Xəbər
370 qəza, 173 ölüm
2023-cü ilin yanvar-mart aylarında Azərbaycanda 370 yol-nəqliyyat hadisəsi baş verib, 173 nəfər həlak olub, 326 nəfər xəsarət alıb. Hesabatı yayan Dövlət Statistika Komitəsi bildirir ki, qəzaların 38,4 faizi nəqliyyat vasitələrinin və piyadaların, 38,4 faizi bir neçə nəqliyyat vasitəsinin, 23,2 faiz...
Rəsmi: orta maaş 901 manatı ötüb
2023-cü ilin ilk rübündə Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən 11,4 faiz artaraq 901,3 manata çatıb. Hesabatı Dövlət Statistika Komitəsi yayıb. Aprelin 1-nə muzdlu işçilərin sayı 1 milyon 736,3 min nəfər göstərilib, onların 904,1 min nəfəri dövlət...
Azərbaycan Vətənpərvərlər Partiyası sıradan çıxdı
Mayın 12-si Musavat.com saytında bəyanatı yayılan Azərbaycan Vətənpərvərlər Partiyası özünü buraxdığını elan edib. Partiya 1994-cü ildə dövlət qeydiyyatına alınmışdı. Novator.az bildirir ki, 2023-cü ildə daha 16 partiya fəaliyyətinə rəsmən son verib: Aydınlar Partiyası, Azərbaycan Azad Respublikaçıl...
Yoxlama qanununda yeniliklər təklifi
Milli Məclisin 12 may iclasında “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna dəyişiklik layihəsi ilk oxunuşdan keçib. Əsas təkliflərdən birinə görə, yoxlama zamanı yoxlayıcının bu hüquqları var: yoxlama obyektinin yerləşdiyi yerə...
Ticarət açıqlamaları
Dövlət Statistika Komitəsinin hesabatına görə, 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 16,4 milyard manatlıq mal və məhsul satılıb, dövriyyə ötən ilin eyni dövrünə nəzərən real ifadədə 2,9 faiz artıb, alınan mallara xərclənən vəsaitin 52,7 faizi ...
Ümumi daxili məhsulun dörd ayı, tarixi
2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanda 39,9 milyard manatlıq, ötən ilin eyni dövrü ilə müqayisədə 0,1 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Novator.az-ın məlumatına görə, hesabatı yayan Dövlət Statistika Komitəsi bildirir ki, iqtisadiyyatın neft-qaz sektorunda 2,9 faiz azalma...
Birinci prezidentin doğum günü
Mayın 12-si birinci prezident Ayaz Mütəllibovun doğum günüdür. Novator.az bildirir ki, 1938-ci ildə Bakıda doğulan Ayaz Mütəllibov indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetini bitirib. Azərbaycan Elmi Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutunda böyük texnik, Bakı Məişət Elektrik Ciha...
Zamin Salayev eksperimenti
Qaradağ Rayon Məhkəməsi AXCP funksioneri Zamin Salayevin cinayət işi üzrə növbəti prosesi mayın 17-nə təyin edib. Bakı İstintaq Təcridxanasında saxlanan Zamin Salayev AXCP Salyan şöbəsinin sədridir. O, fevralın 7-si Bakıda tutulub, silah tətbiq etməklə xuliqanlıqda təqsirli bilinir. Rəsmi iddiaya gö...
Hasilat statistikası
Energetika Nazirliyinin hesabatına görə, 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanda kondensatla birgə 10,2 milyon ton neft çıxarılıb, onun 8,5 milyon tonu ixrac olunub. 2023-cü ilin dövlət büdcəsində bir barrel neft 50 dollardan götürülüb, “AzəriLayt” markalı Azərbaycan nefti yanvara 87,99, fe...
Partiya siyahısında yeni azalma
1998-ci ildən dövlət qeydiyyatında olan Milli Konqres Partiyası ləğv edilib. Elan “Yeni Müsavat” qəzetinin 12 may sayında dərc olunub. Novator.az bildirir ki, 2023-cü ildə daha 15 partiya fəaliyyətinə rəsmən son verib: Aydınlar Partiyası, Azərbaycan Azad Respublikaçılar Partiyası, Azərbaycan Kommuni...
Koronavirus hesabatı
Rəsmi açıqlamaya görə, Azərbaycanda 831599 nəfər koronavirusa yoluxub, onların 10260-ı vəfat edib, 138-i aktiv xəstədir, qalanları sağalıb. 2019-cu ilin dekabrında Çində üzə çıxıb dünyanı bürüyən infeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də, xəstəlikdən ilk ölüm martın 12-də qeydə ...
“Avroviziya” finalçıları
Böyük Britaniyanın Liverpul şəhərində keçirilən “Avroviziya 2023” mahnı müsabiqəsinin bütün finalçıları bəllidir. Novator.az-ın məlumatına görə, ikinci yarımfinalı (11 may) bu iştirakçılar dəf edib: Albaniya – Albina Kelmendi və ailəsi, Kipr – Endrü Lambrou, Estoniya – Alika Milova, Belçika – Stef K...
İki nazirliyin saytı qapadıldı
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti Xarici İşlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İsmayıllı bələdiyyəsi, Qusar Rayon Gənclər və İdman İdarəsi və Gəncə Avtomobil Zavodunun saytlarının fəaliyyətini dayandırıb. Mayın 11-də yayılan məlumatda qərar həmin resurslar...
Məhərrəm İncə prezident seçkisindən çəkildi
Məmləkət Partiyasının lideri Məhərrəm İncə Türkiyədə prezident seçkisindən çəkilib. Novator.az-ın məlumatına görə, mayın 11-də jurnalistlərə açıqlama verən siyasətçi qərarını mediada və sosial şəbəkələrdə aramsız şantaja məruz qalması ilə əsaslandırıb. Prezident seçkisi mayın 14-ü parlament seçkisi ...
Avropa Məhkəməsinin Azərbaycan cərimələri
Mayın 11-də Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan şikayətlər üzrə qərardadlar elan edib. Aihmaz.org xəbər verir ki, Fatma Əsgərovanın şikayətində Avropa İnsan Hüquqları Konvensiyası ilə verilmiş mülkiyyət hüququnun pozulduğu iddia olunub. Ərizəyə əsasən, Bakı Şəhər İcra Hakimiyyəti vətəndaş...
Paşinyanla görüş: bir razılıq var
Avropa İttifaqının məlumatına görə, mayın 14-ü Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan bir araya gələcək, görüşə Avropa İttifaqı Şurasının sədri Şarl Mişel də qatılacaq. Başqa bir rəsmi açıqlamaya əsasən, İlham Əliyev və Nikol Paşinyan iyunun 1-i Kişinyo...
Sənayedə düşmə və yüksəliş
Azərbaycanın müəssisələri və fərdi sahibkarları 2023-cü ilin yanvar-aprel aylarında 24,3 milyard manatlıq, ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz az sənaye məhsulu istehsal edib. Hesabatı yayan Dövlət Statistika Komitəsi bildirir ki, neft-qaz sektorunda məhsul istehsalı 3,3 faiz azalıb, qeyri ...
Sərməyə nə qədər artıb?
2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanda əsas kapitala 4 milyard 580 milyon manat məbləğində, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 21,1 faiz çox vəsait yönəldilib. Novator.az-ın məlumatına görə, hesabatı yayan Dövlət Statistika Komitəsi bildirir ki, neft-qaz sektoruna investisiyalar 25,8 f...
Azərbaycan hərbçisi şəhid oldu
Azərbaycan-Ermənistan sərhədində gərginlik davam edir. Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu şəhid olub. Sərhədin Kəlbəcər istiqamətində gərginlik mayın 10-u axşamdan yaranıb. Azərbaycan Ordusunu...
80 dollar həndəvərində
Energetika Nazirliyinin 11 may məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 79,97 dollara satılır. 2023-cü ilin dövlət büdcəsində bir barrel neft 50 dollardan götürülüb, “AzəriLayt” yanvara 87,99, fevrala 87,53, marta 85,01, aprelə 81,88, maya 79,04 dollarla başlayıb. Gündəlik xa...