Parlamentin hökumətə çağırışı
Milli Məclisin 16 noyabr iclasında Fransa Senatının Azərbaycan qətnaməsi müzakirə olunub, bəyanat qəbul edilib. Senat Fransa parlamentinin yuxarı palatasıdır. Qurumun noyabrın 15-də qəbul etdiyi qətnamədə Azərbaycan Ermənistana təcavüzdə, Qarabağ ermənilərinin hüquqlarını pozmaqda günahlandırılır, F...
Böyük qayıdışın ilk proqramı
Noyabrın 16-da sərəncam imzalayan prezident İlham Əliyev ölkənin işğaldan azad edilmiş ərazilərinə böyük qayıdış üzrə ilk dövlət proqramını təsdiqləyib (Proqram). Nazirlər Kabinetinə dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin icrasına nəzarəti və hesabatlılığı həyata keçirmək; görülən işlər, nə...
İranın problemi var: hərəkatın lideri yoxdur
İrandakı etirazların bir problemi var, bu hərəkatın lideri yoxdur. Novator.az-ın məlumatına görə, Böyük Britaniyanın “Middle East Eye” internet nəşrində dərc olunan məqalədə belə deyilir. Bildirilir ki, əslində lidersiz aksiyalar da rejimləri devirə bilər, 2011-ci ildə bir sıra ərəb ölkəsini əhatə e...
Tofiq Yaqubluya səfər icazəsi verilmədi
Noyabrın 16-da Suraxanı Rayon Məhkəməsi azadlıqdan şərti məhkum olunmuş siyasətçi Tofiq Yaqublunun ölkədən çıxışına icazə verilməsi barədə müraciətinə baxıb. Novator.az-a danışan Tofiq Yaqublu deyib ki, Bakı Şəhər Probasiya İdarəsi və prokurorluq nümayəndələrinin mülahizələrini əsas götürən hakim An...
Jurnalistləri müdafiə bəyanatı qəbul edilib
Bir qrup jurnalist, hüquq müdafiəçisi, siyasətçi və ictimai-siyasi fəal bəyanat qəbul edib. Bəyanatda deyilir ki, Daxili İşlər Nazirliyinin əməkdaşları son vaxtlar siyasi partiyaların, vətəndaşların təşkil etdiyi aksiyalarda jurnalistlərin, reportyorların peşə fəaliyyətinə maneələr yaradır, media tə...
Sahələr üzrə orta maaş
2022-ci il oktyabrın 1-nə Azərbaycanda muzdlu işçilərin orta aylıq əməkhaqqı 827,4 manat göstərilib. Novator.az Dövlət Statistika Komitəsinə istinadla bildirir ki, iqtisadi fəaliyyət növləri orta maaşa görə belə sıralanır: mədən sənayesi – 3298,2 manat; maliyyə və sığorta fəaliyyəti – 2084,3 manat; ...
2022-ci il büdcəsinin icra statistikası
Novator.az 2022-ci ilin dövlət büdcəsinin icra göstəricilərini təqdim edir: yanvar – 2 milyard 750,5 milyon manat gəlir, 983,4 milyon manat xərc; fevral – 1 milyard 879,1 milyon manat gəlir, 1 milyard 701,8 milyon manat xərc; mart – 2 milyard 383,5 milyon manat gəlir, 2 milyard 944,3 milyon manat xə...
Nikah 9,1 faiz artıb, boşanma 5,9 faiz azalıb
Azərbaycan əhalisinin sayı 2022-ci il oktyabrın 1-nə 10 milyon 204 min 774 nəfərə çatıb. Novator.az-ın məlumatına görə, hesabatı yayan Dövlət Statistika Komitəsi bildirir ki, yanvar-sentyabr aylarında 93612 doğulan körpə qeydə alınıb, onların 52,8 faizi oğlandır. Doqquz ayda 46372 ölümün, 45321 nika...
“525”in 30 yaşı
Noyabrın 17-də “525-ci qəzet”in 30 yaşı tamam olur. Novator.az bildirir ki, 1992-ci ildə Rəşad Məcidin təsisçiliyi ilə həftəlik qəzet kimi qurulan “525” indi çərşənbə axşamı, çərşənbə, cümə axşamı, cümə, şənbə günləri çıxır. Qəzetin ilk redaktoru Yusif Rzayevdir. 1968-ci il təvəllüdlü Yusif Rzayev B...
Bic
“Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanına əlavələr silsiləsindən Müəllif: Bircə Nənəm taxta doqqazımızı şaqqıltıyla örtüb, özünü fərməşlərə mitil qabğaran anama çatdırdı. Onun qulağına nə dedisə, anam ətli əndamını dolu fərməşin üstünə yıxıb əllərini üzünə atdı: – Boooyy, Allah sən sax...
Tramp prezidentlik iddiasını rəsmiləşdirdi
ABŞ-ın sabiq prezidenti Donald Tramp 2024-cü ilin seçkisində dövlət başçısı postuna namizəd olmaq istəyir. “Fox News” telekanalının məlumatına görə, sabiq prezident noyabrın 15-də Federal Seçki Komissiyasına rəsmi ərizə ilə müraciət edib. Novator.az bildirir ki, 1946-cı il təvəllüdlü Donald Tramp Pe...
Niyə belədir?
AXCP sədri Əli Kərimli Fransa Senatının 15 noyabr qətnaməsinə münasibət bildirib. Senat Fransa parlamentinin yuxarı palatasıdır. Qurumun noyabrın 15-də qəbul etdiyi qətnamədə Azərbaycan Ermənistana təcavüzdə, Qarabağ ermənilərinin hüquqlarını pozmaqda günahlandırılır, Fransa hökuməti Azərbaycana san...
15 noyabr qətnaməsinə şərh
Azərbaycanın Xarici İşlər Nazirliyi Fransa Senatının 15 noyabr qətnaməsini şərh edib. Şərhdə qeyd olunur ki, Azərbaycana sanksiyaların tətbiqinə çağıran, Ermənistan ərazisindən dərhal geri çəkilmək, atəşkəsə riayət etmək tələbləri qoyan qətnamə həqiqətdən tam uzaqdır, yalan və iftira dolu müddəaları...
Fransadan erməni küləyi
Fransa parlamentinin yuxarı palatası – Senat noyabrın 15-də Azərbaycan qətnaməsi qəbul edib. Novator.az-ın məlumatına görə, qətnamədə Azərbaycan Ermənistana təcavüzdə, Qarabağ ermənilərinin hüquqlarını pozmaqda günahlandırılır, Fransa hökuməti Azərbaycana sanksiyalar (ölkə liderlərinin aktivlərinin ...
Prezident: “Ədaləti bərpa etdik”
Noyabrın 15-i Albaniyaya səfər edən prezident İlham Əliyev həmkarı Bayram Beqayla birgə mətbuata bəyanatla çıxış edib. AZƏRTAC-ın məlumatına görə, İlham Əliyev deyib ki, Azərbaycan həm işğal dövründə, həm İkinci Qarabağ müharibəsi dövründə Albaniya rəsmilərinin ölkənin ərazi bütövlüyünə göstərdiyi d...
Rusiya almanları necə aldatmaq istəyir? – “EUObserver”
Redaksiyası Belçikanın paytaxtı Brüsseldə yerləşən “EUObserver” internet nəşri Rusiyanın Almaniyada apardığı dezinformasiya kampaniyasından yazıb. Novator.az-ın məlumatına görə, yazı “Siyasi kapital” təşkilatının bugünlərdə yaydığı hesabat əsasında qurulub. “Siyasi kapital” Macarıstanda fəaliyyət gö...
Müsavatçılar İrana tələblər qoydu
Müsavat Partiyasının bir qrup üzvü noyabrın 15-i Bakının mərkəzində, İran səfirliyi önündə piket keçirməyə cəhd göstərib. Bakı Şəhər İcra Hakimiyyəti aksiyaya razılıq vermədiyi üçün səfirliyin qarşısı, ətraf ərazilər, o cümlədən Axundov bağı polis nəzarətinə götürülüb, bir çox aksiyaçı tutulub. Əsas...
Maaş artsın, amma…
Milli Məclisin deputatı Vahid Əhmədov minimum əməkhaqqının 500 manat olmasını təklif edib. Hazırda ölkədə minimum aylıq əməkhaqqının məbləği 300 manatdır. İqtisadçı, REAL Partiyasının funksioneri Natiq Cəfərli maaşların da, pensiyaların da artırılmasına tərəfdardır: “İnflyasiya, qiymət artımı insanl...
Milli Şuranın bəyanatı
Demokratik Qüvvələrin Milli Şurası 11 noyabr aksiyası ilə bağlı bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, AXCP noyabrın 11-i paytaxtda, Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında sərbəst toplaşmaq azadlığının təmin olunması, siyasi məhbuslara azadlıq, azad seçki, quru sərhədlərin açılması və kö...
Yaxın ölkələrin koronavirus itkiləri
Noyabrın 15-nə olan beynəlxalq statistika 225 ölkə, ərazi və məkanda 6 milyon 616,5 mindən çox şəxsin yeni koronavirus infeksiyasından öldüyünü göstərir. Novator.az bildirir ki, yaxın ölkələr arasında ən çox Rusiya itki verib: 391085 nəfər. İranda 144613, Ukraynada 110300, Türkiyədə 101327 ölüm qeyd...