Xəbər
Dilma Russefi birdəfəlik yıxdılar
Braziliya parlamentinin yuxarı palatası olan Senat avqustun 31-də Dilma Russefi prezident vəzifəsindən birdəfəlik uzaqlaşdırıb. Transparency.az-ın məlumatına görə, 81 senatorun 60-ı impiçmentin lehinə, 20-si əleyhinə səs verib. Dilma Russef büdcə pozuntularında təqsirli bilinib. Onu həm də dövlətə m...
Harada ömür daha uzundur?
Transparency.az www.infoplease.com almanaxına istinadla bildirir ki, 2015-ci ildə Azərbaycan orta ömür uzunluğuna görə 72,2 yaşla 224 ölkə arasında 143-cü yerdə qərarlaşıb. Ötən il orta ömür uzunluğuna görə ən yüksək göstərici Monakoya məxsus olub. İnfoplease.com bu Avropa ölkəsində orta ömrü 89,52 ...
Ermənistanın ixracı 16,5% artıb
2016-cı ilin yanvar-iyul aylarında Ermənistanın xarici ticarət dövriyyəsi 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,3% artaraq 2 milyard 658,9 milyon dollara çatıb. Novator.az-ın məlumatına görə, Milli Statistika Xidməti avqustun 31-də belə hesabat yayıb. Rəsmi hesabata əsasən, 2016-cı ilin yanvar...
Sentyabrın dərəcəsi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, sentyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənir. Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 22-24 dərəcə isti ...
Demoqrafiya göstəriciləri açıqlanıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən “Məlumat mübadiləsi saatı”nın növbəti iclasında əhali üzrə proqnozların və demoqrafik proyeksiyaların hazırlanması məsələləri müzakirə olunub. Avqustun 31-də yayılan rəsmi məlumata görə, tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi na...
Arif Hacılı: “Hər kəsi referendumda iştirak etməməyə çağırırıq”
“Sentyabrın 26-na təyin olunan referendum xalqa lazım deyil, dövlətimizin və cəmiyyətimizin mənafelərinə ziddir”. Müsavat Partiyasının başqanı Arif Hacılı jurnalistlərlə söhbətində belə deyib. Bastainfo.com-un məlumatına görə, avqustun 30-u Müsavatın mərkəzi qərargahında mətbuat konfransı keçirən Ar...
Vəkil: “Mövsüm Səmədov aclıq aksiyası keçirir”
Azərbaycan İslam Partiyasının həbsdə olan lideri Mövsüm Səmədov sentyabrın 26-na planlaşdırılan referenduma etiraz olaraq aclıq aksiyası keçirir. Bunu “Azadlıq” radiosuna onun vəkili Yalçın İmanov deyib. Vəkil avqustun 30-da Qobustandakı qapalı həbsxanada M.Səmədovla görüşüb. Partiya liderinin avqus...
Ermənistandakı Qarabağ tədbiri ləğv edilib
Ermənistanın Siyasi və Xarici Siyasət Məsələləri üzrə Mərkəzlə birlikdə sentyabrın 2-3-ü Yerevanda Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin “müstəqilliyinin 25 illiyi” bəhanəsi ilə keçirməyə çalışdığı tədbir ləğv edilib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti...
İsmayıl Rəsulov azadlığa buraxılıb
AXCP üzvü, II qrup Qarabağ əlili İsmayıl Rəsulov avqustun 30-də məhkəmə zalından azadlığa buraxılıb. Qərarı Bakı Apellyasiya Məhkəməsində Həsən Əhmədovun sədrlik etdiyi hakimlər kollegiyası çıxarıb. Avqustun 24-də axşam saatlarında saxlanılan İ.Rəsulova ertəsi gün Qaradağ Rayon Məhkəməsinin qərarı i...
Xarici İşlər Nazirliyi Qarabağ bəyanatı yayıb
Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanat yayıb. Bəyanatda deyilir: “Kütləvi informasiya vasitələrində verilən məlumata görə, Ermənistanın Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaratdığı qondarma rejimin “müstəqilliyinin 25 illiyi” bəhanəsi ilə 2-3 sentyabrda Yerevanda konfransı...
Dollar 1 manat 63 qəpiyi ötdü
Avqustun 31-də ABŞ dollarının rəsmi kursu dəyişib. 1 dollar 1,628 manatdan 1,6321 manata qalxıb. Avqustun 26-dan bəri rəsmi məzənnə sabit qalmışdı. Avroda da bahalaşma var. Transparency.az-ın məlumatına görə, 1 avro 1,8209 manata satılır. Ötən gün kurs 1,8188 manat idi. Mərkəzi Bank Rusiya rublunu u...
Müdafiə Nazirliyində kollegiya iclası
Avqustun 30-da Müdafiə Nazirliyində Silahlı Qüvvələrdə döyüş hazırlığının nəticələrinə həsr olunmuş kollegiya iclası keçirilib. Məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. Məlumata görə, toplantıda müdafiə nazirinin müavinləri, Silahlı Qüvvələrin növləri və qoşun qisimləri komandanları, naz...
Ukraynalıların 65 faizi ölkədən köçmək istəyir
Ukraynadan köçmək istəyənlərin sayı açıqlanıb. Novator.az xəbər verir ki, “TNS Online Track” portalının keçirdiyi sorğunun nəticələrinə görə, Ukrayna vətəndaşlarının 65%-i ölkəni tərk etmək istəyir. Sorğu göstərib ki, həmin 65%-in üçdə birinin ölkəni tərk etmək imkanı yoxdur, 8%-i xaricdə vəziyyət s...
Rusiyada sürücülük imtahanı: qaydalar dəyişdi
Rusiyanın Daxili İşlər Nazirliyi sürücülük vəsiqəsi almaq istəyənlər üçün keçirilən imtahan qaydalarını dəyişib. Dəyişiklik sentyabrın 1-dən qüvvəyə minir. Novator.az-ın məlumatına görə, Rusiya Dövlət Avtomobil Müfəttişliyinin sədr müavini Vladimir Şvetsov bildirib ki, bundan sonra imtahan sualların...
BMT baş katibinə Ermənistanın Azərbaycan ərazisində qanunsuzluğuna dair sübutlar təqdim edilib
Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Yaşar Əliyevin təşkilatın baş katibi Pan Gi Muna Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz iqtisadi və digər fəaliyyət haqqında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin məruzəsini (sənəd A/70/1016–S/2016/711) təqdim edən məktub...
25 illik bəyannamə
Azərbaycanın dövlət müstəqilliyinin 25 ili tamam olur. 1991-ci ildə dövlət müstəqilliyinin bərpası üç mərhələdən keçib: avqustun 30-da parlament Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunması haqqında bəyannamə, oktyabrın 18-də dövlət müstəqilliyi haqda konstitusiya aktı qəbul edib...
Vergi borcuna görə yasaq altına düşən şəxslərin siyahısı
Vergilər Nazirliyi vergi borcuna görə ölkədən çıxışına qadağa qoyulmuş şəxslərin siyahısını yeniləyib. Rəsmi məlumata görə, ölkədən getmək hüququ yasaqlanan fiziki şəxslərin sayı 312, hüquqi şəxslərin icra orqanlarının rəhbərləri isə 410 nəfərdir.
Xanım sürücülər üçün ayrıca duracaqlar açılıb
Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Abu-Dabi şəhərində xanımlar üçün ayrıca avtomobil duracaqları açılıb. Novator.az-ın məlumatına görə, ağ və çəhrayı rənglərdə olan bu duracaqların ümumi sayı 200-ə yaxındır. Belə duracaqlara şəhərin müxtəlif yerlərində – küçələrdə, hündür binalarda, dövlət mü...
Müsavat mitinq komitəsi yaradıb
Müsavat Partiyası sentyabr ayında mitinq keçirməyi planlaşdırır. Partiyanın mərkəzi icra aparatının rəhbəri Gülağa Aslanlı “Report”a açıqlamasında deyib ki, mitinqin keçirilməsi ilə bağlı qərar qəbul olunub və mitinq komitəsi yaradılıb. G.Aslanlı bildirib ki, mitinqin keçirilməsi ilə əlaqədar ölkədə...
Avro ucuzlaşıb, rubl dəyər qazanıb, dollar sabit qalıb
Mərkəzi Bank avqustun 30-da da ABŞ dollarının kursunu olduğu kimi saxlayıb. 1 dollar yenə 1,628 manata satılır. Bu qiymət avqustun 26-dan qüvvədədir. Avronun rəsmi məzənnəsi isə üzüaşağı gedib. Transparency.az-ın məlumatına görə, ötən gün 1,8238 manata təklif olunan 1 avroya 1,8188 manat qiymət qoyu...