz aksiyalarına münasibətini öyrənib. Novator.az-ın məlumatına görə, sorğu ötən ilin sonlarında...
İqtisadiyyatda 1,5 faiz geriləmə var
2023-cü ilin yanvarında Azərbaycanda 9 milyard 690,2 milyon manatlıq, ötən ilin ilk ayı ilə müqayisədə 1,5 faiz az ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Novator.az-ın məlumatına görə, hesabatı yayan Dövlət Statistika Komitəsi neft-qaz sektorunda 4,6 faiz azalmanın, qeyri neft-qaz sektorunda 1,7...
Ticarət statistikası
Dövlət Statistika Komitəsinin hesabatına görə, 2023-cü ilin yanvar ayında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 2,4 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 1,9 milyard manatlıq qeyri-ərzaq malları satılıb. Alınan mallara xərclənən vəsaitin 50,5 faizinin ə...
Təməl mərasimi
Mingəçevir şəhərində 1280 meqavat gücündə yeni istilik elektrik stansiyasının təməli qoyulub. Fevralın 13-ü Bakının “Gülüstan” sarayında bununla bağlı mərasim keçirilib. AZƏRTAC xəbər verir ki, prezident İlham Əliyev tədbirə qatılaraq çıxış edib. Dövlət başçısı stansiyanın 2025-ci ildə istifadəyə ve...
Zəlzələ dərsində Azərbaycan
Türkiyədə 6 fevral zəlzələlərinin ağır nəticələrə gətirməsinin əsas səbəblərindən biri kimi xeyli tikilinin seysmik standartlara cavab verməməsi göstərilir. Novator.az-ın məlumatına görə, bu məsələyə diqqət çəkən iqtisadçı, ADR Partiyasının sədri Qubad İbadoğlu Azərbaycanda inşaata nəzarəti gücləndi...
Moldova hökumətinə kim başçılıq edəcək?
Moldova prezidenti Mayya Sandu baş nazir postuna Dorin Reçanın namizədliyini irəli sürüb. Novator.az bildirir ki, 1974-cü il təvəllüdlü Dorin Reçan 2010-2012-ci illərdə rabitə və informasiya texnologiyaları nazirinin müavini, 2012-2015-ci illərdə daxili işlər naziri olub, 2022-ci ildən Təhlükəsizlik...
Hasilat hesabatı
Rəsmi hesabata görə, 2023-cü ilin yanvar ayında Azərbaycanda 2,7 milyon ton neft çıxarılıb, onun 2,1 milyon tonu ixrac olunub. 2023-cü ilin dövlət büdcəsində bir barrel neft 50 dollardan götürülüb. “AzəriLayt” markalı Azərbaycan nefti yanvara 87,99, fevrala 87,53 dollarla başlayıb. Ölkənin gündəlik ...
23-cü il yarışı: 23 təmsilçi bəllidir
“Avroviziya 2023” mahnı müsabiqəsinə 37 ölkə qatılır. Novator.az bildirir ki, fevralın 13-dək 23 ölkə təmsilçisini müəyyən edib: Albaniya – Albina Kelmendi və ailəsi Avstriya – Teodora Spiriç və Selina-Maria Edbauer Belçika – Stef Kaers Çexiya – “Vesna” qrupu Danimarka – Rani Petersen Ermənistan – E...
Böyük beşlikdə
Novator.az Avropanın aparıcı milli futbol çempionatlarının gedişinə nəzər salıb. İngiltərə çempionatına 51 xalla “Arsenal” başçılıq edir. “Mançester Siti” 48, “Mançester Yunayted” 46, “Nyukasl” 41, “Tottenhem” 39 xal yığıb. İspaniya çempionatında lider “Barselona” 56, “Real” 45, “Real Sosyedad” 39, ...
150 aktiv xəstə var
Milli hesabata görə, 2020-2023-cü illərdə Azərbaycanda 828229 nəfər koronavirusa yoluxub, onların 10098-i vəfat edib, 150-si aktiv xəstədir, qalanları sağalıb. 2019-cu ilin dekabrında Çində üzə çıxıb dünyanı bürüyən infeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də, xəstəlikdən ilk ölüm...
Savaşın 35 ili
Novator.az Azərbaycan torpaqlarına təcavüzün 35 ili bağlı yığcam tarixçəni təqdim edir. 1988-ci il fevralın 13-də Azərbaycanın Stepanakert şəhəri, Mardakert, Əsgəran, Martuni, Hadrut, Şuşa rayonlarından ibarət Dağlıq Qarabağ Muxtar Vilayətində bölgənin Ermənistana verilməsi tələbi ilə separatçı hərə...
Bəxtiyar Hacıyev: yeni ünvan, yenə aclıq
Məhbus ictimai fəal Bəxtiyar Hacıyev fevralın 10-u axşam Bakı İstintaq Təcridxanasından Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb. “Turan”ın məlumatına görə, fevralın 11-də fəala vəkilləri Elçin Sadıqov və Zibeydə Sadıqova, həmçinin qardaşı Vüqar Hacıyev baş çəkiblər. Bəxtiyar Hacıyevin ac...
Fəlakət statistikası
Türkiyədəki zəlzələ dalğasından yeni rəsmi bilgiyə görə, 20213 nəfər həlak olub, 80052 nəfər xəsarət alıb. Qəhrəmanmaraş elinin Bazarcıq və Elbistan rayonlarında fevralın 6-da baş vermiş iki güclü zəlzələ Adana, Adıyaman, Diyarbəkir, Elazığ, Hatay, Kilis, Qaziantep, Malatya, Osmaniyə, Şanlıurfa ellə...
Yoxlamalar qanunu yeniləndi
Prezident İlham Əliyev sahibkarlıq sahəsində yoxlamaları dayandıran qanuna dəyişikliyi imzalayıb. Yenilik qanunun qüvvəsini 2024-cü il yanvarın 1-dək uzadır. Novator.az bildirir ki, 2015-ci il noyabrın 1-də rəsmiləşən qanun yoxlamaları (Baş Prokurorluğun korrupsiya cinayətlərinin araşdırılması üzrə ...
10 min uyğuru Kanadada yerləşdirmək üçün danışıqlara başlanıb
Çindən qaçıb başqa ölkələrə sığınmış, amma o ölkələrdən geri deportasiya olunmaq təhlükəsi ilə üzləşmiş 10 min uyğurun və digər müsəlman türklərin Kanadada yerləşdirilməsi üçün danışıqlara başlanıb. Novator.az-ın məlumatına görə, Kanadanın “The Hill Times” qəzetində bununla bağlı yazı dərc olunub. Y...