İranda yay həyəcanı – “Financial Times”
Böyük Britaniyanın “Financial Times” qəzetində “İranda hava qızdıqca qadın geyimi ilə bağlı mübahisələr də qızışır” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi qəzetin Tehrandakı müxbiri Nəcmə Bozorgmehrdir. Novator.az saytı məqaləni ingiliscədən çevirib təqdim edir. Bu yay bəlkə də İranın ən qı...
Üç ayın əsas tərəfdaşları
2023-cü ilin yanvar-mart aylarında Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsi 2 milyard 973,2 milyon dollar göstərilib. Novator.az bildirir ki, Türkiyə 1 milyard 621,4 milyon dollarla ikinci, Rusiya 1 milyard 57,2 milyon dollarla üçüncü tərəfdaş olub. Dövlət Gömrük Komitəsinin hesabatına görə, Çinl...
Partiya: yenə azalma var
2008-ci ildən dövlət qeydiyyatında olan Azərbaycan Milli Demokrat Partiyası ləğv edilib. Xəbəri aprelin 15-də “Yeni Müsavat” qəzeti yayıb. Novator.az bildirir ki, 2023-cü ildə daha 9 partiya fəaliyyətinə son verib: Azərbaycan Azad Respublikaçılar Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Azə...
İlk rübün xarici ticarəti
Dövlət Gömrük Komitəsi 2023-cü ilin ilk rübü üzrə xarici ticarət hesabatı yayıb. Novator.az bildirir ki, statistikaya görə, yanvar-mart aylarında Azərbaycan 171 ölkə ilə ticarət aparıb, ixrac 7,7 milyard dolları, idxal 4 milyard dolları ötüb, gömrükdən dövlət büdcəsinə 1 milyard 544,9 milyon manat v...
Ən gənc nazir, başqaları
Novator.az bildirir ki, aprelin 14-də kənd təsərrüfatı naziri təyin olunan Məcnun Məmmədov Nazirlər Kabinetinin ən gənc üzvüdür. O, 1983-cü ildə doğulub. Elm və təhsil naziri postunu 1982-ci il təvəllüdlü Emin Əmrullayev tutur. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Dövlət Miqrasiya...
Orta maaş 11,2 faiz artıb
2023-cü il martın 1-nə Azərbaycan iqtisadiyyatında muzdlu işçilərin sayı 1 milyon 715,8 min nəfər olub. Novator.az-ın məlumatına görə, hesabatı yayan Dövlət Statistika Komitəsi bildirir ki, işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin eyni dövrünə nisbətən 11,2 faiz artaraq 854,5 manata çatıb...
Adil Kərimli nazir oldu
Aprelin 14-də sərəncam imzalayan prezident İlham Əliyev Adil Qabil oğlu Kərimlini mədəniyyət naziri təyin edib. Novator.az bildirir ki, 2022-ci il dekabrın 22-dən mədəniyyət nazirinin birinci müavini olan Adil Kərimli nazir vəzifəsinin də icraçısı idi. 1979-cu il təvəllüdlü Adil Kərimli hüquq üzrə f...
Balkanda Rusiya zəhəri – “Associated Press”
ABŞ Dövlət Departamentinin xarici dövlətlərin dezinformasiyaları ilə mübarizə qurumunun – Qlobal Dialoq Mərkəzinin rəhbəri Ceyms Rubin aprelin 11-də Şimali Makedoniyaya səfər edib. Xəbəri yayan “Associated Press” agentliyi Ceyms Rubinin Albaniya və Monteneqroya da baş çəkdiyini bildirir. Novator.az-...
İstehsal və sərmayə hesabatı
2023-cü ilin yanvar-mart aylarında Azərbaycanda 30 milyard 310,6 milyon manatlıq, ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Novator.az-ın məlumatına görə, hesabatı yayan Dövlət Statistika Komitəsi bildirir ki, iqtisadiyyatın neft-qaz sektorunda 3,9 f...
“Hər kəs cavab verəcək”
Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri Qubad İbadoğlu açıqlama yayıb: “Dövlət qeydiyyatına alınmaq üçün 2022-ci il dekabrın 22-də beşinci dəfə Ədliyyə Nazirliyinə təqdim edilmiş sənədlərimizə guya 2023-cü il yanvarın 25-də baxılıb və inkar cavabı “sürətli daşınma xidməti” ilə…...
Kənd təsərrüfatı naziri təyin edildi
Məcnun Qadir oğlu Məmmədov kənd təsərrüfatı naziri təyin edilib. Prezident İlham Əliyev sərəncamı aprelin 14-də imzalayıb. Novator.az bildirir ki, aprelin 4-də Ali Məhkəmənin üzvü və sədri təyin olunan İnam Kərimov həmin gün kənd təsərrüfatı naziri vəzifəsindən azad edilmiş, nazir vəzifəsinin müvəqq...
Nərimanov
Arif Hacılı Müsavat Partiyasının başqanı Aprelin 14-ü Nəriman Nərimanovun doğum günüdür. Sovet Azərbaycanında bu gün təntənə ilə qeyd edilərdi. Çünki Nərimanov Azərbaycanı işğal edən, milli hakimiyyətin devirən rus-sovet əsgərinin çiynində hakimiyyətə gəlib sovet hökumətinin xidmətində durmuşdu. O, ...
İran rəssamları üsyanı kətana köçürür – “Vaşinqton Post”
ABŞ-ın “Vaşinqton Post” qəzetində “Ümid və qorxu: iranlı rəssamlar üsyan yaşantılarını kətana köçürür” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi qəzetin müxbiri Miriam Bergerdir. Novator.az məqaləni ingiliscədən çevirib diqqətə çatdırır. 2022-ci ilin sentyabrında Məhsa Əmininin ölümündən sonra...
Bazar necə bahalaşıb?
Dövlət Statistika Komitəsi istehlak qiymətlərinin necə dəyişdiyini açıqlayıb. Novator.az bildirir ki, hesabata görə, 2023-cü ilin yanvar-mart aylarında qiymətlər 2022-ci ilin eyni dövrünə nəzərən 13,8 faiz artıb. Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə bahalaşma 17,1 faiz, qeyri-ərzaq mə...
Prezident seçkisinin bülleteni
Türkiyənin Ali Seçki Qurumu prezident seçkisi bülleteninin formasını təsdiqləyib. Qərar aprelin 13-də verilib. Novator.az bildirir ki, mayın 14-də parlament seçkisi ilə birgə keçiriləcək yarışda dörd namizəd yer alır: Rəcəb Teyyub Ərdoğan, Məhərrəm İncə, Kamal Kılıçdaroğlu, Sinan Oğan. Prezident seç...
“Qarabağ”dan finala
Azərbaycanın “Qarabağ” komandası 2014-cü ildən başlayaraq UEFA-nın klub turnirlərində əsas mərhələlərdə çıxış edib. Novator.az bildirir ki, komanda 2014-2015, 2015-2016, 2016-2017, 2018-2019, 2019-2020, 2020-2021 mövsümlərində Çempionlar Liqasında start götürüb, sonra Avropa Liqasına adlayaraq qrup ...
Yeni təzminat öhdəlikləri
Avropa İnsan Hüquqları Məhkəməsi aprelin 13-də Azərbaycandan şikayətlər üzrə qərardadlar açıqlayıb. Hüquqşünas Xalid Ağalıyev yazır ki, 6 ərizəçinin şikayətində Avropa İnsan Hüquqları Konvensiyası ilə qorunan toplaşmaq və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulduğu iddia olunub. Dövlətlə anl...
Namizədlik: 24 partiya qalır
Türkiyədə mayın 14-də keçiriləcək parlament və prezident seçkilərinin namizədlik mərhələsi bitmək üzrədir. Novator.az bildirir ki, parlament seçkisinə 24 partiyadan namizəd çıxarılır. 11 partiya mandat uğrunda ayrılıqda mübarizə aparır: Millət Partiyası, Haqq və Azadlıqlar Partiyası, Gənc Partiya, M...
Rəqabət məlhəmi
Vətəndaş cəmiyyəti eksperti Rövşən Ağayev Türkiyədə mayın 14-də keçiriləcək parlament və prezident seçkisi kampaniyasının bir məqamına diqqət çəkib. Novator.az-ın məlumatına görə, o yazır ki, kampaniyada ən çox müzakirə olunan mövzulardan biri Azərbaycan üçün də aktualdır: “Söhbət dövlət qulluğuna q...
Zamin Salayevdən nə xəbər?
Vəkil Fəxrəddin Mehdiyev aprelin 12-si Bakı İstintaq Təcridxanasında AXCP funksioneri Zamin Salayevə baş çəkib. “Turan”a danışan vəkil deyib ki, aclıq aksiyası Zamin Salayevi tam üzüb, o, sərbəst yeriyə bilmir, orqanizmində tükənmə gedir, bədənində yaralar açılır, ancaq hələ də tibbi-sanitar bölümə ...