Xəbər
Ankara terrorundan yeni bilgilər
Martın 14-də Türkiyənin səhiyyə naziri Mehmet Müəzzinoğlu Ankaradakı terrorla bağlı yeni məlumat açıqlayıb. O deyib ki, hadisə yerində 1-i terrorçu qadın olmaqla 30 nəfər ölüb, xəstəxanalara aparılan 7 yaralı keçinib, bununla da terrorda ölənlərin sayı 37-yə çatıb. Səhiyyə naziri xəstəxanalarda 71 y...
Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı oldu
Martın 14-də AZƏRTAC-ın yaydığı məlumata görə, Çinin paytaxtı Pekində Azərbaycana Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) dialoq üzrə tərəfdaşı statusunun verilməsinə dair memorandum imzalanıb. Sənədə Çində işgüzar səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və ŞƏT-in baş katibi Rəş...
Yenə terror. Yenə Bakı zirvəsi ərəfəsində
Martın 13-ü yerli vaxtla saat 18:35-də Türkiyənin paytaxtı Ankaranın mərkəzində güclü partlayış törədilib. Bomba yüklü maşının iki sərnişin avtobusunun arasında, dayanacaqlara yaxın ərazidə partladılması tələfata səbəb olub. Son məlumata görə, biri qadın olan iki terrorçunun törətdiyi olayda 34 nəfə...
Dollar və avro ucuzlaşıb, rubl bahalaşıb
Martın 14-də manatın xarici valyutalara kursu dəyişib. ABŞ dollarının rəsmi məzənnəsi 1,6456 manatdan 1,6411 manata düşüb. Transparency.az xəbər verir ki, avronun rəsmi satış kursu da enib. Ötən həftənin son iş günü 1,8378 manata satılan avro martın 14-də 1,8320 manata təklif olunur. Martın 11-də rə...
2015-ci ildə Suriya ərazisində azı 50 min nəfər həlak olub
2015-ci il Suriya münaqişəsi tarixində ən ağır il olub. “Oxfam”, “Care” və “Save the Children” təşkilatları da daxil olmaqla 30 humanitar qurumdan ibarət beynəlxalq birlik martın 11-də belə hesabat yayıb. AZƏRTAC-ın məlumatına görə, Suriya müharibəsinin beşinci ildönümünə həsr edilmiş məruzədə qeyd ...
12,1 faiz inflyasiya proqnozlaşdırılır
2016-сı ildə 12,1 faiz inflyasiya proqnozlaşdırılır. Transparency.az xəbər verir ki, Maliyyə Nazirliyinin açıqladığı Vətəndaşın büdcə bələdçisində belə yazılıb. “Vətəndaşın büdcə bələdçisi” dövlət büdcəsinin gəlir və xərcləri barədə qısa və anlayışlı məlumatın əldə edilməsi, büdcənin mahiyyəti, onun...
Jurnalistlərin binasında hələ iş gedir
2013-cü ildə Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün 156 mənzilli bina istifadəyə verilib. Mənzillər jurnalistlərə pulsuz paylanıb. O vaxt 255 mənzilli başqa bir binanın təməli qoyulub. Bina 2016-cı ilin sonunda tam hazır olmalıdır. Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun t...
Leyla və Arif Yunusların şikayəti təmin olunmadı
Martın 11-də Bakı Apellyasiya Məhkəməsi hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı, tarixçi alim Arif Yunusun şikayətinə baxıb. Şikayət Yasamal Rayon Məhkəməsinin 11 fevral qərarından verilib. Leyla və Arif Yunuslar müalicə üçün müvəqqəti Azərbaycandan kənara çıxmağa icazə verilməsini istəy...
Zakir Həsənov: “Düşməni darmadağın edəcəyik”
Martın 11-də Müdafiə Nazirliyi rəsmi məlumat yayaraq bəyan edib ki, cəbhənin Ağdam rayonu istiqamətindəki qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısı alınıb: “Düşmənin hərəkətlərinə cavab olaraq və gələcəkdə belə təxribatların qarşısını almaq məqsədilə Silahlı Qüvv...
Müdafiə naziri səngərlərə baş çəkib
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti cəbhə zonasında yerləşən birlik, birləşmə və hərbi hissələrə baş çəkib. Mod.gov.az-ın məlumatına görə, səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən nazir, onların döyüş hazırlığı və sosial-məişət şəraiti ilə tanış ol...
“Bu vəziyyət bizi islahatlarla bağlı səmərəli işləməyə məcbur edir”
“Hazırda bizim maliyyə vəziyyətimiz yenidən sabitdir”. AZƏRTAC-ın məlumatına görə, martın 10-da “Çoxqütblü dünyaya doğru” mövzulu IV Qlobal Bakı Forumunda çıxış edən prezident İlham Əliyev belə deyib. Dövlət başçısı qeyd edib ki, 2004-2014-cü illərdə Azərbaycan iqtisadiyyatı dünyanın ən sürətlə inki...
İlham Əliyevin “Euronews” telekanalına müsahibəsi
Prezident İlham Əliyev martın 10-da IV Qlobal Bakı Forumunun rəsmi açılışından sonra “Euronews” telekanalına müsahibə verib. – Cənab prezident, Azərbaycan kimi neft-qaz istehsal edən ölkə üçün iqtisadiyyatı şaxələndirmək, neftin qiyməti ilə bağlı hazırkı dövrdə biznes modelini dəyişmək nə dərə...
Yeni palatanın Direktorlar Şurasının sədri
Martın 10-da dövlət başçısı İlham Əliyev Rüfət Aslanlını Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasına sədr təyin edib. Dövlət başçısının 3 fevral fərmanı ilə yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin bazasında qurulur, ona Maliyyə Nazir...
Manat ucuzluğa sarı üzür
Martın 11-də manat xarici valyutalara nəzərən dəyər itirib. ABŞ dollarının rəsmi məzənnəsi 1,6315 manatdan 1,6456 manata yüksəlib. Transparency.az xəbər verir ki, avronun rəsmi satış kursu 1,8378 manat olub. Ötən gün avro 1,7907 manata satılırdı. Martın 10-da 0,0230 manata təklif olunan Rusiya rublu...
Novruz əfvi: siyahılar var
Martın 20-dən 28-dək Azərbaycanda Novruz bayramı qeyd olunacaq. Bayram ərəfəsində siyasi məhbus kimi tanınan şəxslərin əfv sərəncamı ilə azadlığa buraxılmasının mümkünlüyü haqda çox danışılır. Əfv Məsələləri Komissiyası iclaslarını başa vuraraq dövlət başçısı İlham Əliyevə tövsiyə xarakterli siyahı ...
Ayətullah Xamneyi varisin seçilməsi üçün Üləmalar Məclisinə müraciət edib
Martın 10-da İran İslam Respublikasının dini rəhbəri ayətullah Əli Xamneyi onun yerinə varisin seçilməsi üçün Üləmalar Məclisinə müraciət edib. Novator.az-ın məlumatına görə, 76 yaşlı Xamneyi bildirib ki, Üləmalar Məclisi dini rəhbər postuna xələf seçməli və həmin şəxs vaxtı gələndə onu əvəz etməlid...
Putin Yaqub Eyyubova mükafat verdi
Martın 10-da Rusiya prezidenti Vladimir Putin Kremldə yerli və xarici vətəndaşlara dövlət mükafatları təqdim edib. Novator.az xəbər verir ki, Rusiya prezidentinin mükafatlandırdığı adamlar arasında Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov da var. Vladimir Putin Yaqub Eyyubova “Dostlu...
Sinqapur yenə ən bahalı şəhərlərin birincisidir
Böyük Britaniyanın “Economist İntelligence Unit” Elmi-Tədqiqat Mərkəzi ən bahalı şəhərlərin reytinqini açıqlayıb. Novator.az xəbər verir ki, tədqiqatın nəticələrinə görə, əvvəlki iki ildə reytinq cədvəlinə başçılıq etmiş Sinqapur yenidən dünyanın ən bahalı şəhəri seçilib. Ən bahalı şəhərlərin reytin...
Azərbaycanı “Avroviziya 2016”da Səmra Rəhimli təmsil edəcək
Bu il Azərbaycanı “Avroviziya” mahnı müsabiqəsində Səmra Rəhimli təmsil edəcək. İTV.az xəbər verir ki, qərarı “Avroviziya”da Azərbaycan təmsilçisinin müəyyənləşdirilməsi üzrə münsiflər heyəti çıxarıb. Qərar martın 10-da qəbul edilib. Səmra Rəhimli müsabiqədə “Miracle” mahnısını ifa edəcək. “Miracle”...
Vizasız səfər reytinqi açıqlanıb
“The Henley & Partners” konsaltinq firması Viza Məhdudiyyətləri İndeksini açıqlayıb. Azadliq.org xəbər verir ki, indeksə görə, Almaniya vətəndaşlarının 177 ölkəyə vizasız səfər etmək imkanı var. 2006-cı ildən Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının məlumatları əsasında hazırlanan reytinqdə i...