Xəbər
Harada neçə xəstə var?
İyulun 12-nə olan beynəlxalq statistikaya görə, 190 ölkə və ərazidə 20,6 milyondan çox aktiv koronavirus xəstəsi var. Novator.az bildirir ki, ilk onluqda qərar tutan Rusiyada xəstə sayı 153018 nəfər göstərilir. Moldovada 104470, İranda 96094, Estoniyada 91306 şəxs müalicə altındadır. Gürcüstanda 518...
“Qarabağ”ın siftəsi
Azərbaycanı UEFA Çempionlar Liqasının 2023-2024 mövsümündə təmsil edən “Qarabağ” birinci mərhələnin ilk oyununu keçirib. İyulun 11-i Cəbəllütariqdə yerli “Linkoln”la üz-üzə gələn komanda rəqibi üstələyib – 2:1. Cavab oyunu iyulun 19-na, Bakı Olimpiya Stadionuna təyin olunub. Novator.az bildirir ki, ...
Zamin Salayev yenə aclıq edir
Bakı İstintaq Təcridxanasında saxlanan AXCP üzvü Zamin Salayev iyulun 10-dan yenə aclıq aksiyası keçirir. İyulun 11-də “Turan”a danışan vəkil Nemət Kərimli deyib ki, Zamin Salayev azadlığa buraxılmaq tələbi qoyub. AXCP Salyan şöbəsinin sədri olan Zamin Salayev fevralın 7-si Bakıda tutulub. İttihama ...
Prezidentdən Söyüdlü şərhi, tapşırıqlar
İyulun 11-i sosial-iqtisadi müşavirədə çıxış edən prezident İlham Əliyev Gədəbəyin Söyüdlü kəndində baş vermiş hadisəyə də toxunub. Bir qrup Söyüdlü sakini iyunun 20-də aksiya keçirib, ərazidəki qızıl mədəninin tullantılarının ekologiyaya mənfi təsirinin aradan qaldırılması tələbi qoyub. Polis aksiy...
“Öz ləyaqətimizi qoruya bilmişik”
AZƏRTAC prezident İlham Əliyevin 2023-cü ilin ilk yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş 11 iyul müşavirəsindəki çıxışının mətnini yayıb. Dövlət başçısı deyib ki, altı ay ərzində ölkə iqtisadiyyatı inkişaf edib: “Mütləq rəqəmlər o qədər də böyük deyil, ancaq qeyri-neft sektorumuz və qeyr...
Yarım ilin nöqtəsi
Prezident İlham Əliyev iyulun 11-də 2023-cü ilin ilk yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə keçirib. AZƏRTAC xəbər verir ki, dövlət başçısı müşavirədə çıxış edib, sonra müzakirələr aparılıb.
İran prezidenti niyə səfərə çıxmayıb? – “Associated Press”
İranın prezidenti İbrahim Rəisi iyulun 11-i Afrikaya səfərə çıxmalı idi, lakin bu baş verməyib. ABŞ-ın “Associated Press” agentliyi belə yazır. Novator.az-ın məlumatına görə, agentlik xatırladır ki, İbrahim Rəisinin iyulun 11-i Keniya, Uqanda və Zimbabveyə səfərə çıxacağını son günlər İranın rəsmi m...
Elşad Hacıyevə rəislik səlahiyyəti verildi
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi vəzifəsinin icrası polis polkovnik-leytenantı Elşad Hacıyevə həvalə olunub. Xəbər iyulun 11-də yayılıb. Elşad Hacıyev 2020-ci ildən mətbuat xidmətinin şöbə rəisidir. İyulun 10-da 2017-ci ildən mətbuat xidmətinə rəislik edən polis polkovniki Ehsan Za...
Bağlı sərhəd, qonşunun nəfi
Rəsmi hesabata görə, 2023-cü ilin yanvar-may aylarında Azərbaycana 713 min əcnəbi gəlib. İqtisadçı, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu bu göstəricini qonşu ölkələrin rəsmi turizm statistikası ilə müqayisə edib. Novator.az-ın məlumatına görə, o yazır ki, 2023-cü ilin il...
Riyaziyyatçılarımız beynəlxalq olimpiadada
“Global Olympic Center”in təşkilatçılığı ilə Azərbaycanın müxtəlif məktəblərində təhsil alan istedadlı şagirdlər ABŞ-ın Nyu-York ştatında Beynəlxalq Kopernikus Olimpiadasının riyaziyyat üzrə qlobal mərhələsində iştirak edir. Komandaya müxtəlif yaş qrupundan 60 şagird daxildir. Onlar Azərbaycanı beş ...
Şakir Yaqubovun yeni kitabı
Mərhum jurnalist Şakir Yaqubovun “Yaddaşa son səyahət” kitabı çapdan çıxıb. RAF poliqrafiya müəssisəsində jurnalistlər Elşən Əliyev, Süleyman Qaradağlı, Hikmət Sabiroğlu, Azər Qaraçənlinin redaktorluğu ilə buraxılan kitabda Şakir Yaqubovun 2017-2020-ci illərdə Novator.az saytında dərc edilmiş publis...
Mənzil bazarı qadınları necə sıxır? – “Bloomberg”
“Böyük Britaniyanın paytaxtı Londonda mənzillərin kirayə haqqı durmadan artır və bu bahalaşmadan ən çox qadınlar əziyyət çəkir”. Novator.az-ın məlumatına görə, ABŞ-ın “Bloomberg” agentliyi belə yazır. Bildirilir ki, hazırda Londonda mənzil kirayələyəndən sonra normal yaşaya bilməkdən ötrü orta maaşl...
Türkiyə parlamentində yeni mandat bölgüsü
Türkiyə Böyük Millət Məclisi partiyaların mandat bölgüsünü yeniləyib. Novator.az bildirir ki, 600 nəfərlik parlamentdə Ədalət və İnkişaf Partiyası 263 mandatla göstərilir. Cümhuriyyət Xalq Partiyasının 130, Yaşıllar və Sol Gələcək Partiyasının 55, Milliyyətçi Hərəkat Partiyasının 50, Yaxşı Partiyanı...
Yarım ilin xam neft hasilatı
Novator.az 2023-cü ilin ilk yarısı üzrə xam neft hasilatı statistikasına nəzər salıb. Energetika Nazirliyi gündəlik hasilatı yanvarda 533 min barrel, fevralda 531 min barrel, martda 515 min barrel, apreldə 512 barrel, may və iyunda 500 min barrel göstərib. Beynəlxalq razılaşma 2023-cü il üçün gündəl...
Türkiyə İsveçə yol açır
İsveçin Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) yolu açılır. Novator.az-ın məlumatına görə, Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan, İsveçin baş naziri Ulf Kristersson və NATO-nun baş katibi Yens Stoltenberq iyulun 10-u Litvanın paytaxtı Vilnüsdə bu barədə müzakirə aparıblar. Görüşdə terrorla...
Laçın yolu bağlandı
İyulun 11-də Dövlət Sərhəd Xidmətinin məlumatı yayılıb. Qeyd olunur ki, Ermənistanla dövlət sərhədində, Laçından Qarabağa gedən yolun başlanğıcında buraxılış məntəqəsi qurulandan Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus nəqliyyat vasitələrinin hərəkətinə lazımi şərait yaradılıb: “Lakin Dövlət...
Nazim Bəydəmirli həbsdə saxlandı
İyulun 10-da Bakı Apellyasiya Məhkəməsi iqtisadçı, iş adamı, sabiq deputat Nazim Bəydəmirlinin həbsindən verilmiş şikayətə baxıb. “Turan”ın məlumatına görə, şikayət təmin olunmayıb, həbs qətimkan tədbiri qüvvədə saxlanıb. 1963-cü ildə Gədəbəyin Çay Rəsullu kəndində doğulan Nazim Bəydəmirli Voronej D...
Azad Demokratlar Partiyası tarixə qovuşur?
Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər iyulun 10-da Qaynarinfo.az-a danışıb. O deyib ki, “Siyasi partiyalar haqqında” yeni qanun dövlət qeydiyyatı üçün azı 5000 üzv tələbi qoyur: “Partiyamızın 1500 üzvü var. Qısa zamanda və mövcud şəraitdə 5 min həddinə çatmaq çətindir. Ona görə də Ədli...
Rektor postdan getdi
Mustafa Baba oğlu Babanlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru vəzifəsindən azad edilib. Prezident İlham Əliyev sərəncamı iyulun 10-da imzalayıb. Mustafa Babanlı rektor postunu 2015-ci il sentyabrın 3-dən tuturdu. Əsası 1887-ci ildə texniki məktəb kimi qoyulan təhsil ocağı sonra ...
Daxili İşlər Nazirliyinin sözçüsü pensiyaya çıxdı
Polis polkovniki Ehsan Zahidov pensiyaya göndərilib. İyulun 10-da yayılan xəbərə görə, daxili işlər naziri Vilayət Eyvazov əmri Ehsan Zahidovun xidmətdə olmanın son yaş həddinə çatması ilə əsaslandırıb. 1963-cü il təvəllüdlü Ehsan Zahidov Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib,...