İlham Əliyev bloqçu Aleksandr Lapşini əfv etdi
Sentyabrın 11-də prezident İlham Əliyev bloqçu Aleksandr Lapşini əfv edib. Sərəncam dərhal qüvvəyə minib. Aleksandr Lapşin Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 iyul 2017-ci il hökmü ilə azadlıqdan məhrum olunmuşdu. Novator.az bildirir ki, Lapşin 1976-cı ildə Rusiyanın Yekaterinburq şəhərində doğulub...
Bölgə, kredit, əmanət (Yeni rəqəmlər)
Novator.az bölgələr üzrə kredit və əmanət göstəricilərinə nəzər salıb. Mərkəzi Bankın hesabatına görə, 12,8 milyard manatlıq kreditlərin 10,8 milyard manatı Bakı şəhərində verilib. Bölgələr üzrə göstəricilər belədir: Aran iqtisadi rayonu – 499,3 milyon manat Gəncə-Qazax iqtisadi rayonu – 439,5 milyo...
Bu il problemli kreditlər 340,2 milyon manat artıb
Vaxtı keçmiş kreditlərin məbləği yenə artıb. Novator.az bildirir ki, Mərkəzi Bankın son hesabatına görə, avqustun 1-nə problemli kreditlərin məbləği 1 milyard 812,8 milyon manat olub. Bu, ay ərzində 2,1 milyon manat çoxalma deməkdir. İyulun 1-nə məbləğ 1 milyard 810,7 milyon manat idi. Vaxtı keçmiş ...
Saakaşvili Ukraynada: cinayət işi qaldırılıb
Ukrayna Milli Polisi Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin ölkəyə keçidi ilə bağlı cinayət işi qaldırıb. Olay dövlət sərhədini qanunsuz keçmə ittihamı üzrə araşdırılır. Sentyabrın 10-da Mixail Saakaşvili bir qrup tərəfdarı ilə Polşa-Ukrayna sərhədin...
Müdafiə naziri İsraildədir
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov israilli həmkarı Aviqdor Libermanın dəvəti ilə Tel-Əviv şəhərinə gedib. Xəbəri sentyabrın 11-də Mod.gov.az yayıb. Rəsmi səfər çərçivəsində Zakir Həsənovun İsrailin müdafiə naziri ilə görüşü, Silahlı Qüvvələrin Komanda və İdarəetmə Mərkəzini...
“Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz”
AZƏRTAC prezident İlham Əliyevin sentyabrın 10-u Qazaxıstanın paytaxtı Astanada keçirilən İslam Əməkdaşlıq Təşkilatının elm və texnologiya sammitindəki çıxışının mətnini yayıb. Sammitin keçirilməsini alqışlayan dövlət başçısı deyib: “Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Son bir neç...
Astana sammitində
Sentyabrın 10-da Qazaxıstanın paytaxtı Astanada İslam Əməkdaşlıq Təşkilatının (İƏT) elm və texnologiya üzrə birinci sammiti işə başlayıb. Azərbaycan prezidenti İlham Əliyev sammitdə iştirak edib. Sammit Qazaxıstan prezidenti Nursultan Nazarbayevin irəli sürdüyü təşəbbüsə əsasən təşkil olunub. Tədbir...
Bakıdakı “26” kafesi bağlandı
Bakının mərkəzində “26” adlı kafe açanları cinayət məsuliyyəti gözləyir. “Trend”in 8 sentyabr məlumatına görə, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov deyib. Hacıbala Abutalıbov xatırladıb ki, 1918-ci ildə Stepan Şaumyanın başçılığı ilə azərbaycanlılara qarşı soyqırımı təşkil...
Valyuta ehtiyatı və pul bazası artıb
Sentyabrın 8-də Mərkəzi Bank valyuta ehtiyatı və pul bazası ilə bağlı hesabat yayıb. Novator.az bildirir ki, sentyabrın 1-nə valyuta ehtiyatının həcmi 5 milyard 101,2 milyon dollar, pul bazasının həcmi 8 milyard 468,4 milyon manat göstərilir. Avqustun 1-nə valyuta ehtiyatı 5 milyard 33,1 milyon doll...
Çarmıxa çəkən kimdir, çarmıxa çəkilən kim?
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəhbərliyi vəkil Yalçın İmanovdan Vəkillər Kollegiyasına şikayət edib. Şikayət ərizəsini xidmətin rəisi məzuniyyətdə olduğu müddətdə onun səlahiyyətlərini icra edən ədliyyə polkovniki Oqtay Məmmədov imzalayıb. Oqtay Məmmədov iddia edir ki, Yalçın İmanov hüquq...
Hökumət Lenini basdırmaq istəmir
Rusiya hökuməti paytaxt Moskvanın Qızıl Meydanındakı mavzoleydə saxlanan Vladimir Leninin dəfn olunması layihəsini qəbul etməyib. Etiraz qərarı sentyabrın 8-də açıqlanıb. Novator.az-ın məlumatına görə, qanun layihəsini parlamentin aşağı palatası olan Dövlət Dumasına müxalif Liberal Demokrat Partiyas...
Cəhənnəmdən keçmiş mələk (42)
Avtobioqrafik roman İkinci bölüm Müəllif: BİRCƏ Səhərə yaxın tibb bacısını yanlayıb yalvardım: – Noolar, bircə dəqiqəliyə məni içəri burax, uşağıma baxım çıxım. Cavan, göyçək tibb bacısı üzümə irişə-irişə: – Şirinlik ver, buraxım, – dedi. Mən mat-mat onun üzünə baxdım: – Nəy...
Turizm cəhənnəmləri və cənnətləri
Dünya İqtisadi Forumu turistlər üçün ən təhlükəli 20 ölkənin adını açıqlayıb. Novator.az-ın məlumatına görə, 136 ölkənin daxil olduğu hesabatda turistlər üçün ən təhlükəli ölkənin Kolumbiya olduğu bildirilir. İkinci yerdə Yəmən, üçüncü yerdə Salvador gəlir. Siyahıda qalan ölkələr belə sıralanıb: Pak...
Azərbaycan rəsmilərini ABŞ-a buraxmamaq təklif olunur
ABŞ senatoru Riçard Durbin jurnalist Mehman Əliyevin həbsində iştirakı olan Azərbaycan rəsmilərinə sanksiyalar barədə düzəliş təqdim edib. “Amerikanın səsi” bildirir ki, düzəliş Mehman Əliyevin həbsində rol oynamış bütün Azərbaycan rəsmilərinin ABŞ-a girişinə qadağa nəzərdə tutur. Dövlət katibindən ...
Nazirlikdən dərman xəbərdarlığı
İqtisadiyyat Nazirliyi müraciət yayaraq istehlakçıları dərman alarkən qiymətlərə diqqət yetirməyə çağırıb. İstehlakçılara dərman vasitələrinin təsdiq olunmuş qiymətlərdən fərqli qiymətlərlə satışı halları ilə rastlaşdıqda 195-2 Çağrı Mərkəzinə, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar...
Polşada Azərbaycan abidəsi
Polşaya səfər edən müdafiə naziri Zakir Həsənov sentyabrın 7-si paytaxt Varşavada Azərbaycan Xalq Cümhuriyyəti dövrünün hərbi xadimləri general-leytenant Süleyman bəy Sulkeviç və polkovnik Vəli bəy Yadigarın xatirəsinə ucaldılmış abidənin açılışına qatılıb. Azərbaycan səfirliyinin əməkdaşlarının, Po...
Rəsmi nekroloq
Prezident İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva, baş nazir Artur Rasizadə, parlament sədri Oqtay Əsədov və başqa rəsmilər alim Lütfi Zadənin nekroloqunu yayıb. Qeyd olunur ki, ABŞ-ın Kaliforniya Universitetinin professoru, Yumşaq Hesablamalar üzrə Berkli Təşəbbüsünün rəhbəri Lütfi Z...
Millətlər Liqası divizionlarının yeni tərkibi
Millətlər Liqası divizionlarının yeni ilkin tərkibi açıqlanıb. Tərkib UEFA-nın milli komandalar üçün son reytinq sıralamasına əsaslanır. 2018-ci ilin sentyabrından başlayacaq turnirdə 55 milli komanda A, B, C və D divizionlarına bölünəcək. Bölgü UEFA zonasında 2018-ci ilin dünya çempionatının seçmə ...
İşğalçı liderin yeni dönəmi başladı
Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki işğalçı rejimin başçısı Bako Saakyan sentyabrın 7-də and içərək səlahiyyətlərinin icrasına başlayıb. Novator.az-ın məlumatına görə, mərasim rejimin “parlamentində” keçirilib. Rejimin bu il qəbul etdiyi yeni “konstitusiya” ilə Dağlıq Qarabağ “prezident respubl...
Vətəni pulla almaq
Mehriban Vəzirin ”Qarabağnamə”sindən doğan yazı Vahid QAZİ “Ağabəyim ağa Cavanşir” kitabını “Rusiya agentləri”nin mətbuat səhifələrimizdə at oynatdığının iddia edildiyi günlərdə oxudum. Mehriban Vəzirin sonuncu “Qarabağnamə” kimi qəbul elədiyim bu kitabında yazılanlarla indi sosial şəbəkələrdə, sayt...