Dünyanın səsi
Qırğızıstan seçkisinin ilkin nəticələri
Qırğızıstanda noyabrın 28-də keçirilmiş parlament seçkisinin ilkin nəticələri açıqlanıb. Novator.az bildirir ki, Mərkəzi Seçki Komissiyasının hesabatına görə, 54 deputatın müəyyənləşdiyi proporsional sistem üzrə 6 partiya 5 faizlik həddi keçərək parlamentə düşə bilib. Ata-Yurd Qırğızıstan Partiyasın...
Petr Fiala Çexiyanın baş naziri təyin olundu
Çexiya prezidenti Miloş Zeman noyabrın 28-də Vətəndaş Demokrat Partiyasının sədri Petr Fialanı baş nazir təyin edib. Novator.az-ın məlumatına görə, yeni hökumətə daha dörd siyasi qüvvə daxildir: Xristian Demokrat İttifaqı, Ənənə, Məsuliyyət və Çiçəklənmə Partiyası, Pirat Partiyası, Yaşlılar və Müstə...
Aşqabadda toplantı
Noyabrın 28-i Türkmənistanın paytaxtı Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantısı keçirilib. Azərbaycan prezidenti İlham Əliyev toplantıda iştirak edib. Dövlət başçısının Türkmənistana səfəri həmin gün başlayıb, o, həmkarı Qurbanqulu Berdiməhəmmədovla görüşüb. İqtisadi Əməkdaşlıq Təş...
Soçi zirvəsi
Noyabrın 26-sı Rusiyanın Soçi şəhərində Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib. Görüşdə çıxış edən Vladimir Putin deyib ki, atəşkəs haqqında bəyanat qəbul ediləndən sonra, 2021-ci ilin yanvarın...
Avropa Məhkəməsi hansı ölkəyə nə qədər cərimə kəsib?
Avropa İnsan Hüquqları Məhkəməsi 2011-ci ildən 2021-ci ilin sentyabr ayınadək qəbul etdiyi qərarlar üzrə kəsilən təzminatın statistikasını açıqlayıb. Aihmaz.org-un məlumatına görə, həmin müddətdə Rusiya dövlətinin boynuna 1 milyard 985 milyon avro təzminat ödəmək öhdəliyi qoyulub. İtaliya 293,3 mily...
Rusiya və Çin İranı xilas edə bilməyəcək – Britaniya mediası
Böyük Britaniyanın “Middle East Eye” saytında “Rusiya və Çin yaxın zamanda İranı iqtisadi böhrandan xilas edə bilməyəcək” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi iranlı alim Fərdin İftixaridir. Novator.az saytı məqaləni qısa ixtisarla ingilis dilindən çevirərək təqdim edir. Tehran Moskva və ...
Klub reytinqində
UEFA-nın klub turnirlərində 2021-2022 mövsümünün qrup mərhələsi başa çatmaq üzrədir. Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının hər birində 32 klub yer alır. Konfrans Liqasında Azərbaycanı təmsil edən “Qarabağ” komandasının növbəti raunda çıxması dəqiqləşib. Azərbaycan UEFA-nın klub reyt...
Qayıdış intizarı (“Əl-Cəzirə”də azərbaycanlı köçkünlər reportajı)
“Əl-Cəzirə” telekanalının internet səhifəsində “Azərbaycanlı məcburi köçkünlər öz torpaqlarına qayıtmaq istəyirlər” başlıqlı reportaj dərc olunub. Novator.az saytının məlumatına görə, reportajın müəllifi Liz Kukman yazır ki, Rəsmiyyə Əhmədova Azərbaycanın Kəlbəcər rayonundakı doğma kəndini sonuncu d...
Şoltsun kanslerlik yolu
Gerhard Şröderdən 16 il sonra Almaniyada hökumət başçısı – kansler postunu yenidən Sosial Demokrat Partiyasının təmsilçisi tutur. Şröder 1998-2005-ci illərdə kansler olub. Sonrakı 16 ildə Almaniya hökumətinə Xristian Demokrat İttifaqının nümayəndəsi Angela Merkel başçılıq edib. Parlament idarə...
Almaniya: yeni hökumət gəlir
Almaniyada yeni hökuməti üç partiya qurur: Sosial Demokrat Partiyası, Yaşıllar Partiyası, Azad Demokrat Partiyası. Novator.az-ın məlumatına görə, koalisiya razılaşması noyabrın 24-də bəyan olunub. Parlament idarə üsullu Almaniyada hökumət başçısı – kansler postunu Xristian Demokrat İttifaqının nümay...
Demokratiya zirvəsinə hansı ölkələr dəvət olunub?
ABŞ Dövlət Departamenti dekabrın 9-10-u video formatında keçiriləcək demokratiya sammitinə dəvətli ölkələrin yekun siyahısını dərc edib. Novator.az bildirir ki, sammitdə iştiraka keçmiş sovet respublikalarından Estoniya, Latviya, Litva, Moldova, Ukrayna, Gürcüstan və Ermənistan layiq bilinib. Tam si...
Yeni proqnoz: üç aya Avropada COVİD-dən 700 min adam ölə bilər
Gələn il mart ayının 1-dək Avropada COVİD-19 infeksiyasından ölənlərin sayı 2 milyon 200 min nəfəri ötə bilər. Novator.az saytı “Euronews” kanalına istinadla xəbər verir ki, bu bədbin proqnozu Dünya Səhiyyə Təşkilatının ekspertləri irəli sürüblər. Hazırda Avropa koronavirusun dördüncü dalğasının epi...
Avropada yeni Azərbaycan sənədi
Qərb ölkələrinin bir çox qeyri-hökumət təşkilatını cəmləyən koalisiya – Beynəlxalq İnsan Haqları Tərəfdaşlığı Avropa Şurasının Nazirlər Komitəsinə Azərbaycanla bağlı sənəd təqdim edib. Məlumatı yayan Respublikaçı Alternativ Partiyası bildirir ki, sənəddə Azərbaycan hökumətinə çağırışlar etmək ...
Çin xəfiyyəsi xaricdə də uyğurları təqib edir – “The Guardian”
Böyük Britaniyanın “The Guardian” qəzetində “Beynəlxalq Cinayət Məhkəməsinə bildiriblər: Çin xəfiyyəsi uyğurların deportasiyasına nail olmaq üçün xarcidə iş aparır” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi Helen Davidsondur. Novator.az saytı məqaləni ingilscədən çevirərək təqdim edir. Uyğur i...
Soçidə üçtərəfli görüş olacaq
Noyabrın 26-sı Soçi şəhərində Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putinin, Ermənistanın baş naziri Nikol Paşinyanın üçtərəfli görüşü keçiriləcək. Məlumatı noyabrın 23-də Rusiya prezidentinin mətbuat xidməti yayıb. Vladimir Putinin təşəbbüsü olan görüşdə üç liderin 10 noyabr 2...
Vladimir Putinin kosmik cəbhəsi – “Wall Street Journal”
ABŞ-ın “Wall Street Journal” qəzetində “Vladimir Putinin kosmik cəbhəsi” adlı redaksiya məqaləsi dərc olunub. Novator.az saytı məqaləni ingiliscədən çevirərək təqdim edir. Vladimir Putinin bəxti üzünə gülür. Moskva qoşunlarını Ukrayna sərhədi boyunca cəmləşdirir, Rusiyanın müttəfiqi Belarus isə qaçq...
Baydenin niyyəti var
ABŞ prezidenti Cozef Bayden 2024-cü ilin seçkisində dövlət başçısı vəzifəsinə namizəd olmaq fikrindədir. Novator.az CNN-ə istinadla bildirir ki, prezidentin niyyətini noyabrın 22-də Ağ evin mətbuat katibi rəsmən açıqlayıb. Cozef Bayden 1942-ci il noyabrın 20-də doğulub. Delaver Universitetini tarixç...
Yaxın ölkələrdə aktiv xəstə sayı
Noyabrın 23-nə olan beynəlxalq statistikaya görə, 208 ölkə və ərazidə 19,3 milyondan çox koronavirus xəstəsi var. Novator.az bildirir ki, Rusiyada 1 milyon 47 min 860, Ukraynada 485319, Türkiyədə 400293 nəfər aktiv xəstə qeydə alınıb. İranda 158752, Gürcüstanda 47315, Litvada 30825, Qazaxıstanda 253...
Gürcüstanın nə qədər borcu var?
Gürcüstanın Maliyyə Nazirliyi dövlət borcu hesabatı yayıb. Novator.az bildirir ki, 2021-ci il oktyabrın 1-nə dövlət borcu 28,9 milyard lari (9,2 milyard ABŞ dolları) göstərilir. Bu məbləğin 23,4 milyard larisi xarici borcdur, daxili borc isə 5,5 milyard məbləğində rəsmiləşib. 1 iyul 2021-ci ilə Azər...
Paşinyan efirə çıxır
Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərin və ictimai qurum təmsilçilərinin suallarını cavablandıracaq. Novator.az-ın məlumatına görə, baş nazir canlı ünsiyyətin noyabrın 23-ü saat 20-də özünün “Facebook” səhifəsində start götürəcəyini bəyan edib. Armeniasputnik.am bildirir ki, bu, son il...