Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətləri təsdiqlənib
Yanvarın 22-si Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) vitse-prezidenti vəzifəsinə seçki keçirilib. Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov yenidən AŞPA-nın vitse-prezidenti seçili...
AŞPA-da yeni prezident
İtaliyalı deputat Mikele Nikoletti Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti vəzifəsinə təsdiq edilib. Mikele Nikoletti yeganə namizəd olub, AŞPA-nın yanvarın 22-si Strasburqda keçirilən qış sessiyasının ilk günündə prezident vəzifəsinə təsdiqlənib. Novator.az bildirir ki, Mikele Nik...
Eşq və xəyanət (14)
Aynur MƏSİMOVA (TƏMKİN) Cavidan ağrıyan vicdanını sakitləşdirmək üçün qəlbində özünə bəhanələr axtarır, pis bir şey etmədiyini öz-özünə gündə min kərə təkrarlayırdı. Bəzən də “Raufu min Kamilə olsa yolundan döndərə bilməz” – deyib təskinlik tapırdı. Neçə gecə idi yuxu tapa bilmir, yatağına qor...
Sərkisyan Londonda götür-qoy edəcək
Hakim Respublika Partiyasının Ermənistan prezidentliyinə namizəd göstərdiyi Armen Sərkisyan Londona qayıdıb. 64 yaşlı Armen Sərkisyan 1992-1995-ci, 1998-2000-ci illərdə Ermənistanın Böyük Britaniyada səfiri olub. 2013-cü ildən yenidən bu ölkədə səfirdir. 1996-cı ilin noyabrından 1997-ci ilin fevralı...
Tarixin dərsi
İlham İSMAYIL Tarix o elmdir ki, insanı vətəndaş edir. (“Bazar ertəsinədək gözləyək” filmindən) Mən Azərbaycan tarixinin bir parçasını – 1990-1991-ci illərdə Gəncəbasar ətrafındakı bölgələrdə baş verən qanlı-qadalı hadisələri, Çaykənd, Qarabulaq, Quşçu, Buzluq, Manaşid, Erkeç kəndlərinin erməni sila...
Orfoqrafiya qaydaları layihəsi
Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyası və Nəsimi adına Dilçilik İnstitutu “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsini ictimaiyyətə təqdim edib. Müzakirələrdən sonra qaydalar layihəsi təsdiq üçün Nazirlər Kabinetinə göndəriləcək. Əsl Azərbaycan sözlərinin yazılışı 1. Azərbaycan...
Silahlı Qüvvələr qanunu
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanunu imzalayaraq tətbiqinə fərman verib. Qanun Silahlı Qüvvələrin təyinatı, idarə olunması və hərbi quruculuğu məsələlərini tənzimləyir, habelə Silahlı Qüvvələrin əsas vəzifələrini və fəaliyyətinin hüquqi əsaslarını müə...
Rəsmi Bakı Türkiyənin hərbi əməliyyatlarını dəstəklədi
Azərbaycanın Xarici İşlər Nazirliyi Türkiyə Silahlı Qüvvələrinin Suriya sərhədində apardığı hərbi əməliyyatlara münasibət bildirib. Yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində PKK terror təşkilatı, onun müxtəlif qolları və İŞİD-ə qarşı əməliyyata başla...
Kreativ nə deməkdir?
Xarici işlər naziri Elmar Məmmədyarov yanvarın 18-i Polşanın Krakov şəhərində ATƏT-in Minsk qrupunun həmsədrləri, ATƏT sədrinin şəxsi nümayəndəsi və ermənistanlı həmkarı ilə görüşlər keçirib. Görüşlərdən sonra Elmar Məmmədyarov bəyan edib ki, həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqəda...
Əsgər şəhid olub
Azərbaycan Ordusunun əsgəri İbrahim Möhsüm oğlu Mənəfov şəhid olub. Məlumatı Müdafiə Nazirliyi yanvarın 19-da yayıb. Məlumatda deyilir ki, əsgər İbrahim Mənəfov Ermənistan silahlı qüvvələri bölmələrinin atəşkəs rejimini kobud surətdə pozması nəticəsində düşmənlə atışmada şəhid olub. Allah rəhmət elə...
İlqar Məmmədovun müdafiəsinə əcnəbi vəkil qoşulub
Respublikaçı Alternativ (REAL) Hərəkatının həbsdə olan lideri İlqar Məmmədovun müdafiəsinə əcnəbi vəkil qoşulub. Bunu İlqar Məmmədovun vəkili Fuad Ağayev yanvarın 19-da bəyan edib. Yeni vəkil Ceremi Makbrayt Böyük Britaniyadandır. Meydan.tv-nin məlumatına görə, Fuad Ağayev deyib ki, Ceremi Makbrayt ...
Ermənistan hakimiyyətinin prezidentliyə yeni namizədi elan olundu
Ermənistanın hakim Respublika Partiyasının prezidentliyə namizədinin adı açıqlanıb: Armen Sərkisyan. Novator.az bildirir ki, Armen Sərkisyan 1953-cü ildə Yerevanda anadan olub. Yerevan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini və aspiranturasını bitirib. Fizika-riyaziyyat elmləri namizədi...
Cəhənnəmdən keçmiş mələk (61)
Avtobioqrafik roman İkinci bölüm Müəllif: BİRCƏ Çox çalışdım, paltarları təkəlli yuya bilmədim, elə sarıqlı-sarıqlı yaralı əlimi də isti vannaya saldım. Sol əlim üçün adi olan sabunlu su zədəli əlimə dəydikcə dözülməz ağrı verirdi, elə bilirdim yarama dağ üstündən dağ çəkirlər. Yumağına paltarları ...
Krakovda görüşlər: yeni Qarabağ təklifləri var
ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endrü Skofer (ABŞ) birgə bəyanat yayıblar. Bəyanatda həmsədrlərin və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin Polşanın Krakov şəhərində yanvarın 17-də Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla, 18-də...
Media qanununda iki maddə dəyişdi
Dövlət başçısı İlham Əliyev “Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişiklikləri imzalayıb. Novator.az-ın məlumatına görə, qanunun iki maddəsi yenilənib: Maddə 19. Kütləvi informasiya vasitəsinin istehsalının və yayımının dayandırılması və ya ona xitam verilməsi Kütləvi informasiya vasitə...
Ermənistanın növbəti prezidenti də qarabağlı olacaq?
Ermənistanın hakim Respublika Partiyası ölkə prezidenti postuna Arkadi Qukasyanı namizəd göstərə bilər. Bunu Yerevanda çıxan “Qraparak” qəzeti yazıb. Novator.az xatırladır ki, Arkadi Qukasyan işğalçı Dağlıq Qarabağ rejiminin sabiq rəhbəridir. Ermənistanın hazırkı prezidenti, Respublika Partiyasının ...
Qələbədən qələbəyə (2)
İlham İSMAYIL Üç kəndin azad edilməsi üç rayonun – Gəncənin, Xanların (Göygöl), Goranboyun dincliyi, rahatlığı demək idi. Qarşıda Ağcakəndin azad edilməsi dururdu. Dağlıq Qarabağın ən böyük rayonuna – Ağdərəyə şimal tərəfdən yol tam açılacaqdı. Kəndlər azad edildikdən sonra onların məsku...
İsa Qəmbər açıqlama yayıb
Yanvarın 18-də Bakıdakı Mərkəzi Klinik Xəstəxanadan evə buraxılan İsa Qəmbər Facebook şəbəkəsindəki səhifəsində açıqlama yerləşdirib. Novator.az-ın məlumatına görə, İsa Qəmbər açıqlamasına xəstəxanada ona xidmət göstərmiş tibbi heyətlə və xanımı Aida Qəmbərlə birgə çəkdirdiyi fotoşəkli də əlavə edib...
Düşünürük, bizdən yan ötəcək…
İsmayıl RAFİQOĞLU Elçinlə adətən qohum-əqrəbanın xeyir-şərində, daha çox ad günlərində görüşərdik. Təbiətcə çox sakit adam idi, az danışardı, gözə girməyi sevməzdi. Elə bir tərəfdə oturub danışanları dinlərdi. Heç domino, nərd və ya başqa oyunlarla da başını qatmazdı. Yanaqlarında daima bir təbii qı...
Ekspert hökumətin qərarını niyə ədalətli saymır?
Nazirlər Kabineti dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının, AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elmi müəssisə və təşkilatlar istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəlində dəyişikliklər edib. Yen...