Tribuna
Toyda ehsan
Oqtay Qorçu Bu ölkənin ən böyük özəlliyi elə onun rəngarəng cəmiyyətidir. İdeal deyil, amma nəhəng sütunlu bir dünyadır, yaşamaqdan ötrü mübarizə aparmaq üçün azad seçimlər var burada – Amerika Birləşmiş Ştatlarında. Amerikalılar çox fərqli və orijinaldırlar, bu dövlətin vətəndaşları barədə sö...
Qatarları daşlayanlar və gələcəyi daşlayanlar
Azər Qaraçənli Bu səhər ölkəmizin bir neçə kütləvi informasiya vasitəsində – informasiya agentliklərinin internet səhifələrində və xəbər saytlarında Bakıdan Sumqayıta gedən elektrik qatarını daşa basmış iki uşaq haqqında məlumat və fotolar yayılıb. Məlumatı da, fotoları da mediaya dövlət orqan...
Biznesə başlamalı?
Prezident İlham Əliyevin 2014-cü il martın 3-də imzaladığı sahibkarlığın inkişafı fərmanında nəzərdə tutulan məsələlərdən biri də “bir pəncərə” prinsipinə uyğun olaraq elektron qeydiyyatın prosedur və müddətlərinin azaldılması idi. Transparency.az İqtisadiyyat və Sənaye Nazirliyinə ötən müddət ərzin...
Peyğəmbərin şükürü
Xəbər verdiyimiz kimi, Azər Qaraçənli “Allaha şükür” adlı yeni kitab yazıb. Kitabın “Quran”da şükür” bölməsini təqdim etmişdik. “Peyğəmbərin şükürü” bölməsini də oxucuların diqqətinə çatdırırıq. Bu bölmə də ilk dəfədir çap olunur. Azər Qaraçənli Peyğəmbərin şükürü (“Allaha şükür” kitabından)...
İçərişəhərin rəngi
Oqtay Qorçu Bəlkə də mənə belə gəlir… Bəlkə də uşaqlıq nostaljisidir… Hər dəfə Bakı payızını yağış suvaranda eyni mənzərəni görürəm və otuz ildən çoxdur ki, yaddaşıma tikilib qalan, düşüncələrimə, baxışlarıma calanan qara-boz rəngdən savayı heç nə görükmür gözlərimə. Yağış yağır, yağış k...
Bilbaoda Bayraq günü (olimpias)
İbrahimxəlil “İspaniyanın yeganə həqiqi çayı onun şairləridir”. Bu vasitəsiz nitq nümunəsi unudulmaz Çili şairi Pablo Nerudaya məxsusdur. Və unudulmaz Çili şairi Pablo Nerudanın İspaniya kimi bədii sözü ötkün bir ölkənin çayı barədə olan faris fikri dərin dərs aldığım “Atletik” (Bilbao) ilə “Atlet...
Qanını verənlərin tarixi
Oqtay Qorçu Məhərrəm ayı başlayır… Məhərrəm ayı islamda müqəddəs aylardan sayılır və hicri-qəməri təqvimə görə ilin ilk ayıdır. Bu ayı müsəlmanların sülh hesabatı dövrü kimi də dəyərləndirmək olar. Özlərini qəzəbdən, tamahdan uzaq tutmağa çalışan, aqressiv ovqatdan xilas naminə ruhani və fiziki tərb...
“Quran”da şükür
Azər Qaraçənli İşsizlik bizi pulsuz qoysa da, o bizə qızıldan qiymətli vaxt verir. 2014-cü ilin sonunda işlədiyim Mediaforum.az xəbər saytı fəaliyyətini dayandırmağa məcbur oldu. Saytın işləmədiyi dövrdə, yəni 2015-ci ildə mən vaxtımın bir hissəsini şükür mövzusunu araşdırmağa həsr elədim. Bu mövzun...
Borçalıda Overton pəncərəsi (maddeyi-tarix)
İbrahimxəlil İnsan coğrafi iqlim şəraitini dəyişəndə yeni coğrafi mühitə necə çətin uyğunlaşırsa, mən də həmin məhrəmanə minvalla bu yeni pəncərəyə hər cür uyğunlaşmağa çalışıram: söhbət Overton pəncərəsindən gedir. Bir zamanlar Borçalı Süsən-Sünbülündə az qala bütün fikirlərin ehtiyatla, nəzakətlə,...
“FF”dən beş parça
Yazıçı Çingiz Hüseynovun “Fətəli fəthi” romanı Bakıda yenidən çap olunub. “Fətəli fəthi” sovet dövründə qələmə alınıb və Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ilk dəfədir kitab şəklində, latın qrafikalı Azərbaycan əlifbasında nəşr edilir. Novator.az bu münasibətlə “Fətəli fəthi”ndən ...
Rusiyaya qarşı savaşan Nobel
Oqtay Qorçu Son illər bu barədə çox deyilib, çox yazılıb. Artıq hər şey məlumdur, namizədlərin seçimində yazılmamış qanunlara mütləq əməl edilir. Ədəbiyyat nominasiyası üzrə namizədlərin çək-çeviri lap hay-küylü olur. Zaman-zaman bu yüksək mükafata layiq görülmüş onlarla yazar var ki, həqiqətən də N...
Adi baxışlar
Adi yanaşmada çox böyük həyatilik olur. Adi yanaşma ən realist yanaşmadı, ona görə də həyat duruş gətirə bilmək üçün belə yanaşmaya həmişə ehtiyac duyur. Həyat – adi yanaşmaların üstündə duruş gətirir. Qeyri-adi yanaşmalara həyat həmişə ehtiyatla, şübhəylə, çəkinə-çəkinə baxır, adi baxışlarısa özünü...
Ədəbiyyatı dünya hadisəsinə çevirən xalqın kitabı
Vahid Qazi Neçə ildi uşaqlarda kitab oxumağa vərdiş yaratmaq üçün çıxarmadığım oyun qalmayıb. Tək kitab oxutmaqla kifayətlənmirəm, oxuduqları haqda yazmalarını da istəyirəm. İT dövrünün uşaqları üçün qəddar atayam, bilirəm. Olsun, qoy məni elə qəddar bilsinlər! Bir dəfə ərinmədim, Seymur Baycanın “O...
Çingiz Hüseynovdan gənc yazarlara 10 məsləhət
“Azadlıq” radiosunun “Oxu zalı” “Gənc yazarlara məsləhətlər” rubrikasında İsraildə yaşayan azərbaycanlı yazıçı Çingiz Hüseynovun tövsiyələrini təqdim edib. Çingiz Hüseynov tövsiyələrində bildirir: Hamıya bu ifadə məlumdur: yazmaya bilirsənsə – yazma. Mən isə deyərdim: yazmaq könlündəndirsə ...
Sil-süpür zamanı
Oqtay Qorçu Bir yandan müharibələr, bir yandan da təbii fəlakətlər. Belə davam etsə, yaxın illərdə dünya elə silinib-süpürüləcək ki, insan adlı bəşər övladı nə koma, nə meşə, nə də bir çay qırağı tapacaq daldalanmağa. Bəzi ölkələrin canına vəlvələ düşüb dünyanın bu qarışıq vaxtında. Adamlar bilmirlə...
Arxa cəbhə proqramı
Azər Qaraçənli Kim ön cəbhədə deyilsə, arxa cəbhədədi. Çünki ölkəmiz müharibə vəziyyətindədi. Ön cəbhədə olan hərbi, mülki adamlarımız cəbhədə olduqlarını yaxşı bilirlər, bunu hər an duyurlar. Amma arxa cəbhədə olanlar arxa cəbhənin olduğunu unuda da bilərlər. Arxa cəbhədə olanlarda “cəbhə” hissiyya...
Qara daş ustası
Oqtay Qorçu Berlin divarının uzunluğu 155 kilometr olub. 1961-ci ilin noyabrından 1989-cu ilə qədər tikintisi davam edən, Almaniyanı iki bölən bu qanlı sərhədin, ərazisində 1 milyondan çox mina basdırılan qapalı və təhlükəli zonanın keçmişə atılmağından 25 il ötdü. O vaxt dünyanı heyrətləndirən qırm...
Dünyanın su içimi kimi uğurları
Azər Qaraçənli Bu gün üçrəngli bayrağımızı şəhərlərimizdə, kəndlərimizdə görəndə bəlkə az-az yadımıza düşür ki, bir vaxt bu bayrağı qaldırmaq nə qədər çətin, nə qədər təhlükəli olub. İndi Qız qalasının sağında da, solunda da bayrağımız dalğalanır. Qız qalasından bir azca o yanda nəhəng bayraq meydan...
Təkayaq (izomorfizm)
İbrahimxəlil Şagirdlərə şişirdilmiş qiymətlər yazan müəllimlər həmişə əslində pambıqla baş kəsiblər. Guya fənlərin mənimsənilməsi yüz faizdir, guya bu tərəflərin təlimində geriqalma yoxdur və sairə və ilaxır… Amma sözüm bunda deyil. Sözüm mənim keçmiş məktəbimdəki tənbeh üsullarındadır. Biz fa...
Azər Qaraçənli
Azər Qaraçənli Azər Qaraçənli mənəm. Məndən başqa heç kim Azər Qaraçənli deyil. Məndən başqa heç vaxt Azər Qaraçənli olmayıb, indi də yoxdu. Təkcə mən Azər Qaraçənli olmuşam, təkcə mən Azər Qaraçənliyəm. Azər Qaraçənli olmaq mənim borcumdu. Heç kim Azər Qaraçənli olmağa borclu deyil, Azər Qaraçənli ...