Dünyanın səsi
Fransa: yeni hökumət qurulur
Fransada yeni hökumət qurulur. Mayın 16-da prezident Emmanuel Makron Elizabet Bornu baş nazir təyin edərək ona kabinet formalaşdırmağı tapşırıb. Novator.az bildirir ki, 1961-ci il təvəllüdlü Elizabet Born mühəndisdir, Emmanuel Makronun ilk prezidentliyi dövründə nəqliyyat, ekoloji keçid və əmək nazi...
Harada neçə xəstə?
Mayın 17-nə olan beynəlxalq statistikaya görə, 200 ölkə və ərazidə 23,6 milyondan çox koronavirus xəstəsi var. Novator.az bildirir ki, Rusiyada 234519, İranda 64291, Estoniyada 56530, Litvada 18454, Latviyada 3279, Türkiyədə 2886, Ermənistanda 2223, Qırğızıstanda 1596, Moldovada 1355, Gürcüstanda 11...
Blinken: “Ukraynanın duruş gətirəcəyini bilirik”
“Rusiya prezidenti Vladimir Putin bu amansız və əsassız müharibəyə Ukraynanı müstəqil dövlət kimi məhv edəcəyini və NATO-nu parçalaya biləcəyini düşünərək başladı. Əvəzində o, Ukraynanın suverenliyini və müstəqilliyini daha da gücləndirmiş oldu. NATO-nun gücü, döyüş qabiliyyətli və birliyi də həmişə...
Baydenin uyğurlarla görüşündə nə baş verib? – “Vaşinqton Post”
“Vaşinqton Post” qəzeti Amerikada yaşayan uyğurların Ağ evdə prezident Cozef Baydenlə iftar mərasimindəki görüşü barədə məqalə dərc edib. “Baydenin Çinin təqib etdiyi amerikalı uyğurlarla görüşündə nə baş verib?” başlıqlı məqələnin müəllifi qəzetin icmalçısı Coş Roqindir. Novator.az saytı məqaləni i...
“Avroviziya 2022” nöqtəsi
Mayın 14-ü İtaliyanın Turin şəhərində “Avroviziya 2022” beynəlxalq mahnı müsabiqəsinin finalı keçirilib. Novator.az-ın məlumatına görə, 40 iştirakçı ölkədən münsiflərin və tamaşaçıların ümumi səsverməsində Azərbaycan təmsilçisi Nadir Rüstəmli 25 finalçı arasında 16-cı yeri tutub. Qalib Ukraynanın “K...
Nadir+ (Finalda çıxış ardıcıllığı)
Mayın 14-ü İtaliyanın Turin şəhərində “Avroviziya 2022” beynəlxalq mahnı müsabiqəsinin finalı keçiriləcək. Novator.az finalçıların çıxış ardıcıllığını təqdim edir: Çexiya – “We Are Domi” qrupu Rumıniya – Andrey İonuts Ursu Portuqaliya – Mariana Sekka Finlandiya – “The Rasmus” qrupu İsveçrə – Marius ...
“Vaşinqton Post” uyğur soyqırımında əli olan şirkətə cəza tələb edir
ABŞ-ın “Vaşinqton Post” qəzeti “Çinin izləmə ilə məşğul olan şirkətinə sanksiya qoyulması real təhlükəyə layiqli cavab olardı” başlıqlı redaksiya məqaləsi dərc edib. Novator.az saytı məqaləni ingiliscədən çevirərək oxucuların diqqətinə çatdırır. Amerikalıların bir çoxu ev oğrularını qorxutmaq üçün A...
“Avroviziya”nın finalçıları
İtaliyanın Turin şəhərinin ev sahibliyi etdiyi “Avroviziya 2022” beynəlxalq mahnı müsabiqəsinin bütün finalçıları bəlli olub. Novator.az-ın məlumatına görə, 12 may yarımfinalında bu ifaçılar uğur qazanıb: Belçika – Jeremi Makiz, Çexiya – “We Are Domi” qrupu, Azərbaycan – Nadir Rüstəmli, Polşa – Kris...
Rus tankı qabyuyana möhtac
ABŞ-ın sanksiyaları Rusiya hərbi texnikasını qabyuyana və soyuducuya yararlı olan avadanlığa möhtac qoyub. Novator.az-ın məlumatına görə, ABŞ-ın ticarət naziri Cina Raymondo mayın 11-i Senatda keçirilən dinləmələrdə bu məsələyə toxunub. Ukraynanın baş naziri ilə bu yaxınlarda keçirdiyi görüşü xatırl...
Rusiyalı milyarder mühacirəti seçdi
Bir yandan Qərbin sanksiyası ilə üzləşən, o biri yandan Rusiyada biznesini dəyər-dəyməzinə satmağa məcbur edilən, hazırda İtaliyada olan 54 yaşlı milyarder Oleq Tinkov faktiki mühacirəti seçdiyini, Rusiyaya qayıtmayacağını bəyan edib. Novator.az-ın məlumatına görə, Oleq Tinkov mediaya açıqlamasında ...
Məhbus siyasətçi xəstəxanaya köçürüldü
Gürcüstanın sabiq prezidenti, məhbus Mixail Saakaşvili mayın 12-də paytaxt Tbilisidəki “Vivamedi” Tibb Mərkəzinə köçürülüb. Novator.az bildirir ki, 1967-ci il təvəllüdlü Saakaşvili Gürcüstan prezidenti postunu 2004-2013-cü illərdə tutub. 2013-cü ildə ölkəsini tərk edib. 2018-ci il yanvarın 5-də Tbil...
Koronavirus itkiləri
Mayın 12-nə olan beynəlxalq statistikaya görə, koronavirus infeksiyası 220 ölkə, ərazi və məkanda 6,2 milyondan çox adamın ölümünə gətirib. Novator.az bildirir ki, yaxın ölkələr arasında ən çox Rusiya itki verib: 377248 nəfər. İranda 141198, Ukraynada 108449, Türkiyədə 98870 ölüm qeydə alınıb. Qalan...
Ermənistan əhli nədən ölür?
2022-ci ilin yanvar-mart aylarında Ermənistanda 8707 ölüm rəsmiləşib. Yerevan Dövlət Tibb Universitetinin apardığı araşdırma ölüm hallarının ötən ilin ilk rübünə nəzərən 5% artdığını göstərir. Novator.az-ın məlumatına görə, hesabatda qeyd olunur ki, ölüm hallarının 55%-i qan dövranı sistemi xəstəlik...
Müharibə başlanandan rusiyalıların televiziyalara inamı azalıb
Ukraynada müharibə başlanandan sonra rusiyalıların televiziyalara inamı azalıb. Novator.az-ın məlumatına görə, bunu ABŞ-da yerləşən “GroupM” beynəlxalq reklam qrupunun təşkilatçılığı ilə mart-aprel aylarında keçirilmiş sorğunun nəticələri göstərib. Sorğu Rusiyanın 18-60 yaşlı 1700 nəfər sakini arası...
Kiyev metrosu köhnə adları arxivə verir
Ukraynanın paytaxtı Kiyevdə beş metro stansiyasının adı dəyişdirilir. Novator.az xəbər verir ki, siyahıda “Minsk”, “Dnepr qəhrəmanları”, “Beresteysk”, “Xalqlar dostluğu” və “Lev Tolstoy meydanı” stansiyaları yer alır. Kiyev Metropoliteni vətəndaşların stansiyalara yeni ad təkliflərini öyrənmək üçün ...
Ermənistan aksiyalarının iki lideri
Ermənistanda, əsas da paytaxt Yerevanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən davamlı aksiyalarda iki siyasətçi önə çıxıb: İşxan Saqatelyan və Artur Vanetsyan. Aprelin ortalarında başlayan aksiyalar mayın 1-dən geniş vüsət alıb. Əsas təşkilatçılar parlamentdəki Ermənistan və “Qüru...
“Avroviziya”da ilk yarımfinalı keçənlər
İtaliyanın Turin şəhərində “Avroviziya 2022” mahnı müsabiqəsi start götürüb. Novator.az bildirir ki, 10 may yarımfinalını bu təmsilçilər dəf edib: İsveçrə – Marius Bea, Ermənistan – Roza Kostandyan, İslandiya – Siqridur, Elizabet, Elin bacıları, Litva – Monika Lübinayte, Portuqaliya – Mariana Sekka,...
Saakaşvili müalicə təklifinə razılaşdı
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili müayinə və müalicə üçün paytaxt Tbilisidəki “Vivamedi” Tibb Mərkəzinə köçürülür. Təşəbbüsü mayın 10-da ölkənin ədliyyə naziri irəli sürüb, məhbus siyasətçi buna razılaşıb. Novator.az bildirir ki, 1967-ci il təvəllüdlü Saakaşvili Gürcüstan prezidenti pos...
ABŞ səfirindən Rusiya və Çinə ismarış
“Müharibəyə başlayan cəzasız qalmayacaq. Asiya ölkələrinin Ukrayna böhranına reaksiyası Rusiya və Çinə bunu göstərir”. ABŞ-ın Yaponiyadakı səfiri Ram Emanuel belə deyib. Novator.az saytı “Reuters” agentliyinə istinadla xəbər verir ki, səfir bəyanatını mərkəzi ofisi Vaşinqtonda yerləşən Strateji və B...
Rusiyada VPN bumu. Səbəb nədir? – “Vaşinqton Post”
Ukraynada müharibə başlanandan bəri Rusiyada VPN-lərdən istifadə edənlərin sayı dəfələrlə artıb. Novator.az saytı xəbər verir ki, bu haqda ABŞ-ın “Vaşinqton Post” qəzetində yazı dərc olunub. VPN (Virtual Private Network) virtual xüsusi şəbəkə deməkdir. Hökumət internetə senzura tətbiq edəndə bir çox...