İlqar Məmmədov prezidentə üz tutub
Respublikaçı Alternativ (REAL) Partiyasının sədri İlqar Məmmədov prezident İlham Əliyevə müraciət edib. Novator.az-ın məlumatına görə, müraciətdə parlamentdə təmsilçisi olmayan seçki dairələrinin məsələsi qaldırılır. 125 nəfərlik Azərbaycan parlamentində 7 yer boşdur. Milli Məclisə son seçki 2020-ci...
Zelenski NATO-ya iki yol göstərir
Ukrayna prezidenti Vladimir Zelenski iyunun 29-u NATO-nun Madriddə keçirilən sammitinə video formatında qatılaraq çıxış edib. Novator.az-ın məlumatına görə, o, alyans dövlətlərini Rusiyanın Ukraynaya qarşı terrorunu durdurmağa, ölkəsinin ümumi təhlükəsizlik məkanında yer almasına kömək etməyə çağırı...
Tofiq Yaqublu Avropa Məhkəməsinə müraciət edib
Siyasətçi Tofiq Yaqublu Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib. İyunun 29-da Novator.az-a danışan siyasətçi deyib ki, şikayətində işgəncəyə məruz qaldığı halda cinayət işi başlanmaması məsələsini qaldırıb. Fransanın Strasburq şəhərində yerləşən, hakimləri Avropa Şurasına üzv ölkələrdən seç...
Türkiyənin razılığı Putinə zərbədir – “Nyu-York Tayms”
ABŞ-ın “Nyu-York Tayms” qəzeti Türkiyənin İsveç və Finlandiyanın NATO-ya qoşulmasına razılıq verməsini Rusiya prezidenti Vladimir Putinə zərbə kimi qiymətləndirir. İsveç və Finlandiyanın hərbi-siyasi ittifaq olan NATO-ya qoşulmaq niyyəti Rusiyanın 2022-ci il fevralın 24-dən Ukraynada apardığı total ...
Büdcə yeniliyi son oxunuşdan keçdi
Milli Məclisin 29 iyun iclasında 2022-ci ilin dövlət büdcəsinə dəyişikliklər son oxunuşdan keçib. Layihədə gəlirlər 29 milyard 197,8 milyon manat, xərclər 32 milyard 303,8 milyon manat göstərilir. Gəlirlərin 11 milyard 740 milyon manatı Dövlət Vergi Xidmətindən daxilolmaların, 11 milyard 517,5 milyo...
ADR Partiyasının sənədləri yenə geri qayıtdı
Qubad İbadoğlunun sədrlik etdiyi Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyası dövlət qeydiyyatı ilə bağlı müraciətinə yenə mənfi cavab alıb. ADR Partiyası 2021-ci il oktyabrın 17-də keçirilən qurultayda təsis olunub. 2015-ci ildən fəaliyyət göstərmiş Azərbaycan Demokratiya və Rifah Hərəkatının ba...
Qaş qayırmağın göz çıxarması
Əli Kərimli AXCP sədri Putin Ukraynada savaşı hansı bəhanə ilə başlamışdı? Guya NATO-nun genişlənməsi, Ukraynanın uzaq gələcəkdə NATO üzvü olmaq ehtimalı Rusiya üçün dəhşətli təhlükə imiş. Bəs NATO-dan nə tələb edirdi? Tələb edirdi ki, yeni üzvlər qəbul etməyəcəyi təminatı versin, bütün hərbi strukt...
NATO 32 yolunda
İsveç və Finlandiyanın hərbi-siyasi ittifaq olan Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) qoşulması üçün maneə aradan qalxıb. Hər iki ölkənin NATO-ya qoşulmaq niyyəti Rusiyanın 2022-ci il fevralın 24-dən Ukraynada apardığı total işğalçı müharibə fonunda ortaya çıxıb, onlar mayın 12-də alyansa ...
Yaxın ölkələrdə nə qədər xəstə var?
İyunun 29-na olan beynəlxalq statistikaya görə, 207 ölkə və ərazidə 18 milyondan çox aktiv koronavirus xəstəsi var. Novator.az yaxın ölkələr üzrə göstəriciləri təqdim edir: Rusiya – 191821 xəstə Estoniya – 54969 İran – 33572 Litva – 19546 Gürcüstan – 5239 Moldova –...
Ukraynanın nə qədər ərazisi zəbt olunub?
2022-ci il fevralın 24-dən Ukraynada yeni müharibə aparan Rusiya iyunun 24-dək şərq və cənub vilayətlərində 81 min 949 kvadrat kilometr ərazini nəzarətə alıb. Novator.az Böyük Britaniyanın “The New Statesman” jurnalına istinadla bildirir ki, ölkənin ümumilikdə 126 min 119 kvadrat kilometr ərazisi zə...
NATO döyüş hazırlığını yeddi dəfədən çox artırır
NATO yüksək döyüş hazırlığı vəziyyətində saxladığı qüvvələrin sayını yeddi dəfədən çox artıracaq. Novator.az saytı “Reuters” agentliyinə istinadla xəbər verir ki, qərarı alyansın baş katibi Yens Stoltenberq açıqlayıb. O bildirib ki, artımdan sonra NATO-nun yüksək döyüş hazırlığı vəziyyətinə gətirilm...
Dotasiya alan və almayan bölgələr
Milli Məclis 2022-ci ilin dövlət büdcəsinə dəyişikliklər layihəsini müzakirə edir. Yenilənən büdcədə yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən 39 milyon 940 min manat ayırmaq proqnozlaşdırılır. Həmin vəsait Ağdam, Balakən, Cəbrayıl, Goranboy, Xocalı, Xocavənd, Kəlbəcər, Q...
Büdcə zərfi, icra qanunu
Milli Məclisin 28 iyun iclasında 2022-ci ilin büdcə zərfinə dəyişikliklər ikinci oxunuşda qəbul edilib. Yenilənən dövlət büdcəsində 29 milyard 197,8 milyon manat gəlir, 32 milyard 303,8 milyon manat xərc rəsmiləşir. Novator.az bildirir ki, iqtisadi fəaliyyətə 7 milyard 67,9 milyon manat; müdafiə və ...
Putinin yubatdığı qayıdış – “Financial Times”
Böyük Britaniyanın “Financial Times” qəzetində “Putin rejimi Rusiya tarixininin islahatlara qayıdış dövrünü yubadır” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi qəzetin Avropa üzrə redaktoru Toni Barberdir. Novator.az saytı məqaləni ingiliscədən çevirərək təqdim edir. Rusiyada guya qlobal dəyişi...
Sanksiya bataqlığı
Natiq Cəfərli REAL Partiyası Rusiyaya yeganə təsirli “sanksiya” neft-qaz qiymətlərinin düşməsi, rubla təsir edən yeganə addım xarici şirkətlərin Rusiya bazarından çıxması deyil, satışlarını artırması ola bilərdi. Qərbin Rusiyaya sanksiyalarının qısa zamanda heç bir təsiri yoxdur, orta və uzun zamand...
Cəmil Həsənliyə Təbriz sorağı
Tarix elmləri doktoru Cəmil Həsənli Təbrizdə özündən xəbərsiz çıxmış kitabından yazıb: “Dünyada belə şeylər də olur. İyunun 26-da bir dostum zəng edib Təbrizdə kitabımın çıxdığını dedi. Xəbərim yox idi. Səhəri günü kitabın üz qabığının fotosunu göndərdilər: “Azərbaycan Xalq Cümhuriyyəti: Şərqlə Qərb...
Yarım ilin populyar adları
Novator.az populyar adların rəsmi siyahısına nəzər salıb. Ədliyyə Nazirliyinin hesabatına görə, 2022-ci ilin ilk yarısında Azərbaycanda doğulmuş qızlara ən çox bu adlar qoyulub: Zəhra – 822 uşaq, Zeynəb – 685, Aylin – 664, Məryəm – 660, Fatimə – 540, Nilay – 531, ...
Kəlbəcərdə çıxış
“Biz bu torpaqların sahibiyik, buraya qayıtmışıq və burada əbədi yaşayacağıq”. İyunun 26-sı Kəlbəcər rayonunda “İstisu” sanatoriyasının təməlini qoyan prezident İlham Əliyev belə deyib. Dövlət başçısı qeyd edib ki, səfərinin əsas səbəbi Silahlı Qüvvələr Günündə hərbçilərlə bir yerdə olmaq istəyidir:...
26 iyun səfəri
Prezident İlham Əliyev iyunun 26-da Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfər edib. AZƏRTAC-ın məlumatına görə, dövlət başçısı Göygöldə Toğanalı-Kəlbəcər avtomobil yolunun 13-cü kilometrliyində inşa edilən iki tunelin tikintisi ilə tanış olub, Kəlbəcərdə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasını...
Xalqların Rusiyaya münasibəti necə dəyişib? – Sorğu
ABŞ-ın “Pyu” Araşdırma Mərkəzi (Pew Research Center) 18 ölkənin əhalisi arasında yeni ictimai rəy sorğusu keçirib. Novator.az saytı “US News & World Report” onlayn nəşrinə istinadla xəbər verir ki, sorğu ABŞ, Kanada, Belçika, Fransa, Almaniya, Yunanıstan, İtaliya, Hollandiya, Polşa, İspaniya, İs...