Fiziologiya və tibb: Nobel mükafatını amerikalılar aldı
2017-ci ilin fiziologiya və tibb üzrə Nobel mükafatına amerikalı professorlar Ceffri Holl, Maykl Rozbaş və Maykl Yanq layiq görülüblər. Novator.az xəbər verir ki, qərarı oktyabrın 2-də Stokholmdakı Kral Tibb İnstitutunun Nobel komitəsi açıqlayıb. Alimlər Nobel mükafatına orqanizmdə bioloji ritmləri ...
“Gələn il sürətli iqtisadi inkişaf ili olacaq”
Oktyabrın 2-si Qobustanda şəhərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin yekunlaşması ilə bağlı təşkil olunan mərasimdə iştirak edən prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. O deyib ki, Qobustan şəhərinin içməli su probleminin h...
Prezident Şamaxıya baş çəkib
Oktyabrın 2-də prezident İlham Əliyev Qobustan rayonunun əsaslı təmir edilən Təklə-Sündü-Xilmilli avtomobil yolunun açılışında iştirak edib. Avtomobil yolu 15 min nəfərin yaşadığı 6 kəndi birləşdirir. Ümumi uzunluğu 17,2 kilometr olan yolun eni 6 metrdir. Dördüncü dərəcəyə aid Təklə-Sündü-Xilmilli a...
Terrorda azı 20 nəfər həlak olub
ABŞ-ın Las-Veqas şəhərində keçirilən musiqi festivalına silahlı hücumla bağlı yeni xəbər var. Oktyabrın 1-i gecə silahlı şəxs “Mandalay Bay” hotelinin 32-ci mərtəbəsindən, eyvandan festivala toplaşanları atəşə tutub. Novator.az bildirir ki, son məlumata görə, azı 20 nəfər həlak olub, 100-dən çox yar...
İlin ən populyar adları
2017-ci ilin 9 ayında Azərbaycanda doğulmuş qız uşaqlarına verilən ən populyar ad Zəhra olub. Novator.az bildirir ki, ilin əvvəlindən bəri 1904 qıza Zəhra adı qoyulub. Nuray (1536 uşaq) siyahıda ikinci, Zeynəb (1132) üçüncüdür. Ən populyar adlar sırasında bu qız adları da var: Məryəm – 1116 uşaq Ayl...
Dolların 9 ayı
2017-ci ilin 9 ayında ABŞ dollarının rəsmi məzənnəsi 7,05 qəpik düşüb. Mərkəzi Bank bu il dolların rəsmi kursuna 1,7707 manatla start verib. Oktyabrın 2-də dollar banklara 1,7002 manata satılır. Novator.az bildirir ki, ilin əvvəlindən bəri dolların rəsmi kursu belə dəyişib: Yanvar – 1,7707 manat, 1,...
Prezident Qobustanda: yeni su layihəsi təqdim olunub
Prezident İlham Əliyev oktyabrın 2-də Qobustan rayonuna səfər edib. O, Qobustanda yeni tikilmiş 100 yerlik uşaq bağçasının açılışına qatılıb. Ümumi sahəsi 826 kvadratmetr olan uşaq bağçasının binası 2 mərtəbəlidir. Burada 4 tədris və 4 yataq otağı var. Otaqların hamısı zəruri avadanlıq, o cümlədən y...
İspaniyanı bölən səsvermənin ilkin nəticələri
İspaniyanın Kataloniya vilayətində oktyabrın 1-də keçirilmiş qanunsuz referendumun ilkin nəticələri bəlli olub. Referendumda muxtar vilayəti müstəqil dövlət elan etmək niyyətinə münasibət öyrənilib. İspaniya hökuməti referendumu qanunsuz sayaraq əngəlləməyə çalışıb. Separatçılarla polisin toqquşmala...
Avropa Şurasının baş katibi Azərbaycanla bağlı açıqlama yayıb
Avropa Şurasının baş katibi Torbyorn Yaqland Facebook səhifəsində açıqlama yayaraq Azərbaycanın hakim dairələrinin quruma və ona hücum kampaniyası təşkil etdiyini vurğulayıb. Azadliq.info-nun məlumatına görə, baş katib yazır ki, Avropa Şurasının tarixi boyu onun baş katibinə qarşı belə qarayaxalıq k...
Qara siyahının 40 faizə qədəri həmsədr ölkələrin vətəndaşıdır
ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin 267 vətəndaşının adı Azərbaycan Xarici İşlər Nazirliyinin arzuolunmaz şəxslər siyahısına salınıb. Xarici İşlər Nazirliyi işğal altındakı ərazilərə qanunsuz səfər etmiş əcnəbilərin adlarını arzuolunmaz şəxslər siyahısına salır, onların Azərbaycana səfəri...
Lütfi Zadə vətən torpağına qovuşdu
Sentyabrın 29-da alim Lütfi Zadə Bakıda, Fəxri xiyabanda torpağa tapşırılıb. Dəfn mərasimində dövlət və hökumət rəsmləri, elm xadimləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Lütfi Zadə (Lütfəli Rəhim oğlu Ələsgərzadə) 1921-ci il fevral ayının 4-də Bakı şəhərində anadan olub. 10 yaşında ail...
ABŞ Konqresinə təqdim olunmuş Azərbaycan qətnaməsi
ABŞ konqresmenləri Kristofer Smit və Cim Makqovernin Nümayəndələr Palatasına təqdim etdikləri Azərbaycan qətnaməsinin hansı müddəalardan ibarət olduğu bilinib. Azadliq.info-nun məlumatına görə, layihədə bildirilir ki, 2017-ci ilin avqustunda Azərbaycanın qeyri-hökumət hüquq müdafiə təşkilatları koal...
Rəsmi Bakı Miçiqan qərarına münasibət bildirdi
Rəsmi Bakı Miçiqan ştatı Senatının işğalçı Qarabağ rejimini tanımasına münasibət bildirib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, ABŞ-ın xarici siyasətini federal hökumət müəyyən edir: “ABŞ hökuməti üzərinə götürdüyü beynəlxalq öhdəliklərinə uyğun olaraq Azərba...
İqtisadi azadlıq reytinqi: Azərbaycan neçəncidir?
Kanadanın Freyzer İnstitutu Ukraynanın İqtisadi Azadlıq Cəmiyyəti ilə birgə iqtisadi azadlıq reytinqi açıqlayıb. İndeks 5 sahə üzrə (dövlət xərcləri və vergi yükü; mülkiyyət hüququnun müdafiəsi və hüquqi struktur; maliyyə qaynaqlarına çıxış; beynəlxalq ticarət azadlığı; kreditləşmənin, əməyin, bizne...
Ödənişli ali təhsil bir ayda 10,7 faiz bahalaşıb
Bu ilin avqust ayında Bakıda istehlak məhsulları və xidmətlər iyul ayına nisbətən 0,1 faiz bahalaşıb. Novator.az bildirir ki, Bakı Şəhər Statistika İdarəsi belə hesabat yayıb. Rəsmi hesabata görə, ərzaq məhsulları üzrə 0,3 faiz, xidmətlər üzrə 0,1 faiz qiymət artımı, qeyri-ərzaq məhsulları üzrə 0,1 ...
Cəhənnəmdən keçmiş mələk (45)
Avtobioqrafik roman İkinci bölüm Müəllif: BİRCƏ Evə çatan kimi qaynatam Cavidə qurban kəsdi. Mən rahatlaşıb başımın bitini tökməmiş Emin mənə məhkəmə qurdu. Ona qədər deyişmələrimiz daldada, bağlı qapı arxasında olardı, bu dəfə hamının yanında mənə hücum çəkdi, uşağı ağır vəziyyətdə Bakıya apardığı...
Miçiqan ştatı işğalçı Qarabağ rejimini tanıdı
ABŞ-ın Miçiqan ştatının Senatı işğalçı Dağlıq Qarabağ rejiminin “müstəqilliyini” tanıyıb. Amerika Erməni Milli Komitəsi bəyan edib ki, qərar Senatın 28 sentyabr iclasında qəbul olunub. Novator.az-ın məlumatına görə, Miçiqan qondarma rejimi dövlət adına tanıyan 8-ci ştatdır. Rod-Aylend, Massaçusets, ...
İkinci ticarət festivalına sərəncam verildi
Prezident İlham Əliyev Bakıda keçiriləcək ikinci ticarət festivalı ilə bağlı sərəncam imzalayıb. Sərəncam bu il oktyabrın 15-dən noyabrın 15-dək davam edəcək festivalın təşkili üçün dövlət büdcəsindən, prezidentin ehtiyat fondundan Mədəniyyət və Turizm Nazirliyinə 1 milyon manat ayrılmasını nəzərdə ...
Nə şans var?
UEFA Çempionlar Liqasının qrup mərhələsində iki tur arxada qaldı. C qrupunda yarışan Azərbaycan komandası “Qarabağ” hələ xal toplamayıb. Ağdamlılar Londonda “Çelsi”yə 0:6, Bakıda “Roma”ya 1:2 uduzaraq qrupun son pilləsindədir. Qrup mərhələsini dəf etmək üçün ən azı ikinci yeri tutmaq gərəkdir. Üçünc...
Ermənistanın müdafiə xərcləri 17,6 faiz artır
Ermənistan hökumətinin 28 sentyabr iclasında 2018-ci ilin dövlət büdcəsi layihəsi təqdim olunub. Novator.az xəbər verir ki, layihəyə əsasən, gələn il üçün Ermənistanın müdafiə xərcləri 2017-ci illə müqayisədə 17,6 faiz artırılaraq 246,8 milyard drama (518 milyon dollar) çatdırılır. Büdcə layihəsində...