Dünyanın səsi
Yaxın ölkələrdə xəstə sayı
Mayın 10-na olan beynəlxalq statistika 206 ölkə və ərazidə 38,8 milyondan çox aktiv koronavirus xəstəsi olduğunu göstərir. Novator.az bildirir ki, Rusiyada 246290, İranda 76339, Estoniyada 58029, Belarusda 47299, Litvada 20883 nəfər müalicə altındadır. Digər yaxın ölkələr xəstə sayına görə belə sıra...
Avropalılar Ukrayna uğrunda nəyə razıdır? – Sorğu
Avropa İttifaqı ölkələrində yaşayanların üçdə iki hissəsi Rusiyanın təcavüzünə məruz qalmış Ukrayna üçün hərbi texnika alınması və göndərilməsi tədbirlərinin maliyyələşdirilməsinə müsbət yanaşır. Novator.az-ın məlumatına görə, bunu “Flash Eurobarometer” təşkilatının Avropa İttifaqı ölkələrinin əhali...
Moskvada 9 may boşluğu – CNN
Mayın 9-u İkinci Dünya müharibəsinin başa çatmasının 77-ci ildönümüdür. Rusiya paytaxtı Moskvada ənənəvi hərbi parada hazırlıq görülür. İki aydan çoxdur Ukraynada qanlı müharibə aparan Rusiyanın, ölkənin prezidenti Vladimir Putinin həmin gün Ukrayna üzərində də zəfər çaldığının görüntüsünü yaratmağa...
İkinci müddət başlayır
Yenidən Fransa prezidenti postuna mandat almış Emmanuel Makronun andiçmə mərasimi mayın 7-nə təyin olunub. Novator.az bildirir ki, 1977-ci il təvəllüdlü Emmanuel Makron əsası 2016-cı ildə qoyulmuş İntibah Partiyasının lideridir. 2017-ci il mayın 7-də prezident seçkisini udan Emmanuel Makron həmin il...
Prezidentə və qohumlarına yasaqlar gəlir
İyunun 5-i Qazaxıstanda konstitusiyaya əlavə və dəyişikliklər referendumu keçiriləcək. Novator.az bildirir ki, əsas təkliflərdən biri prezidentin partiya üzvü olmasını yasaqlayır. Başqa bir təklifə görə, prezidentin yaxın qohumları dövlət qulluğunda siyasi vəzifə, dövlət sektorunda rəhbər post tuta ...
Çində həbsdə olan jurnalistlərin 44 faizi uyğurdur
Çində həbsdə olan jurnalistlərin 44 faizi uyğurdur. Novator.az-ın məlumatına görə, mərkəzi ofisi Nyu-York şəhərində yerləşən Jurnalistləri Müdafiə Komitəsinin hesabatında belə deyilir. Hesabat 2021-ci ilin sonuna olan vəziyyəti əks etdirir. Həmin dövrdə dünyada 293 jurnalistin həbsdə olduğu qeydə al...
Ermənistan əhalisi bir ildə nə qədər azalıb?
2022-ci il aprelin 1-nə Ermənistan əhalisinin sayı 2 milyon 961,6 min nəfərə düşüb. Novator.az bildirir ki, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 2,3 min nəfər azalma qeydə alınıb. Ermənistan Statistika Komitəsinin hesabatına görə, 2021-ci il aprelin 1-nə ölkənin 2 milyon 963,9 min nəfər əhalisi ol...
Putini cavab verməyə məcbur edəcək qadın – “Associated Press”
“Rusiya prezidenti Vladimir Putini cavab verməyə məcbur edəcək qadın” – ABŞ-ın “Associated Press” agentliyinin reportajında Ukraynanın baş prokuroru İrina Venediktova belə xarakterizə olunur. Novator.az-ın məlumatına görə, reportajda fevralın 24-dən Rusiyanın növbəti hərbi təcavüzü ilə üzləşmi...
Dolların satış kursu dəyişdi
ABŞ-ın Federal Ehtiyat Sistemi mayın 4-də uçot dərəcəsinin yuxarı həddini 1 faizə qaldırıb. Novator.az bildirir ki, bu, 2022-ci ildə ikinci artımdır. Martın 16-da uçot dərəcəsinin yuxarı həddi 0,25 faizdən 0,5 faizə yüksəlmişdi. Federal Ehtiyat Sistemi ABŞ-da mərkəzi bank funksiyasını yerinə yetirir...
Çin nəyə hazırlaşır? – “The Hill”
ABŞ-ın “The Hill” qəzetində Çinin Sakit okean bölgəsindəki iddiaları barədə məqalə dərc olunub. “Başımız Ukraynaya qarışsa da, Çinin Sakit okeandakı iddialarını gözdən qoymamalıyıq” başlıqlı məqalənin müəllifi Mayk Rocersdir. Mayk Rocers 2000-2015-ci illərdə Respublikaçılar Partiyasının ABŞ Konqresi...
Media azadlığı reytinqi, Azərbaycanın yeri
“Sərhədsiz reportyorlar” beynəlxalq təşkilatı media azadlığı reytinqi açıqlayıb. Azərbaycan 180 ölkə arasında 154-cü yerdə göstərilir. İlk üçlükdə Norveç, Danimarka, İsveç qərar tutur, siyahını Şimali Koreya qapayır. Novator.az-ın məlumatına görə, Estoniya 4-cü, Litva 9-cu, Latviya 22-ci, Moldova 40...
“Wall Street Journal”: ABŞ nüvə müharibəsini udacağını göstərməlidir
ABŞ-ın “Wall Street Journal” qəzetində “Amerika nüvə müharibəsində qalib gələ biləcəyini göstərməlidir” başlıqlı məqalə dərc edilib. Məqalənin müəllifi Set Kropsi vaxtilə ABŞ Hərbi Dəniz Qüvvələrinin zabiti olub, hazırda Yorktaun İnstitutunun təsisçisi və prezidentidir. Novator.az-ın məlumatına görə...
Bayden Asiyaya nəyə gedir? – “Reuters”
2021-ci ilin yanvarından ABŞ prezidenti olan Cozef Bayden bu postda əyləşəndən bəri ilk dəfə Asiyaya səfər edəcək. Novator.az saytı “Reuters” agentliyinə istinadla xəbər verir ki, Baydenin Asiya səfəri gələn aya planlaşdırılıb. ABŞ prezidenti Seulda Cənubi Koreyanın, Tokioda Yaponiyanın lideri ilə g...
Sülh düyünü
Aprelin ortalarından Ermənistanın paytaxtı Yerevanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə aksiyalar keçirilir. Əsas təşkilatçılar parlamentdə təmsil olunan Ermənistan və “Qürurluyam” bloklarıdır. Onlar Azərbaycanla sülhün və Türkiyə ilə münasibətlər qurulmasının əleyhinə çıxır. Novator.az ...
40-dan çox ölkənin hərbi komandanı Ukrayna üzrə qrup yaradıb
Dünyanın 40-dan çox ölkəsinin hərbi komandanının iştirakı ilə Ukrayna üzrə xüsusi qrup yaradılıb. Novator.az xəbər verir ki, qrupun yaradılması haqda qərar həmin komandanların aprelin 26-sı ABŞ Hərbi Hava Qüvvələrinin Almaniyanın Ramştayn şəhərindəki aviasiya bazasında keçirdiyi toplantıda verilib. ...
Ermənistan hökumətində təyinat
Ermənistan prezidenti Vaahn Xaçaturyan aprelin 27-də baş nazir Nikol Paşinyanın təqdimatını əsas götürərək Robert Xaçatryanı yüksək texnologiyalar sənayesi naziri təyin edib. Robert Xaçatryan nazir müavini postu tuturdu. Yüksək texnologiyalar sənayesi naziri vəzifəsi ötən aydan boş idi. 2021-ci ildə...
Çin şirkəti Rusiya və Ukrayna ilə əlaqəni niyə dayandırdı?
Çinin pilotsuz uçuş aparatı (dron) istehsal edən DJİ şirkəti Rusiya və Ukrayna ilə kommersiya əlaqələrini müvəqqəti dayandırıb. Novator.az bildirir ki, DJİ pilotsuz uçuş aparatları istehsalında ən böyük özəl şirkətlərdən sayılır. Hansısa Çin şirkətinin Rusiya-Ukrayna müharibəsinə görə fəaliyyətini m...
Nazir: “Rusiya neftindən asılılığın bitəcəyi günə az qalıb”
Almaniya yaxın günlərdə Rusiyadan neft idxalını dayandıra bilər. Novator.az saytı ABŞ-ın “Nyu-York Tayms” qəzetinə istinadla xəbər verir ki, Almaniyanın iqtisadiyyat naziri və vitse-kansleri Robert Habek aprelin 26-sı Polşaya səfəri zamanı belə deyib. Kreml Ukraynada yeni müharibəyə başlayanadək Alm...
Zelenski qərar versə, ABŞ dəstəkləyəcək – Blinken
“Ukrayna prezidenti Vladimir Zelenski rus qoşunlarını ölkənin şərqindən sıxışdırıb çıxarmağı qarşısına məqsəd qoysa, ABŞ bu işdə Kiyevə dəstək verəcək”. Novator.az-ın məlumatına görə, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken aprelin 26-sı Senatın beynəlxalq əlaqələr komitəsində keçirilən dinləmədə b...
Sərmayəçilər Çindən niyə qaçır? – CNN
ABŞ-ın CNN kanalının internet səhifəsində getdikcə daha çox əcnəbi sərmayəçinin Çinə kapital yatırmaqdan imtina etdiyi barədə yazı dərc olunub. Novator.az-ın məlumatına görə, yazıda deyilir ki, siyasi risklər və biznes riskləri, habelə başqa ölkələrdə uçot dərəcələrinin artması sərmayəçilərin Çinə m...