Yaxın ölkələrdə neçə xəstə var?
Yanvarın 24-nə olan beynəlxalq statistikaya görə, 203 ölkə və ərazidə 21,2 milyondan çox aktiv koronavirus xəstəsi var. Rusiyada 193975, Estoniyada 85320, İranda 81662, Moldovada 81509 şəxs müalicə altındadır. Novator.az bildirir ki, xəstə sayı Gürcüstanda 17558, Qazaxıstanda 8737, Özbəkistanda 7237...
ABŞ-dan yol zəngi, prezidentin cavabı
ABŞ-ın dövlət katibi Entoni Blinken yanvarın 23-də prezident İlham Əliyevə zəng edib. Prezidentin mətbuat xidmətinin məlumatına görə, dövlət katibi Laçın yolundakı vəziyyətdən narahatlığını çatdırıb. İlham Əliyev yolda hər hansı blokadanın olmadığını qeyd edib, 12 dekabr 2022-ci ildən etibarən 980-ə...
Yeni dövlət proqramı
Yanvarın 23-də sərəncam imzalayan prezident İlham Əliyev milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması proqramını təsdiqləyib. 2023-2025-ci illəri əhatə edən dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirmək İqtisadiyyat Nazirliyinə, monitorinq və qiy...
İran: siyasi dustaq qadınların tələbi var
İranda 30 siyasi dustaq qadın birgə bəyanat qəbul edib. Novator.az-ın məlumatına görə, bəyanatda son ayların etiraz hərəkatı iştirakçılarının edam prosesinin dayandırılması tələb olunur. Söhbət 2022-ci ilin sentyabrında gənc qadın Məhsa Əmininin hicab qaydalarını pozma ittihamı ilə tutulandan üç gün...
Büdcədə 1,4 milyard manat kəsir var
Maliyyə Nazirliyinin ilkin hesabatına görə, 2022-ci ildə dövlət büdcəsinə 30 milyard 660,5 milyon manat daxil olub. Vergi orqanlarının xətti ilə daxilolma 15 milyard 541,5 milyon manat, gömrük orqanlarının xətti ilə daxilolma 5 milyard 654,6 milyon manat göstərilir. Dövlət Neft Fondundan büdcəyə 7 m...
Pensiya yeniliyi haçan qüvvəyə minir?
Milli Məclisin əmək və sosial siyasət komitəsinin 23 yanvar iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi müzakirə olunub. Plenar iclasa tövsiyə olunan layihə minimum pensiyanın fevralın 1-dən 280 manata yüksəlməsini nəzərdə tutur. 2022-ci il yanvarın 1-dən əmək pensiyasının minim...
Toplumun davranış məntiqi
Rövşən Ağayev Tez-tez topluma yönəlmiş belə qınaq eşidirik ki, böyük korrupsiya faktlarına inanılmaz bir dözümlü yanaşma var. Baş nazirin birinci müavininin ailə üzvlərinə məxsus böyük məbləğdə vəsaitin xarici bankda dondurulması xəbərinə susqun münasibət fonunda bu qınaq yenə də gündəmə gəlib. Qına...
Təhsilə hikkə əngəli
2022-ci il iyulun 22-də prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası”nı təsdiqləyib. Novator.az-ın məlumatına görə, London İqtisadiyyat Məktəbinin professoru, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu yazır ki, s...
Bəxtiyar Hacıyev çağırışı
AXCP sədri Əli Kərimli məhbus fəal Bəxtiyar Hacıyevin elliklə müdafiəsinə çağırıb: “Müstəqil siyasətçi Bəxtiyar Hacıyevi xilas etmək üçün hamımız səfərbər olmalıyıq. Qəddar rejimin yüksək təhsilli, bacarıqlı, gənc siyasətçini təkləyib əzməsinə imkan verməməliyik. Bəxtiyar Hacıyevi əzməklə xaricdə tə...
Türkiyə: seçkilərin tarixi dəyişir
Türkiyədə 2023-cü ilin parlament və prezident seçkiləri mayın 14-də keçirilə bilər. Novator.az-ın məlumatına görə, prezident Rəcəb Teyyub Ərdoğan yanvarın 22-si Bursada gənclərlə görüşündə buna işarə vurub. Dövlət başçısı dəqiq tarixin martın 10-da açıqlanacağını deyib. Marafonun ilkin tarixi iyunun...
Koronavirus hesabatı
2023-cü ilin ilk 22 günü Azərbaycanda koronavirusa 1266 yoluxma, infeksiyadan 60 ölüm qeydə alınıb. Ümumi hesabat yoluxanları 827667, itki sayını 10068, aktiv xəstələri 285 nəfər göstərir. Novator.az bildirir ki, 2019-cu ilin dekabrında Çində üzə çıxıb dünyanı bürüyən infeksiyaya Azərbaycanda ilk yo...
Tofiq Yaqublu azadlıqda
Novator.az bildirir ki, Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvü Tofiq Yaqublu yanvarın 22-də inzibati həbs müddətini başa vuraraq Bakıdakı 6 saylı Birləşmiş Şəhər Xəstəxanasından evə buraxılıb. Paytaxtda məhbus ictimai fəal Bəxtiyar Hacıyevə azadlıq tələbi ilə keçirilmiş 2...
Bəxtiyarın həbsi uzandı
Xətai Rayon Məhkəməsi yanvarın 21-də Bakı Şəhər Baş Polis İdarəsinin vəsatətini nəzərə alaraq ictimai fəal Bəxtiyar Hacıyevin həbs müddətini fevralın 28-dək uzadıb. 2022-ci il dekabrın 9-da Xətai Rayon Məhkəməsi Bəxtiyar Hacıyev barəsində 1 ay 20 günlük həbs qətimkan tədbiri seçmişdi. Fəal Cinayət M...
Aclıq aksiyaları davam edir
Bakı Şəhər Baş Polis İdarəsi ictimai fəal Bəxtiyar Hacıyevin həbs müddətinin fevralın 28-dək artırılmasına vəsatət verib. “Turan”ın məlumatına görə, Xətai Rayon Məhkəməsi vəsatətə yanvarın 21-də baxacaq. Yanvarın 20-si Bakı İstintaq Təcridxanasında Bəxtiyar Hacıyevə baş çəkən vəkil Cavad Cavadov “Tu...
Tofiq Yaqublunun səhhəti pisləşir
Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvü Tofiq Yaqublunun səhhəti pisləşir. İnzibati həbs cəzası almış siyasətçinin qızı Nigar Həzi yanvarın 19-u Bakıdakı 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında atasına baş çəkəndən sonra belə yazır. O qeyd edir ki, atası tutulandan bəri 14 ...
Azərbaycan iki jurnalistə görə 12 min avro cərimələndi
Yanvarın 19-da Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan şikayətlər üzrə qərarlar elan edib. “Xural” qəzeti (2011-ci ildə nəşrini dayandırıb) və qəzetin baş redaktoru Əvəz Zeynallı (2011-2014-cü illərdə həbsdə olub, 2022-ci ildə yenidən tutulub) 2010-cu ildə dərc edilmiş iki məqaləyə görə kəsil...
İnzibati ərazi bölgüsü
Novator.az Dövlət Statistika Komitəsinə istinadla Azərbaycanın inzibati ərazi bölgüsünü təqdim edir: 63 rayon 12 şəhər rayonu 79 şəhər (68 şəhər inzibati dairəsi) 262 qəsəbə (190 qəsəbə inzibati dairəsi) 4246 kənd (1724 kənd inzibati dairəsi) 40 sahə inzibati dairəsi. Ölkədə 1606 bələdiyyə yaradılıb...
Büdcənin ili, ayları
2022-ci ilin dövlət büdcəsində 29 milyard 197,8 milyon manat gəlir, 32 milyard 303,8 milyon manat xərc nəzərdə tutulmuşdu. İlkin rəsmi hesabata görə, dövlət büdcəsinə 30 milyard 660,6 milyon manat daxil olub, büdcədən 32 milyard 8,3 milyon manat vəsait xərclənib. Novator.az bildirir ki, Dövlət Stati...
Ermənistanda faciə istefa dalğasına gətirdi
Ermənistanın Qeqarkunik vilayətinin Azat kəndində yerləşən hərbi hissədə yanvarın 19-na keçən gecə baş vermiş yanğının ilkin səbəbi açıqlanıb. Novator.az-ın məlumatına görə, müdafiə naziri Suren Papikyan bəyan edib ki, hərbi hissənin mühəndis-istehkam rotasındakı yanğın səhlənkarlığın nəticəsidir. Y...
İqtisadiyyatın pul kisəsi
İqtisadçı Rövşən Ağayev 2022-ci ilin iqtisadi yekunları üzrə rəsmi rəqəmlərə nəzər salıb. Novator.az-ın məlumatına görə, ekspert yazır ki, 2022-ci ildə neft-qaz sektorunun Azərbaycanda iqtisadi artıma real töhfəsi olmayıb: “İqtisadiyyatın 4,6 faiz böyüdüyü şəraitdə neft-qaz sektoru real olaraq 3 fai...