Xəbər
Maliyyə Bazarlarına Nəzarət Palatası qurulur
Fevralın 3-də prezident İlham Əliyev “Publik hüquqi şəxslər haqqında” qanunun tətbiqi barədə fərman imzalayıb. Elə həmin gün dövlət başçısı ölkədə ilk publik hüquqi şəxsin — Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılmasına da fərman verib. Fərmana görə, yeni palata qi...
21 nəfər hələ də itkindir
Xəzər dənizinin Türkmənistan sektorunda yanvarın 29-da aşkar edilmiş meyitin DNT analizinin nəticələri bilinib. Ekspertlərin rəyinə əsasən, meyit SOCAR-ın “Neftqaztikinti” Trestində çalışmış Səmədov Xoşbəxt Xanış oğlunundur. Məlumatı SOCAR-ın mətbuat xidməti fevralın 3-də yayıb. 2015-ci il dekabrın ...
Rusiyada ən çox istinad olunan KİV-lərin reytinqi açıqlanıb
Rusiyanın “Medialogiya” şirkəti 2015-ci ildə ölkənin ən çox istinad olunan KİV-lərinin reytinqini açıqlayıb. Novator.az xəbər verir ki, reytinq cədvəlində informasiya agentlikləri içərisində birinci pillədə TASS dayanır. Ən çox istinad olunan agentliklər beşliyində sonrakı yerləri “RİA Novosti”, “İn...
“Şəffaflıq Azərbaycan”dan hökumətə yeni tövsiyələr
Fevralın 3-də “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi Bakı Mətbuat Mərkəzində “Rəsmiləşdirilə bilinməyən daşınmaz əmlakın dövlət qeydiyyatı” mövzulu dəyirmi masa keçirib. Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəklədiyi tədbir Azərbaycan Şəff...
Beynəlxalq Valyuta Fondunun missiyası Bakı danışıqlarının nəticələrini açıqladı
Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl Qorçinin rəhbərlik etdiyi işçi heyət 28 yanvar-3 fevral arası Bakıda fakt araşdırmaq, habelə texniki yardım müstəvisində əməkdaşlıq sahələrinin müzakirəsi məqsədi daşıyan səfərdə olub. Səfərin sonunda missiyanın rəhbə...
AXCP fəalına 8 il həbs verilib
Xalq Cəbhəsi Partiyasının Babək rayon şöbəsinin fəalı Zeynalabdin Bağırzadə 8 il müddətinə azadlıqdan məhrum edilib. Qərar fevralın 2-də çıxarılıb. Z.Bağırzadə 2012-ci ildə 7 il yarım şərti cəza almışdı. Həmin vaxt məhkəmə onu Çernobıl qəzası ilə bağlı əlliliyi saxta almaqda, səlahiyyət həddini aşma...
Rusiyada ÜDM nə qədər azalıb?
2015-ci ildə Rusiyada ümumi daxili məhsul (ÜDM) 3,7 faiz azalıb. Novator.az-ın məlumatına görə, fevralın 3-də Federal Statistika Xidməti belə açıqlama yayıb. Açıqlamada bildirilir ki, 2014-cü ildə ÜDM 0,7 faiz artmışdı. 2015-ci ildə iqtisadiyyatın nominal həcmi 1,33 trilyon dollar olub. 2014-cü ildə...
Nardaranda əmək yarmarkası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Bakının Nardaran qəsəbəsində əmək yarmarkası təşkil edib. Rəsmi məlumata görə, yarmarkanın açılışında iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib ki, prezident İlham Əliyevin yeni islahatlar k...
İspaniya kralı hökumət qurmaq səlahiyyətini sosialistlərə verdi
İspaniya kralı hökumət qurmaq səlahiyyətini Sosialist Fəhlə Partiyasının lideri Pedro Sançesə həvalə edib. Novator.az xəbər verir ki, baş nazir əvəzi olan Xalq Partiyasının lideri Mariano Rahoyun hökumət qurmaq səyləri boşa çıxdığı üçün belə addım atılıb. Yeni hökumətin qurulmasının azı üç həftə çək...
Azərbaycan nefti 1,69 dollar ucuzlaşıb
“AzəriLayt” markalı neftin bir barreli 1,69 dollar ucuzlaşaraq 34,09 dollara düşüb. Xəbəri fevralın 3-də AZƏRTAC yayıb. Dünya birjalarında da ucuzlaşma var. Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barreli 1,25 dollar ucuzlaşaraq 29,66 dollar, Londonun İCE birjasında “Brent” markalı nef...
Əli Həsənov: “Hər şey mərkəzdən gəlir. Nə vaxta qədər belə davam edə bilər?”
“Azərbaycan rayonlarının faktiki olaraq 90 faizi dövlətin dotasiyası hesabına yaşayır. Hər şey mərkəzdən gəlir. Nə vaxta qədər belə davam edə bilər? Buna son qoyulmalıdır”. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov fevralın 2-si Quba şəhərində rayon ictimaiyyətinin nümayəndələr...
3 fevral məzənnəsi
Fevralın 3-də 100 ABŞ dolları 158 manat 94 qəpiyə satılır. Mərkəzi Bank belə rəsmi məzənnə müəyyən edib. 100 ABŞ dolları ötən gün rəsmən 159 manat 40 qəpik idi. Transparency.az xəbər verir ki, avro da fevralın 2-si ilə müqayisədə ucuzlaşıb. 100 avro 174 manatdan 173 manat 48 qəpiyə düşüb. 100 Rusiya...
Manata süni nəfəs
“Mərkəzi Bank pul bazasını məhdudlaşdırıb bankların dollara olan tələbatını süni şəkildə azaldır”. Transparency.az-ın məlumatına görə, iqtisadçı ekspert Samir Əliyev belə deyib. Ekspert düşünür ki, qurum bu yolla manata süni nəfəs verir: “Yanvar ayında Mərkəzi Bankın valyuta ehtiyatı 618,2 milyon do...
Dubayda iqtisadi anlaşmalar oldu
Prezident İlham Əliyevin fevralın 2-si Dubayda bölgənin hakimi, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri Şeyx Məhəmməd bin Raşid Əl Məktumla geniş tərkibdə görüşüb. Görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub. AZƏRTAC-ın məlumatına gör...
Kənd Təsərrüfatı Nazirliyi: “101,5 kiloqramı banan məhv edilib”
Dövlət Fitosanitar Nəzarəti Xidməti ötən ay keyfiyyət göstəriciləri standartlara uyğun gəlməyən 105 min 17 kiloqram meyvə-tərəvəz məhsulunu dövriyyədən çıxararaq məhv edib. Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə, məhv edilən məhsulun 101,5 kiloqramı banan meyvələri olub. Qurum bildirir ...
Mərkəzi Bank bir ildə 8 milyard 282 milyon 300 min dollar itirib
Fevralın 2-də Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarını açıqlayıb. Transparency.az xəbər verir ki, yanvarın 29-na olan hesabata görə, rəsmi valyuta ehtiyatları 4 milyard 398 milyon 500 min dollardır. Bu, 2015-ci il dekabrın 30-na olan hesabatla müqayisədə 618 milyon 200 min dollar azalma deməkdir. Öt...
Məhkəmədə insident: zala qaz buraxıldı VİDEO
Fevralın 2-si Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum jurnalist, ANN.TV-nin reportyoru Rasim Əliyevi döyərək öldürməkdə təqsirləndirilən Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevin mühakimə prosesində insident baş verib. Nəticədə məhkəmə prosesi yarımçıq qalıb....
Parlamentdə uşaq əmizdirməyə icazə verildi
Avstraliyada qadın deputatlara parlamentdə uşaq əmizdirməyə icazə verilib. Novator.az xəbər verir ki, fevralın 2-də qəbul olunmuş yeni qaydaya görə, qadın deputatlar südəmər uşaqlarını parlamentə gətirə biləcəklər. Əvvəllər buna icazə verilmirdi. Yeni qayda siyasəti ailə mənafeyinə daha çox uyğunlaş...
Rusiyanın Ehtiyat Fondu bir ildə nə qədər əriyib?
Rusiyanın Ehtiyat Fondunda vəsait ötən illə müqayisədə 36,4% azalıb. Novator.az xəbər verir ki, Maliyyə Nazirliyinin 2 fevral hesabatında belə deyilir. 2016-cı ilin fevralın 1-nə Ehtiyat Fondunda 3 trilyon 737 milyard rubl olub. Dollarla hesablayanda illik itki 41,5% təşkil edib və fondun vəsaiti 49...
İqtisadi Azadlıq İndeksi açıqlanıb
2016-cı il üçün İqtisadi Azadlıq İndeksi açıqlanıb. İndeksi “Wall Street Journal” qəzeti və “Heritage” Fondu birgə hazırlayıb. Transparency.az xəbər verir ki, İqtisadi Azadlıq İndeksi 178 ölkəni əhatə edir. Azərbaycan bu siyahıda 91-ci yerdədir və qismən azad ölkə sayılır. İqtisadi cəhətdən ən azad ...