Dünyanın səsi
Türkiyədə yeni çözüm cəhdi
Türkiyə Böyük Millət Məclisi (TBMM) partiyalarının qurduğu Milli Həmrəylik, Qardaşlıq və Demokratiya Komissiyası dekabrın 31-dək fəaliyyət göstərəcək. Novator.az bildirir ki, reqlament fəaliyyətin erkən dayandırılmasına və ya fəaliyyət müddətinin uzadılmasına da imkan verir. İlk iclası avqustun 5-də...
“Bloomberg”: Rusiyanın neft-qaz gəliri 27 faiz azalıb
İyulda Rusiyanın neftə bağlı vergi daxilolmaları 2024-cü ilin eyni ayı ilə müqayisədə 33 faiz azalıb. Hesablamanı ölkənin Maliyyə Nazirliyinin göstəriciləri əsasında “Blumberq” agentliyi aparıb. Novator.az bildirir ki, hesablamaya görə, Rusiyanın neft-qaz gəlirləri ötən ilin iyul ayına nəzərən 27 fa...
Qaqauz başqan həbsə getdi
Moldovanın Qaqauz Muxtar Ərazi Qurumunun (Qaqauz Yeri) başqanı Yevgeniya Qutsul 7 il müddətinə azadlıqdan məhrum edilib. Novator.az-ın məlumatına görə, hökmü avqustun 5-də paytaxt Kişinyovun Buykon Rayon Məhkəməsi çıxarıb. Yevgeniya Qutsul seçkinin və hökumət əleyhinə aksiyaların qanunsuz maliyyələş...
Ermənistanın istehlak bazarı: yeni bilgi
İyulda Ermənistanın istehlak bazarı 2024-cü ilin eyni ayına nəzərən 3,4 faiz bahalaşıb. Hesabatı yayan Statistika Komitəsi ərzaq və spirtsiz içkilərdə qiymət artımını 4,7 faiz, spirtli içkilər və tütün məmulatlarında 6,7 faiz, kommunal xidmətlərdə 0,8 faiz göstərir. Novator.az Armstat.am saytına ist...
“Putin ölümsüz deyil” – amerikalı alimin proqnozları
Rusiyalı yazıçı və ədəbiyyatşünas Dmitri Bıkov tarixçi alim, ABŞ-ın Pensilvaniya Universitetinin professoru Bencamin Natansdan müsahibə götürüb. Bencamin Natans yəhudidir. 1962-ci ildə ABŞ-da doğulub. Tibb üzrə Nobel mükafatı laureatı olan mikrobioloq Daniel Natansın oğludur. ABŞ-da, Almaniyada və İ...
Litvada müvəqqəti hökumət
Litvada baş nazir səlahiyyətlərinin icrası maliyyə naziri Rimantas Şadcyusa həvalə olunub. 2024-cü ilin dekabrından baş nazir olan Gintautas Palutskas iyulun 31-də istefa verib, həmçinin hakim Sosial Demokrat Partiyasının sədrliyindən getdiyini açıqlayıb. Novator.az-ın məlumatına görə, avqustun 4-də...
Trampa qalan müharibə… Trampın müharibəsidir – CNN
CNN kanalının internet səhifəsi “Ukrayna müharibəsi artıq Trampın müharibəsidir” başlıqlı məqalə dərc edib. Novator.az-ın məlumatına görə, məqalədə ABŞ prezidenti Cozef Baydenin 2022-ci ilin fevralında Ukraynada total müharibəyə başlayan rusiyalı həmkarı Vladimir Putini dayandırmaq cəhdlərinin nətic...
Gürcüstanda ərzaq 10,4 faiz bahalaşıb
Gürcüstanın Milli Statistika Xidməti iyulda ölkənin istehlak bazarında qiymətlərin 2024-cü ilin eyni ayı ilə müqayisədə 4,3 faiz artdığını bəyan edib. Novator.az bildirir ki, rəsmi hesabata görə, ərzaq və spirtsiz içkilər 10,4 faiz, spirtli içkilər və tütün məmulatları 3,7 faiz, kommunal xidmətlər 0...
Türkiyənin inflyasiya statistikası
İyulda Türkiyədə istehlak qiymətləri 2024-cü ilin eyni ayına nəzərən 33,52 faiz artıb. Kommunal xidmətlərdə bahalaşma 62,01 faiz, səhiyyədə 37,49 faiz, ərzaq və spirtsiz içkilərdə 27,95 faiz, spirtli içkilər və tütün məmulatlarında 27,79 faiz, nəqliyyatda 26,57 faiz, rabitədə 19,62 faiz, geyim və ay...
Hasilat normaları yenilənir
OPEK+ koalisiyası hasilat normalarını yenidən qismən dəyişir. Novator.az-ın məlumatına görə, sentyabr ayından xam neftin gündəlik hasilat kvotaları belə müəyyən olunacaq: Səudiyyə Ərəbistanı – 9 milyon 978 min barrel Rusiya – 9 milyon 449 min barrel İraq – 4 milyon 220 min barrel B...
Litva yeni hökumətə yol alır
Litvada hökumət yenilənir. Novator.az bildirir ki, baş nazir Gintautas Palutskas istefa bəyanatı verib. İstefanın avqustun 4-də rəsmiləşməsi gözlənir. 2024-cü ilin dekabrından baş nazir olan Gintautas Palutskasın adı may ayından bəri korrupsiya qalmaqallarında hallanır. İyulun 31-də onun həm baş naz...
Putin elə həmişə Putin olub – “Şpigel”
Almaniya Xarici İşlər Nazirliyinin arxivində üzə çıxan sənədlər Vladimir Putinin hələ 1990-cı illərin ilk yarısında Ukrayna torpaqlarına yeriklədiyini göstərir. “Şpigel” jurnalı yazır ki, Almaniyanın Sankt-Peterburqdakı baş konsulu 1994-cü il yanvarın 14-də yerli hökumət sədrinin birinci müavini pos...
Türkiyənin turizm gəlirləri 7,6 faiz artıb
Türkiyənin Statistika Qurumu turizm hesabatı yayıb. Novator.az bildirir ki, rəsmi açıqlamaya görə, yanvar-iyun aylarında ölkəni 25,5 milyon nəfər ziyarət edib, turist sayında 2024-cü ilin ilk yarısı ilə müqayisədə 1,7 faiz artım qeydə alınıb. Turizm gəlirlərinin 7,6 faiz yüksəlişlə 25,7 milyard doll...
ABŞ prezidentlərinin səlahiyyət müddətləri
ABŞ-da prezidentin səlahiyyət müddəti 4 ildir. Eyni şəxs iki dəfədən artıq prezident seçilə bilməz. İndiki prezident Donald Tramp kürsüyə dörd il fasilədən sonra qayıdıb. Onun ilk prezidentliyi 2017-2021-ci illəri əhatə edib, ikinci prezidentliyi 2025-ci ildə başlayıb. Belə hal bir dəfə də qeydə alı...
Ermənistanın nə qədər borcu var?
2025-ci il iyulun 1-nə Ermənistanın dövlət borcu 13,3 milyard dollara çatıb. Novator.az-ın məlumatına görə, hesabatı yayan Maliyyə Nazirliyi bunun 6,4 milyard dollarını xarici borc kimi göstərib, xarici borcun 2024-cü ilin ilk yarısı ilə müqayisədə 12 faiz artdığını bəyan edib. Ermənistanın ən çox D...
Fələstini tanımaq istəyən ölkələr artdı
Fələstin Dövlətini tanımaq anonsları artır. İyulun 24-də Fransa prezidenti Emmanuel Makron ölkəsinin Fələstini müstəqil dövlət kimi tanıyacağını bəyan etmiş, qərarın BMT Baş Məclisinin sentyabr sessiyası zamanı veriləcəyini demişdi. Böyük Britaniya hökumətinin 29 iyul iclasından sonra açıqlama yayan...
Əhalinin təbii artımı (Beynəlxalq statistika)
Prb.org-un yaydığı əhali hesabatına görə, 2024-cü ildə dünyada hər 1000 nəfərə 8 nəfər təbii artım qeydə alınıb. Təbii artım doğulanlarla ölənlərin nisbətinə əsaslanır. Novator.az bildirir ki, beynəlxalq statistika 2024-cü ildə Afrikada 1000 nəfərə 23, Mərkəzi Amerikada 10, Okeaniyada 8, Asiyada 7, ...
Britaniyanın Fələstin şərti
Böyük Britaniyanın baş naziri, hakim Leyboristlər Partiyasının lideri Kir Starmer İsrailə çağırış edib. Novator.az-ın məlumatına görə, hökumətin 29 iyul iclasından sonra açıqlama verən baş nazir Fələstinin Qəzza bölgəsində dinc sakinlərin hədəf alınmasını, əraziyə humanitar yardımların gətirilməsinə...
Ukrayna: savaşa 60 yaş+ qaydası gəlir
Ukrayna prezidenti Vladimir Zelenski 60 və daha yuxarı yaşlı şəxslərlə hərbi xidmət müqaviləsi bağlamağı nəzərdə tutan qanunu imzalayıb. Novator.az bildirir ki, iyulun 29-da rəsmiləşən qanuna görə, 60 və daha yuxarı şəxslər Ukrayna Silahlı Qüvvələri ilə birillik hərbi xidmət müqaviləsi bağlaya biləc...
Gürcüstanda yeni seçki sorğusu
Gürcüstanda tez-tez növbədənkənar parlament seçkisi tələbləri gündəmə gəlir. Novator.az bildirir ki, GORBİ Beynəlxalq Tədqiqat Mərkəzinin 22 iyun-5 iyul arası 2300 nəfər arasında apardığı rəy sorğusuna qatılan respondentlərin 56,2 faizi mümkün parlament seçkisində hakim Gürcü Arzusu – Demokratik Gür...