Xəbər
Parlament prezidentin istefasına səs verdi
Braziliya Konqresinin Deputatlar Palatası ölkə prezidenti Dilma Russefi vəzifədən kənarlaşdırmağa səs verib. Transparency.az-ın məlumatına görə, aprelin 17-də keçirilən səsvermədə impiçment qərarını aşağı palata deputatlarının üçdə ikisi – 342 nəfər dəstəkləyib. Beləliklə, impiçment məsələsi parlame...
“Ermənistan muzdluları, terrorçuları işğal olunmuş ərazilərə toplamağa çalışır”
“Bizə yaxşı məlumdur ki, işğalçılar Azərbaycan əsgərinin onlara vurduğu zərbədən sonra ağır vəziyyətə düşüblər. Ona görə də Ermənistan dünyanın müxtəlif qaynar nöqtələrindən muzdluları, terror təşkilatlarının üzvlərini könüllü adı altında Azərbaycanın işğal olunmuş ərazilərinə toplamağa çalışır”. Az...
Rusiya prezidentinin mətbuat katibi gəlirini açıqlayıb
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun gəlirləri haqda rəsmi açıqlama verilib. Novator.az bildirir ki, Peskovun gəlirləri haqda bəyannamə 2015-ci ilə aiddir. Bəyannaməyə əsasən, Peskovun ötən il 36,7 milyon rubl (1 rubl 23 qəpikdir) qazancı olub. Bu rəqəm 2014-cü ildə 9,18 milyon, 2013-...
Məzahir Pənahov yenidən MSK sədri oldu
Aprelin 15-də Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə (MSK üzvləri seçildi) ilk iclası keçirilib. APA-nın məlumatına görə, iclasda Məzahir Pənahov yenidən MSK sədri seçilib. Natiq Məmmədov MSK sədrinin müavini, Mikayıl Rəhimov və Arifə Muxtarova MSK-nın katibi olublar. Məzahir Pənahov 2000-...
Erməni biznesmen 4 il həbs cəzası aldı
Rusiya paytaxtı Moskvada erməni biznesmen Levon Ayrapetyana hökm oxunub. Transparency.az xəbər verir ki, aprelin 14-ü Zamoskvoretski Rayon Məhkəməsində keçirilən prosesdə biznesmenə 4 il azadlıqdan məhrumetmə cəzası kəsilib. Ayrapetyan 2014-cü il iyulun 15-də tutulmuş, sonradan sərbəst buraxılmışdı....
İnflyasiya 10,8 faizə çatıb, orta aylıq maaş 6,2 faiz artıb
2016-cı ilin yanvar-mart aylarında 2015-ci ilin müvafiq dövrünə nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 10,8 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 13,1 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 15,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 4 faiz artı...
İlk rübdə ümumi daxili məhsul 3,5 faiz azalıb
Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 3,5 faiz azalıb. 2016-cı ilin birinci rübünə aid makroiqtisadi rəqəmlər bunu göstərir. Transparency.az xəbər verir ki, Dövlət Statistika Komitəsi 2016-cı ilin yanvar-mart aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarların 12 milyard 5...
MSK üzvləri seçildi
Aprelin 15-i Milli Məclisin iclasında Mərkəzi Seçki Komissiyasının üzvləri təsdiq edilib. Qərara görə, köhnə heyətdən Akif Qurbanov və Tamam Cəfərli kənarda qalıblar, Hüseyn Paşayev və İlkin Şahbazov MSK üzvü olublar. MSK üzvlərindən 16-sı köhnə heyətdəndir: Məzahir Pənahov, Şaitdin Əliyev, Fuad Cav...
İlqar Məmmədov Ağdaş dairəsindən deputatlığa namizəd olmaq istəyir
Həbsdə olan Respublikaçı Alternativ (REAL) Hərəkatının sədri İlqar Məmmədov bu yay 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə keçiriləcək təkrar seçkidə iştirak etmək niyyətindədir. “Azadlıq” radiosu xəbər verir ki, bunu REAL-ın rəhbərlərindən olan Natiq Cəfərli açıqlayıb. Natiq Cəfərli bildiri...
Avropanın yoxsulları
Rumıniya əhalisinin dörddə bir hissəsi yoxsulluqdan əziyyət çəkir. Avropa Statistika Agentliyi aprelin 15-də belə məlumat yayıb. Novator.az xəbər verir ki, agentlik yoxsulluq statistikasını hazırlayarkən meyar kimi əhalinin mənzilini isitmək üçün ödəniş edə bilməyən və ya ildə bir həftəlik məzuniyyə...
NATO rəsmisinə cəbhədəki son gərginlik barədə məlumat verilib
Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində NATO-nun Cənubi Qafqaz ofisinin rəhbəri Vilyam Lahu üçün aprelin 1-dən 7-dək qoşunların təmas xəttində Azərbaycanın yaşayış məntəqələrinə və vətəndaşlarına qarşı erməni bölmələrinin təxribat fəaliyyətlərinə dair brifinq verilib. Xəbəri apre...
Türkiyədə ikitərəfli müzakirələr olub
Aprelin 14-ü İstanbulda Türkiyənin baş naziri Əhməd Davudoğlunun adından İslam Əməkdaşlıq Təşkilatı sammitinin iştirakçılarının şərəfinə nahar verilib. Azərbaycan prezidenti İlham Əliyev naharda iştirak edib. Mərasimdə çıxış edən Əhməd Davudoğlu sammitin dünyanın çox mürəkkəb vaxtında keçirildiyini,...
Avro cüzi bahalaşıb
Aprelin 15-də Mərkəzi Bank ABŞ dollarının kursunu sabit saxlayıb. 1 dollar ötən gün olduğu kimi 1,5218 manata satılır. Rusiya rublunun da rəsmi kursu dəyişməz qalıb. 1 rubla 0,023 manat qiymət qoyulub. Transparency.az xəbər verir ki, avronun rəsmi məzənnəsi cüzi qalxıb. Aprelin 14-də 1 avro 1,7139 m...
Putin: “Qarabağ problemi “ziyan vurmamalı” prinsipi üzrə yanaşma tələb edir”
Aprelin 14-də Rusiya prezidenti Vladimir Putin birbaşa efirdə ölkə vətəndaşlarının suallarına cavab verib. O, Qarabağ münaqişəsinin həlli barədə sualın cavabında bildirib ki, Dağlıq Qarabağ problemi həkimlərin “ziyan vurmamalı” prinsipi üzrə yanaşma tələb edir, bu problem yalnız siyasi vasitələrlə k...
İlham Əliyev: “İslamı terrorla eyniləşdirmək qərəzli yanaşmadır”
Aprelin 14-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının XIII sammiti işini sessiyalarla davam etdirib. AZƏRTAC xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev birinci sessiyada çıxış edib. Çıxışında dövlət başçısı Ermənistanın işğalçılıq siyasətindən söz açıb. İlham Əliyev deyib ki, Ermənistan 20 ...
Cəbhədə yeni gərginlik: kiçik çavuş şəhid oldu
Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, cəbhə boyu döyüş əməliyyatlarının dayandırılmasına dair əldə olunan razılaşmaya baxmayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən vəziyyəti gərginləşdirir: “Qoşunların təmas xəttində aprelin 14-də düşmənin növbəti təxriba...
Dövlət komissiyası itkin düşən kiçik gizirin taleyinə aydınlıq gətirilməsini istəyir
Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası aprelin 14-də məlumat yayıb. Məlumatda deyilir: “Prezident İlham Əliyevin tapşırığına əsasən, vasitəçilərin təşəbbüsünə hörmətlə yanaşaraq və beynəlxalq humanitar hüququn normalarına riayət edərək döyüş əməliyyatlarının...
İlham Əliyev İƏT-in sammitində Asiya ölkələri adından danışıb
AZƏRTAC xəbər verir ki, aprelin 14-ü İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) XIII sammiti işə başlayıb. Prezident İlham Əliyev sammitdə iştirak edir. Sammitin devizi “Ədalət və sülh üçün birlik və həmrəylik”dir. Sədrlik edən Misirin xarici işlər naziri Sameh Şukri çıxışında müsəlmanların və i...
Xalq Cəbhəsinin deputatı Ali Radanın sədri seçildi
Ukrayna parlamenti boşalmış sədr kürsüsünə Xalq Cəbhəsindən deputat Andrey Parubiyi seçib. O, 282 deputatın səsini alıb. Transparency.az xəbər verir ki, aprelin 14-də Ali Rada həmçinin Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyib. 239 deputatın dəstəklədiyi qərarla baş nazirin müavinləri və nazir...
Ermənistanın Müdafiə Nazirliyi son döyüşlərdəki itkilərini açıqlayıb
Ermənistanın Müdafiə Nazirliyi Azərbaycan ordusu ilə son döyüşlərdə 92 nəfərin öldüyünü açıqlayıb. Transparency.az xəbər verir ki, Azərbaycanın Qarabağ bölgəsində aprelin 2-dən 5-dək 64 erməni hərbi qulluqçunun öldüyü bildirilir. Ermənistanın Müdafiə Nazirliyinin hesabatına görə, onların 15-i zabit,...