Yeni seçki bloku namizədlərini açıqladı
Dekabrın 25-də “Hərəkət” seçki blokunun təqdimatı keçirilib. Novator.az xəbər verir ki, tədbirdə blokun deputatlığa namizədləri də açıqlanıb. “Hərəkət” blokunda gənclər, siyasətçilər, vəkillər, jurnalistlər, ictimai fəallar, o cümlədən “Nida” Vətəndaş Hərəkatının üzvləri təmsil olunur. Blok 202...
Komada olan hüquq müdafiəçisi gözünü açıb
Türkiyənin İstanbul şəhərindəki Amerika Xəstəxanasında müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhətində müsbət dinamika qalır. Hüquq müdafiəçisinin xanımı Firuzə Gülalıyeva “Turan”a bildirib ki, bir həftədən çoxdur Oqtayın hərarəti yüksəlmir, böyrəklərində kreatinin səviyyəsi azalıb və da...
Pensiyalarda mümkün artım
Novator.az yenidən pensiyalarda mümkün artım göstəricilərinə nəzər yetirib. “Əmək pensiyaları haqqında” qanuna görə, 2020-ci ildən əmək pensiyasının sığorta hissəsi orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun indeksləşdiriləcək. Sığortaolunanların fərdi hesabının sığorta hissəsində qey...
Nazirliyi böyüdən fərman: kabinetə verilən vaxt bitib
Oktyabrın 23-də fərman imzalayan prezident İlham Əliyev Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyini İqtisadiyyat Nazirliyinin strukturuna daxil etdi. Nazirliyin strukturu belə müəyyən olundu: Aparat (şöbələr və sektorlar); Dövlə...
Rəsmi işsizlər, sığorta ödənişi statistikası
Dövlət Statistika Komitəsi 2019-cu il dekabrın 1-nə 79 min 736 nəfərin rəsmi işsiz statusu aldığını açıqlayıb. Novator.az bildirir ki, işsizlər ən çox bu şəhər və rayonlarda rəsmiləşib: Bakı – 29 min 812 nəfər Sumqayıt – 5614 nəfər Şəmkir – 4187 nəfər Mingəçevir – 2013 nəfər Gədəbəy – 1764 nəfər Abş...
Baş redaktor nazirliyə qarşı: bir instansiyada proses yekunlaşdı
Arqument.az saytının baş redaktoru Şəmşad Ağanın iddiası ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində başlanan məhkəmə prosesi yekunlaşıb. Şəmşad Ağa Toplum.tv-yə bildirib ki, məhkəmə onun iddiasını təmin etməyib. Dörd ay çəkən məhkəmə prosesi dekabrın 24-də sona çatıb. Baş redaktor qeyd edib ki,...
Ağ Şəhərdə
Prezident İlham Əliyev dekabrın 24-də Bakıda Ağ Şəhərin Mərkəzi Bulvar küçəsinin açılışında iştirak edib, Park Kvartalı ilə tanış olub. AZƏRTAC-ın arayışına görə, təməli 2011-ci il dekabrın 24-də qoyulan Ağ Şəhər layihəsinin baş planında nəzərdə tutulan şəhər tipli 10 universal kvartalın bir neçəsi ...
Tibbi sığorta yenilikləri rəsmiləşdi
Prezident İlham Əliyev “Tibbi sığorta haqqında” qanuna dəyişiklikləri imzalayıb. Novator.az bildirir ki, yeniliyə görə, 2020-ci il yanvarın 1-dən Azərbaycan vətəndaşlarına, Azərbaycanda qaçqın statusu almış, BMT-nin Azərbaycanda himayəyə götürdüyü əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dövlət b...
Məhkəmə qərar verdi
Dekabrın 24-də Binəqədi Rayon Məhkəməsi Müsavat Partiyasının Mətbuat və İnformasiya Departamentinin rəhbəri, “Basta” saytının baş redaktoru Mustafa Hacıbəylinin müraciəti üzrə qərar çıxarıb. Mustafa Hacıbəyli Novator.az-a deyib ki, məhkəmə onun məhkumluğunu götürməyib. Bakı Ağır Cinayətlər Məhkəməsi...
Dünya Ticarət Təşkilatına üzvlük kimə sərf eləmir?
Respublikaçı Alternativ Partiyasının üzvü, iqtisadçı Natiq Cəfərli prezident İlham Əliyevin Dünya Ticarət Təşkilatına (DTT) üzvlüklə bağlı fikirlərinə münasibət bildirib. Dövlət başçısı dekabrın 23-də bir qrup yerli telejurnalistə müsahibəsindəAvropa İttifaqı ilə yeni sazişin yubanmasının həmçinin t...
Vladimirdən Vladimirə: keçmiş sovetlərdə prezidentlər
2003-cü ildən Azərbaycanın prezidenti olan İlham Əliyev 1961-ci il təvəllüdlüdür. Novator.az bildirir ki, keçmiş SSRİ məkanında dörd dövlət başçısı İlham Əliyevdən cavandır: 1978-ci il təvəllüdlü Vladimir Zelenski (2019-cu ildən Ukrayna prezidenti), 1975-ci il təvəllüdlü İqor Dodon (2016-cı i...
Reportyorlar (54)
Firuzə Davudqızı *** …Vüqar və Fatimə xeyli vaxtdır görüşürdülər. Vüqar ürəyindən keçənləri, nəhayət, qıza açıb söyləmiş, sevgisini etiraf etmişdi. Fatimə isə oğlana biganə olmadığını hiss etsə də, hisslərini dilinə gətirməyə hələ də cəsarət etmir, susurdu. Vüqarla olan münasibətini o, təkcə A...
41-dən 6-sı məlum
“Avroviziya 2020” mahnı müsabiqəsinə qatılan 41 ölkənin 6-sı təmsilçisini müəyyənləşdirib. Novator.az bildirir ki, dekabrın 24-nə olan məlumata əsasən, Albaniyanı mahnı müsabiqəsində Arilena Ara, Avstriyanı Vinsent Bueno, Belçikanı “Huverfonik” qrupu, Bolqarıstanı Viktoriya Georgiyeva, İspaniyanı Bl...
Prezidentin müsahibəsinə reaksiyalar
Prezident İlham Əliyev bir qrup yerli telejurnalistə müsahibəsində Avropa İttifaqı ilə yeni sazişin yubanmasının həmçinin ticarət məsələsində fikir ayrılığından irəli gəldiyini deyib: “Azərbaycan Dünya Ticarət Təşkilatının üzvü deyil. Biz bir neçə ölkə ilə müzakirələri ikitərəfli formatda başa vurmu...
“Mən xəbərdarlıq etmişdim”
Prezident İlham Əliyev dekabrın 23-də bir qrup yerli telejurnalistə müsahibə verib. AZƏRTAC-ın məlumatına görə, Avropa İttifaqı ilə əlaqələrə toxunan dövlət başçısı bir neçə ildir yeni saziş üzərində iş aparıldığını xatırladıb: “Sazişin bəndlərinin mütləq əksəriyyəti razılaşdırılıb, məsələlərin təqr...
Siçan ilindən keçən jurnalistlər
2020-ci il siçan ilidir. Novator.az jurnalistlərdən yaxın keçmişin siçan illərini – 1972, 1984, 1996, 2008-ci illəri nələrlə yadda saxladıqlarını soruşub. Samirə Əhmədbəyli: – Qardaşım siçan ilində doğulub. 1972-ci ildə. Siçan ili ilə bağlı ilk xatirəm 1984-cü illə bağlıdır. Dünən kimi xatırla...
Mülkiyyətçinin mənzili əlindən alınacaq?
“İcbari sığortalar haqqında” qanuna görə, daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənməsi üçün tətbiq edilir. Hüquqi və fiziki şəxslərə məxsus tikililərin, y...
“Azadlıq”ın 30 ili
“Azadlıq” qəzetinin 30 yaşı tamam olur. Novator.az bildirir ki, 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsinin qəzeti kimi yaradılan “Azadlıq”ın ilk sayı həmin il dekabrın 24-də işıq üzü görüb. Qəzetin ilk redaktoru Nəcəf Nəcəfovdur (1999-cu ildə vəfat edib). Nəcəf Nəcəfov 1955-ci ildə doğulub. Jurnalist f...
Seçici fəallığı: yeni statistika
Mərkəzi Seçki Komissiyası 23 dekabr bələdiyyə seçkiləri ilə bağlı yeni açıqlama yayıb. Məlumata görə, gündüz saat 12-dək səsverməyə 898 min 542 nəfər və ya ümumi seçicilərin 18,07 faizi qatılıb. 118 dairəni, 5049 məntəqəni əhatə edən seçkilərdə 1606 bələdiyyəyə 15156 nəfər seçilməlidir. 4 milyon 972...
İlkin hesabat
Mərkəzi Seçki Komissiyasının səhər saat 10-a olan hesabatına görə, 23 dekabr bələdiyyə seçkilərinə seçicilərin 8,51 faizi qatılıb. Ümumilikdə 4 milyon 972 min 356 nəfərin səsvermə hüququ var. Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva Bakıda, 29 saylı Səbail seçki dairəsinin ...